Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                 

“Beynəlxalq hüquqda ərazi mübadiləsi var, amma nə Ermənistan, nə İran razılaşar” - Partiya sədri
Tarix: 2-11-2021, 10:56 | Çap et
“Beynəlxalq hüquqda ərazi mübadiləsi var, amma nə Ermənistan, nə İran razılaşar”
Ötən həftənin cümə günü “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatında TVMusavat-da canlı yayımlanan “Dərin Təhlil” analitik proqramında regiondakı son proseslərlə bağlı kifayət qədər əhəmiyyətli fikirlər, proqnozlar, həmçinin təkliflər səsləndi. R.Arifoğlunun moderatorluğu ilə baş tutan polemikada parlamentin üç üzvü - Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa iştirak edirdilər. İki saatdan çox davam edən müzakirələrin gedişində deputat Həsənquliyev dərhal etirazla qarşılanan təklif və ehtimal irəli sürdü. Onun sözlərinə görə, Qarabağın dağlıq ərazisində suverenliyin təmin olunması əvəzində Xankəndi ilə Mehrinin dəyişdirilməsi razılaşdırıla bilər.

Amma onun bu fikrinə həmkarı Z.Oruc etiraz etdi və Azərbaycanın bir qarış ərazisinin də Ermənistana güzəştə gedilməyəcəyini açıqladı. Təxminən 20-22 il öncə də bu məsələ gündəmdə olub. O zaman Dağlıq Qarabağla Mehrinin dəyişdirilməsi təklifləri səsləndirilirdi. Amerikalı ekspert Pol Qoblun “ərazi mübadiləsi planı” ötən əsrin 90-cı illərində çox populyar idi, hətta danışıqların əsas tezisini, bazasını təşkil edirdi. İndi bu plan yenidən gündəmə gətirilir, mətbuatda bu tezislərin ətrafında müzakirələr aparılır. Söhbət təxminən eyni ölçüdə ərazini əhatə etməklə Laçın və Mehri dəhlizlərinin mübadiləsindən gedirdi.

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bu məsələyə toxunarkən yazıb ki, Ermənistan Mehrini Azərbaycana verməz. Onun sözlərinə görə, Mehrini vermək o deməkdir ki, Ermənistanın İranla sərhədi olmayacaq: “Ermənistan buna razı olarmı? İran, Rusiya necə? Olmaz. Avropa Birliyi, ABŞ, Çin, Ərəb ölkələri... heç biri buna razılıq verməz. Bu işə yalnız Türkiyə, Pakistan, Böyük Britaniya, İsrail yaşıl işıq yandıra bilər”.

Siyasət adamları isə yazırlar ki, bu, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə ziddir, torpaqlarımızın heç bir hissəsini heç bir şəkildə kimsəyə vermək hüququmuz yoxdur. Yalnız sərhəd dəyişdirilməsi referenduma çıxarıla bilər ki, bunun da hüquqi təfsiri ərazi mübadiləsi deyil. Sərhəd xəttinin çəkilməsi ilə ərazi mübadiləsi fərqli hüquqi terminlərdir. Ona görə də yolverilməz haldır. Bəs Azərbaycanın rəsmi kursu bu perspektivə adekvatdırmı? Xankəndinin ermənilərə verilməsi və müqabilində Mehrinin alınması məntiqlidirmi, yoxsa zərərli qərar ola bilər?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, beynəlxalq hüquqda ərazi mübadiləsi var. Onun fikrincə, sadəcə, ermənilər razılaşmayacaq: “Prinsip etibarilə Azərbaycan üçün sərfəli variant saymaq olar. Zəngəzur dəhlizi öz yerində, Türkiyə ilə quru yolun əldə edilməsi ağıllı versiya olardı. Yəni beynəlxalq hüquq da buna icazə verir. Əgər nə zamansa baş tutsa, Azərbaycan üçün daha sərfəli olar. Amma bu gün baş tutacağını real görmürəm, buna nə Ermənistan, nə də İran razılaşar”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat” qeyd etdi ki, bu təklif Azərbaycan üçün ziyanlıdır: “Xankəndini vermək o deməkdir ki, bizim ərazidən, yəni Laçından keçəcəklər. Belə çıxır ki, Laçını da güzəştə getməli olacağıq. Ona görə qarşıda bizi gözləyən işlər üçün qəti şəkildə uyğun deyil. Biz qarşıdakı aylarda 10 noyabr sənədinin bütün bəndlərinin icra ediləcəyini görəcəyik. Sənəddə qeyd olunub ki, erməni separatçı silahlı dəstələri ərazimizdən çıxmalıdır, biz bunun reallaşmasına şahid olacağıq, həmçinin nəqliyyat-kommunikasiyalar açılacaq”.

ALDP sədri hesab edir ki, belə vaxtda bu təklifi müsbət qiymətləndirmir: “Əlbəttə, siyasətçilərin fərqli baxışları, subyektiv yanaşmaları, təklifləri ola bilər. Amma yenə diqqət etməliyik ki, Xankəndini güzəştə getdiyimiz halda onlar Laçın dəhlizindən keçməklə ərazilərimizdən istifadə edəcəklər. Buna razılaşmaq olmaz və biz 10 noyabr sənədinin icrasını tam yekunlaşdırmağa nail olmalıyıq”.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a söylədiyinə görə, torpaq dəyişməsi əvvəllər Saxarov, daha sonra Pol Qobl tərəfindən ideya kimi irəli sürülmüşdü. “Amma bu təkliflər alınmadı. Yəni ”Torpaq əvəzinə torpaq" şüarı altında iş aparıla bilmədi. O da var ki, torpaq dəyişməsi ermənilərin gözünü doyurmayacaq. Mənə elə gəlir ki, bu şəraitdə riskli nəticələrə gətirib çıxara bilər. Bu məsələləri sonra müzakirə etmək olar. İndi sərhədlərin delimitasiya və demarkasiyasına hazırlaşırıq, kommunikasiyaların açılması gündəmdədir. Ona görə torpaq dəyiş-düyüşü ərazi bütövlüyünün tanınmasından sonra bəlkə gündəmə gətirilə bilər, onun da bir faydası olacağını gözləmirəm", - deyə Q.Hüseynli vurğuladı.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru