ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri .....                     "Mənzərə belədir, indi özünüz bilərsiniz..." .....                     "Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?" .....                     Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu .....                     “Core Construction” Azərbaycana saxta “Lacoste” məhsulları gətirib .....                     Bütün səlahiyyətlər sektor müdirinə verilib? .....                     “RAHAT AUTO”-dan inanılmaz dələduzluq .....                     TTY sistemində NƏ BAŞ VERİR? .....                     "Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır" .....                     İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı? .....                     Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… .....                     Paşinyanın Konstitusiya dilemması .....                     Ya Paşinyan hoqqabazlıq edir, ya da... .....                     Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli .....                     "Bunu peşəkar idmançılar da təsdiq edə bilər" .....                     Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib .....                     Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar .....                     “Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb .....                     Paşinyan müxalifəti hədələdi: .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu .....                     Robert Koçaryana qarşı cinayət işi başlanacaq .....                     Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir .....                     ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... .....                     İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? .....                     "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub .....                     Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır .....                     9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir .....                     Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb .....                     `AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... .....                     Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? .....                     Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb .....                     Hansı ölkədə ailələrin daha çox borcu var? .....                     16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi .....                     AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər .....                     Partiya sədrindən deputata SƏRT TƏPKİ: . .....                     Turistlər Azərbaycana ona görə gəlmirlər ki: .....                     Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi .....                     Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib .....                 

"Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR
Tarix: 22-12-2020, 10:54 | Çap et
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"O gün oturub nazirimiz Sahil Babayevə məktub yazdım. Mənə verdiyiniz heyvanın birinin gözü kor, digərinin dişi yoxdur dedim. Xahiş etdim ki, birinə protez diş, digərinə eynək göndərsin. Gözləyirəm, hələ cavab gəlməyib”. DİA.AZ bildirir ki, Sabirabadın Ulacalı kəndinin sakini Şöhrət Abbasov belə deyir. O, 2017-ci ildən aztəminatlı ailə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Özünüməşğulluq proqramına müraciət edib. Deyir, 2 il keçib, səs çıxmayıb. Sonra 2019-cu ildə təkrar müraciət edib:

“Çox get-gəldən, yalvar-yaxardan sonra məni proqrama saldılar. Əvvəlcə dərslərə qatıldım, sonra biznes planı yazdım. Dedilər, “sizə Gürcüstandan gətirtdiyimiz hələb sortu keçilər verəcəyik”. Razılaşdım. Düşündüm ki, keçi qoyundan yaxşıdır. Qoyun 6, keçi 5 aya bala verir. Üstəlik, qabağına nə qoyursan yeyir. Bir sözlə, sərfəli heyvandır”.

Şöhrət Abbasov deyir ki, keçiləri onlara vermədən öncə xeyli tərifləyiblər. Deyiblər, “hamıya yox, hər rayondan 15 nəfər vətəndaşa veriləcək”. Bu, onu daha da sevindirib: “Özümü seçilmiş insan kimi hiss etməyə başlamışdım. Sevinirdim, hətta evdə dedim, arvad, bizim də bəxtimiz nəhayət ki, gətirdi. Bütün günü keçidən danışırdıq. Əkiz balalayır, süd verir, yaxşı əti olur və s. Nəhayət, o gün gəlib çatdı. Dedilər, “keçiləri gətirmişik, gəlin götürün”. 2019-cu ilin sonu idi, maşın tutub getdim. Mənə 22 keçi verdilər. 2 erkək 20 dişi olmaqla – 22 keçi. Bərk-bərk də tapşırdılar ki, özünü sata bilməzsən, ancaq balasını, südünü, pendirini satıb, dolanın. Dedim, nə danışırsız, heç satarammı, bunlar qızıl kimi heyvanlardır. Yığıb gətirdim evə”.

Şöhrət Abbasov deyir ki, heyvanları evə gətirdiyinin səhəri günü biri ölüb, digərlərinin isə xəstə olduğunu anlayıb: “Öskürür, nəfəslərindən pis qoxu gəlirdi. Elə bir aya neçəsi öldü. İçlərində kor, dişsiz, qısır, böyrəyi, ciyəri xəstə heyvanlar var. Budur 1 ilə yaxındır bizdədilər. Cəmi 1 heyvan 2 dəfə bala verib. Qalan 6-sı bir dəfə, yerdə qalanların isə balası olmayıb. Mənə belə deməmişdilər. Demişdilər ki, artacaq, balalarını satıb dolanacaqsan. Məndə isə fərqli oldu. Ya heyvanlar ölür, basdırıram, ya da xəstə düşür, pul verib, dərman alıram. Hələlik, ancaq mən xərcləmişəm, onlardan xeyir gəlməyib”.

Şöhrət Abbasov deyir ki, keçilərin bazar qiyməti 50-60 manat arası dəyişir. Bir normal hinduşka qiymətidir: “Ondan artığına getmir. Əvvəla dedikləri kimi Gürcüstandangəlmə hələb sortu deyil. İkincisi də, hamısı xəstə və yaşlı heyvanlardır. Kimdir onları alan, bunlara pul xərcləyən? Kolbasa, sosiska sexinin işinə yarayar, bir də fermalardakı itlərə yem ola bilərlər. Başqa bir işə yaramırlar”.

Şöhrət Abbasov deyir ki, heyvanların gəlir gətirməməyi bir yana, çəkdiyi əziyyətinə də bir tərəfdən yanır. Təlimlər, imtahan, biznes plan qurmaq, bunların hamısına əmək sərf edib: “Bununla da bitmir. Budur 1 ildir mən hər səhər saat 6-7 arası heyvanları otarmağa aparıram, 12-də gətirirəm. Hər gün 5-6 saat örüşdə oluram. Hələ yeminə, dərmanına da nə qədər xərc çəkmişəm”.

Şöhrət Abbasov ən çox Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən narazıdır. Deyir, onun rəhbərlik etdiyi nazirliyin layihəsi vasitəsilə insanları aldadıblar: “Başımıza oyun açırlar. Həm çoban itlərini, həm də bizi ac qoyublar. Bu heyvanlar itlərin payı idi, gətirib bizə veriblər. Bizim də işimizə yaramır. Nəticədə, hər iki tərəf ac qalıb. İndi bizi o itlərin qarğışından kim qurtarsın?”

Şöhrət Abbasov deyir ki, başına gələnlərlə bağlı aidiyyatı qurumlara məktublar yazıb. Deyir, avqustun 11-də Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi gəlib: “Dedi, Dövlət Nəzarəti Xidmətindən, Administrasiyadan gəlmişəm. Sevindim, dedim, vəssəlam, problemimiz həll olunacaq. Düzdür, ondan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdilər. Amma bu dəfə gələn Prezidentin adından gəldiyini deyirdi. Deməli, ümid vardı. Baxdı, dedi ki, bəli, heyvanlar dəyərindən çox aşağıdadır, çoxu yararsızdır. Sonra da bildirdi ki, tədbir görüləcək və çıxıb getdi. Bu günədək ondan da bir xəbər çıxmayıb. Artıq kimsəyə inanmıram”.

Qeyd edək ki, ötən il fevralın 14-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu təsdiqləyib. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu deyib: “Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.

Şöhrət Abbasov da deyir ki, yalan deyil, bu layihənin hansı formada həyata keçirildiyi nazirə də bəllidir: “Bu layihəyə milyonlarla manat vəsait ayrılıb. Bu pulları nə ediblər? İnsanlara dəyərindən aşağı heyvan verirlər. Hansı ki, zaydır, yararsızdır, hamısının problemi var. İndi biz nə edək? Sahil Babayevin işçiləri bizi aldadıb. Bundan özünün də xəbəri var”.

Şikayətçi deyir ki, onlara verilən heyvanın ümumi dəyəri 5 min manat olmalı imiş. Ancaq heyvanların heç 1000 manat dəyəri yoxdur: “Kaş insafları olardı. Həmin 5 minin yarısı müqabilində heyvan verərdilər. İndi həyətdə 20-30 bala olardı. Deməyim odur ki, insaf yaxşı şeydir. İndiki halda isə biz əziyyət çəkirik, qarşılığını görmürük”.

"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"
"Sahil Babayevin işçiləri bizi aldadıb"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 113 milyard dolları ötüb
Bu gün, 07:54
"Mənzərə belədir, indi özünüz bilərsiniz..." - partiya sədri
Bu gün, 07:29
"Mənim diplomum Kürdəmirdə işləyir, Göyçayda yox?" - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Aqrar Universitetin 240 minlik müsabiqəsini 10 manatlıq şirkət uddu - Sahibi görün kimdir
Bu gün, 07:06
“Core Construction” Azərbaycana saxta “Lacoste” məhsulları gətirib – Mallara həbs qoyuldu
Bu gün, 06:59
Bütün səlahiyyətlər sektor müdirinə verilib? - Murad Məmmədov kimdir?
Bu gün, 06:53
“RAHAT AUTO”-dan inanılmaz dələduzluq - Vətəndaşları aldadıb, ölkədən qaçdılar
Bu gün, 06:40
TTY sistemində NƏ BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 06:31
"Müəllim nüfuzu pencəklə, rənglə, forma ilə yaranmır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:22
İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı? - AKTUAL
Bu gün, 06:19
Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… – RƏSMİ
Bu gün, 06:16
Paşinyanın Konstitusiya dilemması - “necə” sualı açıq qalıb
Bu gün, 05:52
Ya Paşinyan hoqqabazlıq edir, ya da... - NƏ BAŞ VERİR?
Bu gün, 05:49
Səhiyyənin Təminat Mərkəzinin 1.6 milyonluq dərman tenderinə "antiinhisar" əngəli - TƏFƏRRÜAT
Bu gün, 05:45
"Bunu peşəkar idmançılar da təsdiq edə bilər"
Bu gün, 05:43
Britaniyada Rusiyaya qarşı sanksiyaları pozan şirkət 1,3 milyon dollar cərimələnib
Bu gün, 05:39
Tramp və Pezeşkian ABŞ-İran sazişinin nüsxəsini imzalayıblar - CNN
Bu gün, 05:36
“Bakcell”in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb - FOTO
Dünən, 18:26
Paşinyan müxalifəti hədələdi: - “Kökünü qazıb məhv edəcəm!”
Dünən, 18:23
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxundu
Dünən, 18:20
Robert Koçaryana qarşı cinayət işi başlanacaq
Dünən, 18:17
Ermənistanda ABŞ, Fransa və Yunanıstanın iştirakı ilə hərbi təlimlər keçirilir
Dünən, 18:16
ÖZÜ DEDİ: Paşinyan Bakıya gəlir... - AÇIQLAMA
Dünən, 18:11
İlqar Xəyal oğlunun duet təklifinə niyə "YOX" deyib? – Səbəb hər kəsi təəccübləndirdi
Dünən, 18:10
"Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub
Dünən, 18:08
Aİ lideri Ukraynada müharibəni sonlandırmaq üçün Putinlə əlaqə qurmağa çalışır - "Bloomberg"
Dünən, 18:07
9.3 milyon manatlıq nizamnamə kapitalı olan “AZZA Agro” QSC formasını dəyişir
Dünən, 18:05
Paşinyan Azərbaycanla sülhə qarşı çıxan qüvvələrə müqavimət göstərməyə çağırıb - KİV
Dünən, 18:03
`AzəriQaz`da BÖYÜK YEYİNTİ: Müavin işçilərə HAQQ QOYUR... - İTTİHAM VAR...
Dünən, 17:56
Gözləmə mövqeyində olan investorları necə cəlb etməli? - Ekspert deyir ki...
Dünən, 17:43
Elm və Təhsil Nazirliyi "Tais İkf" şirkəti ilə nəhəng müqavilə bağlayıb - TƏFƏRRÜAT
Dünən, 17:42
Hansı ölkədə ailələrin daha çox borcu var?
Dünən, 17:21
16 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi - TƏFƏRRÜAT
Dünən, 17:18
AZAL iyunun I yarısında Bakı–Naxçıvan–Bakı reysi ilə 47 mindən çox sərnişin daşıyıb - DİQQƏT!
Dünən, 17:13
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər - GƏLİŞMƏ
Dünən, 17:06
Azərbaycan bazarda Rusiyanın yerini tuta bilər
Dünən, 17:04
Partiya sədrindən deputata SƏRT TƏPKİ: . - Elə sözlər dedi ki..
Dünən, 16:28
Turistlər Azərbaycana ona görə gəlmirlər ki: - Bilet baha, yol bağlı...
Dünən, 16:20
Ermənistan MSK Karapetyanın blokundan namizədin həbsinə icazə verdi - KİV
Dünən, 16:15
Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib - SİYAHI
Dünən, 16:02
İran neftini daşıyan tankerlər Hörmüz boğazını keçib
Dünən, 15:54
Pekinin Rusiya və İranla bağlı öz planları var... - İNCƏLƏMƏ
Dünən, 13:21
Xəzər Türklərinə aid qeyri adi toqqa - FOTO
Dünən, 13:18
Azərbaycana daxil olan humanitar yardımlar azalıb
Dünən, 13:15
Maaş kartını rəisə vermədi, işdən çıxarıldı - İNDİ İSƏ...
Dünən, 13:07
BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub - FOTO
Dünən, 13:03
Bakıda “Milli Xalq Oyunları” Festivalı keçirilib - FOTO
Dünən, 12:58
Meyxanaçı Rüfət onları efirə çağırmayan kanallardan şikayətləndi - Meyxanaçı kimdən tərbiyəsizdir?
Dünən, 12:55
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir: Özünə yeni vəzifə verildi - İLGİNC
Dünən, 12:40
Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər - QƏRAR
Dünən, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru