Tramp Avropanın Ukrayna üçün silahlara görə .....                     Siz niyə evdə oturmusunuz? .....                     Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır .....                     "DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                 

“Ölüxana” adı alan 3 saylı Şəhər Klinik Xəstəxanası - İTTİHAM
Tarix: 6-08-2018, 13:04 | Çap et
“Ölüxana” adı alan 3 saylı Şəhər Klinik Xəstəxanası
Tanınmış jurnalist Esmira Cavadova özünün facebook səhifəsində şəxsən qarşılaşdığı bir olayı qələmə alıb

diaaz.space ölkə səhiyyəsinin rəzil durumunu ifadə edən həmin olayı cumhuriyyet.az-a istinadən olduğu kimi diqqətinizə çatdırır:

3 gün əvvəl gündüz saatlarında atamın boğazından qəfil qan fışqırdı, xeyli qan itirdi. Təcli yardım gəldi, qanı kəsmək üçün iynə vurdu. Qan dayandı və həkim atamı xəstəxanaya götürməyi təklif etdi. Ancaq biləndə ki, atamı Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına götürmək istəyirlər, ailəlikcə etiraz etdik. Səbəb bəlli idi.

Həmin xəstəxanada dəfələrlə yaxın insanların baxımsızlıqdan dünyasını dəyişməsinin şahidi olmuşduq (it dişləməsi ilə aparılan bir tanış sahibi vaxtında gəlib çıxmadığı üçün vaksin vurulmaması üzündən ölüb, başqa bir tanışımız avtoqəzada yaralanıb və həmin xəstəxanaya götürülüb, eyni səbəbdən həkimlər yaxın durmayıb və qanitirmədən ölüb). Təbii ki, xəstəmizin o xəstəxanaya götürülməsini istəmirdik. Onun “Semaşko”ya aparılmasını istəyirdik. Həkimlərsə ərazi üzrə yalnız 3 saylı Şəhər Klinik Xəstəxanasına apara biləcəklərini deyib dururdular.

Ailəmizə imtina ərizəsi yazdırıb getdilər, iki saatdan sonra yenə gəldilər, atamın vəziyyəti ilə maraqlandılar, yenə eyni xəstəxanaya götürməyi təklif etdilər, yenə razılaşmadıq, yenə imtina ərizəsi alıb getdilər. Dünən axşam saatlarında eyni vəziyyət təkrarlandı, bu dəfə atam daha çox qan itirdi və növbəti dəfə təcili yardıma zəng vurduq, çox gec gəldilər. Qanı durdurmaq üçün iynə vurub yenə eyni xəstəxanaya aparmaq istədiklərini bildirdilər. Ailə üzvlərimiz və atam istəmədi, həkim ərazimiz üzrə Təcili Tibb Yardım Stansiyası ilə əlaqə saxladı, vəziyyəti dedi, həkimə dedilər ki, başqa yerə aparmayın, istəmirlərsə, imtina ərizələrini alın, cıxın gəlin. Bu dəfə dedim, imkan verin, aparsınlar, görək axırı necə olur. Atamı təcili yardım maşınına qoydular, biz də şəxsi maşınımızla arxalarıyca getdik. Təcili yardım həkimləri atamı xəstəxananın cərrahiyə şöbəsinin qəbul şöbəsinə gətirdilər. Burada növbətçi həkimlər daş atıb başlarını tutdular ki, bu, bizim xəstə deyil, bura nahaq gətirmisiz, aparın terapiya şöbəsinə. Təzədən təcili yardım maşınına mindirdilər, bu dəfə terapiya şöbəsinə gətirdilər, buradakı növbətci həkimlər də “bizlik deyil” deyib, xəstəni qəbul etməkdən imtina etdilər. Səs-küy yarandı, təcili yardım həkimləri tələb etdilər ki, gətirdikləri xəstəni qəbul etsinlər, sənədi imzalasınlar, xəstə ortada qalıb. Növbətçi həkimlər “qan qusursa, bunu məsələn, Buzovnadakı 7 saylı Vərəm Dispanserinə aparın” deyirdilər. Halbuki, xəstə müayinə olunmayıb, səbəb aşkar edilməyib və sadəcə, növbətçi həkimin “ağlına” belə gəlib: vərəm ola bilər.
Bir xeyli mübahisədən sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı ilə əlaqə saxladım, telefonu növbətçi həkimlərdən birinə uzatdım, bu dəfə həkim qızıl-qırmızı, gözümüzün içinə baxa-baxa yalan danışdı. Guya o, xəstəni cərrahiyə şöbəsinə qaytarmağı məsləhət görüb və guya biz razılaşmırıq. Təsəvvür edirsiz, altı adamın üzünə-gözünə baxa-baxa yalan danışır və bunu çox rahat edir. Nə isə ki, xəstəni yenə təcili tibbi yardım maşınına qoyub cərrahiyyə şöbəsinə qaytarırlar. Bu dəfə yenə buradakı növbətçi həkim “axı bu xəstənin yeri bura deyil”, deyib bizə məsləhət görür ki, Ağciyər İnstitutuna aparaq, qanaxma ağciyərlə əlaqəli ola bilər. Çevrilib təcili yardım həkimlərindən soruşuram: xəstə buralıq deyilsə, bura niyə gətirdiz? Kişi çiyinlərini çəkir və deyir: Bizə ərazi üzrə xəstələri yalnız bu xəstəxanaya gətirməyi tapşırıblar, biz kimik ki?..”

Nəhayət, şöbənin növbətçi həkiminə tapşırıq gəlir ki, xəstəni reanimasiyaya qəbul eləsin. Bu dəfə növbətçi həkimdən soruşuram: Sizə aid xəstə deyilsə, niyə qəbul edirsiz? Təcili yardım maşınıyla göndərin aidiyyəti üzrə xəstəxanaya… O da çiyinlərini çəkir və deyir: heç olmasa reanimasiyada qanaxma baş versə, iynə vurulacaq, qarşısı alınacaq, səhər də mütləq Ağciyər İnstitutuna aparın, xəstə buralıq deyil. Ağciyər İnstitutunda bir gün əvvəl atam özü olub və ağciyərində problem aşkar edilməyib. Nəticə yazılan vərəqəni həkimə uzadıram, deyir, bu, rentgenin nəticəsidir, düz göstərməyə də bilər, aparın, kompüterə saldırın, o dəqiq göstərir. Soruşuram: niyə təcili yardım aparmır? Deyir, özlərindən soruşun. Çevrilib yenə təcili yardım həkimlərinə müraciət edirəm: Xəstəni niyə birbaşa Ağciyər İnstitutuna aparmırsınız? Yenə çiyinlərini çəkir, deyir, bizlik deyil. Atamı reanimasiyaya bir gecəlik yatırmaqdan imtina edirik. Zatən, qanaxma olanda həmin iynəni özümüz də vururuq və qanaxma müvəqqəti kəsir. O üzdən götürüb evə gəldik, gecəni də özümüz iynə vurub qanaxmanın qarşısını aldıq. 2 saat ərzində 3 saylı Şəhər Klinik Xəstəxanası xəstəyə və yaxınlarına əsəb, gərginlik yaşatdı.

İndi bildiniz ki, o xəstəxanaya niyə ölüxana deyirlər? Kim yatıb, yuxuda nə görüb belə bir qərar verib ki, xəstə yalnız ərazi üzrə xəstəxanaya aparılmalıdır?.. Seçimi niyə xəstəyə buraxmırlar? Əgər ərazi üzrə təyin etdikləri xəstəxanada bu xəstəni müayinə və müalicə etmək imkanları yoxdursa, xəstəni niyə məhz həmin xəstəxanaya aparırlar? Ortada vaxt itkisi, insan həyatı… Xəstəxana həkimləri qanaxmayla qapısına gələn xəstəni qəbul etməkdən imtina edir, təsəvvür edirsiz? Xəstəxana təklif edir ki, xəstəni yalnız bir gecəlik qanaxmasını kəsmək üçün reanimasiya şöbəsində saxlaya bilər, səhər özü başının çarəsinə baxsın. Təsəvvür edirsiz, xəstə müayinə olunmamış, qanaxmanın səbəbi tapılmamış, şöbədə oturub tum çırtlayan növbətçi həkimin biri deyir, ağciyərdən ola bilər, xəstəni Ağciyər İnstitutuna aparın, o biri deyir, qara ciyərdən ola bilər, Vərəm Dispanserinə aparın)))) Sabah baş verənlərlə bağlı səhiyyə nazirinə müraciət edəcəm, sonra da hüquqşünaslarla məsləhətləşib hüquqi addımlar atacam. Həmkarlarımdansa məsələni diqqətdə saxlamalarını xahiş edirəm. Bu, təkcə bir xəstənin problemi deyil, hər gün neçə-neçə xəstənin kitabını belə bağlayırlar. Saatlarla qəbul şöbələrində ləngidib axırlarına çıxırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
18-06-2026, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
18-06-2026, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
18-06-2026, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
18-06-2026, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
18-06-2026, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
18-06-2026, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
18-06-2026, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
18-06-2026, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
18-06-2026, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
18-06-2026, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
18-06-2026, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
18-06-2026, 16:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru