Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək .....                     “DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür .....                     Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                 

Əhməd Əhmədzadə bir əlini meliorasiya və su təsərrüfatı sistemindən niyə çəkmir? - İLGİNC FAKTLAR
Tarix: 17-01-2023, 10:40 | Çap et
Əhməd Əhmədzadə bir əlini meliorasiya və su təsərrüfatı sistemindən niyə çəkmir?
Bir neçə il öncə bəzi dövlət qurumlarında aparılan islahatlar çərçivəsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin də ləğv olunacağı ilə bağlı elektron media resurslarında müxtəlif fikirlər səsləndirilir, məlumatlar yayılırdı. Qurumun səlahiyyətlərinin gah Kənd Təsərrüfatı Nazirliyinə veriləcəyi, gah da “Azərsu” ASC- yə birləşdiriləcəyi barədə məlumatlar demək olar ki, gündəmdən düşmürdü. Bununla yanaşı səhmdar cəmiyyətdə yüksək vəzifə tutanların da artıq yaşı keçmiş Əhməd Əhmədzadənin yeri uğrunda mübarizə aparmaları barədə də tez-tez məlumatlar yayılırdı. Lakin verilən proqnozların heç biri özünü doğrultmadı və gözlənilənlərin əksi baş verdi. Səhmdar cəmiyyətin rəhbərliyində heç kimin gözləmədiyi bir dəyişiklik oldu. Uzun illər Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olmuş Əhməd Əhmədzadə vəzifəsindən kənarlaşdırıldı. Əvəzində isə onun yeri uğrunda mübarizəyə girişmiş, adları hallanan bəzi klan başçıları deyil, gözlənilməz bir şəxs, meliorasiya və su təsərrüfatı sisteminə tamamilə yad, Türkiyənin Boğaziçi Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirmiş, “Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru olmuş Zaur Mikayılov təyin edildi.

Bunlar baş verəndə 2021-ci ilin yaz ayları idi. Dörd aydan sonra isə Zaur Mikayılovun Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunmasının ikinci ili tamam olacaq. Təyinatının ilk günlərindən iddia olunduğu kimi islahatçı, gənc biznesmen Respublikanın ən strateji əhəmiyyətli sahələrindən biri olan meliorasiya və su təsərrüfatı sistemində nə kimi yeniliklər edə bildi? Son iki ildə onun rəhbərliyi ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində nə kimi yeniliklər olub?

Açıq mənbələr üzərindən apardığımız araşdırmalarda məlum oldu ki son iki ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də mərkəzi idarə etmə aparatının strukturu dəyişilərək daha müasir, günün tələblərinə uyğun, işin peşəkarlılığın artırılması, işin təşkilinin daha müasir formada görülməsi üçün yeni şöbə və sektorlar yaradılıb. Cəmiyyət tərəfindən idarəetmədə təcrübəli kadrların cəlb olunması istiqamətində də addımlar atılıb. Bu istiqamətdə cəmiyyətin mərkəzi aparatının strukturunun daha çevik idarəetmə qabiliyyətinə malik formada yenidən təşkili və bu sahəyə xarici dövlətlərdə təhsil almış, müasir biliklərə malik təcrübəli gənc kadrlar cəlb edilib. ASC-nin yaydığı bu məlumatdan göründüyü kimi islahlar struktur dəyişikliyi adı altında ASC-nin mərkəzi aparatında aparılıb. Sədr Zaur Mikayılov özü kimi xaricdə təhsil almış, müasir biliklərə malik gənc kadrları, yəni, yaxın ətrafını ASC-də mühüm vəzifələrə yerləşdirib. Onlardan ikisini də özünə müşavir təyin təyin edib. Biri 1996-cı ildə Xəzər Universitetini, sonralar Azərbaycan Beynəlxalq Universiteti və Bakı Dövlət Universitetini magistr üzrə bitirmiş, 1998-2009-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Satınalmalar üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrdə işləyimiş, Fuad Quliyevdir. Sözügedən şəxs Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabeli qurumların keçirdikləri onlarla tenderin qalibi olmuş “Modenco” MMC-də də işləyib. İndi də Səhmdar Cəmiyyətdə sədrin müşaviridir. İkincisi isə isə Zaur Mikayılovun tələbə yoldaşıdı. 1998-ci ildə Türkiyənin Boğaziçi Universitetinin İqtisadi və İdari Elmlər fakultəsini bitirmış Əli Şirinovdu.

Qeyd edək ki, Prezident İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edərkən onu videoformatda qəbul etmiş, su ehtiyatlarından maksimum səmərə ilə istifadə etmək üçün konkret proqramlar və təkliflər təqdim edilməsini tələb etmiş, son dövrlərdə meliorasiya və su təsərrüfatında olan çatışmazlıqların aradan qaldırılmasında innovativ idarəetmə və texnologiyaların tətbiqini önə çəkərək proqram təyinatlı göstərişlər vermişdi. Prezident İlham Əliyev suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması, mövcud torpaq məcralı kanalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulması üçün layihələrin hazırlanmasını tapşırmışdı. Bəs Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin artıq yeni olmayan sədri ölkə başçısının tövsiyyə və tapşırıqları üzrə nə kimi addımlar atılıb?

Qeyd edək ki, bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində bütün işlər elə keçmiş sədr Əhməd Əhmədzadənin dövründə olduğu kimi qalır və davam etdirilir. Ona görə ki, Baş nazirin müşaviri vəzifəsində olmasına baxmayaraq məlumatlara görə onun bir əli hələ də meliorasiya və su təsərrüfatı sisteminin üstündədi. Məhz buna görə də, bu gün Zaur Mikayılovun rəhbərliyi ilə meliorasiya və su təsərrüfatı sistemində ölkə başçısının göstərişlərini həyata keçirməkdən daha çox Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin göstərişlərini həyata keçirməyə daha çox önəm verilir.

Aktualinfo.org-a verilən məlumatlara görə Zaur Mikayılov vəzifəsinə başlar, başlamaz Əhməd Əhmədzadənin artıq klanlaşmış kadrları ilə üzbəüz qalıb. Bunlar təkcə vaxtı ilə Əhməd Əhmədzadənin müavinləri olmuş Zakir Quliyev və Rafiq Aslanovla bitmir. Əhməd Əhmədzadənin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə gətirib vəzifə verdiyi və bu gün də işlərini davam etdirən kadrları var. Hansı ki, onlar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən gəlirli idarələrində, yəni dövlətin ən çox pul ayırdığı strukturlarda oturub uzun illərdir müxtəlif layihələrin həyata keçirilməsi üçün ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar.

Məsələn 2021-ci ildə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin bir sıra rayonlardakı struktur vahidlərində dəyişiklik aparılaraq, 26 idarə ləğv edilib və həmin rayonlarda fəaliyyət göstərən Suvarma Sistemləri və digər idarələrlə birləşdirilib. Verilən məlumatlara görə bu ASC daxilində bir sıra ziddiyyətlərə gətirib çıxarıb. Belə ki, qurumda Əhməd Əhmədzadə tərəfindən toxunulmazlıq statusu verilmiş bəzi idarə müdirləri Zaur Mikayılovun aparmaq istədiyi islahatların əleyhinə olublar. Məlumat verənlərin sözlərinə görə, mübahisələr Əhməd Əhmədzadənin işə qarışmasından sonra bəzi yerdəyişmələr olmaqla həllini tapıb.

Amma verilən məlumatlara görə Əhməd Əhmədzadənin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində toxunulmazlıq statusu verdiyi bir çox şəxslər hələ də vəzifələrinin başındadı. Hansı ki, Zaur Mikayılov onları yerindən tərpətməyə aciz qalıb. Onların bəziləri hazırda sədrin müavini vəzifəsini daşıyanların qohumları, yaxınlarıdı. Bəziləri isə dövlət vəsaitlərinin talan edilməsi hesabına var-dövlət, güc sahibi olmuşlardı. Onlar kimlərdir? Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Ramiz Vəkilov, Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Allahyar Salayev, Bəhramtəpə Hidroqovşağının istismarı İdarəsinin rəisi Mirqoca Mirişov, Yuxarı Qarabağ Kanalının İstismarı İdarəsinin rəisi Şakir İmanov, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev, Samur-Abşeron Kanalının İstismarı İdarəsinin rəisi Zakir Rüstəmov, Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin rəisi Valeh Qaraşov, Ceyrançöl Qış otlaqlarının Su Təminatı İdarəsinin rəisi Nizami Vəliyev, Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqları və Təmir-Quraşdırma və Sazlama İdarəsinin rəisi Asif Mikayılov və onlarca suvarma sistemləri və melioservis idarələrinin rəisləri. Hansı ki, onları bu vəzifələrə Əhməd Əhmədzadə gətirib və uzun müddətdir Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin göstərdiyimiz idarələrinə rəhbərlik edirlər. Onların bəzilərinin yaşı hətta yetmişi keçib. Amma məlumatlara görə Zaur Mikayılov səhmdar cəmiyyətin sədri olaraq onları vəzifəsindən kənarlaşdıra bilmir.

Qeyd edək ki, onlar əvəzolunmaz kadrlar deyillər. Əksinə onların işini daha yüksək səviyyədə apara biləcək kadrlar kifayət qədərdir. Lakin onların bir üstünlüyü var. O da Əhməd Əhmədzadənin kadrı olmalarıdır. Yəni bir sözlə Əhməd Əhmədzadə və onun adını çəkdiyimiz və çəkmədiyimiz adamları meliorasiya və su təsərrüfatı sistemində kadr islahatları aparılmasına mane olurlar. Çünki bu sistemə hər il büdcədən milyonlarla manat vəsait ayrılır ki, onların böyük hissəsi çay yataqlarının lildən təmizlənməsi, maşın və avadanlıqlara ehtiyyat hissələrinin alınması və digər adlar adı altında mənimsənilir. Onlar büdcədən ayrılan hazır milyonları əldən verməmək üçün çalışırlar. Əhməd Əhmədzadənin bir əli də daim onların üstündədir.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan, Sərkisyan və Karapetyan məsuliyyətə cəlb ediləcək - Ermənistan Baş naziri
Bu gün, 11:49
“DOST İş Mərkəzi” ofis sahəsini 1.3 milyon manata icarəyə götürür
Bu gün, 11:45
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru