Şuşa yoluna pul verərik, amma... .....                     Bələdiyyə sədri İTTİHAM OLUNUR .....                     AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ .....                     Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır .....                     “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” .....                     Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır .....                     Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası .....                     "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" .....                     CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur .....                     Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? .....                     "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" .....                     Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir .....                     "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" .....                     Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı .....                     "Pul qazanmaq çox çətindir... .....                     "Nəvəm günahsızdır" .....                     Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır .....                     Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? .....                     Bakılı qadın Rusiyada nazir postuna gətirildi .....                     Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar .....                     Ayda 22 milyon ziyan: .....                     Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı .....                     Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                     “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib .....                     Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? .....                     Bulvarda yığılan pullar kimə çatırdı? .....                     Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır .....                     “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə .....                     "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..." .....                     Paşinyan səhvini etraf etdi: .....                     Etibar Əliyevdən Baba Vəziroğluna: .....                     Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq .....                     Direktor niyə məktəbə gəlmir? .....                     Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? .....                     Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı .....                     EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib .....                     Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı .....                     Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün .....                     "Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." .....                 

“Bu gün mənə desələr ki, gəl baş nazir ol, deyərəm ki, məni ələ salmısınız?”
Tarix: 13-04-2015, 09:03 | Çap et
“Bu gün mənə desələr ki, gəl baş nazir ol, deyərəm ki, məni ələ salmısınız?”
Keçmiş baş nazir Rəhim Hüseynovun Moderator.az saytına və "Hürriyyət" qəzetinə verdiyi müsahibənin ikinci-sonuncu hissəsini təqdim edirik:

Əvvəli BURADA

-Bu cür sərt devalvasiyaya getməyə ehtiyac vardımı?

-Xeyr, yox idi. Mən bu işlərə qarışmıram. Istəmirəm ki, heç fikir də bildirim. Amma bu barədə fikir bildirmək üçün iqtisadiyyatı bilməyə də ehtiyac yoxdur, belə bir addıma gərək yox idi.

-Hələ 2009-cu ildə qlobal maliyyə böhranı yenicə başlayanda o vaxtkı Hesablama Palatasının sədri Milli Məclisdə belə bir ifadə işlətmişdi ki, böhran Azərbaycan iqtisadiyyatına sürtünüb keçdi. Amma bu dəfə deyəsən böhran iqtisadiyyatımızı ortadan dəlib keçdi...

-Bilirsiniz, heç kimə sirr deyil ki, bizim iqtisadiyyatımız neftdən asılıdır. Mərkəzi Bank da bilmirəm nəyə əsaslanıb belə bir oyun çıxardı və manatın məzənnəsini korladı. Hökumət gərək suyu üfürə-üfürə içərək kövrək dayaqlar üzərində dayanan iqtisadiyyatımızın təlatümə düşməməsi, az maaş alan imkansız təbəqənin bu dəyişikliklərdən əziyyət çəkməməsi üçün önləyici tədbirlərdən sonra belə bir addım ataydı.

-Manatın məzənnəsinin hələ xeyli düşəcəyi və az qala bir dolların 3 manat səviyyəsində qərarlaşacağı proqnazlaşdırılır. Sizin qənaətinizə görə, Mərkəzi Bank obrazlı desək, manatın arxasından əlini çəksə onun real məzənnəsi təxminən nə qədər olar?

-Əgər siz dediyiniz kimi manatın məzənnəsi bu templə düşsə, iqtisadiyatımız da çox zərər görəcək, millətimiz də. Əksinə, Azərbaycan kimi ölkələrdə Mərkəzi Bank çalışmalıydı ki, qeyri-təbii yolla olsa belə manat dollardan həmişə baha, heç olmasa onunla bərabər olsun. Mərkəzi Bankın da bunu etməyə imkanı vardı, amma buna baxmayaraq tamam fərqli addım atıldı.

-Axı Elman Rüstəmov Milli Məclisdə and-aman etdi ki, bu addımı atmasaydıq, qısa zamanda 12 milyardlıq rezervimizin yerində siçanlar oynayacaqdı...

-(əsəbi şəkildə) O Mərkəzi Bankın sədrini dəyişmək lazım idi. Neçə il idi işləmişdi, onu kənarlaşdırmaq doğru olardı. Elə bu zibilləri çıxaran da odur. Onların hamısı mənimlə işləyiblər, hamısını yaxşı tanıyıram. O yaxşı bankirdir və bank işini yaxşı bilir, amma gərək ona ciddi tapşırıq verilsin ki, bu addımlara görə cavab verəcəksən, eksperimentlə iqtisadiyyatımızı risk altına atma. Özü də Mərkəzi Bank bu gün çoxlu pullar qazanır. Özü də Mərkəzi Bankın əlavə pullar cəlb etmək üçün o qədər potensialı var ki. Sadəcə nədənsə bu addımlara əl atılmır. Başqa bir problem bizim zavod və fabriklərimizin işləməməsidir. Bir şeyi hökumət anlamalıdır ki, istehsalat hərəkətə keçməsə heç nə yaxşılığa doğru dəyişən deyil.

-Qeyri-neft sektorunun inkişafı barədə nə deyərdiniz?

-Qeyri-neft sektoru çox bərbad və deyərdim ki, yox səviyyəsindədir. Mən rayonlara çox gedirəm. Camaat artıq əkin-səpinin başını buraxıb. Çoxları bilmir kartofu, pomidor-xiyarı harda əkib-becərirlər. Rayonlarda əhali heç əlinə bel də almır. Halbuki Lənkəran sovetlər dönəmində adla deyilən böyük baza idi. İndi isə kənd təsərrüfatı əldən gedir. Taxılçılıqda bizim dövrümüzdə çox böyük inkişaf vardı, indi tamam fərqli vəziyyətdir. Balıqçılıq ad çıxarmışdı, indi bilən yoxdur ki, bu sahə var, ya yoxdu. Bilirsiniz, indi də bu sahələrdə iş gedir, amma kimlərsə monopoliyaya alıb və bilən yoxdur ki, gəlirlər hara gedir, kimin cibinə axır.

-Sizin vaxtınızda Azərbaycanda kölgə iqtisadiyyatının həcmi nə qədər idi? Bəs indi nə qədər olar təxminən?

-Dəqiq demək çətindir. Bir də ki, gördüm sözüm eşidilmir, ona görə də bu məsələlərə o qədər də qarışmıram. Bilirsiniz, gərək iqtisadiyyatı elə adamlar idarə etsin ki, onlar bütün varlıqlarıyla bu sahəyə bağlı olsunlar, işləməyə enerjiləri və səriştələri kifayət etsin. Bax sizə bir şey deyim. Bir neçə gün öncə-aprelin 5-də mənim 79 yaşım tamam oldu. Bu gün mənə desələr ki, gəl baş nazir ol. Bunlara deyərəm ki, məni ələ salmısınız, 79 yaşda baş nazir işləmək olar? Baş nazir gərək 60-65 yaşdan çox olmasın. Əgər o doğrudan da dövlət xadimidirsə özü desin ki, axı belə olmaz. Deməlidir ki, mənim yerimə elə bir adam qoyun ki, heç olmasa 10-15 il işləmək potensialı olısun. Bu günki baş nazir məndən 5 yaş kiçikdir. Mən onu özümə müavin götürəndə özü anket yazmışdı ki, mən 1931-ci ildə anadan olmuşam. Amma deyirlər bu yaxınlarda 80 yaşı tamam olub. Bu qədər yalan olar? Mən də dedim ki, o ya özü yaşını düzəldib, ya da pasportunu dəyişdirib. İş onda deyil ey, Allah ömür versin hələ 50 il də yaşasın, amma gərək adamda bir qürur da olsun ki, hər şeyin vaxtını-vədəsini bilsin. Özü də bizdə bu gün o qədər peşəkar və orta yaşlı kadrlar var ki. Amma o bu yaşda baş nazirlikdən imtina etmək istəmir. Hərdən İlham Əliyevin iclaslarına, müşavirələrinə baxıram, prezident danışır, baş nazirimiz də oturub mürgü vurur.

-Tək baş nazir o yaşda olsa dərd yarıydı. Hökumətin 90 faizini elə ona görə cəmiyyətdə ahıllar klubu adlandırırlar.

-Əgər nazir 70 yaşındadırsa, mən onu nazir saymıram. O artıq nazir deyil və belələrini dövlət xadimi adlandırmaq günahdır. Onun gərək vicdanı olsun və desin ki, çox sağ olun, bu günədək mənə qiymət verdiniz işlədim, indi mənim yerimə ya filankəsi hazırlamışam, məsləhət bilsəniz onu təyin edin, ya da öz namizədiniz kimdirsə onu qoyun.

-Sözünüzdən belə çıxır ki, prezident köklü kadr islahatları aparmalıdır.

-Bilirsiniz, gərək bunun üçün prezidentin aparatı işləsin. Amma bu gün Prezident Aparatı yoxdur.

-Onun da yaşı elə baş nazirin yaşı qədərdi.

-Allah ona da can sağlığı versin, amma onun da səmərəli işləmək vaxtı deyil. Məgər bu ölkədə onu əvəz edəcək kadr yoxdurmu?

-Rəhim müəllim, sabah İlham Əliyev təsadüfən sizi dəvət edib iqtisadiyyatımız üçün təkliflərinizi dinləmək istədiyini bildirsə cavabınız nə olacaq?

-İlk növbədə qeyri-neft sektorunu böhrandan çıxarmaq, ağır və yüngül sənayeni, kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Real iş yerlərinin sayını artırmaq, rəqabət qabiliyyətli məhsul istehsal etmək lazımdır. Sosial məsələlər də bu sahənin inkişafından asılıdır. Yoxsa ticarətlə, alıb-satmaqla məhdud sayda adamlar qazanc götürür. Ağzı qıfıllı müəssisələri işə salmaq, onları özəlləşdirənlərə dəstək vermək lazım ki, emal sənayesi inkişaf etsin. Amma hələlik bu sahədə nəzərəçarpacaq addımlar atılmır, ixracyönümlü məhsullarımız barmaqla sayılacaq qədərdir.

-Dünya bazarında neftin qiymətləri hər gün dəyişir. Proqnozlarınız necədir, qiymətlərin gələcək aqibətini nə gözləyir?

-Neftin qiyməti son 20-30 ildə daha çox siyasiləşib və real qiymətlərdən bəzən dəfələrlə artıq, bəzənsə az qala maya dəyərinə yaxın olub. Bunların da səbəbləri bəllidir və bu barədə uzun-uzadı danışmağa ehtiyac bilmirəm. Sabah qiymətlərin necə olacağını demək çətindir. Amma mənə elə gəlir ki, indiki qiymətlər Amerikanın hoqqasıdır və neftin qiyməti ən azı 10-15 dollar artmalıdır.

-Rəhbər vəzifələrdə işləyəndə dönə-dönə getdiyiniz Qarabağın qanayan yarasını sağalda biləcəyikmi? Bu münaqişənin sülh yolu ilə həlli varmı?

-Yoxdur. Mən bunu baş nazir olanda da, sonradan Beynəlxalq Sülh Federasiyasının üzvü kimi BMT-dəki çıxışımda da demişəm. BMT-də demişəm ki, bizə hörmət etmirsiniz, heç olmasa özünüzün 4 qətnamənizə hörmət edin və demişəm ki, heç kimin haqqı yoxdur ki, torpaqlarımızı silah yoluyla azad etməyə qalxanda bizə qarşı çıxsın. Bilirsiniz, oğul, mən erməniləri çox yaxşı tanıyıram. Hələ o vaxtlar bizdən qorxurdular. Onların havadarları olmasa 3 gün lazımdır ki, onları aparıb gəldikləri yerə qədər qovaq.

-Rusiya amili hər zaman “Qordi düyünü”nə çevrilib bizim üçün...

-Elə bilirsiniz Amerika istəyir ki, bu münaqişə bizim xeyrimizə həll olunsun? Elə bu məsələdə Rusiya ilə ABŞ hiylə işlədərək eyni mövqedən çıxış edirlər. Bilirlər ki, Azərbaycan işğaldan xilas olsa bölgədə çox böyük söz sahibi olan və müstəqil siyasət aparan bir dövlətə çevriləcək, bu isə həmin qüvvələrə sərf etməyəcək.

-Son vaxtlar Rusiyanın dağılacağıyla bağlı da fikirlər intensivləşib...

-Mən inanmıram buna. Rusiya çox nəhəng ölkədir. Bunu deyənlər Rusiyanı yaxşı tanımırlar. Rusiya elə bir dövlətdir ki, onun tamamilə zəiflədilməsi və dalana dirənməsi də risklidir və bunu edənlər çox peşman ola bilərlər. Amma mən heç vaxt Putinin səmimiliyinə inanmamışam və onun Azərbaycana münasibətindən də heç vaxt yaxşı heç nə gözləmirəm. Mən vaxtilə Rusiyanın bir çox siyasi xadimləriylə, dövlət və hökumət rəhbərləriylə işləmişəm, Putin onların heç birinə bənzəmir. Ona heç nədə etibar etmək olmaz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşa yoluna pul verərik, amma... - SUALLAR VAR...
Bu gün, 07:35
Bələdiyyə sədri İTTİHAM OLUNUR - ŞOK İDDİA
Bu gün, 07:14
AzəriQaz-da QANUNSUZ İŞ TƏLƏBİ - DAHA BİR ETİRAZ...
Bu gün, 06:53
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09
"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58
Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55
"İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51
Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05
Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Dünən, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Dünən, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Dünən, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Dünən, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Dünən, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Dünən, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Dünən, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Dünən, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Dünən, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Dünən, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Dünən, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Dünən, 15:43
Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Dünən, 15:35
Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Dünən, 15:29
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Dünən, 15:26
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Dünən, 15:24
Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Dünən, 15:17
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Dünən, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dünən, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Dünən, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Dünən, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Dünən, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Dünən, 13:21
Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Dünən, 13:18
Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Dünən, 13:16
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Dünən, 13:12
Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Dünən, 13:09
Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Dünən, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru