Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                 

“Azərbaycanda alfonslar təkcə qadın puluna yaşamır, həm də...” - Məşhur psixoloq
Tarix: 20-02-2024, 08:33 | Çap et
“Azərbaycanda alfonslar təkcə qadın puluna yaşamır, həm də...”
“Ataərkil bir toplumda güc və məsuliyyətin verildiyi cins kişilər olduğu üçün cəmiyyət tərəfindən onlardan heç kimə tabe olmamaq, kimsədən nə isə gözləməmək tələb olunur”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, insanların xarakteri də çox önəmli bir faktordur:

“Xarakteri nisbətən yumşaq olanlar öz məsuliyyətlərindən imtina edirlər. Onlar məsuliyyətlərini almağa könüllü olacaq kimlərisə axtarırlar. Belə insanlar adətən münasibətlərində tabe olan tərəf olurlar. Əlbəttə ki, qadına tabe olanları alfons adlandıra bilmərik.

Dominant qadına tabe olaraq, sadəcə, həyatın məsuliyyətindən qurtulmaq istəyən kişilər də var. Amma məsuliyyətdən xilas olmaq istədikcə, komfort həyat tərzini yüksəltmək və resursların daha əlçatan olması üçün özlərini belə formalaşdıranlar da var. Bunlara alfons deyə bilərik”.

Həmsöhbətimiz qeyd edib ki, əslində alfonsluq sadəcə qadının pulundan istifadə etmək deyil:

“Bunun kirli mənası da var. Bu məna bizə hadisələrin kökünü tapmağa daha rahat zəmin yaradacaq. Əslində, böyümə dönəmində əxlaqla bağlı boşluğu olan kişilər alfons olmağa meyilli olurlar.

Belə ki, birinci dərəcəli ailəsinin əxlaqını sorğulamağa cəsarəti çatmayan və ya ana-bacısının başqa cür qadın olduğunu anlayana qədər norma anlayaşı ailəsinin dəyərlərinə görə formalaşır. Həmin insanlar anasının və ya bacısının yüngül əxlaqlı olduğunu etiraf etməyəcək. Əksinə, başqasının pulu ilə böyüyən bəzi uşaqlar gələcəkdə də başqasının pulunu “yeməyə” normal baxırlar.

Böyümə dönəmində əxlaqi tərbiyəsində boşluq olan kişilərin alfons olma ehtimalı çoxdur. Alfonsluq sadəcə olaraq, qadının mənzilində yaşamaq, avtomobilini sürmək və ya pulunu xərcləmək deyil. Alfonslar həm də birlikdə olduqları qadınların başqaları ilə “oturub-durmasına” səs çıxarmırlar. Yəni həmin adamın əxlaq meyarı cəmiyyətin digər üzvlərindən fərqlənir. Belə adamlar qadının axşam evə gələndə cibində 2 min manatı olmasını heç vaxt sorğulamayacaqlar.

Əslində bu cür kişilərin əxlaqi dəyərləri toplumsal dəyərlərdən kəskin fərqlənir. Bu tip kişilər özlərini yalnız elə mühitdə tapa bilirlər. Çünki cəmiyyətdə onu “yaxşı olmayan kişi” adlandıracaqlar. Amma digər mühitlərdə isə onlara “filankəsin əri yaxşıdır, heç nəyə qarışmır” deyirlər”.

Psixoloq qızlarını alfons oğlanlarla evləndirmək istəyən ailələr haqqında da danışıb:

“İnsanların yaşam tərzi də əvvəlki kimi deyil, artıq daha gözəbatandır. Fikrimcə, yüngül əxlaqlı ananın oğlu alfons olsa da, yüngül əxlaqlı ananın qızı ilə evlənmək istəyən adam çox az olur.

Çünki bizdə “anası gəzən ağacı, qızı budaq-budaq gəzər” ifadəsi var. Buna görə də o tip ailələrə yaxınlaşmaq istəyən insanların sayı çox az olur. Belə məqamlarda onlara bənzər taleyi olan kişilər dövrəyə girir.

Yəni məlum qadının oğlu da həyat tərzini dəyişməmək üçün anası kimi olan qızla evlənmək istəyir. Alfons kişiləri istəyən ailələrin də, buna razı olan kişilərin də tərbiyə boşluqları çox böyük həcmdədir və müşahidə olunandır.

Ümumiyyətlə, tərəflərdən birini standart ailənin, digərinin isə tərbiyəsində boşluqlara yol verilmiş ailədən biri ola bilməz. Onsuz da onların ikisi bir araya gələ bilməzlər. Çünki birinin dəyərləndirmə meyarı digərini qəbul etməyə icazə verməz.

Alfonslar uşaqlıqda tərbiyəsində boşluqlara yer verilən, təsir altına düşən, zəif xarakterli insanlardır. Onlar öz güclərinə istəklərini reallaşdıra bilmirlər. Bir insanın qızını alfonsla evləndirməsi də onun əxlaqi cəhətdən normaya uyğun olmayan həyat tərzinə sahib olduğunu göstərir”.

Əfsanə Rüstəmova vurğulayıb ki, alfonsluq deyəndə sadəcə qadının hesabına yaşayan kişini nəzərdə tutmamalıyıq:

“Həm də yanında olduğu qadının başqa kişilər ilə “oturub-durmasına” səs çıxartmayan kişini nəzərdə tuturuq. İndiki halda sanki cəmiyyət olaraq, alfonsu bir az yumşaldırıq.

Alfonsluq əxlaqi normalara uyğun olmayan həyat tərzi yaşamaqdır. Yəni imkanlı qaynatanın yeznəsinə ev, maşın alması və ya işlə təmin etməsi tam olaraq alfonsluq deyil.

Həmin oğlanın qadının da cəmiyyət normalarına uyğun olmayan həyat tərzi yaşamasına rəğmən səssiz qalması alfonsluq sayılır. Çünki səs çıxarsa işinin, evinin və avtomobilinin əlindən çıxacağından qorxur. Birinin digərindən maddi olaraq üstün olması və onu təsiri altına salması alfonsluq deyil.

Alfonsların mütləq mənada əxlaqi meyarlarda da fərq olmasıdır. Qadının əxlaqi dəyərlərinə göz yumulması, bunun müqabilində kişiyə ev və ya maşın alınması əxlaq normasının olmaması deməkdir. Ümumiyyətlə, cəmiyyət nə qədər ki, özü-özlüyündə rahatlığın necə gəldiyini sorğulamadan imtina edəcək, o qədər də bu cür terminlər çoxalacaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru