"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                     DGK 190 min manata itlər üçün yem, .....                     Moskva-İrəvan qarşıdurması böyüyür .....                     Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi .....                     Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir .....                     "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb .....                     MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                 

""Hüquq müdafiəçisiyəm" deyib hər cür eybəcərliyə əl atan insanlar var" - QALMAQAL
Tarix: 30-01-2018, 11:21 | Çap et
""Hüquq müdafiəçisiyəm" deyib hər cür eybəcərliyə əl atan insanlar var"
Azərbaycan cəmiyyətində kiçik bir qrup var ki, onlar müxtəlif peşələri özlərinə fəaliyyət növü seçərək, bundan sui-istifadə edir, şəxsi maraqlarını təmin etmək üçün şər-böhtana, yalana, iftiraya əl atmaqdan çəkinmirlər. Bu sırada bəzi "hüquq müdafiəçilərinin” adını xüsusilə qeyd etmək olar. Onlar üçün hüququn aliliyi, obyektivlik, dürüstlük tamamilə yad məfhumdur. Bu səbəbdən belə "hüquq müdafiəçiləri” insan hüquqlarını siyasi alverə, ticari predmetə çevirir, hansısa məhbusun taleyi üzərindən gəlir əldə edirlər. Zamanla daha böyük pul hərisinə çevrilən bu cür "hüquq müdafiəçiləri” məqsədlərinə çatmaq üçün qatı cinayətkarın, narkotik alverçisinin, hətta terrorçunun "siyasi məhbus” obrazını yaratmaqdan da çəkinmirlər. Söylənilənlərə ən bariz nümunə kimi, erməni xüsusi-xidmət orqanlarının təlimatı əsasında Bakı Metropolitenində vaxtilə terror aktı törətmiş Azər Aslanovun adının "siyasi məhbus” siyahısına salınmasını göstərmək olar. Hansı ki, bu şəxsin düşmənə satılması, Vətənə xəyanəti, 1994-cü il iyul ayının 3-də metroda törətdiyi terror aktı zamanı 13 nəfər dinc insan həlak olub, 58 nəfər yaralanıb. Bu əməlinə görə o, ömürlük həbs cəzasına məhkum olunub. Belə bir şəxsin adının "siyasi məhbus” siyahısına salınması bəhs etdiyimiz "hüquq müdafiəçiləri”nin əsl mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur.

""Hüquq müdafiəçisiyəm" deyib hər cür eybəcərliyə əl atan insanlar var"

Təəssüflər olsun ki, hüquq müdafiəçiliyini alver predmetinə çevirən insanlar indi də öz əməllərindən çəkinmirlər. Qadın Krizis Mərkəzinin rəhbəri, xaricdə yaşayan hüquq müdafiəçisi Mətanət Əzizova bu günlərdə "Facebok”da yazdığı statusla öz həmkarlarından birinin yuxarıda bəhs etdiyimiz əməlini ifşa edib. O, konkret ad çəkərək, "hüquq müdafiəçisi” Oktay Güləliyevi yol verdiyi əmələ görə qınayıb. Bildirib ki, O.Güləliyev Sahib Teymurov ad-soyadlı dələduzu vətəndaş cəmiyyətinə, müxalifətə soxuşdurub. O.Güləliyev hüquq müdafiəçiliyinin əsas prinsiplərini pozmaqla, ona verilən məlumatı yoxlamadan S.Teymurovu hakimiyyətin qurbanı kimi beynəlxalq təşkilatlara, xarici kütləvi informasiya vasitələrinə təqdim edib. M.Əzizovanın yazdığına görə, Qadın Krizis Mərkəzi Bakıda fəaliyyət göstərəndə Elnarə adlı HİV daşıyıcısı (yüngül həyat tərzi keçirən) S.Teymurov haqqında ətraflı məlumat verib. Bildirib ki, o, müştərilərinin telefon nömrəsini S.Teymurova verib. S.Teymurov da həmin telefon nömrələrinə zəng edib, onları şantaj edib, pul alıb. M.Əzizova iddia edib ki, internat evlərində qızlar üçün müxtəlif layihələr çərçivəsində seminarlar keçirəndə S.Teymurovun internat evlərinin rəhbərlərindən də pul tələb etdiyini eşidib. Bunu ona müdirlərin özləri etiraf edib. Məhz bu dələduzluq əməllərinə görə S.Teymurov həbs edilib. Həbsdən sonra o, Avropada sığınacaq almaq istəyib, lakin arzusuna çatmayıb, rədd cavabı alıb. M.Əzizova eşitdikləri əsasında yazıb ki, hazırda S.Teymurov Kanadada oturum izni alıb və ya almağa hazırlaşır. Bunun üçün O.Güləliyev S.Teymurova yardımçı olur, dəstək məktubları təşkil edir, onu qurban kimi qələmə verməyə çalışır. Bunun nəticəsində də PEN Club S.Teymurov haqda bəyanat yayıb onu qurban kimi tanıyıb, ardınca BBC onun haqqında yalan üzərində köklənən reportaj hazırlayıb efirə verib. Beləliklə, dələduzluq əməlinə görə həbsdə yatan S.Teymurov çoxlarını aldada bilib. Bütün bunların davamı olaraq, O.Güləliyev indi də S.Teymurovu müdafiə etməkdədir. "Siyasi məhbus”, "qurban” yarlığı alan S.Teymurov isə Kanadaya sığınaraq M.Əzizovanı və ona yaxın adamları açıq şəkildə və sosial şəbəkələrdə daxili yazışmalarda təhqir edir.

Bu hadisə bir daha sübut edir ki, O.Güləliyev və onun kimi "hüquq müdafiəçiləri” əsl həqiqətdə insan taleyi üzərindən alver edir, saxtakarlığa əl atır, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş, həbsdə yatmış insanı "qurban” kimi cəmiyyətə və beynəlxalq aləmə sırımağa çalışır. Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə O.Güləliyevin, həmçinin onun kimilərinin hüquq müdafiəçisi adı altında şəxsi və maddi maraqlarını təmin etməsinə birinci dəfə rast gəlmədiyini dilə gətirib. O, bu barədə "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycanda hüquq müdafiəçisiyəm deyib hər cür eybəcərliyə, çirkinliyə, qanunsuzluğa əl atan insanlar var: "Vaxtilə dövlət bu sahəyə nəzarətdə humanizm nümayiş etdirib, digər sahələrə daha ciddi istiqamət yönəldib. Bunun nəticəsində "hüquq müdafiəçiləri”nin sayı yağışdan sonra çıxan göbələk kimi artmağa başlayıb. Belələri beynəlxalq təsisatlara yalan məlumatlar ötürməklə, kimlərinsə əzabkeş obrazını yaradıb, guya onların hüquqlarını qorumaq adı altında şou düzənləməklə öz şəxsi maraqlarını təmin ediblər. Mən İmişli-Beyləqan ərazisindən – 80 saylı seçki dairəsindən Milli Məclisə seçilən deputatam. Seçicilərlə görüşlər zamanı, həmçinin apardığım araşdırmalardan mənə məlum olub ki, hətta şantaj və böhtanla məşğul olan, özünü jurnalist kimi qələmə verərək ayrı-ayrı adamlara, sahibkarlıq subyektlərinə hədə-qorxu gələn, onlardan pul tələb edən və bu əməllərinə görə həbs edilən bəzi insanların İmişli Rayon Məhkəməsində keçirilən prosesində Oktay Güləliyev də iştirak etməyə çalışıb. Oktay Güləliyev həmin adamların hüquqi nümayəndəsi, hüquqlarının müdafiəçisi rolunda çıxış etməyə cəhd edib. Lakin sonradan məlum olub ki, ədalət mühakiməsinə çıxarılan həmin şəxslərin heç biri Oktay Güləliyevə hüquqi nümayəndə olması üçün hər hansı səlahiyyət verməyib. Buna görə də o, məhkəmənin iclas zalından çıxarılıb”.

Ç.Qənizadə Kür daşqınları zamanı O.Güləliyevin heç bir həqiqətə, obyektivliyə əsaslanmayan, şəxsi maraqlarından qaynaqlanan əməllərinə də diqqət çəkib: "Yəqin ki, Kür daşqınları zamanı evləri zərər görən insanlara dövlət tərəfindən lazımi yardımlar olunması hadisəsi də hamının yadındadır. Həmin vaxt Azərbaycan Prezidentinin bilavasitə tapşırığı ilə evləri zərər görmüş insanlara yüzlərlə yeni evlər tikildi. Halbuki, ziyan görən həmin evlər sığortalanmamışdı və belə olan halda dövlətin o evlərin sakinləri qarşısında hər hansı öhdəliyi yox idi. Buna baxmayaraq, ölkə başçısı böyük humanizm göstərərək, o insanların yeni mənzillərlə təmin olunmasına şərait yaratdı. Məhz o hadisələr zamanı Oktay Güləliyev evləri zədə görməyən, xəsarət almayan bir qrup insanın siyahısını tərtib edib, gizli danışıqlara gedib, şəxsi maraqlarından qaynaqlanaraq, onlara da yeni mənzillərin tikilməsi üçün müxtəlif vasitələrə əl atıb. Hətta sonradan bu adamların iştirakı ilə aksiyaların keçirilməsinə də çalışdı. Bu kimi sui-istifadə əməllərinə görə Oktay Güləliyev həbs olunmuşdu. İstər Oktay Güləliyev, istərsə də onun kimi adamlar indi də var və öz əməllərindədirlər. "Hüquq müdafiəçiliyi” ilə məşğul olan belə insanlar vətəndaşların əzabı üzərindən özlərinə nüfuz formalaşdırır, xaricə dezinformasiya xarakterli məlumatlar ötürür, pul qazanır, şəxsi maraqlarını təmin edirlər. Bu kimi insanlara qarşı yalnız və yalnız qanunun, hüququn dili ilə ciddi mübarizə aparılmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru