500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                     Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender .....                     "Onların konsertlərinə baxanda ağlamaq istəyirəm" .....                     Andrey Qnatov da vəzifəsindən azad edildi .....                     Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI .....                     “Rusiya üçün Azərbaycanın alternativi yoxdur” .....                     ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... .....                     Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ .....                     SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... .....                     Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... .....                     Dövlətin bir qurumu digərinə GÜVƏNMİR .....                     Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT .....                     "Hələ Balaş bəy biraz yumşaq deyib..." .....                     TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... .....                     AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                 

"Böyük şöhrət qazanmış siyasətçilər də sağ olsaydı..."
Tarix: 11-02-2024, 12:22 | Çap et
"Böyük şöhrət qazanmış siyasətçilər də sağ olsaydı..."
Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.

diaaz.space həmin müsahibəni təqdim edirik:

-Qüdrət bəy, növbədənkənar prezident seçkilərində göstrədiyiniz nəticə partiya üzvlərinizi ruhdan salmayacaq ki?

-Düşünmürəm. İstənilən məğlubiyyət acı olsa da, siyasətlə peşəkar səviyyədə məşğul olanlar başa düşür ki, dünyada böyük şöhrət qazanmış siyasətçilər də sağ olsaydı və Azərbaycanda seçkilərə qatılsaydı ciddi uğura imza ata bilməzdi.

İlham Əliyev torpaqları işğaldan azad etmiş prezidentdi, xalqın ona bir minnətdarlıq borcu vardı. Üstünə onu da gəlsək ki, Qərb və onların burdakı əlaltıları seçkini baykot etdi və Azərbaycana təzyiqlərə başladı, bu, xalqı İlham Əliyev ətrafında daha sıx birləşdirdi, onun xeyrinə işlədi. Fikir verin, Avropa Şurası Parlament Assambleyası Azərbaycanı onu seçkiləri müşahidə etməyə dəvət etmədiyi üçün səsvermə hüququndan məhrum etdiyini bəyan edir. Bu zaman önə verdiyi alman deputat Frank Şvabe “Amerikannın səsi” nə deyir ki, biz bunu Azərbaycan öz öhdəliklərini yerinə yetirmədiyinə görə etdik. Jurnalist soruşur ki, axı, Azərbaycan əvvəllər də öhdəliklərini yerinə yetirməyib, bu,ermənilərə, Qarabağ məsələsinə görə ola bilərmi? O isə deyir ki, yox, Avropa Şurası ərazi problemləri ilə bağlı qərar verə bilməz, həll yolu tapa bilməz. Amma bir az sonra deyir ki, biz Rusiyanı Avropa Şurasından Ukraynaya qarşı müharibə başlatdığı üçün xaric etməli olduq. Bu cür riyakarlığı görən Azərbaycan vətəndaşı ölkəmizdə sosial durumun, iqtisadi vəziyyətin qaydasında olmadığını, bəzən incidildiyini, hüquqlarının pozulduğunu bilsə də İlham Əliyevi müdafiə etdi. İnsanlarımız başa düşürlər ki, bu işin arxasında əsasən Fransa dayanıb. Erməniləri Qarabağa qaytarıb, beynəlxalq birliyin təhlükəsizlik təminatı ilə burda onlara status almaq istəyirlər və Azərbaycana buna görə təzyiq edirlər.

Həm də xalqımı Prezidentdən işğal altında qalan 8 kəndimizin işğaldan azad olunmasını da gözləyir. Vətəndaşlarımız düşünür ki, o başladığı işi başa çatdırmalıdır.

-Azərbaycan niyə Avropa Şurasını seçkiləri müşahidə etməyə dəvət etmədi?

-Çünki iqtidar əmin idi ki, onlar hazır bir rəylə gəlirlər və nəticələri tanımayacaqlar. Ona görə də onlara belə bir şans vermədi.

Bu iqtidarı xalqımızın ən böyük “problemi” sayanlar, demokratiya uğrunda mübarizə apardıqlarını deyənlər sizə dəstək vermədi. Niyə?

Mənim təklif etdiyim platforma, islahatlar paketi hakimiyyəti təmsil edənlərin imtiyazlardan məhrum edilməsini nəzərdə tutur. Onlar ya sifarişlə iqtidarı tənqid, yaxud təhqir edirlər, ya da özləri hakimiyyəti devirib həmin imtiyazlara sahib olmaq istəyirlər. Mən bəyan edirdim ki, qalib gəlsəm amnistiya haqqında akt qəbul olunacaq, beynəlxalq insan hüquqları müdafiə təşkilatlarının haqlı olub-olmamalarından asılı olmayaraq siyasi məhbus saydıqları insanlar dövlət və şəxsiyyət əleyhinə ağır cinayət törətməyiblərsə azad olunacaqlar. Dövlət mülkiyyəti özəlləşdiriləcək, iqtisadiyyat hökumətin nəzarətindən çıxarılacaq, hüquqlara və mülkiyyətə təminat verən güclü məhkəmə hakimiyyəti formalaşdırılacaq. Mənim prezidentliyim cəmi bir il çəkəcək, çünki bir il ərzində Milli Birlik hökuməti formalaşdırılacaq, yeni konstitusiya qəbul olunacaq, prezidentli respubllikadan parlamentli respublikatya keçid edəcəyik, proporsional seçki sistemi əsasında yeni parlament seçiləcək ki, həmin parlament icra hakimiyyətinin başçısı olacaq Baş naziri və hökuməti təsdiq edəcək. Normal məntiqlə onlar məni sevməsələr də mənim seçki platformamı müdafiə etməli idilər. Hər bir müqayisə qüsurlu olsa da Rusiyaya baxın, barışmaz müxalifət (Xadarkovski, Navalnı və başqaları) hakimiyyətin adamı sayılan Nadejdini müharibəni dayandıracağını bəyan etdiyinə görə dəstəklədilər. Xalq Nadejdinə imza vermək üçün küçələrə çıxıb növbəyə dayandı və öz iradəsini nümayiş etdirdi.

Bizim “barışmazların” başı öz əllərində deyil, həm də siyasi səviyyə o deyil.

-Təbliğat kampaniyası zamanı ölkəmizin gələcəyi ilə bağlı sistemli baxışları, nəyi necə edəcəyinə dair aydın təsəvvürləri olan, problemlərin nədən qaynaqlandığını çılpaqlığı ilə söyləyən tək şəxs kimi göründünüz. Siyasi ekspertlərin, junalistlərin haqqınızda söylədiklərini haqlı saydınızmı?

-Çoxlu vicdanlı siyasi ekspertlər, jurnalistlər var. Onlara bir daha təşəkkür edirəm. Amma tənqidçi junalist kimi görsənib iqtidarı açıq tərifləməyib bizi aşağılamaqla iqtidara yarınmaq istəynlər də kifayət qədər idi. Biz real vəziyyəti bilə-bilə heç nədən çəkinmədən seçkilərə qatıldıq, çünki ölkənin problemləri gündəmə gətirilməli idi. Seçkiyə qtıldıq, əzmlə qələbə uğrunda mübarizə apardıq. Bu səbədən hər bir vicdanlı şəxs bizə səs verməsə də, bizə təşəkkür etməli idi. Biz yeni Konstitusiyanın qəbulu ilə hakimiyyət bölgüsünə real məzmun verilməsinin, parlamentli respublikaya keçidin, mülkiyyətə və hüquqlara təminat verə biləcək məhkəmə islahatlarının, yerli hakimiyyət orqanlarının yenidən formalaşdırılmasının, dövlətin idarəetmə xərclərinin azaldılmasının, bazar iqtisadiyyatına keçidin, neftdən asılılığa son qoymağın zəruriliyi göstərdik. Bunu qiymətləndirən çoxsaylı ekspertlər, jurnalistlər cəsarətlə və ləyaqətlə bizim platformanı yaydı, bəziləri susdu, bir qismi isə riyakarlıq etdi. Hesab edirəm bizim seçki platformamız və seçkilərdə iştirakımız bir çox müsbət qərarların qəbuluna kömək etmiş olacaq.

-Qüdrət bəy ABŞ-ın Ukraynaya yardımı dayandırmasına da münasibətinizi bilmək istərdik.

ABŞ siyasi elitası hakimiyyət ehtiraslarına görə hər şeyi qurban verməyə hazırdı. Cəmiyyəti də özlərinə oxşadıblar, parçalanmış cəmiyyət də artıq ali dəyərləri qorumaq gücündə deyil və müdafiə etdiyi tərəfin hər cür avantürasına və cinayətinə haqq qazandırmağa hazırdı. Onlar Ukrayna xalqının taleyi ilə oynayırlar. Qızışdırıb müharibəyə çəkdilər. Vaxtında demədilər ki, biz Ukraynanı NATO-ya qəbul etməyəcəyik. Ukraynanı da başa salmadılar ki, qarşıdurmaya getməkdən çəkinin, Rusiya ilə əməkdaşlıq edin. Rusiyanı da müharibədən çəkindirmək üçün heç bir ciddi addım atmadılar.

Ona görə söyləyirlər ki, ABŞ-la düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur. İki slavyan xalqın bir-birini məhv etməsi sadəcə üzücüdür. Bataqlığa salınmış hər iki ölkənin vəziyyətdən çıxması üçün güclü tərəfin və güclü liderin cəsarətli qərarı lazımdır. Görün türklərin neçə dövləti var. Slavyanların da bir neçə dövləti ola bilər. Onlardan hansısa, hansısa zaman kəsiyində fərqli inkişaf yolu seçə bilər. Buna dözümlü olmaq lazımdır. Zamanla kökü bir olan xalqlar bir araya gələcəklər. Rusiyanın Ukraynanın 20% torpağına görə onu əbədi düşmən etməsi yanlış olardı. Rusiya təkcə müharibəni dayandırmaq yox, həm də barış üçün yollar axtarmalı, cəsarətli qərarlar qəbul etməli, 2014-cü ilə qədərki vəziyyət bərpa olunmalı, Ukrayna NATO-ya üzvülükdən imtina etməlidir.







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Fərid Əhmədova və İnam Kərimova MÜRACİƏT - "NƏ QƏDƏR Kİ GEC DEYİL..."
Bu gün, 04:10
"Hələ Balaş bəy biraz yumşaq deyib..." - İlqar Məmmədov
Bu gün, 04:06
TƏBİB-in yersiz və ABSURD TƏDARÜKÜ... - "Bəlkə ambulans helikopter də almaq lazımdır?"
Bu gün, 03:53
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Dünən, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Dünən, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Dünən, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Dünən, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Dünən, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Dünən, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Dünən, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Dünən, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Dünən, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Dünən, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Dünən, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Dünən, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Dünən, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Dünən, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Dünən, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Dünən, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Dünən, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Dünən, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Dünən, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Dünən, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Dünən, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Dünən, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Dünən, 12:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru