Rövşən Əkbərov özü ilə kimləri “içəri” aparacaq? - Sürpriz adlar
Tarix: 18-03-2021, 15:32 | Çap et
 Sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərovun həbsi ətrafında başlayan müzakirələr davam edir. Hazırda ən çox bu sual maraq doğurur: Rövşən Əkbərov 20 il məsuliyyətdən necə kənarda qala bilib?
Yenisabah.az xatırladır ki, Milli Qəhrəman Rövşən Əkbərov martın 15-də həbs edilib. Ona rəsmi ittiham irəli sürülüb. Baş Prokurorluğun yaydığı məlumatda Əkbərovun Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunu 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürüldüyü bildirilir. Qeyd olunur ki, faktla bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmış, bir sıra istintaq tədbirləri yerinə yetirilmiş, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilmişdir. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilmiş, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır.
Qeyd edək ki, 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan sonar nələrin baş vediyi ictimaiyyətə məlumdur. Belə ki, 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilmiş və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yazının əvvəlinə qayıdaq. Hazırda hər kəsi Rövşən Əkbərovun məsuliyyətdən necə yayındığı düşündürür. Əslində, bununla bağlı xeyli ehtimal mövcuddur. Müşahidəçilər hesab edirlər ki, Rövşən Əkbərov Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun “çətiri” altına olduğu üçün onu həbs etmək mümkün olmayıb.
Bəs qanunların aliliyini təmin etməli olan orqanlar hara baxıblar? O vaxtkı Baş prokuror Zakir Qaralov Rövşən Əkbərovun toz basmış qovluğunu niyə bir dəfə vərəqləməyib? Ukraynanın hüquq-mühafizə orqanlarının israr etməsinə baxmayaraq, niyə generalın ifadəsi alınmayıb?
Qeyd edək ki, mərhum Elçin Əliyevin anası Səmayə Əliyeva dəfələrlə o vaxtkı baş Prokuror zakir Qaralovun qəbulunda olub. Səmayə Əliyeva ötən gün mətbuata verdiyi açıqlamasında deyib ki, Zakir Qaralov hər dəfə onu acılayaraq, kabinetindən qovub.
Rövşən Əkbərovun 20 il məsuliyyətdən kənarda qalmasının tək günahkarı Zakir Qaralov deyil. Mətbuatdan da məlum olduğu kimi, mərhum Elçin Əliyevin anası dəfələrlə respublikanın hərbi prokuroru Xanlar Vəliyevin də qəbulunda olub. Buna baxmayaraq, hərbi prokuror korpus komandirinin məsuliyyətə cəlb olunması istiqamətində heç bir addım atmayıb. Əksinə, bu quruma ünvanlanan müraciətləri ört-basdır edib. Hansı ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilmiş, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılmışdır. Bu fakt hüquqi məsuliyyət yaradır. Çünki təqsirləndirilən şəxs qismində cəlb edilməli olan adamın kimliyi barədə Ukraynanın hüquq-mühafizə orqanları Zakir Qaralovun və Xanlar Vəliyevin rəhbərlik etdiyi qurumlara yetərincə fakt təqdim edib. Sadəcə, onlar sözügedən cinayətin açılmaması üçün hər hansı bir addım atmayıblar. Faktların təhlili onu deməyə əsas verir ki, Rövşən Əkbərovun “içəri”də tək qalmaması üçün hüquqi baza mövcuddur. Bu isə o deməkdir ki, istintaq hərəkətləri obyektiv aparılacağı təqdirdə, Zakir Qaralovun və Xanlar Vəliyevin məsuliyyətdən kənarda qalması mümkün olmayacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əməkdar artist açıq ürək əməliyyatı olundu: - "Heç kim bunu üzərinə götürmürdü"
Bu gün, 12:16 |
|
|
|
| • Paşinyan Başkənddən imtina etməyəcəklərini bəyan edib - KİV
Bu gün, 12:09 |
|
|
|
| • “Esvatini Kralının milli geyiminə görə tənqid edilməsi yolverilməzdir, cılız fikirlərlə çıxışlar edirlər...” - VİDEO
Bu gün, 12:06 |
|
|
|
| • “Yeni Klinika” tibbi tullantılara 349 min manat xərcləyəcək
Bu gün, 12:03 |
|
|
|
| • Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb? - QALMAQAL
Bu gün, 12:01 |
|
|
|
| • "Həmin vaxt artıq ana olacağımı yeni öyrənmişdim" - FOTO
Bu gün, 11:58 |
|
|
|
| • Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49 |
|
|
|
| • “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45 |
|
|
|
| • Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44 |
|
|
|
| • "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42 |
|
|
|
| • Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39 |
|
|
|
| • “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32 |
|
|
|
| • Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08 |
|
|
|
| • Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
| • Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50 |
|
|
|
| • Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47 |
|
|
|
| • AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45 |
|
|
|
| • Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
| • Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40 |
|
|
|
| • Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31 |
|
|
|
| • Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15 |
|
|
|
| • "İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05 |
|
|
|
| • AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01 |
|
|
|
| • Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56 |
|
|
|
| • Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46 |
|
|
|
| • Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40 |
|
|
|
| • Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37 |
|
|
|
| • “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27 |
|
|
|
| • “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43 |
|
|
|
| • Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31 |
|
|
|
| • Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20 |
|
|
|
| • Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07 |
|
|
|
| • Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02 |
|
|
|
| • Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42 |
|
|
|
| • Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41 |
|
|
|
| • “Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39 |
|
|
|
| • Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19 |
|
|
|
| • "Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53 |
|
|
|
| • Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50 |
|
|
|
| • Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48 |
|
|
|
| • Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35 |
|
|
|
| • Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29 |
|
|
|
| • "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22 |
|
|
|
| • Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18 |
|
|
|
| • Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07 |
|
|
|
| • İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00 |
|
|
|
| • Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23 |
|
|
|
| • Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13 |
|
|
|
| • 1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07 |
|
|
|
| • Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59 |
|
|
|
|