Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                     1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? .....                     Ukraynanın Moskvaya qisas hücumu .....                     "Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." .....                     Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... .....                 

“Məmur biznesi və icra hakimiyyəti ləğv olunsun, vergi azaldılsın” - Azərbaycanda inkişafın “yol xəritəsi”
Tarix: 22-03-2021, 15:39 | Çap et
 “Məmur biznesi və icra hakimiyyəti ləğv olunsun, vergi azaldılsın”
Pandemiyanın dünya iqtisadiyyatına təsiri, neft qiymətlərinin ucuzlaşması, fəaliyyət sahələrində dayanma, ölkələrin qapanması Azərbaycanda da bütün sahələrdə təsirini hiss etdirir.

Xüsusən pandemiya dövründə ticarət obyektlərinin qapanması, istehsalatın zəifləməsi və sərt karantin rejiminin gətirdiyi digər qadağalar cəmiyyətin bütün təbəqələrində çətinliklərin yaranması ilə nəticələnib.

Bütün bunlar ölkə iqtisadiyyatının daralmasını şərtləndirən faktorlardır.

Maraqlıdır, Azərbaycan post-pandemiya dövründə hansı iqtisadi islahatları həyata keçirməlidir ki, pandemiya dövründə dəyən zərər kompensasiya olunsun və iqtisadiyyatımız daha da inkişaf etsin?

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, hökumət bütün istiqamətlərdə ciddi dəyişikliklərə getməlidir:

"Hazırda Azərbaycan iqtisadiyyatı dönüm nöqtəsindədir. Bu, həm post-pandemiya, həm post-işğal, həm də hazırda Azərbaycan üçün başlanan post-neft dövrü ilə bağlıdır. Belə bir zamanda Azərbaycan çox ciddi qərarlar qəbul etməlidir. Ona görə də həm iqtisadi, həm də siyasi sahədə fundamental dəyişikliklər olmalıdır. Yəni kiçik, dəstəkləyici tədbirlərdən ancaq qısamüddətli dövr üçün nəticə əldə etmək olar. Necə ki, 2015-ci ildən sonra qərarlar qəbul edildi, strategiyalar müəyyənləşdi, lakin bu strategiyaların icrası prosesi, eyni zamanda, onun siyasi əhatəliliyi tam deyildi. Buna görə də nəticələr davamlı və dayanıqlı olmadı. Hazırda bənzər stiuasiya ilə üzləşmişik. Hökumət bütün istiqamətlərdə ciddi dəyişikliklərə getməlidir. İlk növbədə, iqtisadiyyat liberallaşmalı, Azərbaycan xarici iqtisadi bloklara qoşulmalıdır. Dünya İqtisadi Ticarət Təşkilatı ilə ən qısa müddətdə razılaşma əldə olunmalıdır. O cümlədən, Avropa İttifaqı ilə asossiativ saziş imzalanmalıdır. Çünki böyük bazarlardan söhbət gedir və Azərbaycan iqtisadiyyatının inkişafı, liberallaşması üçün bu bazarlar çox əhəmiyyətlidir. Eyni zamanda, daxili bazarlarda da rəqabətli iqtisadiyyat mühitinin yaradılması, dayanıqlı və rəqabətli sahibkarlıq fəaliyyətinin formalaşması bu faktorlardan asılıdır. Çünki onlar üçün müvəqqəti lüks şərait, xüsusi mühit yaradılanda, öz fəaliyyətlərinin təkmilləşdirilməsində passivlik nümayiş etdirirlər. Buna görə də biz ən mühüm məsələləri həll etməliyik”.

Ekspert bildirib ki, mülkiyyət hüququ və inhisarçılıqla bağlı məsələlər öz həllini tapmalıdır:

“Rəqabət Məcəlləsinin qəbulu 17 ildir ki, gecikir. Bu məsələ öz həllini tapmalıdır. Məmurların ya məmuriyyət sferasında, ya da biznesdə olması qətiləşməlidir. Bu, çox vacibdir. Çünki bu adminstrativ üstünlük bazarda ədalətli rəqabətlilik mühitinin formalaşmasının qarşısını alır. Bu da yerli investorların öz vəsaitlərini yerli bazara deyil, xarici bazara çıxarmasına şərait yaradır. Xüsusən, qanunvericik orqanlarında və məhkəmə hakimiyyətlərində reformlara ehtiyac var. Məhkəmələrin müstəqilliyi təmin edilməlidir. Bu, təmin edilmədiyi təqdirdə, Azərbaycana xarici investisiyanın axını mümkünsüzdür. Biz 2016-cı ildən sonra kifayət qədər böyük strategiyalar icra etdik. Lakin ölkəyə birbaşa xarici investisiya qoyuluşu, əksinə olaraq azaldı".

Ekspert hesab edir ki, iqtisadiyyatın inkişafı qarşısında əsas əngəllərdən biri olan icra hakimiyyətləri ləğv edilməlidir:

"Eyni zamanda, idarəetmənin təkmilləşdirilməsi də vacibdir. Məlumdur ki, Azərbaycanda iqtisadiyyatı qarşısındakı ən böyük əngəllərdən biri icra hakimiyyəti institutudur. Yaxşı olar ki, icra hakimiyyətləri ləğv edilib, yerli özünüidarəetmə institutları inkişaf etdirilsin. Çünki icra hakimiyyəti institutu seçkili deyil və icma ilə hər hansı bir bağı yoxdur. Müşahidələr onu göstərir ki, əksər hallarda icra hakimiyyəti institutu iqtisadiyyatda monopoliyanı özü formalaşdırır. Halbuki, qanunvericilik bu institutun bizneslə məşğul olmasına icazə vermir. Lakin bu institutun təmsilçiləri adətən bizneslə məşğul olurlar ki, bu da yerlərdə biznes mühitini sarsıdan əsas məqamlardandır. Digər tərəfdən, icra hakimiyyəti institutlarının ləğvi onların səlahiyyətlərinin bələdiyyələrə verilməsini gündəmə gətirir. Lakin bu proses belə olmamalıdır. Yəni söhbət, bugünki bələdiyyələrdən gedirsə, onların uğurlu nəticə imkanları yoxdur. Çünki onlar seçilmiş yox, təyin edilmiş bələdiyyələrdir. Ona görə də iqtisadi və siyasi islahatların paralel aparılması şərtdir. De-fakto seçki institutu formalaşmalıdır. Bundan sonra Azərbaycanda yerli özünüidarə orqanlarının formalaşması istiqamətlərində seçkilər keçirilməli, icmalar həmin seçkilərdə real olaraq özlərinə rəhbərlər seçməlidir. Təbii ki, seçimlərdə yanlışlıqlar da olacaq. Bu, o demək deyil ki, icmaların qərarı 100 faiz doğrudur. Lakin önəmli məqam odur ki, icmalar növbəti seçimlərdə bundan nəticə çıxarıb, daha adekvat mövqe sərgiləyəcəklər.

Eyni zamanda, icma həmin seçkilərdən sonra məsuliyyəti öz üzərinə götürür. Bu, çox vacib məsələdir. Yerli özünüidarəetmə orqanlarının səlahiyyətləri qanunvericiliklə tam şəkildə təsbit olunub. Sadəcə olaraq, bu, praktiki şəkildə icra olunmur. Bu gün yerli idarəetmə orqanları təyin olunmuş icra hakimiyyətlərinin qələmdaşıyanı rolunu oynayır. Nə qədər ağrılı olsa da, belədir və bu reallıq dəyişməlidir. Əgər bu dəyişməsə, nəticənin əldə edilməsi mümkün deyil".

İqtisadçının fikrincə, əgər bu gün iqtisadiyyatı dönüm nöqtəsində olan Azərbaycan fundamental qərarlar qəbul etməzsə, qarşıdakı yarım əsrdə özünün gözlənilən sürətli inkişafına nail ola bilməyəcək:

"Təşviq mexanizmi ilə bağlı da daha çevik alətlər formalaşdırılmalıdır. Azərbaycanda vergi yükünün azadılması resurs gəliri olan indiki dövrdə mümkün görünür. Bu, həm iqtisadiyyatın leqallaşdırılması baxımından, həm də biznesin xərclərinin optimallaşdırılması yolu ilə mənfəət normasının yüksəlməsi və Azərbaycan bazarına xarici, daxili investisiya axınının sürətlənməsi baxımından çox vacibdir. Bu istiqamətdə də işlər görülməlidir. Amma sadalanan bütün istiqamətlərdə əsas meyar səmimilik olmalıdır. Yəni biri var imitasiya xarakterli qəbul edilən qərarlar, “yol xəritələri”, strategiyalar, biri də var real icra üçün nəzərdə tutulan qərarlar. Nə qədər ki, bu proqramlar bazar stekorderlərində səmimi təəssürat yaratmayacaq, nəticələrin əldə edilməsi çətin olacaq. Bu dönüm nöqtəsində indi sadaladığımız qərarlar qəbul olunmazsa, Azərbaycan növbəti 30-40 ildə özünün gözlənilən sürətli inkişafına nail ola bilməyəcək. Bu, çox mühüm məqamdır”.

R.Həsənova görə, gömrük institutu fiskal institutdan nəzarətedici və tənzimləyici orqana çevrilməlidir:

"Gömrük fiskal institut hesab olunur. Yəni dövlət gəlirlərinin formalaşmasında gömrük institutu əsas rol oynayır. Gəlirlərdən də bunu görmək mümkündür. 25 milyardlıq büdcənin gəlirlərinin təxminən 20 faizi gömrük gəlirləri hesabına formalaşır. Bu yanaşma dəyişməlidir. Bizdə real iqtisadiyyat, real istehsal mühiti yoxdur. Ona görə də, gömrüyün fiskal qurum olması əslində vətəndaşların cibinə girməkdir. Onsuz da həmin pulları biz-istehlakçılar ödəyir və kifayət qədər idxaldan asılı bir ölkəyik. Gömrük tənzimləyici və nəzarətedici funksiyaları əhatə etməlidir. Amma ayrıca müstəqil qurum olmasına da ehtiyac yoxdur. Dünya praktikasında gömrük orqanları ya Vergi Xidmətinin, ya da Maliyyə Nazirliyinin tərkibində bir şöbə kimi fəaliyyət göstərir. Onun xüsusi bir statusda ayrıca institut kimi fəaliyyət göstərməsinə gərək yoxdur. Amma dediyim kimi, burada çox böyük yığımlardan söhbət gedir. Ona görə də dövlət çalışır ki, hələlik mövcud status-kvonu qoruyub saxlasın. Amma düşünürəm ki, gömrük institunun özü də ləğv edilməli, bu fiskal institutdan daha çox tənzimləyici və nəzarətedici instituta çevrilməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Dünən, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Dünən, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Dünən, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru