Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                 

"Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil" - deputat
Tarix: 4-11-2021, 10:57 | Çap et
"Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil"
Milli Məclisdə Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. Layihə Milli Məclisin 5 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılacaq. Akt böyük ölçüdə qəbul olunacaq.

Amnistiya Aktı ölkədə nələri dəyişdirəcək? Hazırda əsas sual budur.

Əslində aktın kimlərə şamil olunacağı sənəddən bəllidir: daha çox müharibə iştirakçıları və onların yaxın qohumları, yaşı 60-dan çox olan şəxslərə şamil olunacaq.

Bəs məşhur dustaqlardan kimlər bunun təsiri altına düşəcək? Sabiq MTN-çilər, dindarlar, OMON-çular, müxalifətçilər - bunlardan hansı göstərilən amnistiya kriteriyalarına cavab verir?

Qeyd edək ki, bəzi müxalifətçilər, aktivistlər bu layihəni gözdən salmağa çalışırlar. Amnistiyanın “qızıl” olmadığını deyirlər. Azərbaycanda siyasi quruluşu dəyişdirməyə çağıran, İranın agentura şəbəkəsinin üzvü olan şəxsləri müdafiə etməklə və onlara siyasi məhbus emblemi yapışdırmaqla məşğuldurlar.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Zahid Oruc Amnistiya Aktı barədə müzakirələri “Yeni Müsavat”da bu cür şərh etdi: “Komitədə bu məsələ müzakirə olunarkən hamı tərəfindən vurğulanan ən mühüm tezis haqlı olaraq ondan ibarət idi ki, bu, Azərbaycanın müstəqillik tarixində bənzəri olmayan böyük Zəfər aktıdır. İndiyə qədərki dövrdə 11 dəfə həyata keçirilmiş amnistiya aktından bu akt tamam fərqlənir. Öncəliklə çox önəmli bir tarixçəyə malikdir. Doğrudur, hər bir amnistiya aktı çox mühüm olub, bu qərarlar nəticəsində çoxlu sayda insanlar azadlığına qovuşub. Bir sözlə, on minlərlə insan bu aktlardan faydalanıb. Eyni zamanda dövlətlə vətəndaş arasındakı münasibətlərə bu çox müsbət təsir edib, humanizm duyğularını gücləndirib. Hazırkı dövrdə isə ən mühüm məsələ bunun qalib bir dövlət, lider tərəfindən həyata keçirilməsidir. İki ay idi ki, müvafiq qurumların nümayəndələri bu akt üzərində işləyirdilər. Bu səbəbdən zəfərimizin nəticəsi olaraq, azadlıqdan məhrum edilmiş müəyyən kateqoriyanın insanları barədə belə bir akt cənab Prezidentin təşəbbüsü ilə irəli sürülüb. Bunu doğuran səbəblər çoxdur. Bu ilin fevral ayında başlayan müzakirələr nəhayət martın 18-də əfv qərarı ilə müşayiət olunmuşdu. Bir il tamam olmamış indi də belə bir addımın atılması ayrıca vurğulanmalı cəhətdir. Mətbuatda yayılan sənəddə bu aktın kimlərə şamil olunacağı vurğulanıb. İctimai təhlükəli olmayan əməllər üzrə cinayət törətmiş şəxslərə şamil ediləcək. Cəzaların qalma müddətinə də diqqət ayrılır. Müharibəyə birbaşa bağlı olan şəxslər də, onların yaxınları da burada nəzərdə tutulur. Bərdə, Gəncə və Tərtərə atılan raket nəticəsində ya şəhid olmuş, ya da sağlamlığından məhrum olmuş insanlar da burada diqqətdən kənarda qalmayıb. Burada da bəllidir ki, hansı kateqoriyadan olanlar nəzərdə tutulur. Ağır cinayətlər, dövlət əleyhinə aid olan cinayətlər burada nəzərdə tutula bilməz. Ağır cinayət törədən şəxslər əfv və amnistiya yolu ilə qısa zamanda azadlığa çıxarsa, bu siyasi, ictimai, kriminal mühitə müsbət təsir edə bilməz. Amnistiyanın bir hissəsi də onun icrası ilə bağlıdır. Onun icrası 4 aya yaxın zaman çəkəcək. Bu da başadüşüləndir. Çünki həmin insanların dairəsini müəyyən etmək bir müddət zaman alacaq. Amma müəyyən olunub ki, bu akt 16 min məhbusu əhatə edəcək. Əhalinin sayına görə məhbusların olduğu ölkələr sırasında 56-cı yerdəyik. Əslində bu, yaxşı göstərici sayılır. Bu fikirlərimi də deməyi borc bilirəm. Bilirsiniz ki, bir neçə ay bundan öncə qəhrəman döyüşçülərimizdən birinin 2020-ci ilin əvvəllərində həyatında etdiyi müəyyən bir əməl, cinayət məsuliyyəti yaradan bir səhv nəticəsində Vətən müharibəsindən sonra onun haqqında proseslər yaşanmağa başladı. Hüququ izahat zamanı bu məsələ media məkanına çıxdı. Məsələ cinayət törətmiş şəxsə qarşı deyil, o hadisəni xatırlatmaq istəmirəm, çünki döyüşçülərimizlə bağlı ancaq müsbət danışmalıyıq-qaziyə, döyüşçümüzə qarşı məhkəmə müstəvisi kimi forma aldı. Sosial şəbəkələrdən, media məkanından heç də ictimaiyyətə müsbət siqnallar getmədi. Bu, özü-özlüyündə ordu əleyhinə də təşviqata çevrildi. Məkrli dairələr bundan yararlanmağa çalışdılar. Dövlətin qalibiyyətimizin bir illiyində belə bir addım atması hər kəs tərəfindən müsbət qəbul edilir. Ümidvarıq ki, noyabrın 5-də ”Amnistiya aktı" qəbul ediləcək. Bundan sonra Zəfər bayramımızdan öncədən onun icrasına başlanılacaq".

Deputat bəzi aktivistlərin, müxalif fəalların, bir sıra partiya funksionerlərinin bu aktın “qızıl” olmadığı barədə dediklərinə də cavab verdi: “Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil. Yaxşı bilirik ki, hər hansı bir cinayət törətmiş şəxs partiya vəsiqəsi daşıyırsa, o, daha çox himayə olunur, xarici dairələrin bu məsələ daimi gündəmini təşkil edir. Əksər hallarda bu, dövlət əleyhinə bir təzyiq alətinə çevrilir. Belə məsələlərdən istifadə etməyə çalışan məlum qüvvələrdən hökmən soruşmaq lazımdır ki, azadlığa çıxan minlərlə insanın doğrudan da haqları, həyatı, vətəndaş azadlığı, konstitusion hüquqları onlar üçün heçdir? Məhbusları fərqləndirəndə doğrudan da anlamırlar ki, insanların üzərinə bu formada getmək olmaz? Şükürlər olsun ki, müxalif qüvvələrin əfv vermək, yaxud amnistiya aktı qəbul etmək səlahiyyətləri yoxdur. Onlar kimdirlər ki, kimin günahsız, yaxud günahkar olduğunu müəyyən etsinlər? Ədalət birtərəfli tələb oluna bilməz. Amnistiya kateqoriyalarına düşənlər arasında müxalifətçilər olacaqsa, onlar da azad ediləcəklər. Zatən kimləri əhatə edəcəyi məlumdur. Amnistiya hüquqi maddələrə söykənir. Məgər bu maddələr iqtidar və müxalifət arasında bölünüb? Kim uyğun gələcəksə, azadlığını gözləsin, hökmən azad olunacaq”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru