Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                     DGK 190 min manata itlər üçün yem, .....                     Moskva-İrəvan qarşıdurması böyüyür .....                     Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi .....                     Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir .....                     "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb .....                     MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                 

“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur” - GİLEY
Tarix: 11-12-2017, 10:39 | Çap et
“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur”
“Qəsəbə xarabalığa çevrilib, biz isə çarəsiz qalmışıq. Bakıda yaşasaq da, ucqar bir dağ kəndinin şəraiti belə bizimkindən yaxşıdır. Nə icra hakimiyyəti, nə də digər aidiyyəti qurumlar problemimizlə maraqlanmırlar”. Bu sözləri Bakının qədim kəndlərindən biri olan “Zabrat 2" qəsəbəsinin sakinləri deyir. Saytımızın elektron ünvanına gələn çoxsaylı müraciətlərdən sonra ”Yeni Müsavat" qəzetinin müxbiri adıçəkilən qəsəbədə olub, sakinlərin gileyini dinləyib.

Sabunçu rayonu, “Zabrat-2" qəsəbəsinin problemləri saymaqla bitməz. Qədim Bakı kəndi kommunal problemlər arasında çabalayır. Qəsəbənin nə bir normal yolu, nə də kommunal şəraiti var. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, qəsəbənin ara yolları keçilməz durumdadır. İnsanlar min bir əziyyətlə çala-çuxur yolla, gölməçələr içərisindən keçərək hərəkət edirlər. 46 min əhalisi olan qəsəbənin normal bir kanalizasiya sistemi belə yoxdur. Kanalizasiya və qrunt suları evlərin həyətlərinə dolur.

Zabrat ağsaqqalları qəsəbənin abadlaşması üçün dəfələrlə yerli icra hakimiyyətinə və digər müvafiq qurumlara müraciət etdiklərini bildirdilər. Yəni onların bu durumundan Sabunçu Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri də xəbərdardır: “50 ildir ki, qəsəbədə yaşayırıq. Bu illər ərazində Zabratda əsaslı şəkildə abadlıq işi aparılmayıb. Ümumiyyətlə, Zabrat da batır, zabratlılar da... Biz o zəmanədə yaşayırıq ki, ucqar rayonlara belə qaz, kanalizasiya xətləri çəkirlər. Ancaq biz Bakıda yaşasaq da, normal şəraitimiz yoxdur. Tez-tez qaz, işıq kəsilir. Bu qaz ki, kartladır, versinlər işlədək də... Nə zamana kimi belə davam edəcək? Bu qəsəbəyə də bir əl gəzdirsinlər. Sabunçu rayonunda yol infrastrukturu, kommunal şəraitinə görə ən geridə qalmış qəsəbə ”Zabrat 2"dir. Ancaq burada daşı-daş üstündə qoyan kimi dərhal bələdiyyə və icra nümayəndələri həmin adamın başının üstünü kəsir, rüşvət alırlar. Ucqar rayonlardan qohumlarımız qonaq gələndə yaşadığımız şəraitə mat qalırlar. Qışın günündə avtomobillər yolda qalır. Təcili tibbi yardım maşınları xəstəyə vaxtında yetişə bilmir".

“Qəsəbəyə ayrılan pullar hara gedir?!”

Sakinlər deyir ki, iki il öncə qəsəbəyə kanalizasiya xətti çəkilib. Lakin görülən işlər keyfiyyətsiz aparılıb. Minlərlə əhalisi olan qəsəbəyə nazik ölçüdə bir xətt çəkiblər: “Qəsəbədə kanalizasiya suları ilə yanaşı qrunt suları var. Çoxsaylı şikayətlərimizdən sonra kanalizasiya xətti çəkdilər. Lakin həmin boru çox nazik idi. Adını da qoydular ki, kanalizasiya xətti çəkdik. Təsəvvür edin ki, 46 min əhalisi olan qəsəbəyə ensiz bir kanalizasiya xətti davam gətirə bilərmi? Mətbuatı izləyirik, su və kanalizasiya xətləri üçün külli miqdarda vəsaitlər ayrılır. Ancaq ayrılan pulları mənimsəyirlər. Hansı həyətə daxil olsanız, rütubət və üfunət iyindən durmaq olmur. Evlərin zirzəmiləri çirkab suları ilə doludur. Camaat əlacsız qalıb, həyətlərinə yığılan çirkab sularını motorla ilə küçələrə vururlar. Kənd camaatı revmatizmdən əziyyət çəkir. Bəlkə də Şamaxının ucqar dağ rayonları belə bu gündə deyil. Bir sözlə Zabratı xarabalığa çevirib, zabratlıları da xəstəliyə salıblar”.

“Ölülərimiz də çirkab suları içindədir”

Ərazidə olduğumuz zaman sakinlər “Zabrat-2" qəsəbəsinin qəbiristanlığının da gölməçə suları içərisində olduğunu bildirdilər. Həmin vəziyyətlə əyani tanış olmaq üçün Zabrat qəbiristanlığına baş çəkdik. Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Kanalizasiya və qrunt suları qəbiristanlığı bataqlığa çevirib. Qəbir daşları çirkab suları içində qalıb. Hər tərəfi üfunət iyi bürüyüb.

Çirkab sularını qəbiristanlıqdan təmizləmək üçün su motorları quraşdırıldığının da şahidi olduq. Böyük bir ərazidə toplanan su motor vasitəsi ilə sorularaq, kənara axıdılır.

Burada dəfn olunan qohumunu ziyarətə gələnlərlə də həmsöhbət olduq. Adının çəkilməsini istəməyən Zabrat sakini düşdükləri acınacaqlı durumu belə izah etdi: “ Gördüyünüz kimi, ölülərimizə belə hörmət qoyulmur. Meyitlərimiz kanalizasiya suları içindədir. Əksər ölü sahibləri məzar yerlərini yerdən 15-20 santimetr hündürlükdə salırlar. Bu vəziyyəti icra nümayəndələri bilirlər, lakin görməzdən gəlirlər. Ümumiyyətlə qəsəbənin kanalizasiya sistemi olmadığından bu cür mənzərə ortaya çıxır. Ölülərimiz qəbirdə, dirilər isə həyatda təhqir olunur”.

Sakinlər deyir ki, dəfələrlə Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə milyonlarla manat vəsait ayrılıb. Lakin görünür bu və bundan öncəki vəsaitlərdən “Zabrat 2" qəsəbəsinə pay düşməyib.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.


“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Bu gün, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru