Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                     Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi .....                     Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                     “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib .....                     Xomeyninin ölüm ildönümü mərasimi: .....                     “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                     Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib .....                     “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ .....                     "Narkotikin sonu üç yerdə bitir .....                     Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... .....                     Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? .....                     Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? .....                 

“Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqdamı ittiham edəcək?”
Tarix: 14-01-2016, 11:32 | Çap et
“Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqdamı ittiham edəcək?”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin bir sıra aktual mövzularıyla bağlıModerator.az - ın suallarını cavablandırıb. Onunla söhbətin ikinci hissəsini təqdim edirik:

Müsahibənin əvvəlini bu linkdən oxumaq olar---http://www.diaaz.space/8/96590-qudret-hesenquliyevden-ilginc-achiqlamalar.html

-Siyasi islahat deməkdən millətin dilində islahat bitdi...

- Ölkə parlamentli respublika modelinə keçməlidir. Neçə illərdi biz bunu söyləyirik. Biz partiya olaraq bu məsələni qaldıranda nə Gürcüstanda, nə Qırğızıstanda, nə Ermənistanda heç müzakirə mövzusu da deyildi. Amma sonradan bu ölkələrin hamısı parlamentli respubnlika modelinə keçdilər. Azərbaycan hökuməti parlamentli respublika modelinə keçə bilmirsə, ən azından Ukrayna modelinə keçməliyik . Doğrudur, Ermənistanda Sərkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün islahatlara getdi, amma bu dəyişiklik gələcəkdə Ermənistanın demokratikləşməsinə yol açmış olacaq. Azərbaycan da bu prosesdən geri qalmamalıdır. Biz siyasi islahatlar məsələsində Gürcüstan və Ermənistandan geridəyik. Bizdə də bu istiqamətdə islahatlar aparılacağı təqdirdə çox qısa bir müddətdə ölkədə real inkişafa nail ola biləcəyik. Çünki ölkənin geniş potensialı var və Gürcüstanla Ermənistandan fərqli olaraq çox ciddi nəticələr əldə oluna bilər. Bu islahatları aparmaq üçün də ilkin növbədə kadr islahatlarına gedilməlidir. Yeni dünyagörüşə malik insanlar hökumətə cəlb olunmalıdır. Peşəkar mütəxəssislər QHT sektorunda da var, yəni özünün proqnozları və analitik yazıları ilə yaxşı mənada özünü təsdiq etmiş iqtisadçılar, hüquqşünaslar, digər peşə sahibləri var. Hətta siyasi baxışlarına baxmadan partiyalardan da mütəxəssislər cəlb etmək olar. Nəticədə bir milli birlik hökuməti formaslaşdırmaqla çox böyük nailiyyətlərə imza atmaq mümkündür. Hökumətin qəbul etdiyi qərarlara geniş ictimai dəstək olmalıdır. Ona görə də nə qədər ki, gec deyil, bir an belə yubanmadan həmin islahatlara başlamaq lazımdır. Iqtidar islahatlara güclü olduğu dövrdə getməlidir ki, bu addımlar təzyiqin nəticəsi kimi yozulmasın.

-Maraqlıdır, hər zaman siz bunu qabardırsınız. Yəni bu gün ölkədə baş verən 21 dekabr devalvasiyasından sonradamı Siz bu iqtidarın güclü olduğu qənaətindəsiniz?

-Bəli, mən hesab edirəm ki, hakimiyyət hələ də güclüdür və o çəkinmədən islahatlara gedə bilər. Əgər xalq kütləvi şəkildə hökumətə qarşı çıxmırsa, deməli, o hələ də güclüdür. Amma etiraz aksiyaları başlayandan sonra artıq hökumətin atdığı addımlar həmin effekti verməyəcək. Mən sizə dəfələrlə demişəm və təcrübə də göstərir ki, əgər insanlar küçələrə axışaraq hökumətdən hansısa addımların atılmasını tələb edirsə, hökumət də hansısa qərarları həmin təzyiqin altında qəbul edirsə, əksər hallarda bu gedişat ölkəni xaosa sürükləyir. Ona görə ki, bir tələbi yerinə yetiriləndə insanlar növbəti tələblə meydanlara atılırlar və bu da sonda vəziyyətin nəzarətdən çıxmasına da gətirə bilir. Amma indi hesab edirəm ki, Azərbaycan xalqının böyük hissəsi oturub səbrlə gözləyir ki, hökumət hansı addımlar atacaq, islahatlar necə aparılacaq...

-Yeri gəlmişkən, əyalətlərdən etiraz aksiyaları ilə bağlı həyəcanlı xəbərlər gəlir...

-Bu aksiyalar spontan baş verir və onu mənim nəzərdə tutduğum etiraz aksiyası ilə müqayisə etmək olmaz. Ona qalsa hətta əvvəllər neft milyardlarının ölkəyə axdığı dövrlərdə də bəzi rayonlarda bu və ya digər səbəbdən belə aksiyalar olub. Söhbət kütləvi etiraz aksiyalarından, hansısa sosial partlayışlardan gedir. Belə bir təhlükə yoxdur və inşallah heç olmayacaq da. Amma ümid edirəm ki, hökumət nəhayət çağırışlara cavab verməlidir. YAP üzvlərinin bəzilərinin söyləməsi ki, bizim müxalifətin təkliflərinə ehtiyacımız yoxdur, demokratik ölkələrdə adətən bu tipli bəyanatlar verilmir. Əksinə, müxalifətlə əməkdaşlıq edilir. Iqtidarla əməkdaşlığa hazır olan qüvvələr var, heç olmasa bu qüvvələrlə əməkdaşlıq edilməlidir. Yoxsa bu günədək hökumət onu təqib edən neqativ sterotiplərdən qurtara bilməsə vəziyyətdə dönüş olmayacaq.

-Hətta hakimiyyətin legitimliyini tanısa da ona qarşı radikal mövqedə duran qüvvələr də var ki, sanki YAP rəhbərliyi onlarla dialoqdan çəkinir. Yəni ölkənin birnci şəxsinin mütəmadi olaraq hər fürsətdə onları vətən xainləri, yırtıcı qüvvələr, antimilli ünsürlər adlandırması hakimiyyət təmsilçilərini qarşı tərəfə doğru addım atmaqdan çəkindirir.

-Əlbəttə, ölkədə birinci şəxsin iradəsindən çox şey asılıdır. Amma mən hər şeyi də birinci şəxsin adıyla bağlamağa ehtiyac görmürəm. Tutaq ki, mən hesab etmirəm ki, sabah iqtisadiyyat və sənaye naziri Vüqar Bayramovu, Rövşən Ağayevi, Azər Mehtiyevi və adını çəkmədiyim digər tanınmış iqtisadçıları dəvət edərək onların təkliflərini dinləsə, onlarla müzakirələr aparsa, bu, prezidentin qəzəbinə səbəb ola bilər. Kimsə buna görə Şahin Mustafayevi savadsızlıqda ittiham edəcək ki, bu iqtisadçıların köməyinə möhtac olub? Axı belə bir şey kimin ağlına gələ bilər ki? Dünyanın hər yerində ən ağıllı adamlar və öz işlərinin uzmanları belə yenə də maraqlı olurlar ki, müxtəlif fikirləri eşitsinlər, görsünlər və ən doğru qərarların qəbulunda bu tövsiyyələr onlara yardımçı olsun. Ona görə də dünyanın ən ağıllı adamlarının yanında kollegial qurumlar olur, xalqımızın da bir hikmətli məsəli var ki, ağıl ağıldan üstündür. Ağıllı nazir belə müzakirələrə açıq olmalıdır və oradan lazım olan təkliflərdən bəhrələnməlidir. Bu gün bizim ekser nazirlərdə bu bacarıq və uzaqgörənlik yoxdur. Bu da yoxdursa, yəni prezident görürsə ki, komandasından belə təşəbbüslər gəlmir, onun özü bu barədə göstəriş verməlidir. Parlamentin özündə də kifayət qədər peşəkarlar var. Söhbət təkcə müzakirələrin iqtisadçılarla aparılmasından getmir ki. Düşünürəm ki, partiya sədrləri ilə də bu istiqamətdə müzakirələr aparılmalıdır. Yəni necə etmək lazımdir ki, bu islahatlara həm də ictimai dəstək təmin edilsin. Unudulmamalıdır ki, ictimai dəstək olmadan heç bir təşəbbüs, heç bir islahat gözlənilən effekti verə bilməz. Məncə indi ölkədə yaranmış vəziyyəti də böhran kimi qəbul etmək doğru deyil, iqtisadiyyatda yaranmış çətinliklər kimi qəbul edilməlidir. Hökumətin qərarsızlığı kütləvi iğtişaşlara, etiraz aksiyalarına gətirib çıxaracaqsa, ölkədə idarəetmə çətinləşəcəksə, o zaman bu prosesləri böhran kimi xarakterizə etmək olar. Yəni bu gün tutaq ki, Yunanıstanda baş verənlər hələ Azərbaycanda baş verməyib və buna görə də hökumət ətrafımızda yaşananlardan nəticə çıxararaq proseslərin böhrana qədər gedib çatmasına imkan verməməlidir. Hələ nə qədər ki, bizdə belə bir iqtisadi-siyasi böhran baş verməyib, gözlənilən kadr və struktur islahatlarına gedilməlidir. Mən dəfələrlə demişəm ki, bu qədər nazirliklər nəyə lazımdır?

-Prezident müşavirədə dedi ki, struktur islahatlarına gedilməlidir.

-Zaman gedir axı. 21 dekabr devalvasiyasından 20 gün keçib, amma hökumət hələ də var-gəl edir. Etiraf edək ki, son illər Azərbaycanda hamının bu və ya digər formada hiss etdiyi ən mükəmməl və müsbət qərarı ASAN Xidmətin yaradılması olub. Ondan başqa hələlik görsənən ciddi bir dəyişiklik yoxdur. Azərbaycanda maksimum 10 - 11 nazirliyə, 3-4 komitəyə ehtiyac var. Yubanmadan özəlləşdirməyə başlanılmalıdır. Oradan gələn pulları da qeyri-neft sektoruna yönəltmək lazımdır. Eyni zamanda kimya sənayesi ilk növbədə inkişaf etdirilməlidir. Ona görə ki, özümüzün keyfiyyətli xammalımız var və neftin qiymətinin su qiymətinə olduğunu, qarşıdakı bir neçə ildə hələ bu cür aşağı qiymətin mövcud olacağını nəzərə alaraq xammalı xaricə ucuz satmaqdansa təcili olaraq kimya sənayesini dirçəltmək lazımdır. Mən dəfələrlə demişəm bu barədə ki, biz səhvən gedib Türkiyədə kimya kompleksi tikdik və 7 milyard dollar yatırdıq oraya. Mən hər zaman bu layihənin əleyhinə olmuşam ki, niyə onu Türkiyədə tikincə elə Qaradağda tikmirdik ki, on minlərlə vətəndaşımız işlə təmin edilsin? Yenə də gec deyil və mən hesab edirəm ki, təcili olaraq hətta region dövlətlərinə də ixrac edəcəyimiz keyfiyyətli yanacaq, sürtkü və motort yağları, avtomobil təkərləri, plastik borular, kauçuk təsərrüfat malları istehsal edən texnologiyaları gətirib qısa zamanda istehsala başlamalıyıq. Bu sadaladığım məhsullara hər yerdə ehtiyac var və kifayət qədər valyuta gətirən məhsullardır. Bundan əlavə kənd təsərrüfatının özündə indiki kimi kosmetik deyil, ciddi işlərə başlanılmalıdır. Təsəvvür edin, fermerlərə hektara görə subsidiyalar verilir. Rayonlarda min hektarlarla torpaq sahibi olan icra başçıları və ya onların yaxın adamları var ki, həmin torpağı nə əkmirlər, nə becərmirlər, ancaq hər hektara görə subsidiya alırlar. Sual olunur ki, niyə hektara görə verirsiniz bu subsidiyaları? Olmazmı ki, hazır məhsula görə verəsiniz? Səbəbi də hamıya bəllidir. Yoxsa guya bunların ağlına gəlmir ki, torpağın sahəsinə görə deyil, məhsulun həcminə görə subsidiya verilməsi doğru olardı? Ona görə də mən həmişə deyirəm ki, hər sahəyə uyğun mütəxəssislər qoyulmalıdır. Sizə açıq deyirəm ki, korrupsiyaya qarşı mübarizə gücləndirilsə, ancaq bu halda real nəticəyə nail olmaq mümkündür. Təsəvvür edin, hələ korrupsiyaya qarşı komissiya yaranandan təklifimiz var ki, korrupsiyanın subyekti ola biləcək vəzifəli şəxs korrupsiya komissiyasının üzvü ola bilməz. Əgər sən bir vəzifə daşıyırsansa, həmin vəzifəyə görə nə vaxtsa rüşvət ala bilərsənsə, digər korrupsiya əməlləri törətmək imkanın varsa, sənə korrupsiya cinayətlərinə görə ittiham elan oluna bilərsə, sən hansı haqla həmin komissiyaya üzv olursan? Həmin komissiyaya tam müstəqil, heç bir əlavə dövlət vəzifəsi olmayan mütəxəssislərdən təşkil olunmalıdır. Prezident müşavirədə tenderlərin nə vəziyyətdə olduğundan danışdı. Yadınızdadırsa bir dəfə bu məsələ mətbuatda da ciddi müzakirəyə səbəb oldu ki, hansısa bir məktəbi ABŞ və ya Yaponiya səfirliyi neçəyə tikib, bizim hökumət həmin məktəb kimi məktəbi neçəyə tikib. Bizimkilərin bir neçə dəfə baha qiymətə tikdikləri üzə çıxdı. Mən dəfələrlə parlamentin tribunasından da məsələ qaldırmışam ki, əgər hansısa bir rayonda xəstəxana tikmək zərurəti varsa, niyə vəsaitin hamısını büdcədən ayırıb əksəriyyətini də korrupsiya yemi edirsiniz? Şəffaf müsabiqə elan edin və sahibkarlara da açıq deyin ki, kim öz puluyla bunu tikə blər? Görsən ki, tərəddüd edirlər, soruşursan ki, yaxşı, neçə faizini sən boynuna götürürsən, qalanını dövlət sənə kredit formasında versin? Yəni bir var dövlət xəstəxana tikə, bir də var dövlət sahibkara lazımi krediti verə, sonra xəstəxana işlədikcə həmin pulu geri qaytarsın. Bu, dünyada uğurla sınaqdan keçirilmiş bir praktikadır. Bu gün Türkiyədə də belədir, Almaniyada da, Amerikada da. Biz təcili olaraq bu istiqamətdə işlər görməliyik. Amma görünən odur ki, hələ birinci devalvasiyadan keçən 10 ay ərzində həddindən artıq zaman itirilib. Heç olmasa indi bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülməlidir.

Ardı var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Dünən, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Dünən, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Dünən, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Dünən, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Dünən, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Dünən, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Dünən, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Dünən, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Dünən, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Dünən, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Dünən, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Dünən, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Dünən, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Dünən, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:40
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edilib - FOTO
Dünən, 12:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru