İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                 

Səfər Mehdiyev bu bir ildə nələrə nail oldu? - ARAŞDIRMA
Tarix: 30-04-2019, 13:10 | Çap et
Səfər Mehdiyev bu bir ildə nələrə nail oldu?
Bugünlərdə, daha dəqiq desək, aprelin 23-də Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsinə təyin olunmasının bir ili tamam olur. Artıq çoxlarına bəllidir ki, Səfər Mehdiyev DGK sədri postuna əyləşdikdən bir qədər sonra Dövlət Gömrük Komitəsində ciddi islahatların həyata keçiriləcəyini, bu sahədə mövcud olan neqativ halların aradan qaldırılacağını bəyan edib. Məsələn, ötən ilin dekabr ayının 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı o, Azərbaycanda inhisarçılığın olmadığını bildirmişdi. Lakin əldə etdiyimiz məlumatlar, eləcə də mətbuatda gedən informasiyalar bunun əksini deməyə əsas verir.

Belə ki, Səfər Mehdiyevin vədlərinə rəğmən, hələ də xaricdən Azərbaycana avtomobil gətirən şəxslər süni maneələrə, bürokratik əngəllərə, əlavə ödənişlərə məruz qalır. Bu barədə verilən məlumatlarda deyilir ki, vətəndaşlar idxal etdiyi nəqliyyat vasitəsini rəsmiləşdirərkən gömrük orqanının əməkdaşları tutarlı səbəb göstərmədən, hər hansı qanuna istinad etmədən kalkulyatorda göstərildiyindən artıq pul tələb edirlər. Məhz buna görə də vətəndaşlar ölkəyə idxal etdiyi nəqliyyat vasitəsini Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq öz adına rəsmiləşdirməyə çalışarkən, o cümlədən xarici ölkədə hərrac vasitəsiylə aldığı nəqliyyat vasitəsini qiymətləndirilmə ilə əldə etdiyi sənədlə bəyannaməni doldurarkən ciddi problemlərlə üzləşirlər. Qeyd edək ki, ekspertlərin fikrincə, gömrük sistemində insan faktoru, gömrük əməkdaşının iradəsinin ortada olması rüşvət və korrupsiyaya yol açır. Mütəxəssislər hesab edirlər ki, bütün bu problemlərin ortaya çıxmasının başlıca səbəbi gömrük sistemində şəffaflığın və islahatların həyata keçirilməməsidir. Əgər belə olmasaydı, o zaman yerli istehsalı olmayan, yalnız avtomobil yığımı ilə məşğul olan Azərbaycana nəqliyyat vasitəsi idxal etmək xaricdəki satış qiymətindən bir neçə dəfə baha başa gəlməzdi.

"Gömrük və vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq"

Onu da nəzərinizə çatdıraq ki, sözügedən mövzu ilə bağlı yenisabah.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin qənaətincə, avtomobil gömrük rüsumları ilə bağlı Azərbaycanda ciddi bir məntiqsizlik var. Onun sözlərinə görə, gömrük rüsumlarının, aksiz vergilərinin yüksək olduğu yerlər adətən çox böyük avtomobil istehsalçısı olan ölkələr olur: "Yəni öz daxili bazarlarını qorumaq, daxili istehsalçılarına dəstək olmaq üçün həmin ölkələr bəlli çərçivədə özlərinə xaricdən avtomobillərin gətirilməsini qarşısını almaq məqsədilə böyük gömrük rüsumları, vergi, aksiz dərəcələri müəyyən edirlər. Azərbaycanda isə belə bir ehtiyac yoxdur. Ölkəmizdə yerli avtomobil istehsalı da mövcud deyil. Neftçaladakı olan zavod isə istehsal deyil, yığımdır. Orda çox az miqdarda – təqribən il ərzində 800-1000 arası avtomobil yığılır. Bu da dövlət ehtiyacları üçündür, demək olar ki, bazara çıxmır. Həmin avtomomobillər dövlət idarələri tərəfindən alınır və bu layihənin rentabelliyi sual altındadır. Ona görə də ümumilikdə Azərbaycana gətirilən avtomobillərlə bağlı yüksək gömrük rüsumlarının, aksiz dərəcələrinin tətbiqi məntiqsizdir". Ekspert hesab edir ki, əgər hökumət bunu ekoloji məsələlərlə bağlamaq istəyirsə, məhz buna görə belə addımlar atdığını söyləyirsə, yenə də anlaşılmazdır: "Məsələn, dünya ölkələrində belə taktika var ki, hibrid, elektrik avtomobillərə sıfır rüsum, sıfır vergi, sıfır aksiz dərəcəsi tətbiq olunur. Bizdə isə burda da ayrım yoxdur. Hibridlə bağlı ümumiyyətlə heç bir dəyişiklik mövcud deyil. Elektriklə işləyən avtomobillərdə isə, 15 faizlik vergi tətbiq olunur. Azərbaycan hökuməti ekoloji məsələni önə çəkib bu addımı atırsa, heç olmasa ölkədə avtomobil bazarında , parkında yenilənməyə nail olmalıdır. Hibridlə, elektriklə işləyən avtomobillərə üstünlük verilməlidir, onlara təşviq siyasəti həyata keçirilməlidir ki, ekoloji problemlər aradan qalxsın, insanların bu cür avtomobillərə marağı yaransın. Bu zaman ümumiyyətlə gömrüklə əlaqəli problem olmayacaq – sıfır vergi dərəcəsi, gömrük rüsumu tətbiq ediləcəksə. İnsanlar sadəcə həmin növ avtomobilləri xaricdən alıb Azərbaycana gətirib rəsmiləşdirməyə pul ödəyəcəklər. Yəni nömrənin alınması, texniki sənədlərin rəsmiləşdirilməsi – bu da çox cüzi bir məbləğdir". Natiq Cəfərli qeyd edib ki, məsələni kökündən həll etmək üçün bu yanaşmaya ehtiyac var: "Əgər gömrük keçid məntəqələrində avtomobillərlə bağlı yenidən rüşvət faktorları da baş verirsə – çünki bir ara bu məsələlər doğrudan da yığışdırılmışdı – bu, problemin daha da dərin olduğunu göstərir. Mütləq bu məsələlər ciddi araşdırılmalı və problemlər aradan qaldırılmalıdır. Çünki gömrük və vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq".

Hazırda gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin bir illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir

Təbii ki, bütün bunlar Dövlət Gömrük Komitəsinin sədri kimi Səfər Mehdiyevin bir illik fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. Ümumiyyətlə, bu barədə əldə etdiyimiz məlumatlar da hazırda gömrük sistemində arzuolunan mənzərənin yaşanmadığını ortaya qoyur. Belə ki, mövzu ilə əlaqədar redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Səfər Mehdiyev Dövlət Gömrük Komitəsindəki ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edib. Məsələn, hazırda Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsində çalışan Əsgər Həsən oğlu Abdullayev, Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Eynalı oğlu Rəsulov, eyni zamanda digər bir sıra vəzifə sahibləri əslən Babək rayonunun Nehrəm kəndindəndirlər. Səfər Mehdiyevin hələ DGK sədrinin müavini olduğu vaxtlardan Dövlət Gömrük Komitəsində əslən Nehrəm kəndindən olan şəxsləri yerləşdirdiyini vurğulayan mənbə iddia edir ki, həmin vaxt onun verdiyi qeyri-rəsmi qərara görə, komitənin mühafizə xidmətinə işə qəbul zamanı kardların fiziki hazırlığı ilə yanaşı, Nehrəm kəndindən olmaları da əsas şərt kimi irəli sürülürdü: "Beləcə, Səfər Mehdiyev hələ komitə sədrinin müavini olarkən həmyerlilərini ən önəmli postlara yerləşdirilib. Deyilənlərə görə, Səfər Mehdiyev elə bu səbəbdən də, yəni formalaşdırdığı "Nehrəm klanı"nın gücünə güvəndiyi üçün keçmiş sədr Aydın Əliyevlə hesablaşmırdı, onun göstərişlərinə məhəl qoymurdu. Bu gün isə Səfər Mehdiyev artıq Dövlət Gömrük Komitəsinin sədridir və bir il öncəkindən daha çox imkana, səlahiyyətə sahibdir. Deyilənlərə görə, onun sədr postuna gəlməsində "Nehrəm klanı"nın əvəzsiz xidmətləri olub".

DGK sədri yuxarıların gözündə yaxşı görünmək məqsədiylə nüfuzlu şəxslərin qohumlarını vəzifədə irəli çəkir

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin sədrinin yuxarıların gözündə yaxşı görünmək, mövqeyini daha da möhkəmləndirmək məqsədiylə nüfuzlu şəxslərin qohumlarını vəzifədə irəli çəkdiyini deyən mənbə buna misal olaraq Həsən Eyyubovun yeni yaradılan quruma rəsi təyin olunmasını göstərib. Belə ki, ötən ilin avqust ayında Səfər Mehdiyevin qərarına əsasən Aksiz Baş Gömrük İdarəsi ilə Avtonəqliyyat Baş Gömrük İdarəsinin birləşdirildiyini bildirən məlumatlı şəxs yeni yaradılan quruma - Aksizli mallar üzrə Baş Gömrük İdarəsinə rəis postuna Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Həsən Eyyubovun təyin olunduğunu bildirib: "Buna qədər isə Həsən Eyyubov Bakı Baş Gömrük İdarəsinin rəis müavini olub. Deyilənlərə görə, Səfər Mehdiyev məhz bu addımı ilə Dövlət Gömrük Komitəsində mövqeyini daha da möhkəmləndirməyi, toxunulmazlıq əldə etməyi planlaşdırıb. Elə buna görədir ki, Dövlət Gömrük Komitəsində mövcud olan neqativ hallara, ciddi islahatların həyata keçirilməməsinə, xaricdən avtomobil gətirən şəxslərin üzləşdikləri süni maneələrə, əlavə ödənişlərə və vətəndaşları narahat edən digər problemlərə görə Səfər Mehdiyevə "gözün üstə qaşın var" deyən yoxdur".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
"Hürriyyət"in Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru