SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                     DGK 190 min manata itlər üçün yem, .....                     Moskva-İrəvan qarşıdurması böyüyür .....                     Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi .....                     Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir .....                     "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb .....                     MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                 

Gizli biznesin QARA OYUNLARI - Klublarımız futbolçuların transfer qiymətlərini niyə gizlədirlər?
Tarix: 5-08-2017, 14:51 | Çap et
Gizli biznesin QARA OYUNLARI
İdmançıların, xüsusilə də futbolçuların transfer qiymətləri həmişə maraq kəsb edən mövzu olub. Adətən dünya mətbuatında bu cür xəbərlərə tez-tez rast gələ bilirik. Lakin Azərbaycanda vəziyyət belə deyil. Hazırda ölkədə kifayət qədər peşəkar klublar fəaliyyət göstərir və müxtəlif transferlər reallaşdırırlar. Buna baxmayaraq biz transfer məbləğləri haqqında hər hansı məlumat əldə edə bilmirik.

Bunun səbəbi nədir? Transfer qiymətləri niyə gizli saxlanılır?

"Klublar məmurların himayəsi altında olur"

DİA.AZ xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda futbol klubları biznes təfəkküründən uzaqdır:

"Dünyada idman klublarının əksəriyyəti kommersiya qurumu kimi fəaliyyət göstərir. Çoxu səhmdar cəmiyyətdir və minlərlə, on minlərlə səhmləri var. Təbii ki, bunlar cəmiyyətə, bazara açıq şəkildə fəaliyyət göstərməyə borcludurlar. Klublar səhmdar cəmiyyəti olduğu üçün transferlərlə bağlı hər hansı anlaşma olduğu halda bunu mətbuat vasitəsilə ictimaiyyətə açıqlayırlar.

Azərbaycan isə klublar çox təəssüf ki, normal biznes təfəkkürü ilə fəaliyyət göstərmir. Ən yaxşı halda hansısa bir şirkətin sponsorluğu altında çalışır. Bəzən isə bizneslə birbaşa əlaqəsi olan şəxslərin, məmurların himayəsi altında olurlar. Bu səbəbdən də çox qapalı şəkildə fəaliyyət göstərirlər. Cəmiyyətə həm transferlərlə, həm də, ümumiyyətlə, gəlirlər və ya xərclərlə bağlı doğru-dürüst məlumatlar verilmir.

Amma dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da azarkeşlər öz dəstəklədikləri klubun transfer bazarında necə fəaliyyət göstərdiyini, hansı oyunçularla danışıqlar apardığını, nə qədər qonorar aldıqlarını bilməlidirlər və bu, onların haqqıdır".

"Ölkəmizdə dünyada qəbul olunmuş oyun qaydaları formalaşmayıb"

Ekspertin fikrincə, yalnız Avrokuboklara düşən klubların gəliri haqqında az da olsa, məlumat əldə etmək mümkündür:

"Komandalar, furbol klubları biznes qurumu kimi fəaliyyət göstərmir. Avrokuboklara düşməyən klubların gəlirləri haqqında, ümumiyyətlə, məlumat yoxdur. Avrokuboklarda iştirak edən aparıcı klublarımızın oyunlarda qalib gəldikdə və ya tur atladıqda nə qədər vəsait əldə etdiyi haqqında məlumatı hansısa beynəlxalq futbol qurumları, Avropa Futbol Federasiyası vasitəsilə ala bilirik.

Amma klublar çox qapalı fəaliyyət göstərir. Bu da təəssüf doğuran haldır. Çünki futbol artıq uzun müddətdir ki, böyük biznesə çevrilib, şirkətlər kimi idarə olunur və böyük gəlirlər gətirir. Dünyada elə futbol klubları var ki, onun dəyəri milyardlarla ölçülür. Bu da iqtisadi canlanma yaradan əsas faktorlardan biridir. Məsələn, sırf "Barselona"nın oyununa baxmaq üçün gələn turistlər il ərzində azı 2 milyard dollara yaxın vəsait xərcləyirlər. Yəni bu, böyük biznesdir. Azərbaycanda isə kublar biznes təfəkküründən uzaq olduğu üçün bütün məlumatlar gizli saxlanılır. Bu da doğru yanaşma deyil".

"Azərbaycanda heç kim bir transfer qiymətini dəqiq deyə bilməz"

"CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətli transfer məsələsinin hər zaman aktual olduğunu vurğulayıb:

"Əslində, bu sahədə hər şey qaydasında olsaydı, məsələ belə aktual olmazdı. Azərbaycanda peşəkar futbol fəaliyyətinin bünövrəsi qoyulandan indiyə qədər belə hallar bizdə baş alıb gedir. Yəni şəffaflıq baxımından bizdə bu sahədə ciddi qüsurlar var. Hər kəsə gün kimi aydındır ki, şəffaflığın olmaması nəyə xidmət edir. Çünki burada söhbət vergi ödənişləri, maliyyə məsələlərindən gedir. Məsələn, son günlər Neymarın transfer məsələsi ilə bağlı kifayət qədər böyük məbləğdən söz açılır və bu sirr saxlanılmır. Amma Azərbaycanda heç kim bir transfer qiymətini belə, dəqiq deyə bilməz. Klublar adətən bunu maliyyə sirri ilə əlaqələndirirlər. Oyunçudan transferlə bağlı bir şey soruşduqda isə menecer və ya kluba yönləndirir. Burada məsələ tərəflərin ümumi razılığı ilə gizli saxlanılır".

"Klubları kimlər idarə edir..."

R.Binnətli müvafiq qurumların da hər hansı tədbir görmədiyini vurğulayıb:

"Bir yerdə ki şəffaflıq qorunmur, bu, şübhələrə səbəb ola bilər. Əgər heç bir qanun pozuntusu və ya qara niyyət yoxdursa, o zaman nəyə görə bu məsələ gizli saxlanılmalıdır? Belə hallar varsa, deməli, heç də xoşməramlı məqsədlər güdülmür. Əslində, bunun bir ucu da inzibati, hüquqi məsələlərə dayanır. Görürsünüz, bəzən məşhur futbolçuların vergi ödənişində nə qədər pozuntular aşkarlanır və neçə ildən sonra üzə çıxır. Ancaq bizdə bu, qara xəttlə keçən məsələdir. Yenə də deyirəm, bu, tərəflərin razılığı ilə baş verir. Amma bizdən asılı olmayan səbəblər olduğu üçün hələ ki bu məsələnin həlli mümkün kimi görünmür.

Görünür, klublar yuxarıdan idarə olunur. Vergi orqanları da çəkilib kənarda durmasa və bu işin monitorinqi aparılsa, transfer məbləğləri haqqında məlumatlar çox asan formada ortaya çıxar. Amma onlar da bunu etmir. Nəticə olaraq deyə bilərik ki, zəncirin əhatə dairəsi çox genişdir".

"1 milyonu ötüb keçən transferlər...."

"Hazırda bizim yaxşı klublarımız mövcuddur və onların büdcəsi milyonlarla ölçülür, 1 milyonu ötüb keçən transferlər reallaşır. Amma bu ağızdan-ağıza gəzən təxmini rəqəmlərdir. Kifayət qədər yaxşı oyunçuları transfer etmisiniz, çox gözəl. Amma transfer məbləğini kiçiltmək və ya bunu ictimaiyyətdən gizlətmək düzgün deyil. Necə ki, biz dünyanın bütün klub transferləri ilə bağlı xəbər tuta bilirik, bu, ölkəmizə də aid olmalıdır. Bir jurnalist kimi Azərbaycanda reallaşan transferlər haqqında dəqiq informasiya ala bilmirik. Birbaşa bu işə cavabdeh olan qurumlar da məsələnin arxasınca düşmürlər. Transfer məbləğləri hələ də qaranlıq qalır".

"İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir"

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov bildirib ki, transfer qiymətlərinin açıqlanmaması maliyyə şəffaflığına kölgə salan məsələdir:

"Bir çox ölkələrdə normal klublar transfer məbləğlərini açıqlayırlar. Amma bizdə təəssüf ki, belə bir prosedur olmayıb. Eyni zamanda ictimaiyyətə açıqlanan qiymətlərlə rəsmi qiymətlər arasında da hər zaman uçurum olub. Hər halda, məbləğlərin açıqlanması şəffaflıq göstəricisidir. İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir. Görünür, müəyyən problemlər mövcuddur.

Azərbaycanda hər şey göstərildiyi kimi olmur, daha çox transfer qiymətləri qarşılıqlı razılaşma ilə gizli saxlanılır. Ümumiyyətlə, bu, birbaşa maliyyə şəfaflığının olmadığına dəlalət edir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Bu gün, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Bu gün, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Bu gün, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Bu gün, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Bu gün, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Bu gün, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Bu gün, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Bu gün, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Bu gün, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Bu gün, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Bu gün, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Bu gün, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Bu gün, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Bu gün, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Bu gün, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Bu gün, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru