Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır .....                     “Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” .....                     Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır .....                     Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası .....                     "Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" .....                     CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur .....                     Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? .....                     "Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" .....                     Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir .....                     "İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" .....                     Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı .....                     "Pul qazanmaq çox çətindir... .....                     "Nəvəm günahsızdır" .....                     Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır .....                     Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? .....                     Bakılı qadın Rusiyada nazir postuna gətirildi .....                     Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar .....                     Ayda 22 milyon ziyan: .....                     Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı .....                     Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? .....                     NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... .....                     “NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib .....                     Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? .....                     Bulvarda yığılan pullar kimə çatırdı? .....                     Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır .....                     “Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə .....                     "15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..." .....                     Paşinyan səhvini etraf etdi: .....                     Etibar Əliyevdən Baba Vəziroğluna: .....                     Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq .....                     Direktor niyə məktəbə gəlmir? .....                     Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? .....                     Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı .....                     EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib .....                     Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı .....                     Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün .....                     "Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." .....                     Hakim ona 1 saat vaxt verdi .....                     44 günlük savaşın gizli məğlubu bu ölkədir .....                     Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi .....                 

“Hər zaman Rusiya ilə münasibət qura bilməməyimizin acısını çəkmişik” - deputat
Tarix: 3-04-2015, 09:10 | Çap et
 “Hər zaman Rusiya ilə münasibət qura bilməməyimizin acısını çəkmişik”
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib ki, ermənilər Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır. Ə.Həsənov qeyd edib ki, Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskinin adından erməni mediasında yayılmış fikirlər bu istiqamətdə daha bir cəhd olub.

Ə.Həsənov bildirib ki, bu addımlar ilk növbədə Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirmək, iki ölkənin parlament təmsilçiləri, müxtəlif qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları, ziyalılar və s. arasında sıxlaşan əlaqələrə kölgə salmaq məqsədi güdür: “Biz cənab Slutskini Azərbaycan xalqının, dövlətimizin və ölkənin siyasi rəhbərliyinin sadiq dostu hesab edirik. Bu dostluq Azərbaycan və Rusiya arasında çoxəsrlik tarixi ənənələrə, siyasi və iqtisadi maraqlara, bir-birinin suveren siyasətinə qarşılıqlı hörmətə və təbii ki, onilliklərin sınağından çıxmış insani münasibətlərə söykənir. Hesab edirik ki, Azərbaycan-Rusiya münasibətləri hər hansı təxribatların fövqündədir, ermənilərin belə ucuz şouları bizim əlaqələrə heç bir təsir göstərə bilməz. Əminik ki, bizim Rusiya ilə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək, Azərbaycanın Leonid Slutski kimi dostları bu əlaqələrə öz töhfələrini verməkdə davam edəcəklər”.

Qeyd edək ki, bir sıra müşahidəçilər xüsusən də son dövrlərdə Rusiya ilə münasibətlərə diqqətli yanaşır, iki ölkə əlaqələrinin müsbət şəkildə olmasını qeyd edirlər. Bəzi müşahidəçilərə görə, rəsmi Bakı bununla da iki ölkə münasibətlərində heç bir soyuqluğun olmadığı görüntüsünü yaratmaq, eyni zamanda ölkəni Moskvanın gözlənilən təcavüzündən qorumağa çalışır. Doğrudanmı, belədir, yoxsa həqiqətənmi Azərbaycan Rusiya ilə əlaqələrin ən yaxın müttəfiqlik səviyyəsində olmasında maraqlıdır?

Mövzunu “Yeni Müsavat”a şərh edən deputat Zahid Oruc deyir ki, beynəlxalq və yerli mediada Rusiya təcavüzü haqda məqalələr əslində olduğundan çox şişirdilmiş və təbliğat xarakterlidir: “Beynəlxalq informasiya məkanında Rusiyanın təcavüzkarlığı haqqında məqalələr, şərhlər, yanaşmalar çoxalıb. Bu əlbəttə ki, Rusiyanın Ukrayna ilə münasibətlərini tam əhatə eləmir. Bunun hədsiz şişirdilmiş, tendensiyalı olmasını iddia etməkdən uzağam, çünki burda həqiqət elementləri də var. Lakin məsələnin başqa tərəfi gerçək vəziyyətin olduğu kimi əskini tapmamasıdır. Bu fonda mediada Rusiya aqressiyası haqqında fikir formalaşdırılıb. Bunu bir dominant olaraq əksər hallarda Qərb dairələrinin əli ilə MDB məkanının mediasına yükləmək istəyirlər. Bizdə də bu xətt müəyyən mənada hökmranlıq etməyə başlayır. Çünki bu informasiyalar sonra cəmiyyətin təfəkkürünə sızır və anti-Rusiya dalğası kimi də meydana çıxır. Mən bunu bir dəfə də qeyd etmişəm, 1993-cü ildə Qafqazda Rusiyaya qarşı bir neçə il müharibə aparan Cövhər Dudayev etiraf edirdi ki, onun fəaliyyəti Qərbin Rusiyaya qarşı mübarizəsinin alətinə çevrilib. Ona ötürülmüş bütün informasiya kütləsi tendensiyalı olub, sanki bir sıra fikirlərindən geri durmaq həddinə gəlib çatmışdı”.

Z.Oruc deyir ki, bu təbliğatın nəticəsində indi Azərbaycanda “Qərb Rusiya ilə savaşır, biz də Qərbin yanında olmalıyıq” kimi mövqe geniş yayılıb. Deputatın fikrincə, bu cür fikirlər məqsədli qüvvələrin maraqlarına xidmət edir: “Son dövrlərdə politoloji fikir dairələrində ”Rusiya Azərbaycana ordu yeridəcək, rus tankları Qarabağa və ya Bakıya gələcək" kimi mesajlar tirajlanır. Sual olunur: Niyə? Əli Həsənov haqlı olaraq qeyd edir ki, erməni tərəfinin başlıca hədəfi Ermənistan-Azərbaycan münasibətlərinə zərbə vurmaqdır. Məsələn, Sarkisyan etiraf etməyə məcbur oldu ki, onlar Rusiyanın Azərbaycana silah satmasına şad deyillər. Təbii ki, bundan daha sərt formada deyə bilməzdir. Rusiyadan bütün parametrlərinə görə asılı olan bir ölkənin rəhbərinin fərqli reaksiya verməsi mümkün deyildi. O, daha sərt mövqeyindən sonra onu nələrin gözlədiyini də bilir".

Deputat deyir ki, indi əksinə Azərbaycan informasiya hücumu həyata keçirib ermənilərlər ruslar arasındakı açıq münaqişəli məqamları qabartmalıdır: “Ancaq biz nədən bütün informasiya məkanımızı ”Rusiya Ermənistanı cəzalandıracaq", “Qarabağa görə Rusiya Ermənistana zərbə vuracaq”, “Ermənistanın son davranışları Rusiya problemlər yaratmaqdadır”, o cümlədən Avropa Şurasındakı məlum hadisələr, Permyakov hadisələri doldurmur? Bütün bunlar onu deməyə əsas verir ki, bizim diplomatiya maşınımız Ermənistan-Rusiya problemlərini qabartsın. Bizim rusdilli media və rusdilli politoloji fikir sahiblərimiz Rusiyanın informasiya məkanına fəal şəkildə çıxaraq bunları qabartsınlar. Biz forpost deyib durmalı deyilik. Diplomatiyanın bir vəzifəsi də hətta dost kimi görünən ölkələr arasında problemlər yaratmaq və ya ən azı buna cəhd etməkdir. Və yaxud da olan kiçik nöqtələrdən faydalanmaqdır. Ona görə də mən həqiqətən də düşünürəm ki, biz nəinki mövcud dostluq münasibətlərimizi normal səviyyədə saxlamalıyıq, buna xələl gətirənlərlə də fəal mübarizəmizi ortaya qoymalıyıq".

Z.Orucun fikrincə, bu gün Qərb dövlətləri və Ermənistan Rusiya-Azərbaycan əlaqələrinə təsir göstərmək istəyir: “Birincisi, Ukrayna savaşını Rusiya əleyhinə, regionda onu sıxışdırıb çıxarmaq, gələcəkdə onun özünü parçalamaq istəyən başda ABŞ olmaqla Qərb dövlətləridir. İkincisi isə Ermənistandır. Çünki Rusiya ilə Azərbaycan arasında münasibətlərin kəskinləşməsi Ermənistanın maraqlarına uyğundur. İndi isə ermənilər tarixdə olduğu kimi, Rusiyanı Azərbaycan əleyhinə qoya bilmirlər. Tarixə baxın, biz hər zaman Rusiya ilə münasibətləri qura bilməməyimizin acısını çəkmişik. Ona görə də mən açıq deyirəm ki, bir neçə dəfə Rusiya-Türkiyə-Azərbaycan siyasi birliyi modelini təklif etmişəm. İnternet resurslarında, bizim elektron məlumat arxivlərində yalnız Rusiya və Türkiyə arasında baş vermiş 13 müharibəyə dair epopeyalar, ədəbi-bədii üslubda işlənmiş yazılar, kitablar, məqalələr var. Müsbət əlaqələri. dostluğu stimullaşdıran və yaxud da onu özündə ehtiva edən tarixi bazislər son dərəcə zəifdir. Ona görə də bax, 10 il ərzində NATO-Azərbaycan əməkdaşlığı prosesində iştirak etmiş bir insan kimi deyirəm ki, Rusiya ilə münasibətlərin yaxşı olması Azərbaycanın maraqlarına uyğundur. Eyni zamanda avtomatik olaraq Ermənistanın ziyanınadır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır - "Reuters"
Bu gün, 06:35
“Heç biz də əmin ola bilmərik ki, evimizdə kamera var, ya yoxdur” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:28
Yasab kəndində YAŞAM ŞƏRTLƏRİ ağırdır - GİLEY
Bu gün, 06:18
Gəlişi gözəl rəqəmlər, gizlənən risklər: "Bank Respublika"nın fəlakət statistikası - ARAŞDIRMA
Bu gün, 06:09
"Cərimə balının yuxarı həddi 40 bala qədər artırılsın" - TƏKLİF
Bu gün, 06:04
CHP daxilində yaşanan böhran Azərbaycanda da xüsusi maraq doğurur - ŞƏRH
Bu gün, 06:01
Rusiya-Ermənistan münasibətlərində yeni gərginlik: Azərbaycan NƏ QAZANIR? - GƏLİŞMƏ
Bu gün, 05:59
"Həmidə Ömərova, Cavanşir Quliyev qapı arxasında qalmalı idi?" - Qalmaqallı qurultay
Bu gün, 05:58
Kreml Paşinyanın qarşısında güclü “Moskva cəbhəsi” yaratmaq istəyir - GƏLİŞMƏ
Bu gün, 05:55
"İctimai nüfuzuma zərər vuran paylaşım və materialların silinməsini tələb edirəm" - Tacir Şahmalıoğlu onları məhkəmə ilə hədələdi
Bu gün, 05:51
Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - FOTO
Bu gün, 05:48
"Pul qazanmaq çox çətindir... - Hər şey bahadır"
Dünən, 17:24
"Nəvəm günahsızdır" - Atasını öldürən şəxsin babası məhkəmədə ifadə verdi
Dünən, 17:20
Milli Onkologiya Mərkəzi tibbi avadanlıqlara 50,3 milyon manat xərcləməyə hazırlaşır
Dünən, 17:14
Yazarlar borclarını ödəməyə başlayıblar: AYB-də "təmizləmə" olmayacaq? - AKTUAL
Dünən, 17:13
Bakılı qadın Rusiyada nazir postuna gətirildi - DOSYE
Dünən, 17:11
Vaşinqtonda Azərbaycanla bağlı kritik qərar – ABŞ rəsmisinin bəyanatının şifrəsi…
Dünən, 17:09
Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Dünən, 17:05
