Nazirlikdən multimilyonluq laboratoriya tenderi .....                     Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır .....                     Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər .....                     Turistlər niyə Azərbaycandan uzaqlaşır? .....                     Ermənistan üçün Ukrayna ssenarisi? .....                     Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib .....                     Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb .....                     Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır .....                     Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... .....                     Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb .....                     Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir .....                     Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? .....                     Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi .....                     Gərəkməzli İŞDƏN ATILDI... .....                     Rubionun mesajı aydındır: .....                     “Qala Həyat”ın rəhbərliyində təyinat olub .....                     "Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb .....                     Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb .....                     İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... .....                     Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib .....                     Fənərbağça prezidenti həbs edilib .....                     Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! .....                     Tonoyan onları "SATDI" .....                     Xoşqədəmdən sərt sözlər: .....                     Göz yaşları niyə duzludur? .....                     Hansı rayonda nə qədər yeni iş yeri açılıb? .....                     "Nəslimizdə təkcə biznes adamı .....                     Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət .....                     Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi .....                     Şuşaya gedən turistlər öz evlərində qalıblar .....                     6-cı ildir ki, doğum gününü həbsdə keçirir .....                     “Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib .....                     Xomeyninin ölüm ildönümü mərasimi: .....                     “Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu .....                     Ermənistana 50 milyon avro ayrılacaq .....                     Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib .....                     “Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ .....                     "Narkotikin sonu üç yerdə bitir .....                     Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... .....                     Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? .....                 

“Prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb...” - deputat
Tarix: 5-01-2016, 08:51 | Çap et
“Prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb...”
Ötən həftə prezident İlham Əliyev Bakının Xəzər rayonunun sakinləri qarşısında etdiyi çıxışda və Yeni il münasibətilə xalqa təbrikində islahatlarla bağlı qısa, ancaq kifayət qədər mühüm mesaj verdi. Prezident bildirdi ki, 2016-cı il idarəetmə sahəsində islahatlar “yeni formatda” davam etdiriləcək, vergi, gömrük orqanlarının, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunacaq.

Bir çox ekspertlər prezidentin əslində yeni hökumət quracağının anonsunu verdiyini düşünürlər.

Bu mövzuda “Yeni Müsavat”a danışan deputat Zahid Oruc olduqca maraqlı açıqlamalar verdi. Z.Oruca görə, ölkə başçısının çıxışındakı həmin tezislər 2016-cı il üçün böyük siyasi, iqtisadi dəyişikliklərin anonsu kimi də qəbul oluna bilər: “Birinci növbədə nəzərə almalıyıq ki, ümumiyyətlə, dünyada ənənəvi iqtisadi sikllər, inkişaf modelləri dəyişir. Bir çoxları bunu yeni iqtisadi era kimi xarakterizə edirlər. Buna adekvat olaraq dünyada geopolitik sistemlərin də dəyişməsi qabardılır.

Bu, təkcə Yaxın Şərq regionu ilə bağlı deyil. Postsovet məkanında da belə sürətli dəyişmələrin şahidiyik. Avtomatik olaraq istənilən hökumətlər əvvəlki kursla davam edə bilmirlər. Bu, təkcə neft amilinin əvvəlkindən fərqli olaraq güclü bir səviyyədə qalmaması ilə bağlı deyil. Əlbəttə, neftin rolu kifayət qədər böyükdür. Lakin bununla bərabər etiraf etmək lazımdır ki, hər bir xalqın inkişaf xüsusiyyətləri var və qarşıya qoyulmuş vəzifələrə nail olmaq üçün mühüm dəyişikliklər həyata keçirilməlidir. Bu baxımdan ölkə başçısı əslində belə düşünür ki, əvvəlki illərdə atılmış çox sərt addımlar, qərarlar öz nəticəsini daha böyük miqyasda verməli idi. Fakt bundan ibarətdir ki, xırda və orta sahibkarlığın bugünkü iqtisadi təsirlərə daha yaxşı cavab verə biləcəyi məsələsi üzə çıxıb. Çünki iri kampaniyalar məlum beynəlxalq konyuktura fonunda duruş gətirə bilmir. Biz bunu sadə dilə çevirsək, SOCAR brendi altında hərəkət etmək, həm xaricdə böyük vəsaitlər qoymaq, eyni zamanda daxildə əsas maliyyələşməni yalnız SOCAR üzərində aparmaq siyasəti öz yerini yeni sahələrə verməlidir”.

Z.Oruc hesab etdi ki, bahalı neft erası bitib: “Onun yerinə həmin o böyük pullara, milyardlara qərar verən hökumətdənsə, yeni sahələrin gücünü qəbul edən, yeni çağırışları öz fəaliyyətində güclü bir şəkildə nəzərə almağı bacaran məmur sistemlərinə ciddi ehtiyac var. Yəni texnologiyalar, qabaqcıl mütərəqqi modellər, hətta aqrar sferada müasir təcrübi sistemləri tətbiq eləməyə çox ciddi ehtiyac var. Sahibkarlıq üzərində müxtəlif tələblər, haqq qoymalar bu gün də var və bütün yerli icra orqanları öz hakimiyyətlərini onların üstündə qurublar. Sahibkarlığı nəfəs almağa qoymayanlardan biri də həmin qüvvələrdir. Üçüncüsü, inhisarçılığın ləğvi önəmli bir məsələ kimi meydana çıxıb. Bu amil və prezidentin məlum çıxışı avtomatik hökumətin özünün içərisində biznesi himayə edən dairələrin öz vəzifələri ilə vidalaşması üçün siqnallar verir. Yəni ya biznesi tutmalısan, ya da idarəetmədə çalışmalısan. Demokratiyanın təriflərindən biri də budur ki, idarə edənlər biznesdə olmamalıdır.

Dördüncü əsas önəmli məsələ idxal və ixrac əməliyyatında liberallaşmaya nail olmaqdır. Yəni əslində manatın neft çəlləyindən azad olmağını istəyiriksə və bunu maliyyə-bank termini ilə tənzimlənən üzən məzənnə adlandırmaq istəyiriksə, obrazlı qaydada deməliyik ki, manat Xəzər dənizindən çıxıb ölkə ərazisində üzməyi də bacarmalıdır. Bunun üçün də iqtisadiyyatın ətrafına çəkilmiş buxovlar, divarlar aradan qalxmalıdır. Əks halda, devalvasiyalar qaçılmaz olacaq və beləliklə də bu, hökumətlərin də fəaliyyətinə çox ciddi mənfi təsir göstərəcək. Çünki Azərbaycan insanının bu gün ən etimadlı yanaşdığı lider və qüvvə yeganə olaraq prezidentdir. Hər kəs də qərarları məhz ondan gözləyir. Heç bir başqa siyasi qüvvə, şəxs, partiya, hətta hökumətin içindəki şəxslər, o cümlədən parlament təmsilçiləri də belə bir nüfuzun beş-on faizi civarında deyillər. Ona görə də xalq etimadı ölkə rəhbərinə imkan verəcək ki, hökumətdə dəyişikliklərlə paralel, idarəetmə sistemini optimallaşdırmaqla şişmiş aparatlar, böyük kadr korpusları, dövlət hesabına saxlanan maşınlar, texniki xərclər və sairdən azad olunsun. Bir çox qurumlardan tamamilə azad olunmaq mümkündür. Adi departament, şöbə səviyyəsində olacaq təsisatları gətirib biz komitələrə, agentliklərə, hətta nazirliklərə çevirmişik".

Deputatın sözlərinə görə, dövlət rəhbəri həm də öz komandasını sınağa çəkib: “Bu fikri açıq söyləmək lazımdır ki, indi qabaqcıl texnoloqlar, neftdən kənar düşünməyi bacaranlar, ağıllarında, şüurlarında, sadəcə, asan pullara qərar verməyənlər, daşımalar sistemi, ölkənin coğrafiyasının üstünlüyündən faydalanmağı bacaranlar və sair kimi əsas menecerlər hazırkı dövrdə daha önəmlidir. Bu mənada icra orqanlarında da geniş dəyişikliklərin olacağını ehtimal edirik. Ən başlıca məsələ ondan ibarətdir ki, iqtisadiyyatın liberallaşması getməlidir ki, Azərbaycan insanı hər gün yuxusundan oyanıb London və ya Nyu-York birjalarında katirofkaları izləmək məcburiyyətindən azad olsun.

Manatın kursu həmişə ölkədə siyasi sabitlik, təhlükəsizlik kursu kimi olub. Manatın kursu sadə insanları dövlət ətrafında birləşdirə bilib. Neft bumu sönürsə, əsl hökumətlərin vəziyyəti üzə çıxır, əsl peşəkarlar ortaya gəlir. Ona görə də cənab prezidentin çıxışındakı həmin tezisləri 2016-cı il üçün böyük siyasi, iqtisadi dəyişikliklərin anonsu kimi də qəbul eləyə bilərik. Bu mənada əminəm ki, hökumət çox mühüm qərarlar qarşısındadır. Cənab prezident də bu prosesləri aparmağa iradəlidir. Lakin etiraf eləmək lazımdır ki, bu, o qədər asan məsələ deyil. Yəni cənab prezident ən azı üç mühüm istiqamətdə böyük bir cəbhə açıb. Bir tərəfdən Qarabağ məsələsində dünya erməniçiliyi ilə savaş vəziyyətindədir. İkincisi, siyasi sistemdə dəyişikliklər həyata keçirmək yönündədir. Üçüncüsü, iqtisadi sferada böyük dəyişikliklər ərəfəsindədir”.

Z.Oruc sonda vurğuladı ki, bu prosesin kifayət qədər ehtiyatlı aparılması gərəkdir ki, hökumət müxtəlif siyasi toqquşmalardan kənarda dayana bilsin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlikdən multimilyonluq laboratoriya tenderi - TƏFƏRRÜAT
Bu gün, 06:08
Ermənistan 2013-2014-cü illərdə Ukraynanın keçdiyi yolu təkrarlayır - Rusiya
Bu gün, 06:04
Ət ucuzlaşacaq: Bu qiymətə satıla bilər - AKTUAL
Bu gün, 06:02
Turistlər niyə Azərbaycandan uzaqlaşır? - Ekspert əsas səbəbləri açıqladı
Bu gün, 06:00
Ermənistan üçün Ukrayna ssenarisi? – Moskvadan diqqətçəkən mesaj
Bu gün, 05:58
Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib - "Nepszava"
Bu gün, 05:55
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Dünən, 17:55
Bakı Şəhər Heyvanat Parkı heyvanlar üçün yem və qida alır – 300 min manata yaxın vəsait xərcləyəcək
Dünən, 17:47
Neftçala şəhər bələdiyyəsinin özbaşınalığı və... - Bakının qanunsuzluq qarşısında susqunluğu...
Dünən, 17:43
Turizm Agentliyi soslai mediaya reklam üçün 2.5 milyon ayırıb
Dünən, 17:37
Dünyada kəskin qarşıdurma dövrü tədricən başqa mərhələ ilə əvəzlənir - Sərdar Cəlaloğlu
Dünən, 17:36
Yollardakı "tor": Sürücü maşın sürsün, yoxsa xətt ayırsın? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:31
Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 17:28
Gərəkməzli İŞDƏN ATILDI... - ONUN YERİNƏ İSƏ...
Dünən, 17:24
Rubionun mesajı aydındır: - Cənubi Qafqaz daha qarşıdurma zonası olmayacaq
Dünən, 17:23
“Qala Həyat”ın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:21
"Payonix" BOKT-un zərəri 8 dəfəyə yaxın artıb
Dünən, 17:19
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Dünən, 17:18
İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər... - BU NƏDİ BELƏ?
Dünən, 17:14
Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib - Qaluzin BELƏ DEYİR...
Dünən, 17:05
Fənərbağça prezidenti həbs edilib
Dünən, 17:03
Bu gün Allahın ətəyindən yapışmalı olan bir xalq var... O DA ERMƏNİLƏRDİR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:01
Tonoyan onları "SATDI" - Köçəryan, Sərkisyan və Karapetyan HƏBS EDİLƏCƏK
Dünən, 16:57
Xoşqədəmdən sərt sözlər: - “Belə insanlarla əlaqəni kəsmək lazımdır”
Dünən, 16:54
Göz yaşları niyə duzludur? - CAVAB
Dünən, 16:50
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - SİYAHI
Dünən, 16:48
"Nəslimizdə təkcə biznes adamı MƏNƏM"
Dünən, 16:46
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT
Dünən, 16:45
Rusiya Azərbaycanla bağlı yeni mesaj verdi - İLGİNC
Dünən, 16:41
Şuşaya gedən turistlər öz evlərində qalıblar - HESABAT
Dünən, 15:51
6-cı ildir ki, doğum gününü həbsdə keçirir - BU GÜN İSƏ...
Dünən, 15:49
“Premium Bank”da mühüm rəhbər vəzifələrdən birini tutan şəxs postunu tərk edib - DETALLAR
Dünən, 15:45
Xomeyninin ölüm ildönümü mərasimi: - Xamenei və Pezeşkian qatılmadı
Dünən, 15:43
“Azərşəkər”ə əlavə 3.8 milyon manat maya qoyuldu
Dünən, 15:41
Ermənistana 50 milyon avro ayrılacaq
Dünən, 15:39
Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva məhkəmə zalında həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:34
“Unibank” qadın müştərisi ilə MƏHKƏMƏDƏ - BU NƏDİ BELƏ?
Dünən, 15:30
"Narkotikin sonu üç yerdə bitir – həbsxana, xəstəxana, qəbiristanlıq"
Dünən, 15:21
Karapetyan Paşinyanla söhbətini açdı: İLK DƏFƏ... - “Müharibə Füzulidə bitərdi, əgər...”
Dünən, 15:13
Kollec təhsilli musiqi müəllimlərinə qadağa qoyulub? – Rəsmi qurumdan açıqlama
Dünən, 15:11
Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Dünən, 13:12
"Qadınlar muğamı daha incə ifa edir, kişilər isə..." - Xalq artisti
Dünən, 13:09
Yaxın Şərqdə KRİTİK ANLAŞMA – “İndi bütün iplər İranın əlindədir...”
Dünən, 13:04
“Sponsor olmasa futbolda vəziyyət ağır olacaq, elə çətin xasiyyətli futbolçularla yola getmişəm ki...”
Dünən, 13:02
Bakıda qadın evə sərxoş vəziyyətdə gələn ərinə qapını açmadığına görə döyüldü
Dünən, 13:00
Çin Azərbaycanda avtomobil inqilabı hazırlayır? – Böyük imkanlar var, amma…
Dünən, 12:53
Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib
Dünən, 12:50
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
Dünən, 12:44
“Tamaşaçını şitliyə siz alışdırmısınız” – Azər Axşamın elə KADRLARINI yaydı ki...
Dünən, 12:43
Azərbaycanda investsiya şirkətinin rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru