"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                     Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi .....                     Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu .....                     Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir .....                     “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” .....                     Xalq artistinə qarşı HAQSIZLIQ .....                     “Halal” sertifikatı kimlər verə bilər? .....                     Azərbaycanda iki şirkət birləşdi: .....                     Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib .....                     İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? .....                     Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. .....                 

“Nişan üzüyümü girov qoyub dərman almışam” - Nazirliyin önündə özünü yandıran idmançımız
Tarix: 24-08-2017, 13:11 | Çap et
“Nişan üzüyümü girov qoyub dərman almışam”
Bu yaxınlarda bir idmançımızın Gənclər və İdman Nazirliyinin qarşısında özünü yandırmağa cəhd etməsi xəbəri çoxlarını təəccübləndirdi. Həmin idmançının kimliyi ilə maraqlandıq.

Emin İsmayılov illərdir ki, idman sahəsində külüng döyüb. Amma hazırki durumu çox acınacaqlıdır. Yarışda aldığı zədə onun səhhəti üçün ciddi problemə çevrilib. Dünya çempionatının gümüş mükafatçısı özünü hansı səbəbdən yandırmağa cəhd etməsi ilə bağlı Unikal.org-a müsahibə verib.

- Emin bəy, sizi idmançı kimi yaxından tanıyaq...

- 2000-2004-cü illərdə boks üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvü olmuşam. Bakı və Respublika birinciliklərim var. 2004-cü ildə 11-ci sinifdə oxuyanda ciddi zədələndim. Belə ki, ciyərimdən xəsarət almışdım. Bu da mənim boks karyerama mane oldu. 1 il müalicə aldım. Zədə məni çox şeydən məhrum etdi. 2006-cı ildə yenidən boksa qayıtdım. Bakı çempionatında finala çıxdım. Amma ciddi şəkildə idmanla məşğul ola bilmədim. Çünki ailəmə kömək üçün işləməli idim. Yenə də döyüşürdüm. 2010-cu ildə daha bir zədə aldım, qabırğam sındı. Təəssüf ki, mənə təqaüd (xəstəliyə görə) də kəsməyiblər. 12 ildir ciyər xəstəsi kimi qeydiyyatdayam. Orada da rüşvət güdürlər.
İdmanı çox sevirdim, yarışlarda iştirak etməkdən vaz keçmirdim. 2014-cü ildə uşu-Sanda idman növünə yazıldım. Həmin ili İtaliyada keçirilən beynəlxalq yarışa qatıldım. Elə o yarışda da üzüm sındı. Bundan sonra isə idmandan tamamilə uzaqlaşmalı oldum.
Boks üzrə birinci dərəcəli idmançıyam. "İdman ustalığına Namizəd” dərəcəm var. Milli komandanın üzvü olmuşam. Respublika çempionu, Bakı birincisi və sanda idman növündə Dünya çempionatının gümüş mükafatçısıyam. Dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşam.

- Bu zədəni neçənci döyüşdən sonra aldınız?

- 2014-cü ilin oktyabr ayında İtaliyanın Karara şəhərində keçirilən Dünya Oyunlarının yarımfinal döyüşündə zədə almışam. Rəqibim belçikalı idmançı görüş başlayan kimi təpik zərbəsi ilə üzümün almacıq sümüyünü sındırdı. Şəkillərdə də göründüyü kimi mən şortikimin üstündə Türkiyə Azərbaycan bayraqları ilə çıxmışdım. O bayraqlar naminə axıra kimi döyüşdüm. Hətta bu barədə rəqibim də danışmışdı. Onun açıqlamasını mən də sosial şəbəkədə paylaşmışdım. "Azərbaycanlı idmançının üzünü sındırdım, amma o təslim olmadı və məni uddu”- deyib.
İndi 3 ildir mən əliləm. Aidiyyatı qurumlar da mənimlə maraqlanmır. Zədələndiyim yarış - Dünya Oyunları hər il keçirilir. Hətta qatıldığım bu yarışda millət vəkili Adil Əliyev də vuruşub, qalib olub. Yəni, prestijli bir yarışdır.

- Deyəsən, Gənclər və İdman Nazirliyi müalicənizi öz üzərinə götürdü, amma sonradan bu fikrindən daşınıb?

- Nazirlik müalicəmə heç bir maliyyə ayırmayıb. Sadəcə olaraq, 2015-ci ildə müayinəmi təsdiqlədilər. Düzdür, müayinəyə getdim. Həkimlər 400 manatlıq dərmanlar yazdılar. Nazirliyə müraciət etdim ki, mən işləmirəm. Nə atam işləyir, nə də anam... Ailənin tək övladıyam. Bu dərmanları nə ilə almalıyam? O zaman dedilər ki, "get, özün bilərsən”. Sonra müayinəyə getmədim. Yalandan dərmanları ala bilməyəcəmsə, niyə müayinəyə gedim? Yəni, nazirlik nə əməliyyat olunmağıma kömək etdi ki, sağalım, nə də müalicəmə...

- Hazırda zədəniz sizə hansı problemlər yaradır?

- Elə insan göstərin ki, 3 il sınıq üzlə gəzsin. Camaatın barmağı kəsilir ağrıdan yata bilmir. Bu zədə üzümün sol hissəsini, gözümü, bir sözlə, sağlamlığımı əlimdən alıb. Əmək qabiliyyətimi də itirmişəm. Buna görə də mən təqaüd ala bilmirəm. Utanmıram deyirəm, bəzən gedib fəhləlik edirəm, ofisiant işləyib özümü dolandırmağa çalışıram. Amma buna görə bayraq qaldırmışıq, himnimizi səsləndirmişik?
Təəssüf ki, hərbi xidmətdə olmamışam. Dediyim kimi, boksda ciyərimdəki problem məni çox şeydən məhrum etdi. İdmanımla vətənə borcumu ödəməyə çalışmışam. İndi 24 saat ağrılarla yatıb, qalxıram.

- Tam sağalmanız mümkündür?

- Bəli mümkündür. Amma həkimlərimiz deyir yüz faizli zəmanət vermirik. Çox istəyərdim ki, müalicəmi xaricdə ala bilim. Türkiyədə, İranda... Artıq öz həkimlərimizə də inanmıram. Vaxtında məni müalicə etsəydilər, bəlkə yaxşı olardım. Bu 3 il nəinki üzümü, canımı, bütün sağlamlığımı məndən aldı... Mən artıq yaşayan ölüyəm.

- Kömək üçün hansı aidiyyatı qurumlara müraciət etmisiz?

- Hadı Rəcəbli, Araz Əlizadə, Xətai Rayonu icra Hakimiyyəti, Mənzil Komunal Departamenti... Qarşıma çıxan bütün quruma getmişəm ki, bəlkə mənə köməklik göstərələr. Bütün qurumların da sənədi məndədir. Bunların hər biri məni yola verir, məsuliyyəti bir-birinin üstünə atır. Hadı Rəcəbli mənə deyir ki, gəl səni İslam Oyunlarında könüllü düzəldim, işlə özün- özünü əməliyyat etdirərsən. Araz Əlizadə də qaçıb gizlənir. Mənim yaşadığım yerdən deputatdır. Üzünü bir dəfə görmüşəm. Katibəsini qabağa verir, özü qaçır.
İcranın səhvinə görə, evim uçdu heç biri maraqlanmadı. Yataqxanada qalıram. Gəlin görün, bu əclaflar məni nə vəziyyətdə yaşadır, idmançıya hansı hörməti qoyur. Yerdə betonun üstündə yatıram. Evimi də su basıb.

- Bir idmançının özünü yandırmağa cəhd etməsində kim günahkardır?

- Nazirliyin vicdanı olsaydı... Bilirlər ki, 3 ildir zülm çəkirəm, ağrılar çəkirəm. Atam nazirliyə gedib dedi ki, fəhlə adamam, oğlumu güclə böyüdüb boya-başa çatdırmışam. Heç nə istəmirəm, sadəcə, oğlumu əməliyyat etdirin və təhsil ala bilməsində köməklik göstərin. Bu barədə özüm də Azad Rəhimova məktub ünvanlamışdım. O qədər qəddardırlar ki, heç nə etmirlər. Bildirmişdim ki, heç olmasa, mənim ali təhsil almağıma köməklik göstərin gedim müəllim işləyim. Çünki mənim arzumdur ki, gedib hansısa rayonumuzda idman müəllimi kimi fəaliyyət göstərim.

- Üzvü olduğunuz federasiya bununla bağlı sizə heç bir köməklik göstərmədi? Ya da sizə köməklik üçün harasa müraciət etdilər?

- Federasiya prezidenti deyir "məndə pul yoxdur”. Gənclər və İdman Nazirliyi deyir "federasiya etməlidir”, federasiya deyir "nazirlik etməlidir”. Məni yarışa aparan məşqçi isə heç yaxın da durmur.
Ümummilli lidderimiz Heydər Əliyevin sayəsində Azərbaycan bir çox problemlərdən azad oldu. Cənab prezidentimiz İlham Əliyev ölkəsinə və idmançılara bu qədər qayğı göstərir. Amma bəzi məmurlar idmana ayrılan pulları mənimsəyir. İdmançıların haqlarını yeyirlər.

- Həyatınızı, maddi durumunuzu necə təmin edirsiz?

- Yataqxanınanın birinci mərtəbəsində yaşayıram. Bir az öncə də dediyim kimi icranın səhvi üzündən evimin bir hissəsi uçub. İcra Hakimiyyətindən gəlib özləri də baxdılar ki, qəzalı vəziyyətdə yaşayırıq. Rəy də çıxardılar. Hər birinin də məktubu məndədir. Buna baxmayaraq dedilər "Biz "kupçalı” evi təmin etmirik”. Atam da, özüm işsizik. Özüm gedib 2-3 nəfərə məşq keçirəm. Ayda 100-150 manat pul qazanıram. Bununla evimi təmir edim, ya müalicə olunum?
Hansı quruma yazmışam, köməklik istəmişəm heç bir dəstək olmayıblar. Onlar üçün nə idmançının, nə də vətəndaşın durumu maraqlı deyil.

- Emin bəy, sizin haqqınızda maraqlandıq, heç kim mənfi fikir səsləndirmədi. Bəs maraqlıdır, nazirlik belə idmançıların arxasında niyə dayamır?

- Çünki mən heç kimə pis olmamışam, yaxşı idmançı olmuşam. Bayrağım, dövlətim üçün vuruşmuşam. GİN-ə də mənim kimi idmançılar sərf etməyib. Ona görə ki, mənim nazir qohumum yoxdur, vəzifədə olan "daydayım” yoxdur. Dövləti, bayrağı üçün əziyyət çəkən idmançılar nəyə görə zəlil vəziyyətdə yaşamalıdır. 17 ildir idmanda can qoymuşam, amma 30 yaşında gedib offisiant, fəhlə işləyirəm. Nazirlik yaşayışımı, ailə vəziyyətimi çox yaxşı bilir. Oradakıların insafı olsaydı, köməklik edərdi. Mən "lombarda” nişan üzüyümü qoydum, gedib özümə dərman aldım ki, ağrılarım bir az azalsın. 4 aydır ki, üzüyüm oradadır. Kişinin nişan üzüyünü "Lombard”a qoyması çox ağırdır. Onların qanında azərbaycanlı, türk qanı olsaydı, mənə belə haqsızlıq etməzdilər. Bunları buraxasan elə pulları göyə sovursunlar. Prezident idmançıların hesabına pul qoyur. Bəs hanı o pullar? Gəlib mənim evimə baxsınlar... Atam da, anam da xəstə düşüb. Bunlar bir ailənin məhvinə göz yumublar.
Cənab prezidenti və onun siyasətini həmişə dəstəkləmişəm. Çox istəyirəm ki, mənim vəziyyətimdən cənab prezident, hörmətli Mehriban xanım Əliyeva xəbər tutsun. Əminəm ki, onlar xəbər tutsalar, mənə köməklik göstərəcəklər.

“Nişan üzüyümü girov qoyub dərman almışam”
“Nişan üzüyümü girov qoyub dərman almışam”
“Nişan üzüyümü girov qoyub dərman almışam”
“Nişan üzüyümü girov qoyub dərman almışam”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19
Rusiya Ermənistana etiraz notası göndərib
Dünən, 16:18
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Dünən, 16:17
Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Dünən, 16:15
Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Dünən, 16:11
Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Dünən, 16:08
Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Dünən, 16:06
Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Dünən, 16:03
Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru