Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

“Səda Store”də şok maliyyə maxinasiyaları aşkara çıxarıldı
Tarix: 13-06-2016, 11:13 | Çap et
“Səda Store”də şok maliyyə maxinasiyaları
Məlum olduğu kimi, Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək istəyiblər. Belə ki, müflis olma təhlükəsi qarşısında olduqlarını iddia edən supermaketlər şəbəkələrinin rəhbərləri hökumətdən vergi yükünün azaldılması üçün bəzi güzəştlər xahiş ediblər.
Sahibkarlar bildiriblər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə, Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub.
Onlar iddia ediblər ki, hazırda tətbiq edilən effektiv vergi dərəcələri və digər ödəmələr qiymətlərin stabil saxlanmasına imkan vermir. Üstəlik, devalvasiyası nəticəsində əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb.
Bu səbəbdən, iri supermarket şəbəkələrinin rəhbərləri öz müraciətlərində konkret olaraq respublikada istehsal olunan sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə əlavə dəyər vergisinə (ƏDV) sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürüblər.
Xatırladaq ki, müraciəti “Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, “FRESKO” və “SƏBƏT” marketləri adından direktor Kamran Eyyubov, “Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, “Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, “Araz” marketlər şəbəkəsi adından İlqar Nuri, “Neptun” maketlər şəbəkəsi adından direktor Vüqar İbrahimov, “Bolmart” marketləri adından Elçin Kərimov, “Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, “Mega store” və “Sarı” marketləri adından Eşqin İsmailli imzalayıblar.
Qeyd edək ki, sahibkarların müraciətinə İqtisadiyyat Nazirliyindən “müraciət olunan məsələlərlə bağlı araşdırmalar aparılır” adı altında hələ də “araşdırması başa çatmayan” cavab verilsə də, Vergilər Nazirliyinin onlara cavabı çox net oldu. Nazir Fazil Məmmədov birmənalı olaraq bəyan etdi ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: "Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98%-i bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2% marketlərdə satılır. Ona görə marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil. Təkrar edirəm, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi".
Əlbəttə, istər İtiqsadi İnkişaf, istər də Vergilər nazirliklərindən sahibkarlara verilən cavab tamamilə başadüşülən idi. Doğrudur, ilk baxışdan kimlərsə hər iki nazirliyini bu mövqeyini “hökumətin iş adamlarına qarşı ədalətsizliyi” kimi qələmə verdilər. Hətta bəzi ekspertlər bildirdilər ki, belə getsə, tezliklə iri marketlər “zərərlə işlədiyi” üçün sıradan çıxacaq.
Əslində, sözügedən müraciətdən keçən iki aya yaxın zaman hökumətin bu məsələdə haqlı olduğunu ortaya qoydu. Çünki indiyə kimi nə adıçəkilən marketlər bağlandı, nə də ortada onlarına fəaliyyətinə əngəl olan hansısa problem mövcuddur. Bu baxımdan əminliklə deyə bilərik ki, supermarket rəhbərlərinin bu müraciəti devalvasiyadan sonra ölkədə yaranmış ajiotajdan istifadə edərək daha çox gəlir əldə etmək istəyindən başqa bir şey deyil. Hansı ki, “Hürriyyət”in son vaxtlar Sumqayıtdakı bir sıra ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlı aşkara çıxardığı faktlar da dediklərimizi sübut edir. Belə ki, sahibkar Vüqar Rəsul oğlu Qələndərova məxsus olan “Əli-94”, “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında fəaliyyət göstərən ticarət mərkəzlərinin hər birində qanuni gəlirdən əlavə, il ərzində 1,5 milyon manatdan artıq dövlət vəsaiti mənimsənilir. Nəzərə alsaq ki, indi ölkədə əksər ticarət mərkəzləri eyni prinsiplə fəaliyyət göstəriri, o zaman sahibkarların nazirliyə müraciətinin sadəcə fürsətdən yararlanmaq cəhdi olduğu sirr deyil...

“Səda Store” ticarət mərkəzindəki yeyinti faktları

Ötən sayımızda da qeyd etdiyimiz kimi, Sumqayıtda fəaliyyət göstərən “Əli-94” (“Ən ucuz market”) ticarət mərkəzində dövlət büdcəsindən külli miqdarda – 1,4 milyon manata yaxın vəsait oğurlandığı haqda çox ciddi faktları ortaya çıxarmışıq. Bu yazımızda isə V.Qələndərovun sahibi olduğu “Səda Store” ticarət mərkəzindəki yeyinti faktları ilə oxucularımızı tanış edəcəyik...
İlk əvvəl onu qeyd edək ki, əldə etdiyimiz sənədlərdə bəzi rəsmi şəxslərin də Vüqar Qələndərovun cinayət tərkibli əməllərinə ortaq olduğu, hətta onun qanunsuzluğunu ört-basdır etdiyi faktı təsdiq olunur. Xüsusən də Sumqayıt şəhər 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının bu sahədəki fəaliyyəti daha qabarıqdır. Həmçinin, sözügedən obyektin - “Səda Store” ticarət mərkəzinin yoxlanılması zamanı da vergi müfəttişi J.Ə.Qurbanovun imzası ilə tərtib olunan aktda bu saxtakarlıq açıq-aşkar görünür.

Saxta vergi aktı və saxta rəqəmlər

“Səda Store”də şok maliyyə maxinasiyaları

Belə ki, 2 saylı Ərazi Vergilər İdarəsi əməkdaşlarının 2015-ci ilin avqust ayı üzrə “Səda Store” ticarət mərkəzində apardıqları yoxlama zamanı orta günlük satış dövriyyəsi barədə tərtib olunan akta diqqət edək(FOTO 1). Aktda göstərilir ki, 07.08.2015-ci il tarixdən 21.08.2015-ci ilədək aparılan araşdırma nəticəsində bu ticarət mərkəzinin satış dövriyyəsinin ümumilikdə 31 395 manat olduğu müəyyən edilib. Həmin akta əsasən, orta günlük satış dövriyyəsi isə 2 092 manat təşkil edib. Halbuki, həmin dövr üçün şirkətin “qara mühasibatlıq” hesablarında bu göstərici dəfələrlə artıqdır. Məsələn, Sumqayıt şəhəri 17-ci mikrorayon İ.Qayıbov küçəsində yerləşən “Səda Store” ticarət mərkəzinin həmin dövr üçün aylıq satış dövriyyəsi 750 000 manat təşkil edir. Göründüyü kimi, bütün bunlar bir daha təsdiq edir ki, “Səda Store” ticarət mərkəzinin aylıq satış dövriyyəsi 750 min manatdan çox olduğu halda, rəsmi sənədlərdə təxminən 40 min manat göstərilir. Bu da o deməkdir ki, “Səda Store” ticarət mərkəzi aylıq satış dövriyyəsinin 710 min manatını gizlədir.

ƏDV-dən 108 min manat yayındırılıb

Sözsüz ki, bu vəsait dövlət büdcəsinə yönləndiriləcəyi halda V.Qələndərov təkcə 18 faiz ƏDV ödəməli olacaqdı, deməli, bu vəsaitin (710 min manat) yayındırılması nəticəsində dövlət büdcəsindən 108 305 manat oğurlanıb.
Digər tərəfdən, əgər bu şəxsin qəbul olunmuş 20 faiz orta rentabelliklə fəaliyyət göstərdiyini də nəzərə alsaq, bu halda müəyyən vergidən yayındırılmış vəsaitin təxminən 568 min manatı xərc, 142 min manatı isə xalis gəlir olar. Həmin vəsaitin də (142 min manatın) 20 faizi gəlir vergisinə cəlb olunardısa, Vüqar Qələndərov əlavə olaraq hər ay 28 400 manata yaxın da gəlir vergisi ödməyə məcbur olacaqdı. Lakin hazırda bu vəsait V.Qələndərov tərəfindən mənimsənilir.

Saxta icarə müqaviləsi...

“Səda Store”də şok maliyyə maxinasiyaları

Təbii ki, Vüqar Qələndərovun saxtakarlıqları təkcə bu faktlarla bitmir. Qeyd edək o, sahibi olduğu “Səda Store” ticarət mərkəzinə Əliyev Talıb Əli oğlunu direktor təyin edib. Sonradan – 04.05.2015-ci ildə T.Əliyevlə yenə də qarovulçu kimi çalışan və ayda cəmi 170 manat maaş alan Əsgərov Rövşən Bibiqulu oğlu arasında saxta icarə müqaviləsi bağlanmışdır. Lakin bu müqavilədə sözügedən obyektin icarə haqqı 400 azn göstərilir ki, bu da real bazar qiymətindən dəfələrlə azdır.
Bütün bunlar isə heç də təsadüfi deyil. İlk öncə onu qeyd edək ki, “Səda Store” ticarət mərkəzinin icarəyə verilən hissəsi 2000kv. metr təşkil etsə də, sözügedən icarə müqaviləsində bu rəqəm kiçildilərək 300 kv.metr göstərilir(FOTO 2). Şübhəsiz, obyektin sahəsi olduğundan 1700 kv.metr az göstərilməklə külli miqdarda dövlət vəsaiti mənimsənilir. Belə ki, həmin ərazidə icarəyə verilən obyektin hər kvadrat-metrinə görə ən azı 25 manat ödənildiyini, üstəlik tərəflərin anlaşmasının da bu rəqəmə yaxın olduğunu nəzərə alsaq, deməli, ay ərzində təkcə saxta icarə müqaviləsi əsasında 5950 manat (1700 x 25 x 14% ÖMV) büdcədən yayındırılır.

120 işçidən 105 nəfərin adı gizlədilir

“Səda Store”də şok maliyyə maxinasiyaları

İcarə haqqı ilə yanaşı “Səda Store” ticarət mərkəzində yerləşən obyektlərin və işçilərin sayı da dövlətdən gizlədilir. Hansı ki, bu obyektdə 120 nəfər çalışdığı halda rəsmi sənədlərdə cəmi 15 nəfər işçinin adı qeyd olunur
Bununla, Vüqar Qələndərovun sahibi olduğu ticarət mərkəzlərinin təkcə birində - “Səda Store”də 105 nəfərin adı Vergilər Nazirliyindən və DSMF-dən gizlədilməklə, yenə də külli miqdarda yeyintiyə yol verilir. Konkret olaraq, işçilərin əlimizdə olan maaş cədvəlinə əsasən deyə bilərik ki, 105 nəfərin orta aylıq əməkhaqqı toplam 31 500 manat edir və bu halda vergidən 5670 manat (31 500 manatın 18 faizi), DSMF-dən isə 7875 manat (31 500 manatın 25 faizi) vəsait oğurlanır.

Hər ay dövlətdən 156 200 manat oğurlayır

Beləliklə, “Hürriyyət”in əməkdaşının apardığı araşdırma nəticəsində məlum olur ki, Sumqayıtdakı “Əli-94” (“Ən Ucuz”), “Hiper”, “Səda Store”, “Göyçay” və digər marketlər şəbəkəsinin sahibi olan Vüqar Qələndərov təkcə bir obyektində - “Səda Store”də həyata keçirdiyi saxtakarlıqlar nəticəsində hər ay dövlət büdcəsindən toplam olaraq 156 200 manat oğurlayır. Hansı ki, bunun da 108 305 manatı ƏDV-dən, 28 400 manatı gəlir vergisindən, 5950 manatı icarə müqaviləsinin saxtalaşdırılmasından, 7875 manatı DSMF-dən, 5670 manatı isə vergidən yayındırılan pullardır. Bu isə o deməkdir ki, Vüqar Qələndərov il ərzində dövlət büdcəsindən 1 874 400 (1 milyon, 874 min, 400) manat oğurluq edir.

Dövlət rəsmilərinə müraciət...

Biz “Hürriyyət” olaraq bir daha Vergilər naziri cənab Fazil Məmmədova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Səlim Müslümova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edərək, yuxarıda göstərilən faktlarla bağlı araşdırılma aparılmasına göstəriş vermələrini xahiş edirik. Çox istərdik ki, bu yoxlamalar zamanı qəzetimizin əməkdaşlarının da iştirakı təmin olunsun. Çünki bu zaman əlimizdə olan və yuxarıda açıqlanmayan bir çox əlavə faktları da təqdim etməklə, yoxlamaların daha tez və obyektiv aparılmasına yardımçı ola bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru