500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                 

Mikayıl Cabbarov Prezidentin tapşırığını yerinə yetirirmi? - NƏ BAŞ VERİR?
Tarix: 31-03-2021, 11:29 | Çap et
Mikayıl Cabbarov Prezidentin tapşırığını yerinə yetirirmi?
Koronovirus pandemiyasının təsirləri, yanacağın və suyun tariflərinin artması, Novruz bayramı ərəfəsində baş verən bahalaşma diqqəti İqtisadiyyat Nazirliyinin fəaliyyətinə yönəldib. Çünki son illər strukturu bir neçə dəfə böyüyən İqtisadiyyat Nazirliyi bazarda vəziyyəti tənzimləmək səlahiyyətində olan əsas orqanlardan biridir. Görünən odur ki, nazirlik bu səlahiyyətlərindən yetərincə istifadə etməyi ya bacarmır, ya da istəmir...

Xatırladaq ki, 2018-ci ildə Dövlət Əmlak Komitəsi, Vergilər Nazirliyi və İstehlak Bazarı və Antiinhisar Siyasəti üzrə Dövlət Xidmətinin İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməsi bu sahədə yeni islahatların başlanacağına ümid yaratmışdı. İqtisadiyyat naziri Mikayıl Cabbarov həmçinin, Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edildikdən sonra bu sahəyə də nəzarət imkanı qazanıb. İqtisadiyyat Nazirlyində struktur birləşməsi aparılarkən əsas hədəf islahatların dərinləşdirilməsi və bürokratik əngəllərin, xüsusilə də ölkədə sahibkarlığın inkişafı qarşısında duran maneələrin aradan qaldırılması idi. Prezident İlham Əliyev Mikayıl Cabbarovu iqtisadiyyat naziri təyin olunması münasibətilə qəbul edərkən ondan məhz bunları istəmişdi: sahibkarlara yönələn mənfur əlləri kəsmək!

Lakin ötən müddət ərzində baş verənlər göstərir ki, bu, struktur islahatından daha çox səlahiyyətlərin bir əldə cəmləşməsi ilə nəticələnib. Ona görə də gözləntilər özünü doğrultmadı. İqtisadiyyat Nazirliyi hazırda nəzdində çoxsaylı idarələri birləşdirən və ciddi fəaliyyət göstərməyən SOCAR-ın təcrübəsini təkrarlayır. İqtisadiyyat naziri Mikayıl Cabbarov islahatçı kadr kimi tanınsa da, gözləntiləri hələ ki, doğrulda bilməyib: İqtisadiyyat Nazirliyinin tabeliyinə verilən sahələrdə ciddi islahatların aparılmaması bundan xəbər verir.

Qeyd edək ki, Mikayıl Cabbarov özü İqtisadiyyat naziri postuna gəlməzdən öncə vergilər naziri işlədiyindən oradakı vəziyyəti və problemləri çox yaxşı bilirdi. Belə görünür ki, M.Cabbarov Vergilər Nazirliyinə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi islahatları yetərli hesab edir və bu sahədə əlavə yenilikçi addımlar atmağa ehtiyac duymur. Mikayıl Cabbarov hələ 2018-ci ilin fevral ayında Vergilər naziri vəzifəsində çalışanda yeni vergi strategiyasını təqdim edərkən belə demişdi: “Vergi yoxlamaları azalacaq, amma nəzarət artırılacaq, "qara mühasibatlıq” ləğv olunacaq, "kölgə iqtisadiyyatı" aradan qaldırılacaq”. Ondan sonra vergilər sistemində aparılan dəyişikliklər nəticəsində kölgə iqtisadiyyatının azalması istiqamətində bəzi uğurlar əldə olundu. Lakin bu proses orta sahibkarlıqdan yuxarı qalxmadı: iri məmur-oliqarxların əlində olan iri sahibkarlıq subyektləri “ağarma”dan demək olar ki, tamamilə kənarda qaldılar.

Fövqəlnazirə olan ümidlərdən ən mühümü inhisarçılığa qarşı real addımların atılması istiqamətindəydi. Lakin M.Cabbarov bu sahəyə, demək olar ki, toxunmayıb. Hələ də istehsal və istehlak bazarında oliqarxlaşma, monopoliya həll olunmamış başlıca problemlərdən biri olaraq qalır. Üç ildir antiinhisar orqanına rəhbərlik edən gənc nazir Rəqabət Məcəlləsi kimi mühüm bir sənədin qəbulu üçün barmağını belə tərpətmir. Halbuki 2016-cı ildə Prezidentin təsdiqlədiyi strateji yol xəritəsində, həmçinin ölkə başçısının M.Cabbarovla görüşündə bu məsələ birmənalı qoyulub: məmurların biznesdən əli çəkilməli, inhisarçılıq, himayədarlıq aradan qaldırılmalıdır. Lakin real proseslər bu sistemin daha da möhkəmləndiyini deməyə əsas verir. Sadəcə olaraq, müşahidə olunan fərq əl dəyişməkdən ibarətdir. Yəni istehlak bazarına nəzarət edən köhnə oliqarxlar, yeni inhisarçılarla əvəz olunur. Fərq ondan ibarətdir ki, əvvəllər bu oliqarxlar birbaşa vəzifəli şəxslərin özlərindən ibarət idi. İndi isə nazirlərin və digər yüksək çinli məmurların himayə etdiyi iş adamları bazarları ələ keçirir. Çox hallarda belə inhisarçılar yaşca cavan biznes sahibləri arasından təyin edilir. Bu yolla da idaretmədə islahatçılıq görüntüsü yaradılır. İnhisarçılığın davam etməsi isə bazarda süni qiymət artımına şərait yaradır.

İqtisadiyyat Nazirliyi əvvəlki illərdə olduğu kimi, “qiyməti bazar formalaşdırır” bəhanəsi ilə subyektiv bahalaşmanın qarşısını almaqdan yayınır. Halbuki Azərbaycan prezidenti özü də dəfələrlə süni qiymət artımına yol verməməyi tələb edib. Hökumət qurumları isə bu məsələdə məsuliyyəti daha çox bir-birinin üzərinə atmaqla məsuliyyətdən yayınmağa çalışır. İqtisadiyyat Nazirliyi bahalaşma probleminin Dövlət Gömrük Komitəsindən qaynaqlandığını göstərməyə çalışır. Ancaq yalnız idxal əməliyyatları deyil, daxili istehsal da bu gün inhisarçıların nəzarətindədir. Xırda istehsalçılar öz mal və məhsullarını bazara çıxartmaqda çətinlik çəkir: topdan və pərakəndə ticarət demək olar ki, bütünlüklə monopollaşıb. Lakin İqtisadiyyat Nazirliyi ticarət piramidalarının sökülməsi istiqamətində heç bir təşəbbüs irəli sürməyib. Qiymətin formalaşması bazardan asılı olsa da, rəsmi səlahiyyətli qurum kimi İqtisadiyyat Nazirliyi rəqabət mühitinin yarıdılmasını təmin edə bilmir. Faktiki olaraq, Azərbaycan alıcısı uzun illərdir qiymət spekulyasiyası ilə üzləşir.

Hazırda Azərbaycan alıcısı taban qiymətin tələbdən, yoxsa tədarükçünün şəxsi kommersiya maraqlarından qaynaqlandığını müəyyənləşdirməkdə çətinlik çəkir. İqtisadiyyat Nazirliyi isə bu məsələdə istehlakçılara dəqiq cavab vermir. Növbəti spekulyativ məqam tariflər arasında 1 qəpik fərqin qoyulmasıdır. Beləliklə, ticarət obyektləri aşağı qiymət görüntüsü yaratmaqla vəziyyətdən yayına bilir. Reallıqda isə bu gün Azərbaycanda istinad qiymət formalaşmayıb. Alıcıya daha çox taban qiymət təklif olunur. Bu zaman tədarükçü tərəfin xərcləri əsas götürülür. İstehlakçının xərcləri isə nəzərə alınmır. Yəni alıcının nominal və real gəlirləri diqqətdən kənarda qalır. Süni şəkildə baş verən bahalaşma əhalinin gəlirlərinə adekvat olmur. Bu isə insanların sosial vəziyyətinin ağırlaşmasına yol açır.

İqtisadiyyat Nazirliyinin fəaliyyətini təhlil edərkən dövlət satınalmalarına nəzarət sistemindəki böyük problemlərin hələ də qalması diqqəti cəlb edir. Bu gün Azərbaycanda dövlət qurumlarının tenderlərində iştirak etmək, şəffaf şəkildə qalib gəlmək müstəqil iş adamları üçün hələ də əlçatmaz olaraq qalır. Master biznes planlar təqdim etmək və onun icrasına dövlət dəstəyini qazanmaq hələ də yerli iş adamları üçün inanılmaz görünür. Ona görə də biznes sahibləri riskə getməkdən çəkinir. İqtisadiyyat naziri isə sələflərindən qalan bu mənfi ənənənin qarşısını hələ ki ala bilmir.

İqtisadiyyat Nazirliyinin pandemiya dövründə sahibkarlar üçün hazırladığı dəstək mexanizmləri mövcud zərərlə müqayisədə qat-qat aşağı dəstəyi təmin etdi. Əlbəttə, koronavirus pandemiyası ilə əlaqədar iqtisadi resessiya bütün ölkələrdə müşahidə olunur. Lakin əksər ölkələr sahibkarları kifayət qədər geniş dövlət dəstəyi ilə təmin edərək onları ayaqda saxlamağa çalışdılar. Azərbaycanda bu iş İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdu. Nazirlər Kabinetinin ötən ilki fəaliyyətinə dair hesabatdan aydın olur ki, 2020-ci ildə pandemiyanın təsirlərinin azaldılması üçün sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi üçün 461 milyon manat, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün 277 milyon manat, güzəştli ipoteka kreditləri üzrə ayrılan vəsaitin artırılması üçün 90 milyon manat yönəldilib, 115 milyon manat həcmində vergi güzəştləri təqdim edilib. Nəzərə alsaq ki, sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat sektorunun dəstəklənməsi üçün ayrılan vəsaitlərin böyük hissəsi AZAL, BNA, Metropoliten kimi dövlət inhisarçılarına ayrılıb, onda bu dəstəyin nə qədər ədalətli bölündüyünü təsəvvür etmək elə də çətin deyil. Ölkə Ümumi Daxili Məhsuluna 3-4 milyard manat töhfə verən turizm sektorunun tamamilə çökdüyünü nəzərə alsaq, dövlətin İqtisadiyyat Nazirliyinin məsləhəti ilə ayırdığı vəsaitin bu sektordakı sahibkarların itkilərinin heç 10-15 faizi həcmində belə olmadığını söyləyə bilərik. Bura yüksək vəzifəli məmurlar tərəfindən himayə olunan turizm şirkətlərinin dəstəkdən daha çox, himayəsizlərin isə az bəhrələndiyini də əlavə etsək, real vəziyyəti daha dəqiq təsəvvür edə bilərik.

Müşahidələr və real vəziyyət deməyə əsas verir ki, M.Cabbarov bilavasitə ölkə Prezidentinin ona verdiyi səlahiyyətlərdən ölkə iqtisadiyyatı, biznesin qarşısında duran köklü problemləri həll etmək istiqamətində istifadə etmir. Bunun səbəbini isə təsəvvür etmək elə də çətin deyil...
//afn.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru