"Azərbaycanda bir neçə güclü, dövlətçi və siyasi rəqabətə davamlı müxalifət partiyalarının olması vacibdir" - deputat
Tarix: 17-02-2024, 11:08 | Çap et
 Növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak edən Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev bir müddətdir mediada görünmür. Razi Nurullayev mediada görünməməyinin səbəblərini və digər məsələlərlə bağlı “Cebhe.info”nun suallarını cavablandırıb.
- Razi bəy, prezident seçkisindən sonra elə bil mediaya qapalı olmusunuz. Şikayətlənənlər var ki, müsahibə vermirsiniz? Xüsusi bir səbəb varmı?
- Doğrudur, seçkidən sonra müsahibə və açıqlama verməmişəm. Bu, mediaya ilk müsahibəmdir. Mən hər zaman mediaya açıq olmuşam. Lakin son zamanlar bir az fərqli düşündüm və müsahibə, açıqlama verməkdən imtina etdim. Çünki bir sıra media özünə sərf edən variant axtarır.
Onlar üçün qarşı tərəfin maraqları və hissləri heç önəmli deyil. Bəzən elə başlıq qoyurlar ki, onun nəticəsində ya söyüş yiyəsi olursan, ya da xalq düşməni. Çünki oxucuların çoxu başlığı oxuyub qərarını verir. Əksəriyyət klikləyib içini oxumur. Ölkəmizin əksər vətəndaşları başlıqla fikir yürütdüyündən qərar verdim ki, ehtiyatlı olum. Seçki kampaniyasında olduğum müddətdə bəzi media orqanları tam aidiyyatsız suallarla müraciət edirdilər və bəziləri tam məişət səviyyəsində suallar ünvanlayırdılar. Bircə o qalırdı ki, şou verilişlərinə ekspert qismində dəvət etsinlər. Bu yanaşmalar məni taym-aut götürməyə vadar etdi.
- Seçkidə qazandığınız yerdən narazılığınız olmadı?
- Mənim üçün seçkidə birinci yer mövcuddur. Birincilik uğrunda mübarizə aparırdım. Seçkilər idman yarışı deyil ki, ikinci, üçüncü və dördüncü yerləri tutanların boynundan medal asıb dövlət himnini səsləndirsinlər. Bir faizlə iki faiz arasında ciddi fərq yoxdur. Olsa idi, 10-20 faiz, onda başqa məsələ. Sona qədər mübarizə apardıq və mesajlarımızı xalqa çatdırdıq. Ən azı əhalinin yeddi milyonuna proqramımızı, etmək istədiklərimizi və təmsil etdiyim Milli Cəbhə Partiyasının missiyasını çatdıra bildik. Küçədə, bayırda, bütün yerlərdə vətəndaşlardan sayğı görürük.
- Siz seçki kampaniyası zamanı onlarla vədlər verdiniz və hələ də o vədlərin müzakirəsi gedir. 7 fevraldan sonra xalqın əsaslı dəyişiklik və islahat istədiyini deyirdiniz. Prezident İlham Əliyev andiçmə mərasimində yeni dövrün başlandığının anonsunu verdi. Gözləntiləriniz varmı?
- Gözləntilər həmişə var. Əlbəttə, ümid etmək istəyirəm ki, yeni dövr doğurdan da real olaraq başlayacaq və konkret islahatlar həyata keçiriləcək. Xalqın sosial həyatında zəfər olmalıdır. İdarəçilik sistemində ciddi islahatlara ehtiyac var. Məmurların, vəzifəli şəxslərin çoxundan xalq narazıdır və xalqı haqlı sayıram.
Vətəndaşlar incidilir, proqramlar dürüst həyata keçirilmir, hələ də oturduğu kürsüyə şəxsi əmlakı kimi baxanlar var, işinə can yandırmayanlar və paxıllıq, qısqanclıq içində boğulanlar var. Gərək o cür adamlar təmizlənsin və idarəçilikdə yanaşmalar və mexanizmlər dəyişilsin. Bunlar hansılardır, onları da seçki kampaniyası dövründə dəfələrlə dedim.
- Növbəti planlarınız nədir?
- Milli Cəbhə Partiyasını bütün sahələrdə gücləndirmək üçün çalışırıq və hədəfimiz Azərbaycanda real olaraq ana müxalifət partiyasına çevrilməkdir. Biz, Allahın köməkliyi ilə buna nail olacağıq. Asan olmayacaq, çox çətin sınaq gözləyir bizi.
Steorotipləri qırmalıyıq, vətəndaşların siyasi partiyaya münasibətini dəyişməli və onların inamını bərpa etməliyik, üstəlik həm də iqtidarın yanaşmasını və münasibətini dəyişmək gərək. Azərbaycanda bir neçə güclü, dövlətçi və siyasi rəqabətə davamlı müxalifət partiyalarının olması vacibdir. Əks halda, ölkəmizdə bərabərlik, azadlıq, həmrəylik və siyasi rəqabətlilik sahəsində ciddi nəticələrə nail ola bilmərik.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09 |
|
|
|
| • "Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05 |
|
|
|
| • Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03 |
|
|
|
| • Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57 |
|
|
|
| • Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50 |
|
|
|
| • Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31 |
|
|
|
| • “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25 |
|
|
|
| • Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18 |
|
|
|
| • "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14 |
|
|
|
| • Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11 |
|
|
|
| • Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10 |
|
|
|
| • “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08 |
|
|
|
| • ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58 |
|
|
|
| • Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54 |
|
|
|
| • SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46 |
|
|
|
| • Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34 |
|
|
|
| • Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17 |
|
|
|
| • Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10 |
|
|
|
| • "Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06 |
|
|
|
| • TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53 |
|
|
|
| • AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37 |
|
|
|
| • Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07 |
|
|
|
| • 70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
| • Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58 |
|
|
|
| • "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55 |
|
|
|
| • İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54 |
|
|
|
| • Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48 |
|
|
|
| • “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40 |
|
|
|
| • Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36 |
|
|
|
| • Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13 |
|
|
|
| • Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11 |
|
|
|
| • Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53 |
|
|
|
| • Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50 |
|
|
|
| • “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49 |
|
|
|
| • Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45 |
|
|
|
| • Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44 |
|
|
|
| • Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30 |
|
|
|
| • Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19 |
|
|
|
| • Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13 |
|
|
|
| • Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05 |
|
|
|
| • Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26 |
|
|
|
| • Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36 |
|
|
|
| • İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34 |
|
|
|
| • Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21 |
|
|
|
| • Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10 |
|
|
|
| • Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06 |
|
|
|
| • Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03 |
|
|
|
| • Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02 |
|
|
|
| • SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Dünən, 11:58 |
|
|
|
|