"Borc içindəyəm, vəziyyətim çox ağırdır" - Qarabağ veteranının fəryadı
Tarix: 10-03-2016, 10:24 | Çap et
 Qarabağ veteranı, bədənində, deməsinə görə, 9 qəlpə gəzdirən Aslan Babayevin istəyi ilə onun yaşadığı Astara rayonun Sığəlonu kəndinə gedirik. Sığəlonu rayon mərkəzindən 20-25 kilometr aralıda, Talış dağların ətəyində yerləşir. Kəndin yolu yararsız haldadır. Elə bu səbəbdən yolun 4 kilometr hissəsini В«NivaВ» markalı maşınla getməli olduq. Sürücü deyir ki, əvvəllər yolu atla, araba ilə gedirdilər.
5-6 ay olar ki, yolu bir qədər qaydaya salıblar. Onun dediyinə görə, bu ərazidə olan kəndlərin heç birinə təbii qaz verilmir. Sovet dövründə vəziyyət necə idisə, olduğu kimi qalır. İşıq var, lakin o da qışda fasilələrlə yanır...
Qarabağ veteranı ilə həyətində görüşdük. Aslan Babayev 3 uşaq atasıdır. Həm özü, həm də iki oğlu xəstədir. Deyir ki, 50-ci illərdən qalmış köhnə evi dağılıb. Borc edib ikiotaqlı ev tikməyə məcbur olub. O da tam hazır deyil. Ailənin bütün üzvləri bir otaqda qalırlar.
В«3 KREDİTİM VAR...В»
Aslan Babayevin deməsinə görə, Qarabağ veteranı kimi aldığı 50 manatın ümidinə qalıb: В«Çox acınacaqlı vəziyyətdə yaşayıram. Mənim şikayətim budur ki, oğluma, mənim özümə əlillik dərəcəsi vermirlər. Bizim ünvanlı sosial yardımı da kəsiblər. Borc içindəyəm, vəziyyətim çox ağırdır. Camaatın arasına çıxa bilmirəm. Çox acınacaqlı vəziyyətdir. 3 kreditim var. Birini öz adıma, birini anamın adına, digərini isə qonşumun adına götürmüşəm. Kreditləri köçürdə bilmirəm. Qalmışıq Allahın ümidinəВ».
NƏ ÖZÜNƏ, NƏ DƏ OĞLUNA ƏLİLLİK DƏRƏCƏSİ ALA BİLİR...
Aslan Babayev 20 yaşlı Yusif adlı oğlunu göstərək deyir ki, o, hərbi xidmətdə olarkən ayağının baş barmağını itirib. Hərbi hospitalın xəstəliklə bağlı rəyləri olsa da, nə sığorta haqqı verirlər, nə də əlilik dərəcəsini müəyyənləşdirirlər:
В«Sağlam uşaq göndərdim hərbi xidmətə, bu vəziyyətdə gəlib. Uşağın barmağını kəsib göndərdilər üstümüzə. Ayağında şiddətli ağrılar var, yata bilmir, yeriməkdə çətinlik çəkir. O da mənim vəziyyətimə düşüb. Mənim ayağımda da qəlpə var. 20 ildən çoxdur yaralanmışam, indiyə kimi mənə əlillik dərəcəsini vermirlər. Sığorta pulunu vermirlərВ».
Aslan Babayev deyir ki, müraciət etmədiyi yer qalmayıb. Ölkə başçısından tutmuş rayonun kiçik məmurlarına qədər müraciət edib.
В«HANI?В»
O, cib telefonunu göstərək bildirir ki, ölkə prezidenti İlham Əliyevin Qarabağ veteranları haqqında dediklərini yazıb. Bir neçə dəfə məmurlara telefonda yazdığını səsləndirib. Ancaq deməsinə görə, hər dəfə də ona dodaq büzüblər:
В«Cənab prezident deyir ki, müharibə əlillərinə, şəhid ailələrinə kömək göstərin. Hanı?В».
​«20 MİN BORCUM VARВ»
Aslan Babayev deyir ki, həyətyanı sahəsi olsa da, nə maddi durumu, nə də sağlamlığı torpağı əkib-becərməyə imkan verir. Dediyinə görə, bu illər ərzində borcla yaşayıb. Son aylarda qohumların, yaxınların iqtisadi vəziyyətləri pisləşdiyinə görə, ona köməklik edə bilmirlər. Heç kim də artıq, borc vermir:
В«20 min borcum var. Özümü asımmı? Şikayətə baxmırlar. Kiçik oğlum da ruhi xəstədir. Gəlib evdə ona dərs keçirlər. Onun da əlillik dərəcəsini kəsiblər. Xəstəxanada olmuşam, demişəm ki, uşağı komissiyaya göndərin. Deyirlər, göndərmirik. Deməli, pul istəyirlər? Qızım nişanlıdır, onu köçürdə bilmirəm. Belə ağır vəziyyət varВ».
В«HƏYATIN DİBİNDƏYƏMВ»
Aslan Babayevin qonşuları ona kömək edərək 2 kilometr məsafədən evinə elektrik xətti çəkiblər. Veteran deyir ki, hər ay 50 kiloqramlıq bir kisə un alır. Çörəyi təndirdə bişirirlər. Yedikləri də təndir çörəyi və soğandır. Gözləri dolur. В«Həyatın dibindəyəmВ», - deyir.
Aslan Babayev müraciət etdiyi müxtəlif instansiyalardan gələn cavab məktublarını bizə təqdim edir. Müdafiə Nazirliyinin cavab məktubunda yazılıb: В«Vətəndaş Babayev Aslan Mütəllim oğlunun Azərbaycan Respublikası Müdafiə nazirin elektron poçtuna ünvanladığı məktubla əlaqədar araşdırma aparılsın. Nəticəsi barəsində vətəndaşa və Tibb Baş İdarəsinə yazılı məlumat verilsinВ». Məktubu nazirliyin Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev imzalayıb. Ancaq hələlik müsbət cavab yoxdur. Hərbi prokurorluqdan da oxşar cavab alıb.
В«SANKİ FUTBOL TOPUYAM...В»
Aslan Babayev deyir ki, artıq müraciət etməkdən bezib: В«Sanki futbol topuyam, bir birinə ötürürlər. İnsanların taleyi ilə oynayırlar. Daha yazmıram. Qarabağda döyüşəndə məni ölümdən qurtaran ümidlərim olub. Məmurların biganəliyindən dinc dövrdə onu itirdimВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
| • BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53 |
|
|
|
| • İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44 |
|
|
|
| • "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30 |
|
|
|
| • ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26 |
|
|
|
| • Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24 |
|
|
|
| • Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19 |
|
|
|
| • ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17 |
|
|
|
| • Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12 |
|
|
|
| • Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09 |
|
|
|
| • 3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59 |
|
|
|
| • “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53 |
|
|
|
| • “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41 |
|
|
|
| • Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30 |
|
|
|
| • Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26 |
|
|
|
| • İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11 |
|
|
|
| • Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09 |
|
|
|
| • Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55 |
|
|
|
| • Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48 |
|
|
|
| • Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33 |
|
|
|
| • “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18 |
|
|
|
| • “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13 |
|
|
|
| • Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05 |
|
|
|
| • Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00 |
|
|
|
| • Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59 |
|
|
|
| • 16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58 |
|
|
|
| • Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47 |
|
|
|
| • Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45 |
|
|
|
| • Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • “Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27 |
|
|
|
| • Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19 |
|
|
|
| • Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11 |
|
|
|
| • “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04 |
|
|
|
| • Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57 |
|
|
|
| • Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38 |
|
|
|
| • ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31 |
|
|
|
| • Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27 |
|
|
|
| • “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22 |
|
|
|
| • Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19 |
|
|
|
| • Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17 |
|
|
|
| • Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16 |
|
|
|
| • Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14 |
|
|
|
| • “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06 |
|
|
|
| • Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02 |
|
|
|
| • İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51 |
|
|
|
| • Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48 |
|
|
|
| • Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38 |
|
|
|
| • “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36 |
|
|
|
| • Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28 |
|
|
|
| • “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25 |
|
|
|
|