“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                     DGK 190 min manata itlər üçün yem, .....                     Moskva-İrəvan qarşıdurması böyüyür .....                     Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi .....                     Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir .....                     "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb .....                     MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                 

Şərqin İsveçrəsi - Azərbaycan “iki od” arasında - Gəlişmə
Tarix: 31-05-2017, 09:01 | Çap et
Şərqin İsveçrəsi - Azərbaycan “iki od” arasında
Cənub qonşumuz İranla Azərbaycanın strateji tərəfdaşı Səudiyyə Ərəbistanı arasında münasibətlər gərgin olaraq qalır. Bu gərginliyin kökündə yalnız ötənilki Həcc ziyarəti zamanı Məkkədə baş vermiş qəzada yüzlərlə iranlı zəvvarın ölməsi faktı durmur, həm də və daha çox böhranlı Yaxın Şərq, Suriya (Bəşər Əsəd) məsələsində bu iki ölkənin toqquşan maraqları dayanır.

Bu da iki isti fakt: ötən həftə Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş İslam sammitinə İran dəvət olunmadı. Azərbaycanın da qatıldığı həmin zirvə görüşü çərçivəsində “İslam NATO-su” ideyası da müzakirə predmeti oldu. Şəksiz ki, bu, həm də İran əleyhinə bir layihə kimi qiymətləndirilir. Həm “İslam ordusu” ideyası, həm də cənub qonşumuzun sammitə dəvət olunmamasının nəticəsi idi ki, toplantıdan bir gün sonra İranın Ali dini lideri, ayətullah Əli Xomeneyi Səudiyyə Ərəbistanı rəhbərliyi haqda sərt, bir qədər də təhqiramiz ifadələr işlətdi.

*****

Rəsmi Bakı, şübhəsiz ki, Ər-Riyadla Tehran arasında münasibətlərin belə kritik xarakterinin fərqindədir. Təbii ki, Azərbaycan bütün hallarda öz böyük qonşusu ilə normal münasibətlər saxlamaq zorundadır və buna həmişə çalışır da. Ələlxüsus İranla iqtisadi əlaqələrin inkişafına məxsusi diqqət yetirilir.

Bunun ən bariz təzahürü kimi Azərbaycan, İran və Rusiya arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi haqda ötən ilin yayında üç prezident səviyyəsində əldə olunan anlaşma sayıla bilər. Anlaşma uğurla həyata keçməkdədir və gələn ay - iyunda İran, Rusiya və Azərbaycan prezidentləri Tehranda bir araya gələrək, imzalanan sənədlərin yerinə yetirilməsinin gedişini bir daha müzakirə edəcəklər.

Sözsüz ki, Bakı-Tehran münasibətlərinin normalda qalması İranın da marağındadır. Qarşılıqlı əlaqələrin inkişafına verilən önəm isə mayın 29-da Azərbaycan prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaniyə etdiyi telefonla zəng ilə növbəti dəfə öz təsdiqini tapmış oldu.

*****

Xəbər verildiyi kimi, İlham Əliyev Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran prezidenti və xalqına təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə edib.

Öz növbəsində Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, müqəddəs Ramazan ayı və 28 may - Respublika günü münasibətilə Azərbaycanın dövlət başçısını və xalqını təbrik edib, xalqımıza firavanlıq diləklərini çatdırıb (28-may - istiqlalımızla bağlı tarix olduğu üçün Ruhaninin ilk dəfədir etdiyi bu jest xüsusi diqqət çəkməyə bilməz).

Bundan əlavə, söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhülkəsizlik məsələləri, “Şimal-Cənub” dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxıb və əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin hamısı uğurla icra edilir.

*****

Bu, doğrudan da belədir: iki ölkə arasında iqtisadi-ticari əlaqələr son illər ərzində yüksələn xətlə inkişaf edir. Ən əsası, bu əlaqələrin, proje və anlaşmaların hamısı işğalçı Ermənistanın iqtisadi təcridinin güclənməsinə işləyir, İran üçün təcavüzkarın strateji önəmini azaldır. Adekvat şəkildə Azərbaycanın önəmi artır. Artan iqtisadi önəm isə regionda güclənən söz sahibliyi deməkdir.

Doğrudur, İran hələ ki qardaş Türkiyədən, Pakistandan və Səudiyyə Ərəbistanından fərqli olaraq, təcavüzkar Ermənistanla isti əlaqələr saxlayır - hansı ki, ötən ilin qışında H.Ruhaninin İrəvan səfəri ilə bir daha nümayiş olundu. Ancaq o da var ki, ortaq iqtisadi maraqlar olan yerdə ortaq siyasi maraqlar, ortaq hədəflər də qaçılmaz olur.

Biz həmçinin bu günlərdə İranın Ali dini liderinin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamanı da nəzərə alırıq. Cənab Xomeneyinin ofisi bildirmişdi ki, işğal altındakı Qarabağ müsəlman torpağıdır və oradakı rejimlə hər hansı əlaqələr qurmaq günah və cinayətdir.

*****

Azərbaycan bu kimi yanaşmanı qiymətləndirir. Eyni zamanda arzu edir və gözləyir ki, İran Dağlıq Qarabağ məsələsində, işğal məsələsində nəhayət, daha prinsipial, islami dəyərlərə uyğun mövqe tutacaq ki, müsəlman torpağı olan Qarabağa işğaldan tezliklə azad olunsun - qardaş Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi.

Yeri gəlmişkən, Pakistan və Səudiyyə Ərəbistanı məhz işğal faktına görə Ermənistanla bu günədək diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi, ümumiyyətlə, tanımırlar. Bakı bunu da heç vaxt unuda bilməz. Yəni əməl məsələsi. Di gəl, böyük qonşu kimi İranla da bizim münasibətlərimiz Qarabağ məsələsində az önəm kəsb eləmir.

Bu xüsusda Azərbaycan bu iki böyük müsəlman dövləti arasında iki od arasında kimi görünə bilər. Fəqət, balans siyasəti, Qarabağ dərdi tələb edir ki, onlardan biri ilə yaxşı münasibət digərinin hesabına olmamalıdır. Yaddan çıxarmayaq ki, konfliktin hərbi yolla həlin gündəmə gələcəyi təqdirdə Tehranın mövqeyi də Azərbaycan üçün az əhəmiyyət kəsb etməyəcək.

Bu mənada Bakının bir-bir ilə ziddiyyətdə olan iki qonşu-tərəfdaş arasında barışdırıcı xətt yürütməsi ən ağıllı gediş olardı. Necə ki, Bakı Türkiyə-Rusiya münasibətlərinin böhrandan çıxmasında uğurlu vasitəçi, meydança rolu oynamışdı, necə ki, ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüş yeri kimi məhz Bakı seçilmişdi...

*****

Necə deyərlər, Azərbaycanın Şərqin İsveçrəsi roluna iddia eləməsinə ən çox haqqı çatır və buna uyğun gəlir. Belə rol təbii ki, Ermənistanlıq deyil. Bu, işğalçı ölkənin çəkisində olmayan, İrəvanın əli çatmayan bir statusdur. Və bu status Qarabağ probleminin ədalətli həllində bənzərsiz, hətta həlledici rol oynaya bilər - istər dinc həll yolu olsun, istərsə də müharibə variantı.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Bu gün, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Bu gün, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Bu gün, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Bu gün, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru