İmişlidə bir yeyintinin izi ilə... - Rəis çıxış yolu axtarır...
Tarix: 27-05-2019, 10:07 | Çap et
 Bir neçə gün öncə İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatlar əsasında dərc etdiyimiz “İmişli Mədəniyyət və Turizm idarəsində əlilərə çatmalı olan vəsait nə üçün verilmir?” – adlı araşdırma idarə rəisi Nazim Əzimovu ciddi narahat edib. Məhz bu amil onun ötən həftənin 5-ci günü toplantı keçirməsinə səbəb olub. Xatırladaq ki, rayondakı mənbədən Conflict.az-a daxil olan məlumatda deyilirdi ki, bu dövlət müəssisəsində çalışan 2-ci və 3-cü qrup əlillərin həmkarlar təşkilatları tərəfindən əmək haqlarına əlavə edilən 15-20%-lik vəsait artıq 3 ildir ki, naməlum şəraitdə mənimsənilir. Diqqətli oxucuların nəzərinə onu da çatdıraq ki, Mədəniyyət və Turizm nazirliyinin bu subyektində ilk mənimsəmə faktl deyil. İmişli Mədəniyyət və Turizm idarəsi hələ 2015-ci ildə medianın gündəminə bu dövlət müəssisəsinə rəhbərlik edən Süleyman Bəşirovun maliyyə maxinasiyaları ilə gəlmişdi. Həmin vaxt söhbət kifayət qədər ciddi rəqəmdən gedirdi. Və bu hal o zaman məhkəmə predmetidə olmuşdu. Süleyman Bəşirov bir neçə müddət həbsdə qalsa da, məhkəmə qərarı ilə dövlətə dəymiş ziyan ödənildikdən sonra azadlığa buraxılmışdı. Hal-hazırda Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan İmişli Mədəniyyət və Turizm idarəsində baş verənlərlə bağlı redaksiyaya məlumat verən mənbə dövlət vəsaitinin mənimsənilməsi faktı ilə bağlı Regional idarənin baş mühasibi Saday müəllimlə əlaqə saxlanıldığını da bildirdi. Saday müəllim həmkarlar təşkilatı tərəfindən 2-ci və 3-cü qrup əlillərin əmək haqlarına edilən 15-20%-lik vəsaitin hər ay İmişli MTİ-nin balansına köçürüldüyünü bildirib. Deməli vəsait məhz İmişlidə mənimsənilir. Həm də nə az, nə də çox, düz 3 ildir. Görəsən bu mənisəmə faktından Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin xəbəri varmı? Əgər varsa Nazim Əzimovla bağlı qanunamüvafiq tədbir nədən görülmür? Axı dövlət vəsaiti mənimsənilir. Yox əgər xəbəri yoxdursa, o halda biz media olaraq üstümüzə düşən vəzifəni – informasiya ötürücüsü olaraq artıq onun da diqqətinə çatdırdıq. Cənab nazir 3 ildir ki, İmişli Mədəniyyət və Turizm idarəsində ciddi qanun pozuntusuna yol verilir. Mənbənin verdiyi məlumatda qeyd edilir ki, ötən həftənin 5-ci günü keçirilən tədbirdə Nazim Əzimov inkarın yersiz olduğunu görərək mənimsəmə faktı ilə bağlı özünə belə haqq qazandırıb: “Mən idarəyə çoxlu sayda işçi götürmüşəm. Həmkarlar İttifaqının əlillərin əmək haqlarına etdiyi əlavə 15-20%-lik vəsaitləri həmin şəxslərə əmək haqqı kimi verirəm.” Bu zaman ortaya maraqlı nüans çıxır. Axı normadan artıq işçi götürmək səlahiyyətini Nazim Əzimova kim verib? Mədəniyyət və Turizm nazirliyi, İmişli rayon İcra Hakimiyyəti və nəhayət İmişli rayonu üzrə Maliyyə idarəsi bəs hara baxır? Axı bu idarə dövlə müəssisəsidir. Necə olur ki, bir müdir öz ağlına görə istədiyi qədər işçilər götürür və onların əmək haqlarını başqa işçilərin əmək haqlarına edilən əlavələr hesabına ödəyir. Bu sadəcə nosensdir. Türklər demiş düpədüz palavradır. Və onu da qeyd edək ki, Nazim Əzimov mənimsəmə faktının üstünün açılmasından ciddi narahat olduğu üçün son toplantıda qeyd edib ki: ”Mən içimizdəki xainin kim olduğunu axtarıb tapacam. Mətbuata məlumat öz içərimizdən verilib.” Biri bu şəxsə desin ki, adamalrın haqqını qanunsuz olaraq mənimsəmə faktına son qoy. Yoxsa sən partizan Mixaylo deyilsən ki, hər yerdə Karrantini axtarasan. İnsanlar haqqlarını tələb edir. Haqqını tələb edən nədən xain olsun ki? Məlumatda o da qeyd edilir ki, Nazim Əzimovun əsas gəlir mənbəyindən biri də idarəyə götürdüyü bəzi işçilərin rayon ərazisində mütəmadi olaraq toylara getməsidir. Belə ki, işçilər müsiqiçi və ya müğənni qismində el şənliklərində iştirak etdikləri üçün əmək haqqı kartları idarə rəisində olur. Beləliklə İmişlinin palatka meqastarları da cənab Nazim Əzimovun şəxsi büdcəsinin böyüməsinin səbəbkarlarıdırlar. Xatırladaq ki, yuxarıda göstərilən hallar kənd klublarının işçiləri üçün də keçərlidir. Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, mövqeylərini dərc etməyə hazırdı.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
| • Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23 |
|
|
|
| • Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11 |
|
|
|
| • Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09 |
|
|
|
| • Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04 |
|
|
|
| • Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03 |
|
|
|
| • SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00 |
|
|
|
| • Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53 |
|
|
|
| • Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49 |
|
|
|
| • “Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35 |
|
|
|
| • Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34 |
|
|
|
| • Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25 |
|
|
|
| • Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
|