Şəhidlər heç vaxt ölmürlər... bəzi harınlamış məmurlar “öldürməsələr - ŞİKAYƏT VAR
Tarix: 11-06-2016, 13:31 | Çap et
 Hörmətli DİA.AZ! Biz eşidəndə ki, Vətən yolunda canını qurban verərək, ŞƏHİD olmuş, Bölgə komandiri, sinif yoldaşımız Faiq Rzayevin adını daşıyan, məzunu olduğumuz 150 nömrəli tam orta məktəb Təhsil Nazirliyi tərəfindən ləğv olunub və yerində 6 saylı liseyin filialı yaradılıb, sarsıldıq. Şəhidə qarşı belə hörmətsizlik azərbaycanlı adını daşıyanlara yaraşmır. Axı, Faiq Rzayev canını Dövlətin, Vətənin yolunda qurban verib. Biz bu təhqirə dözə bilmədik və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət etdik. Xahiş edirik bizim müraciətimizi siz də dərc edin. Qoy xalqımıza bəlli olsun ki, bəzi dövlət məmurları öz məqsədlərinə çatmaq və maddi maraqlarının təmin olunması üçün ŞƏHİD adına hörmətsizlik edir, bu adı daşıyan məktəbi ləğv etməklə ŞƏHİDLƏRİMİZİN ruhunu təhqir edirlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Bakıdakı 150 nömrəli məktəbin 1993-cü il məzunları tərəfindən
ƏRİZƏ
Möhtərəm cənab Prezident! Biz, 1993-cü ildə Bakıdakı 150 nömrəli tam orta məktəbi bitirmişik. Sizin əmrinizlə hər an Vətənin müdafiəsi uğrunda silaha sarılmağa hazırıq! Diqqətinizə çatdıraq ki, həmin il bizimlə məzun olmuş, sinif yoldaşımız Rzayev Faiq Hüseynağa oğlu orta məktəbi bitirdikdən bir il sonra hərbi xidmətə yollanmış, bölgə komandiri olmuş və ilk gündən cəbhə bölgəsinə getmişdir. Həmin vaxt sərhədyanı ərazilərdə ağır döyüşlər gedirdi. Sonra eşitdik ki, sinif yoldaşımız Faiq Rzayev Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. 2015-ci ildə Sizin sərəncamınıza Rzayev Faiq Hüseynağa oğlunun “İgidliyə görə” medalı ilə təltif olunması bizi xeyli sevindirdi. Bu, dövlətimizin başçısının torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara verdiyi yüksək qiymətdir.
Cənab Prezident! Təhsil aldığımız 150 nömrəli məktəbə 1994-cü ildə sinif yoldaşımız, 1-ci sinifdən 11-ci sinfə qədər bu məktəbdə təhsil almış Faiq Rzayevin adının verilməsi hər birimizi sevindirdi. Həmin məktəbin qarşısında Faiq Rzayevin büstü də qoyuldu. Sevindik ki, şəhidlər heç vaxt ölmür, onlar həyat durduqca yaşayırlar. Təəssüf ki, bəzi dövlət məmurları öz maddi maraqlarının təmin olunması üçün ŞƏHİD adına hörmətsizlik edir. Bu da biz gənclərə çox pis təsir edir. Belə bir hal şəhid Faiq Rzayevlə əlaqədar da baş verdi.
Biz, şəhid Faiq Rzayevin sinif yoldaşları hər il onun doğum günündə və şəhid olduğu gündə 150 tam orta məktəbə toplaşır, onun büstünü ziyarət edir, sonra isə İKİNCİ ŞƏHİDLƏR Xiyabanındakı məzarını ziyarət edir, Vətən yolunda canını qurban vermiş şəhid qardaşımızı xatırlayır, ruhuna dualar oxutdururuq.
2015-ci ildə də ŞƏHİD qardaşamızın büstünü ziyarət etmək üçün 150 nömrəli tam orta məktəbin qarşısına toplaşdıq və eşitdiyimiz xəbərdən şoka düşdük: Yasamal rayonu ərazisində yerləşən Şəhidin adını daşıyan 150 nömrəli məktəb heç bir səbəb göstərilmədən Təhsil Nazirliyi tərəfindən ləğv edilərək, əvəzində Səbail rayonunda yerləşən 6 saylı liseyin filialı yaradılıb. Sonrdadan öyrəndik ki, Təhsil Nazirliyi kimisə direktor yerləşdirmək üçün bu biabırçılığa, Vətənimizin, Millətimizin, Xalqımızın adına ləkə gətirən, xəcalət verən bu rüsvayçılığa əl atıb.
Cənab Prezident! Şəhidə qarşı belə hörmətsizlikdən sonra biz gənclər hansı həvəslə, hansı ruh yüksəkliyi ilə döyüş bölgələrinə gedək? Fikirləşirik ki, biz gedib cəbhədə canımızı qurban verəcəyik, ancaq Bakıda oturmuş Sizin dediyiniz kimi, bəzi harınlaşmış dövlət məmurları bizim adımızla, qanımızla alver edəcək, Şəhid adını ləğv edərək, kimlərisə vəzifəyə qoyub pul qazanacaqlar.
Cənab Prezident! Bu, Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə, Müstəqilliyə və Prezidentə XƏYANƏTDİR. Bu SATQINLIQDIR!
Cənab Prezident Sizə böyük ümidimiz, inamımız və etimadımız var! İnanırıq ki, Şəhid Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbin bərpası üçün müvafiq təşkilatlara göstəriş verəcəksiniz və bununla da hansısa dövlət məmurunun gəncərin VƏTƏNPƏRVƏRLİK hissləri ilə oynamasının qarşısını alacaqsınız.
İmza, Bakıdakı 150 nömrəli tam orta məktıbin 1993-cü il məzunlar, Şəhid Faiq Rzayevin sinif yoldaşlar.
diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
|