Zaxarova erməniləri Paşinyanın əleyhinə səs verməyə çağırdı - AÇIQLAMA
Dünən, 16:59
Ermənistanın KTMT-dən çıxması məsələsi müzakirə olunub? - KİV
Dünən, 16:50
NİYƏ SƏFƏRBƏR OLA BİLMİRİK... AXI NİYƏ... - 1 bütöv gün çəkən prosedur...
Dünən, 16:49
“NAS Project BOKT” idarəetmə strukturunda bir sıra dəyişiklər baş verib
Dünən, 16:40
Müharibə İrandan Azərbaycana gələn turistlərin sayına necə təsir edib? - TƏFƏRRÜAT
Dünən, 16:35
Bulvarda yığılan pullar kimə çatırdı? - İlqar Mustafayevin CİNAYƏT İŞİ
Dünən, 16:28
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
Dünən, 16:24
“Bakcell”in dəstəyi ilə “boolood” İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
Dünən, 16:23
"15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar..."
Dünən, 16:20
Paşinyan səhvini etraf etdi: - “Mən "Qarabağ Ermənistandır, nöqtə" deyən insanam”
Dünən, 15:51
Etibar Əliyevdən Baba Vəziroğluna: - "70-i keçənlər çəkilməsə, fəlakət daha da genişlənəcək"
Dünən, 15:48
Bu il regionda ən zəif iqtisadi artım Azərbaycanda olacaq – AYİB
Dünən, 15:46
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
Dünən, 15:43
Neftçi MTK-nin benefisiar (real) sahibi kimdir? - Aldadılmış neftçinin pulunu qaytarın!!!
Dünən, 15:35
Leysan “Şuşa qalası”nın bir hissəsini uçurub: Bərpası üçün 240 min ayrıldı - TƏFƏRRÜAT
Dünən, 15:29
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Dünən, 15:26
Mehriban Abasquliyeva məhkəməyə qayıtmadı - “Xəstəxanaya çatdırıldı”
Dünən, 15:24
Paşinyan Ermənistandakı seçkilərdən sonra Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırır
Dünən, 15:17
"Hər dəfə belə kəsik olanda içində nəsə çatmır..." - AXI NİYƏ?
Dünən, 13:42
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dünən, 13:32
44 günlük savaşın gizli məğlubu bu ölkədir - Ermənistan sevgisinin sirri açılır...
Dünən, 13:30
Karapetyanın adamları hakim partiya üzvlərinə hücum çəkdi – İstintaq başlayıb...
Dünən, 13:28
Bakıda pubda qadını döyərək saçından yerlə sürüyən dostlara elektron qolbaq taxıldı
Dünən, 13:26
Bu liseyin direktoru işdən çıxdı - FOTO
Dünən, 13:21
Zemfira ilə Afaq Gəncəli arasında QARŞIDURMA - “Reytinq yığmaq üçün...”
Dünən, 13:18
Hakim Elnur Nuriyev dələduzu azad etdi, təkrar cinayət törətdi – İnam Kərimova MÜRACİƏT
Dünən, 13:16
Suğra Bağırzadə illərdir gizli saxladığı SİRR-i bölüşdü - çəkildiyi filmlərdə rejissorlarla şərt kəsib ki...
Dünən, 13:12
Telman Qasımov Rusiyada yaşayan azərbaycanlıları təhqir edib? - “Kəsilmiş çıxışıma baxsam, elə mən də söyərəm”
Dünən, 13:09
Rusiyadan Ermənistanla bağlı şok hesabat: - Bütün iplər qopur
Dünən, 13:07
Haqqını tələb edən işçiyə verilən cavab eyni olur: Ərizəni yaz, çıx get... - BU BİR "AZƏRİQAZ" reallığıdır...
Dünən, 13:02
Paşinyan qondarma “qəhrəman”ların adını məktəblərdən çıxarır - “ArmLur” saytı
Dünən, 12:55
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru