Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                     Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi .....                     Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu .....                     Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir .....                     “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” .....                     Xalq artistinə qarşı HAQSIZLIQ .....                     “Halal” sertifikatı kimlər verə bilər? .....                     Azərbaycanda iki şirkət birləşdi: .....                     Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib .....                     İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? .....                     Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. .....                     Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu .....                     Rusiya Ermənistana etiraz notası göndərib .....                     İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir .....                     Azərbaycanda boşanma çətinləşdirilə bilər .....                 

74 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu – siyahıda onun adı ilk sıradadır
Tarix: 5-11-2019, 12:41 | Çap et
74 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu
Bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti islahat ab-havasındadır. Prezident İlham Əliyevin son günlər imzaladığı sərəncamlar isə cəmiyyətin hökumətdən gözlənilərini nəinki doğruldur, hətta siyasi hakimiyyətin özünün daxilində köklü dəyişikliklərə inamı artırıb.

Prezident kadr islahatlarına hökumətin üst qatından başladı. Oktyabrın ilk həftəsində Novruz Məmmədovun könüllü şəkildə istefa ərizəsi yazması və Əli Əsədovun hökumət başçısı təyin edilməsi ilə islahat prosesi sürətləndi. Bundan cəmi bir neçə gün sonra Baş nazirin iki müavininin istefa ərizəsi ilə Prezidentə müraciət etməsi, dövlət başçısının onları yüksək ehtiramla yola salması və həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurları nümunə göstərərək tutduqları postdan istefa verməyə və yerlərini gənc nəslə ötürmələrinə çağırması hakimiyyət komandasındakı islahatların ciddiliyindən xəbər verirdi. Prezidentin bu mesajından sonra hətta 26 ildir iqtidarda olan YAP hakimiyyətinin əsas ideoloqlarından sayılan Ramiz Mehdiyevin də Prezident Administrasiyasının rəhbəri postundan getdi.

Xarici İşlər nazirinin müavini Hafiz Paşayev də könüllü şəkildə Prezidentin çağırışına qoşularaq vəzifəsindən istefa verib. O, Prezidentin çağırışlarını nəzərə alaraq, həyata keçirilən islahatların effektivliyi naminə belə bir addım atdığını açıqlayıb.

Hələlik rəsmən tutduğu vəzifədən istefa verən yaşlı məmurların siyahısını 78 yaşlı Hafiz Paşayev tamamlayır. Amma proses davam edir və yəqin ki, ilin sonunadək islahat tam şəkildə başa çatdırılacaq.

Bəs, bundan sonra daha hansı yüksək ranqlı məmurlar istefaya gedəcək?

İndi ölkə ictimaiyyətini ən çox maraqlandıran və dartışılan əsas sual məhz budur. Baxmayaraq ki, az qala hər gün mətbuatda və sosial şəbəklərdə yaxın günlərdə istefaya gedəcək daha bir neçə yaşlı məmurun adları çəkilir. Bu sırada Baş nazirin birinci müavini Yaqub Eyyubovun, Səhiyyə naziri Oqtay Şirəliyevin, Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin adı daha çox çəkilir. Dünən isə Səhiyyə naziri Oqtay Şirəliyevin də istefa ərizəsi yazması barədə məlumatlar yayıldı. Əhməd Əhmədzadənin də yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı və onun rəhbəri olduğu qurumun “Azərsu” ASC-nin strukturuna daxil ediləcəyi söylənilir.

Baş nazirin birinci müavini Yaqub Eyyubova gəlincə, onun məsələsi bir qədər fərqlidir. Yayılan məlumatlara görə, dövlət başçısının yaşlı məmurlarla bağlı çağırışı 74 yaşlı Yaqbub Eyyubov üçün gözlənilməz olub və indi o, vəziyyətdən necə çıxacağını özü də bilmir. Buna səbəb 1999-cu ildən Baş nazirin müavini, 2003-cü ildən isə birinci müavin postunu tutan Yaqub Eyyubovun hökumətdə və cəmiyyətdə mənfi reputasiyası ilə tanınmasıdır. Belə ki, fəaliyyəti dövründə buraxdığı səhvlər, böyük biznes şəbəkəsi ilə gündəmdə olması onun ölkə başçısı yanında etimadını itirib.

Düz iyirmi ildir hökumətdə təsirli füqurlardan birinə çevrilmiş bu şəxsin ölkənin sosial-iqtisadi həyatında hansısa diqqətəlayiq fəaliyyəti ilə seçildiyini söyləmək çətindir. Əvəzində yerli və xarici mətbuatda vaxtaşırı onun özünün və ailə üzvlərinin dövlətin maliyyə vəsaitlərindən sui-istifadə etmələri barədə məlumatlar yer alır.

Yeri gəlmişkən, Baş nazirin “Şöhrət” ordenli birinci müavini Avropada böyük biznes şəbəkəsinə sahib olması ilə də tez-tez gündəmə gəlir. Hazırda xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli bir müddət əvvəl Yaqub Eyyubovun Avropadakı biznesinin izinə düşdüyünü və bununla bağlı sensasion sənədlər əldə etdiyini yazmışdı. Baş nazirin 1-ci müavininin oğlu Orxan Eyyubovun şirkətinin qeydiyyat sənədlərində onun İngiltərə vətəndaşı olduğu göstərildiyini qeyd edən jurnalist yaxın vaxtlarda həmin sənədləri də yayacağını bildirib.

Bu tip məlumatları təkrarlamadan yalnız onu demək olar ki, Eyyub Yaqubov Azərbaycan hökumətinin imkanlarından, dövlət büdcəsinin vəsaitlərindən öz xeyrinə istifadə etməyə öyrəncəlidir. Məsələn, onun “Hyatt Regency Baku” otelinin villalarından birini neçə illərdir büdcə vəsaiti hesabına “məşğul etməsi” heç kimdən gizli deyil.

Baş nazirin birinci müavininin bu villaya bağlılğının səbəbi barədə əsas versiya belədir ki, o, bu super rahatlığı olan məkanda, dərddən-qayğıdan uzaq bir həyat sürür. Daha doğrusu, həyatının qayğısız anlarını yaşayır. Özü də bu anları heç də tənhalıqda keçirmədiyi barədə də ehtimallar var. Villanın qarşısında 201 dövlət nömrə nişanlı “Porşes”i ...

Eyyub Yaqubovun Qusar rayonunda 5 hektarlıq ərazini əhatə edən möhtəşəm bir “ranço”sunun varlığı da söylənməkdədir. Deyilənə görə, Baş nazirin birinci müavininin rançosu, Qərbdə olduğu kimi, kənd təsərrüfatı təyinatlı deyil… “vəhşi təbiət”in bir parçasıdır. Onun əsl zooparka çevirdiyi bu məkanda, bəlkə, kefi istəyəndə bahalı şərab içib, sonra ova çıxdığı da olur…

İctimaiyyət arasında geyimi-kecimi, yerişi-duruşu ilə nümunəvi məmur obrazı yaratmağa çalışan ahıl bir adamın şəxsi planda heç bir ədəb-ərkan, qayda-qanun gözləməməsi, vəzifədə qalmaq üçün şəraitə uyğunlaşması, dondan-dona girməsi xameleon, ana dilimizdə desək, buqələmun xüsusiyyətini xatırladır. Vəziyyətdən asılı olaraq rəngini, daha doğrusu, xasiyyətini dəyişmək anlamına gələn buqələmunluq ən mənfi mənəvi hal kimi cəmiyyətdə ikrah hissi ilə qarşılanır.

Yaqub Eyyubov Bakının ən məşhur restoranlarında bahalı sifarişlər verməsi, var-dövlət hərisliyi ilə daha çox gündəmdə olur. Heç şübhəsiz, bu cür davranışları diqqəti cəlb etməyə bilməz. Axı, cəmiyyət yüksək vəzifə tutan məmurların davranışlarını görür və ictimai müzakirəyə çıxarmaqla qiymətləndirir. Bu mənada Yaqub Eyyubovun tutduğu vəzifədən gedəcəyi gözləniləndir.

Hökumətdə yüksək post tutğu uzun müddət ərzində özünün də, ailə üzvlərinin də şəxsi maraqlarını qat-qat artıqlaması ilə təmin etməyə nail olmuş Yaqub Eyyubovun, əslində, ölkə rəhbərinin tövsiyəsini qulaqardına vurması mənəvi tənəzzülün daha dərinləşməsinin əlaməti sayıla bilər. O, korlanmış reputasiyasını qismən də olsa düzəltmək üçün vaxt qazanmaq və mümkün qədər tutduğu postda qalıb işləməkdə davam etmək istəyir. Buna nə dərəcədə nail olacağı isə yaxın həftələrdə aydın olacaq.

Belə görünür ki, Baş nazirin birinci müavini könüllü istefa verməsə belə, necə deyərlər, məcburi şəkildə yola salınacaq. Bu, oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gələn dövlət və hökumət başçılarının Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən, belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə Baş nazirin birinci müavini görünməyib. Əvəzində Bakıdan ölkəsinə qayıdan Venesuela Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportundan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tərəfindən yola salınması diqqəti cəlb etdi.
Bu da bir gerçəklikdir ki, Prezidentin islahatlarla bağlı ortaya qoyduğu siyasi iradə qətidir və hökumətin yuxarı eşelonundakı kadr dəyişiklikləri istənilən halda davam edəcək. Hətta qısamüddətli fasilə yaransa, belə...
Gundeminfo.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19
Rusiya Ermənistana etiraz notası göndərib
Dünən, 16:18
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Dünən, 16:17
Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Dünən, 16:15
Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Dünən, 16:11
Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Dünən, 16:08
Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Dünən, 16:06
Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Dünən, 16:03
Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:48
Belarus Ukraynaya nota verib
Dünən, 15:45
Mirzoyan Avropa İttifaqından yardım istədi - “Azatutyun”
Dünən, 14:40
Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib
Dünən, 14:39
Bakıda 20 yaşlı oğlan evlənmək vədi verdi, azyaşlı qızla qaçdı: “İki gecə küçədə qaldıq” - TƏFƏRRÜAT
Dünən, 14:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru