"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                     Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi .....                     Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu .....                     Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir .....                     “Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” .....                     Xalq artistinə qarşı HAQSIZLIQ .....                     “Halal” sertifikatı kimlər verə bilər? .....                     Azərbaycanda iki şirkət birləşdi: .....                     Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib .....                     İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? .....                     Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. .....                     Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu .....                 

"Universitetlər qalıb ərəbin, rusun, farsın ümidinə" - PROBLEM
Tarix: 1-08-2017, 14:15 | Çap et
"Universitetlər qalıb ərəbin, rusun, farsın ümidinə"
Son illər Azərbaycandan xaricə təhsil almaq üçün minlərlə abituriyent, tələbə üz tutur. Bu da ölkədən valyutanın xaricə çıxması deməkdir. Təsadüfi deyil ki, ötən il boş qalan plan yerlərinin bu il tamamilə doldurulması üçün Dövlət İmtahan Mərkəzi 2 mərhələli qəbul imtahanı sisteminə keçid etdi və qəbulun sonunda bəzi ixtisaslar üzrə müsabiqə balları da aşağı salındı.

Buna baxmayaraq, istər özəl, istərsə də dövlət ali təhsil müəssisələrində illik təhsil haqları artırıldı. Bu, ötən illə müqayisədə xaricdə təhsil almaq üçün müraciət edənlərin sayına nə kimi təsir edib? Bununla əlaqədar paytaxtda fəaliyyət göstərən bir neçə xaricdə təhsil təşkil edən təşkilatlarla əlaqə saxladıq.

"GEMİ" (Gənclərin Elmi Mədəni İnkişaf Təşkilatı) təşkilatının rəhbəri Sərdar Yusifoğlu “Qaynarinfo”ya açıqlamasında müraciət edənlərin sayında artım olduğunu bildirdi və gənclərin daha çox hansı səbəbdən ölkəni tərk etmək istədiyini açıqladı:

"Ötən ildən müraciət edənlərin sayında artım var. Amma ola bilər ki, bu bəzilərinin sırf xaricə getmək istəmələri ilə əlaqədardır. Nəticə göstərir ki, hətta bu il keçid balını keçən abituriyentlər belə, hansı ki, topladığı ballar bəzi regionlarda yerləşən təhsil müəssisələrində oxumağa kifayət edir, burada təhsil almaq istəmirlər. Onlar fikirləşirlər ki, xaricdə zəif bir universitetdə belə təhsil alsalar, onlar üçün daha yaxşı olar. Buradakı universitetlərlə bağlı çoxlarının düşüncəsi belədir ki, əksəriyyətində həm təhsil haqqı bahadır, həm də təhsilin keyfiyyəti aşağıdır. Amma bu, o demək deyil ki, Azərbaycanda keyfiyyətli təhsil yoxdur. Sadəcə, inamsızlıq var və bu inamsızlığı aradan qaldırmaq üçün istər özəl, istərsə də dövlət universitetlərində təşkilatlanma aparılmalıdır. Bunun da əsas yolu xaricdən Azərbaycana tələbə axınını təşkil etməkdir. Buna nail olmaq mümkün olda, sosial və maddi-texniki bazanı inkişaf etdirməklə inamı bərpa etmək olar. Biz gənclər təşkilatı olduğumuz üçün əsasən aşağı büdcəli insanlar müraciət edir. Onların da əksəriyyəti Türkiyə və Ukrayna universitetlərinə maraq göstərirlər. Bəziləri yaşayış hüququnun olması, bəziləri də təhsil haqlarının aşağı olması ilə maraqlanır. Türkiyənin əksər universitetlərində ixtisaslar üzrə təhsil haqları 200-700 dollar civarındadır, bu da onlara daha cəlbedici görünür və müraciət edənlər düşünür ki, getdikdən sonra həm oxuyacaq, həm də dərsdən sonra hər hansısa bir fəaliyyətlə məşğul olaraq öz gündəlik xərclərinin bir hissəsini çıxarda biləcək".

"Megapolis Təhsil Mərkəzi"nin rəhbəri Elçin Əzizov əksinə, xaricdə təhsil almaq üçün müraciət edənlərin sayında 20-30 faiz azalma olduğunu qeyd etdi:

"İnsanların həm maddi durumu, həm də abituriyentlər üçün yeni yaradılan şəraitlərlə bağlı xaricdə təhsil üçün müraciət edənlərin sayında müəyyən qədər azalmalar var. Nəticələr onu göstərir ki, ötən ildən müraciət edənlərin sayı 20-30 faiz aşağı düşüb. Əvvəllər daha fərqli ölkələrə müraciət olurdusa, indi daha çox illik təhsil haqqı aşağı olan ölkələrə axın güclüdür. Bura əsasən Türkiyə və potsovet ölkələrini daxil etmək olar".

"Celt Colleges" xaricdə təhsil mərkəzi İçəri Şəhər filialının meneceri Hüseyn Məhərrəmov isə təhsil üçün xaricə getmək istəyənlərin sayının artdığını və axının əsasən Türkiyə universitetlərinə olduğunu dedi:

"Ötən ilki statistika ilə müqayisədə bu il xaricdə təhsil almaq üçün müraciət edənlərin sayında artım var. Belə deyək ki, əgər ötən il 100 nəfər müraciət etmişdisə, bu il bu göstərici bir o qədər də artıb, yəni 200 nəfər olub. Üstünlük də əsasən Türkiyə universitetlərinədir".

Qeyd edək ki, DİM-in rəhbəri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında vakant yerlərlə bağlı statistikanı açıqlayıb və ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edib. Onun sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım olub. DİM rəhbəri bildirib ki, bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunsa belə, müəyyən yerlərin boş qalacağı istisna edilmir.

Məsələ ilə bağlı “Qaynarinfo”ya danışan təhsil üzrə ekspert Kamran Əsədov DİM-in 2 mərhələli qəbul imtahanı sisteminin heç bir nəticə vermədiyini və ötən il olduğu kimi, bu il də əksər plan yerlərinin boş qalacağını bildirib və bunun səbəblərini açıqlayıb:

"Bildiyiniz kimi, artıq 2017-2018 tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qalıb və bundan sonra ən ciddi bir proses - ixtisas seçimi başlayır. İlk növbədə abituriyentlərin sayına baxdıqda görürük ki, bu il məktəblərə sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Yəni 2016-cı ildə bu say 85 min idisə, bu il 65 minə qədər düşüb. Halbuki, 2010-cu ildə bu rəqəm 110 min nəfər idi. İllər keçdikcə Azərbaycanda oxumaq üçün sənəd verənlərin sayında azalma, əksinə xarici ölkələrə təhsil almağa gedənlərin sayında artım olduğu görünür. Buna təsir göstərən müəyyən faktorlar var. Əsas səbəblərdən biri Azərbaycanda təhsil haqqlarının yüksək, təhsilin keyfiyyətinin isə aşağı olmasıdır. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi qəbulu 2 mərhələdə həyata keçirdi və məqsəd də o idi ki, keçid balını toplayanların sayı çoxalsın. Hər il kifayət qədər boş plan yerləri qalırdı ki, onlar tutulsun, həmçinin xaricdə təhsil almaq üçün gedənlərin sayı azalsın. Amma real vəziyyət onu göstərir ki, 2 dəfə imtahan keçirməyin də nəticələrə heç bir təsiri yoxdur. Belə ki, 48 faiz abituriyent keçid balını topladı, lakin 52 faizi toplaya bilmədi. Həmin 52 faizin də müəyyən hissəsi əvvəlki illərdə olduğu kimi yenə xarici ölkələrə üz tutacaqlar. Bunun qarşını almaq üçün Təhsil Nazirliyi təklif etdi ki, ali təhsil müəssisələrində hazırlıq qrupları yaradılsın və abituriyentlər oxumaq istədikləri ixtisas üzrə 1 il təhsil alsınlar, sonra yenidən imtahan versinlər. Azərbaycandan kənara təhsil almaq üçün gedənlərin sayında azalma ola bilməz. Çünki proses hələ bundan sonra başlayır. Ümid var idi ki, DİM keçid ballarını aşağı salacaq, düzdü əvvəlcədən müəyyən olunmuşdu ki, keçid balında enmə olmayacaq və 200 bal olaraq qalacaq, lakin DİM sonradan dəyişiklik edərək 1-ci qrupda 30, 2-ci qrupda 32, 3-cü qrupda 9, 4-cü qrupda isə 8 ixtisas üzrə müsabiqə ballarını aşağı saldı. Bu da ötən illərdə boş qalan plan yerləri idi. Bununla belə həmin yerlərin illik təhsil haqlarının yüksək olması və seçim imkanı olan abituriyentlərin sayının az olması gələcəkdə yenə də həmin plan yerlərinin boş qalmasına gətirib çıxaracaq. Əgər biz xaricə oxumaq üçün gedənlərin qarşısını almaq istəyiriksə, ilk növbədə keçid ballarını və qəbul şərtlərini asanlaşdırmalı, həmçinin təhsil haqlarını da fantastik həddə yox, Azərbaycan vətəndaşının ödəyə biləcəyi şəkildə müəyyənləşdirməliyik".

Ekspert həmçinin xaricdən təhsil almaq üçün Azərbaycana gələnlərin sayının da az olduğunu və universitetlərin bu sahədə heç bir iş görmədiklərini qeyd eetdi:

"Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsinin hər biri xaricdən attestatla tələbə qəbul etmək səlahiyyətinə malikdir. Yəni onlar bunu edə bilərlər, sadəcə özlərini əziyyətə salmaq istəmirlər. Türkiyənin 240 universitetində 800 min xarici tələbə təhsil alır. Bir şəhərdən ibarət olan Sinqapurda kimi ölkədə 80 min xarici tələbə oxuyur, ABŞ-da 10 milyon və s. Amma Azərbaycanın 54 ali təhsil müəssisəsinə gələnlərin sayı 3800-dür. Bu da hər bir universitet üçün 40-50 tələbədən artıq etmir. Ölkəyə 3 sahə pul gətirir: səhiyyə, təhsil və turizm. Təəssüf ki, bizdə bunların 3-də də qalmışıq ərəbin, rusun, farsın əlində. Onlar da çox az saydadır. Halbuki, universitetlər öz gəlirləri üçün xaricdən daha çox tələbə cəlb etməlidirlər. Yəni, bütün universitetlərimizdə xarici tələbələr üzrə prorektorlar, dekanlıqlar yaradılmalı, həmçinin istər Avropa, istərsə də MDB ölkələrində öz universitetlərini reklam etməlidirlər. Yəni biz sadəcə öz ölkəmizdən tələbə cəlb etməklə gəlirli təhsil sistemi qura bilmərik. Xaricdən tələbə qəbul etməklə universitetin reytinqini də artıra bilərik. Çünki, bu, reytinqə təsir edən əsas amillərdən biridir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Leyla Abbasova “Azerconnect Group”da yüksək vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 16:19
Rusiya Ermənistana etiraz notası göndərib
Dünən, 16:18
İran və ABŞ arasında qarşılıqlı anlaşma memorandumu tarixi sənəddir - Pezeşkian
Dünən, 16:17
Azərbaycanda boşanma çətinləşdirilə bilər - ŞƏRH
Dünən, 16:15
Sülh sazişinə ən böyük maneə... - Konstitusiyanı dəyişməmək müharibə anonsudur
Dünən, 16:11
Neft Fondunun 22 ton qızılı hara və... neçəyə satdığı məlum oldu
Dünən, 16:08
Ermənistan 3 ildir üzvlük haqqı ödəmir - Masadıkov
Dünən, 16:06
Quzularını qurda tapşırsa, heç belə olmazdı: 700 minlik yeyinti... - TƏFƏRRÜAT
Dünən, 16:03
Paşinyan son qərarını açıqladı: Ermənistanda yeni seçkilər keçiriləcəkmi? - GƏLİŞMƏ
Dünən, 15:50
Agentliyin departament müdiri işdən çıxdı: YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - BUNDAN SONRA...
Dünən, 15:48
Belarus Ukraynaya nota verib
Dünən, 15:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru