Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                 

Putinin bəyanatlarını Rusiyanın böyük lütfü kimi qəbul edirik – Arif Paşa
Tarix: 29-10-2021, 08:50 | Çap et
Putinin bəyanatlarını Rusiyanın böyük lütfü kimi qəbul edirik
1988-1992-ci illərin Milli Azadlıq Hərəkatının tanınmış simalarından və Azərbaycan Ordusunun ilk qurucularından olan keçmiş Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşa ilə hafta.az üçün növbəti söhbətimizdə Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin Laçın dəhlizi və Qarabağ torpaqlarındakı fəaliyyəti, “dəmir yumruğ”un hələ tam əzmədiyi Ermənistanın iddialarına qarşı bundan sonrakı mübarizə yolları və s. haqda fikir mübadiləsi apardıq.

- Arif bəy, 10 Noyabr üçtərəfli razılaşmasından bəri Laçın rayon mərkəzi və Rusiyanın “sülhməramlı” sayılan hərbi birləşmələrinin müvəqqəti yerləşdiyi dəhliz ərazisinə daxil olan kəndləri ilə bağlı bir sıra müəmmalı proseslər baş verir. Məsələn, bu il iyulun 29-da Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının Azərbaycan Respublikası ərazisindəki Rusiya sülhməramlı hərbi kontingentinə aid bölməsində Laçın rayonu “Dağlıq Qarabağın rayonu” kimi təqdim edilir. Üstəlik, Rusiya hərbçilərinin humanitar yardım göstərdiyi Laçın şəhərində və rayonun ermənilərin adlandırdığı kimi, “Aqavno” adlandırılan Zabux kəndində qanunsuz məskunlaşan ermənilər “yerli sakin”lər kimi təqdim olunur. Azərbaycan tərəfindən heç bir rəsmi reaksiya görməyən Rusiya MN oktyabrın 13-də də yenə eyni “yanlışlığı” təkrar edir...

- Bütün bunlar həm Rusiya rəhbərliyi və ordusunun, həm də ermənilərin xislətinə uyğun olaylardır... Zabux kəndində qanunsuz məskunlaşmış Livan ermənisi Andranik Çavuşyan və digərləri mediaya açqlamalarında deyirlər ki, biz burada yüzillərlə yaşamışıq... Bu, üzr istəyirəm, erməni həyasızlığının bir təzahürüdür. Dünya tarixçiləri də, biz də bilirik ki, Şuşa qalasının əsası Pənahəli xan Cavanşir tərəfindən təxminən 3 əsr əvvəl qoyulub. Laçının əsası isə 1921-ci ildə Abdallar adlanan kəndin yerində qoyulub. Onu da yaxşı bilirsiniz ki, həmin kənd Şah İsmayıl Xətainin dövründə də məşhur olan qədim abdallar türk tayfasının adı ilə bağlı olub. Bunu da bilməyənlərə xatırladım ki, “abdal” sözü aqil, müdrik sözləri ilə sinonimlik təşkil edən bir məfhumdur... Bir sözlə, gerçək tarixi faktlar müqabilində haylar deyir ki, biz Şuşada da, Laçında da yüzillərdir yaşayırıq...

Bilirsiniz, ermənilərin bu dərəcədə həyasızlaşmasının bir səbəbi də odur ki, biz – türklər, xüsusən Azərbaycan xalqı olaraq son dövrlərədək, yəni 44 günlük savaşımızadək əsasən müdafiə taktikası tutmuşuq. Amma məşhur kəlamda deyildiyi kimi, ən yaxşı müdafiə hücumdur. Yəni biz hücuma keçmədikcə istər haylar, istərsə də onları himayə edən Rusiya və digərləri daha da həyasızlaşır...

- Necə hesab edirsiniz, hərbdən başqa əsas hansı sahələrdə genişmiqyaslı hücuma keçməliyik?

- İctimai həyata aid bütün sahələrdə hücumda olmalıyıq və xüsusən siyasi-ideloji, elmi, tarixi sahələrdə... Məsələn, biz bir xalq, dövlət olaraq 1920-ci ildə Rusiyanın qırmızı bolşevik ordusu ölkəmizi işğal edib milli hakimiyyətimizi devirəndən sonra sovet imperiyasının tərkibinə hansı ərazi, hansı xəritə ilə girdiyimizi unutmamalıyıq. Əgər rəsmən deyiriksə ki, Azərbaycan Respublikası olaraq 1918-1920-ci illərdə mövcud olmuş Azzərbaycan Xalq Cümhuriyyətinin varisiyik, o halda həmin ilk demokratik müstəqil dövlətimizin də ərazisinə, xəritəsinə əsaslanmalıyıq. Yəni varis olaraq 114 min kvadrat-kilometrlik ərazimizin rəsmi iddiasını irəli sürməli və bunu beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq. Bu məsələni həm ölkə, həm dünya ictimaiyyəti arasında daim təbliğ etməliyik.

Bu gün isə hər dəfə Putin deyəndə ki, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası sovet dövrünün xəritələri əsasında həyata keçirilməlidir, bunu Rusiya dövlətinin Azərbaycana böyük bir lütfü kimi qəbul edirik. Sanki bu cür deməyə də bilərmişlər. Məsələni belə qoymalıyıq ki, sovet dövründə qanunsuz şəkildə, heç bir əsas olmadan Ermənistana bağışlanmış Qərbi Zəngəzur və digər təxminən 30 min kvadrat kilometrlik torpaqlarımızı istəyirik. Hələ Rusiyanın özündə və müəyyən dərəcədə isti münasibətimiz olan digər respublikanın ərazisində qalan torpaqlarımızı demirik... Odur ki, demarkasiya və delimitasiya da Xalq Cümhuriyyəti dövrünün, 1918-1920-ci illərin xəritələri əsasında aparılmalıdır. Və həmin xəritələrə əsasən Ermənistanla Azərbaycanın sərhəd xətləri Göyçə gölünün ortasından keçir. Bu baxımdan Qərbi Zəngəzur, o cümlədən Meğri ərazisi də qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Hazırda Naxçıvan sanki kənarda bir anklav kimi qalıb, yəni Azərbaycanı əsas hissəsindən aralı düşüb...

Ermənistan bizə yalvarmalıdır ki, dayanın. Ermənistan məğlubdur, biz onlara güzəştə getmişik. Azərbaycan hücumu davam etdirib, Xankəndinə girərdi, lap İrəvana da daxil ola bilərdi. İkincisi, bir anlığa təsəvvür edək ki, eyni coğrafi ərazidə Azərbaycanın yerinə Ermənistandır, Ermənistanın yerində Azərbaycandır... Orta Asiyadakı ölkələr də türkdilli yox, ermənidilli ölkələrdir. Görün, ermənilər nələr edərdi... Bir sözlə, bizim Ermənistanı birmənalı olaraq yer üzündən silmək şanslarımız var. Hazırda biz, əksinə, Ermənistandan qalib dövlət olaraq özümüzə qarşı hansısa lütfkarlıq gözləyirik...

- Zəhmət olmasa, konkret olaraq Rusiya MN-in öz saytında Laçını “Dağlıq Qarabağın rayonu” adlandırmasına münasibət bildirərdiniz...

- Rusiyanın Azərbaycana münasibətinin əsl, gerçək mahiyyəti əvvəldən bəllidir. Ötən il noyabrın 10-dan, yəni Rusiya ordusunun “sülhməramlı” adıyla torpaqlarımıza daxil olduğu gündən demişəm ki, bu ordudan sülhməramlı olmayıb, olmayacaq da. 1-ci Qarabağ savaşında bunun hamısını yaşamışam, görmüşəm. Rusiya ordusunun xislətinə, xarakterinə yaxşı bələdəm. Hazırda bir sıra politoloq hesab edilənlər deyir ki, guya Rusiyada Azərbaycanı istəməyən güclər var və Qarabağda bizim suverenliyimizə qarşı atılan addımları onlar təşkil edirlər. Bu, çox sadəlöhv və məntiqsiz yanaşmadır. Əslində, bu siyasət məhz Rusiya prezidenti Putinin öz siyasətidir. Yadınızda olar, 10 noyabr razılaşmasından az sonrakı çıxışında Putin dedi ki, guya Qarabağ münaqişəsi Sumqayıt hadisələrindən başlanıb. Bununla Rusiya lideri konkret olaraq tarixi təhrif etdi və Azərbaycanı səbəbkar kimi göstərdi. Halbuki, cənab Putin ən azı onu bilməmiş deyil ki, Sumqayıt hadisələrindən öncə “Ermənistan” adlanan Qərbi Azərbaycanda - Quqark adlanan yerdə erməni faşistləri insanları, bütöv bir ailəni diri-diri dəmir borulara dolduraraq hər iki başını qaynaq edib uçuruma yuvarlayıblar...

- Maraqlıdır ki, Müdafiə Nazirliyinin rəsmi saytında 2020-ci il dekabrın 1-dən, yəni Laçın rayonu işğaldan azad olunan gündən bəri bu rayonun ərazisi sovet dövründən, müctəqillik illərindən bu yana bildiyimiz, işğal dönəmində orta məktəblərdə şagirdlərə əzbərlətdiyimiz 1835 kv.km yox, 1800 kv.km göstərilir...

- Laçın rayonunun sahəsi sovet dövründən, eləcə də müstəqillik illərində, 1835 kvadrat-kilometr olub. 44 günlük savaş nəticəsində rayonun əksər hissəsi bir güllə atmadan qaytarılandan sonra hesab edirdik ki, sovet imperiyası dönəmində Ermənistanla sərhədə yaxın Qaragöl qoruğu, Ərəvis, Cağazur, Cicimli kəndləri ərazilərindən də qopardılaraq ermənilərə verilmiş torpaqları da düzgün demarkasiya və delimitasiya şərti ilə nəzərə alsaq, Azərbaycanın rəsmi qurumları Laçın rayonun sahəsini əskik yox, haradasa bir neçə yüz kvadrat-kilometr artıq göstərməlidir.

Bu yanlışlığa yol verilməsində iki variant ola bilər, sadəcə, texniki səhvə yol verilib. Belə olan halda həmin texniki səhv son bir ilə yaxın müdətdə, yaxud heç olmasa, media bu haqda informasiya yaydıqdan sonra mütləq düzəldilməli idi. Əgər texniki yanlışlıq olmayıbsa, deməli, burada hansısa xarici ölkə kəşfiyyat qurumunun əli var. Yəni həmin yanlış məlumat bilərəkdən, qəsdən şüurlu şəkildə Azərbaycanın rəsmi qurumunun saytına yerləşdirilir və o digər rəsmi və qeyri rəsmi məlumat, çıxış və yazılarda da təkrar olunur, mediada, saytlarda tirajlanır və insanlar buna alışdırılır. Söhbət ondan gedir ki, bunu təşkil edən xarici güclər ya Laçın rayonunun hazırda sülhməramlı adlanan Rusiya hərbi kontingentinin himayəsi ilə “dəhliz” kimi Qarabağ və Ermənistan ermənilərinin istifadəsinə verilmiş ərazini (təxmini hesablamalara görə, sahəsi 35 kv.km.-dir) nəzərdə tuturlar. Yaxud 3 il ərzində Laçın şəhərindən yan keçməklə çəkiləcək Şuşa rayonunun sovet dövründən ermənilərin yerləşdirildiyi təqribən Onverst-Böyük Qaladərəsi-Kiçik Qaladərəsi- Laçın rayonunun Qayğı qəsəbəsi - Ermənistan sərhədi marşrutu ilə çəkiləcək yeni “humanitar dəhliz” yolunun tutduğu yenə təxminən 35 kv.km-lik ərazi hesaba alınır. Yəni məqsəd ondan ibarətdir ki, sözügedən ərazi ya Ermənistanın hüquqi tabeçiliyinə, yaxud nə vaxtsa ATƏT-in, Avropa İttifaqının, ABŞ-ın və s. dəstəyi ilə Qarabağın “statusu” “dirildiləcəyi” halda həmin separatçı qurumun “yurisdiksiyasına” verilsin. Belə şübhələr sözügedən informasiya ilə rastlaşan hər kəsdə yarana bilər. Odur ki, ilk növbədə Müdafiə Nazirliyi və digər rəsmi qurumlar bu məsələyə təcili aydınlıq gətirməlidir. Əks halda hər bir vətəndaş, xüsusilə Qarabağ, Laçın ziyalıları, yəni o torpaqları yaxşı tanıyan, hər qarışına bələd olan insanlar buna aydınlıq gətirilməsini tələb etməlidir...

- Təxminən bir ilə yaxın müddətdə hansı nəticəyə gəldiniz; 1988-1991-ci illərdə Arkadi Volskinin “Xüsusi İdarə Komitəsi”, Polyaniçkonun Təşkilat Komitəsinin dövründə Azərbaycan torpaqlarındakı sovet-rus ordusu ilə hazırkı sülməramlı sayılan Rusiya hərbi kontingenti arasında hansı oxşar və fərqli cəhətlər var?

- Dəfələrlə demişəm ki, Volski zamanında Qarabağda olan sovet-rus ordusunun Azərbaycana münasibəti düşməncəsinə idi. Hələ bu o zaman idi ki, biz bir ölkənin tərkibində olmaqla eyni ideoloji platformaya –sosializm ideologiyasına söykənirdik, sovet əsgəri, zabiti də komsomol, kommunist idi, biz də, onlar da ateist hesab olunurdu, biz də...Yəni ortaq dəyərlərin olduğu bir məqamda bizə düşməncəsinə baxan bir ordu bu gün artıq öz imperiya ambisiyalarını yeritməyə can atan və dini baxımdan xristian təəssübkeşliyi ilə Ermənistanın yanında olan Rusiya ordusudur. Yəni deyilən faktorları cəmləsək, hazırda Qarabağ torpaqlarımızda və Laçın dəhliizində yerləşən ordunun Azərbaycana gerçək münasibətinin necə olduğu bilinər.

Bir sözlə, özümüzü aldatmağa dəyməz, Rusiya ordusu heç zaman sülhməramlı olmayıb, xüsusən də Azərbaycana münasibətdə. 1990-cı illərdə Kreml Həştərxandan İranın Ənzəli limanına tankları göndərirdi və onlar Ermənistan ərazisindən keçib Qarabağdakı erməni ordusuna çatdırılırdı.

30 ilə yaxın işğal dövründə də, indi, yəni II Qarabağ savaşındakı qələbəmizdən sonra da üzdə bizimlə müttəfiq olduğunu söyləyən Moskva daim Ermənistana gizli və açıq şəkildə dəstək verir. Odur ki, hələ torpaqlarımızın xeyli hissəsini azad etməklə işimiz bitməyib və unutmayaq ki, biz revanşist erməni qüvvələri ilə yanaşı, yenə də nəhəng Rusiya imperiyasıyla üz-üzəyik. Bu səbəbdən də öncə dediyim kimi, bu mübarizədə qalib olaraq yaxın gələcəkdə Laçın dəhlizi, Xankəndi, Xocalı və digər ərazilərimizdə də öz yurisdiksiyamıza və əsl müstəqilliiyə nail olmaqdan ötrü öncə daxildə milli birlik, milli müqavimət ruhunun gücləndirilməsi gərəkdir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru