Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                     DGK 190 min manata itlər üçün yem, .....                     Moskva-İrəvan qarşıdurması böyüyür .....                     Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi .....                     Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir .....                     "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb .....                     MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                 

Elmar Vəliyev hələ Yevlaxda olarkən onun haqqını yeyib... - VİDEOİTTİHAM
Tarix: 10-06-2017, 11:10 | Çap et
Elmar Vəliyev hələ Yevlaxda olarkən onun haqqını yeyib...
Yevlax şəhəri, Q.Quliyev küçəsi 4 a, mənzil 8 ünvanında yaşayan Narıngül Xudiyeva məmur özbaşınalığından gileylənir. YAP-ın üzvü olan bu xanım illərdir öz problem ilə bağlı müxtəlif idarələrin rəgbərlərinə, hətta dövlət başçısına məktub göndərsə də, onun şikayətinə baxan yoxdur. Bu baxımdan o, “Hürriyyət”ə müraciət edərək, probleminin qəzetimiz vasitəsilə Prezidentə çatdırılmasını xahiş edir. Onun sözlərinə görə, Yevlaxın sabiq icra başçısı Elmar Vəliyev onun haqqını mənimsəyib, hüquqlarını tapdayıb.

Şikayətçi bildirir ki, 10 ildən çoxdur Yeni Azərbaycan Partiyasının üzvüdür: “Bir vətəndaş olaraq, bu partiyanı seçmişəm və partiyaya sadiq, sədaqətli üzv olmuşam. Cənab prezident, sizin seçilməyiniz üçün mən də öz töhfəmi təmənnasız olaraq vermişəm. Lakin məmurlar biz vətəndaşların haqqını ayaqlayır. Dövlət başçısı olaraq Sizə məktub yazmaqdan yorulmuşam. Pulum da qalmayıb. Xahiş edirəm, hüquqlarımın təmin edilməsinə yardımçı olun”.

Narıngül Xudiyeva deyir ki, uzun illər dövlətə xidmət edib: “Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun Yevlaxdakı keçmiş yun zavodunda işləyəndə mənzil növbəsində 4-cü idim. Neçə illər yeni mənzilə köçəcək ümidi ilə yaşadım. Nahaq deməyiblər ki, sən saydığını say, gör, fələk nə sayır. Bir gün eşitdim ki, zavodun işçilərinə mənzil tikintisi dayandırılıb”.

Onun sözlərinə görə, yun zavodunda uzun illər qüsursuz işlədiyinə görə sonradan ona evin əvəzinə Yevlax şəhər avtovağzalının yaxınlığında 6 sot torpaq sahəsi verilib: “Ancaq rayonda torpaqların paylanmasına nəzarət edən Zaməddin adlı şəxs və Yevlaxın sabiq icra başçısı Elmar Vəliyev həmin torpaq sahəsini əlimdən alaraq imkanlı adamlara satdılar”.

Qarşılaşdığı problemlə bağlı bir daha ölkə başçısına müraciət edən N.Xudiyeva yazır:

“Cənab prezident!

Siz demisiniz ki, “mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam”. Siz belə hümanist bir insansınız. Onu da demisiniz ki, “biz neft kapitalını insan kapitalına çevirməliyik”. Amma çox təəssüf ki, bəzi məmurlar sizin maraqlarınıza ziddi fəaliyyət göstərir, insanların hüquqlarını tapdalayır.

Mənim həyatyanı torpaq sahəmin əlimdən Zaməddin adlı şəxs və sabiq icra başçısı Elmar Vəliyev tərəfindən alındığını Sizə ünvanladığım çoxsaylı məktublarımda da bildirmişdim. Nədənsə, məsələyə reaksiya verən olmadı. Məcbur oldum, qəzetlərə üz tutum.

Artıq 13 ildir ki, yollardayam. Əgər həqiqətən də mənim torpaq sahəm dövlətin balansına alınmışdırsa, bəs niyə vaxtında məlumatlandırmayıblar? Mən niyə yollarda qalmalıydım? Mən Yevlax-Bakı yolunda xəstəlik tapdım, çoxlu pullarım, vaxtım getdi”.

Narıngül Xudiyeva deyir ki, vaxtilə “ev əvəzinə” ona verilən torpaq sahəsini də 2 min manata satıblar: “Əlimdan alınan torpaq sahəmə zamanında 2 min manat pul ödəmişəm. Üstəlik, dilləri ilə istədikləri 100 manat “şirinlik” də vermişəm. Onu da qeyd edim ki, dövlətin balansına alınan həyatyanı torpaq sahəm 6 sot idi. Yolkənarı, şəhərətrafı, həm də torpağı da yaxşı idi. Mən qabaqcıl işçi olduğum üçün işlədiyim təşkilat belə gözəl, əlverişli yerdən vermişdi. O torpaq sahəsinin əvəzinə indi mənə verilən həyətyanı torpaq sahəsini şəhərdən çox uzaqda, həm də cəmi 3 sot verdilər”.

Şikayətçi deyir ki, hazırda ona verilən torpaq sahəsinin 1 sotunun qiyməti təxminən 250 manatdır. 6 sot torpağının əvəzinə ona şəhərdən çox aralıda verilən ərazi (Foto) cəmi 3 sot olsa da, üstəlik ondan “dövlət rüsumu” adı altında 700 manat rüşvət alıblar və “dövlətə” əlavə 500 manat borclu qaldığını bildiriblər: “Mən bir yerə niyə 2 dəfə pul ödəməliydim? Zənginlər şəhərin ən gözəl yerlərini zəbt ediblər, özü də pulsuz, onlara güldən ağır söz deyən yoxdur...

Cənab prezident!

Zamanında növbəliyim əsasında mənə ikiotaqlı mənzil düşürdü. İndi mən evsiz və torpaqsız qalmışam. Sizdən xahiş edirəm, bir daha məni yollarda qoymayın. Mənim Elmar Vəliyevlə nə şəxsi ədavətim, nə də düşmənçiliyim var. Mənim haqqım tapdanıb. İnsan övladının taleyi ilə oynamaq olmaz. Mən haqqımı, hüququmu istəyirəm. Nə qədər ki, haqqımı almamışam, susmayacam. Mən Ağ Evin, AŞPA-nın, Kremlin önündə aksiya keçirmək istəyirəm. Amma xahiş edirəm, problemim həll olunsun ki, heç bu aksiyalara da ehtiyac qalmasın. Çünki ölkəmizə hörmətsizlik etmək istəmirəm. Amma artıq nə dözə, nə gözləyə bilirəm. Daha nə qədər gözləmək olar?!”

Elmar Vəliyev hələ Yevlaxda olarkən onun haqqını yeyib...












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Bu gün, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Bu gün, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Bu gün, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Bu gün, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Bu gün, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru