Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                     Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib .....                     Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir .....                     Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? .....                     Arvadı tərəfindən döyülən 47 azərbaycanlı .....                     Avropadakı vətən xainlərini kim maliyyələşdirir? .....                     Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır .....                     Zakir Quliyev də KOLXOZ yolunu seçib .....                     Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? .....                     "Dövlətin pulsuz dərmanlarını satırlar" .....                     İcbari Tibbi Sığortanı biznesə çeviriblər .....                     Diplomlar risk altındadır? .....                     Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                 

"Bəzi müsəlman dövlətləri üçün qardaşlıq, dini inanc yalnız sözdə qalıb" - ETİRAZ
Tarix: 29-10-2021, 08:20 | Çap et
"Bəzi müsəlman dövlətləri üçün qardaşlıq, dini inanc yalnız sözdə qalıb"
“Bir neçə gün öncə Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər etdi. Onu hava limanında krallığın Xarici işlər naziri Adel əl-Cubeyr qarşılayıb. Ermənistan prezidentinin Səudiyyə səfəri bir neçə məqamı ilə yadda qaldı. Hər kəsə məlumdur ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalına etiraz əlaməti olaraq Səudiyyə Ərəbistanı və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyildir. Ancaq indi baş verənlər vəziyyətin heç də belə olmadığını göstərmiş oldu”.

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, əldə edilən məlumatlara əsasən rəsmi də olmasa Səudiyyə krallığı ilə Ermənistan arasında artıq bir neçə ildir ki, yaxınlaşma hiss edilməkdədir:

“Xüsusilə də, 2010-cu ildə Səudiyyə Ərəbistanında Məhəmməd ibn Salmanın hakimiyyətə gəlişi ilə Səudiyyə və Ermənistan arasında isti münasibətlərin təməli qoyulmağa başladı. Tərəflər arasında münasibətlərin daha da intensivləşdiyi dövrün məhz 2018-ci ildən bəriyə təsadüf etdiyini demək mümkündür. Üzdə müsəlman təəssübkeşliyindən və din qardaşlığından danışan Səudiyyə krallığının vəliəhdi Məhəmməd ibn Salman və kral Salman bin Əbdüləziz 2018-ci ilin sentyabr ayında yarandığı gündən əli müsəlman qanına batmış Ermənistana müstəqillik günü münasibətilə təbrik mesajı ünvanlayıb. 2019-cu ilin aprel ayında qondarma erməni soyqırımı ərəfəsində Səudiyyə şəhzadəsi Rima bin Bəndər əl-Səud “erməni genosidini” qəbul etmədiyi üçün Türkiyəyə qarşı sərt ittihamlar səsləndirməsi və II Qarabağ savaşı dövründə Birləşmiş Ərəb Əmirliyinin Əl-Ərəbiyyə telekanalında Ermənistan Prezidenti Armen Sarkisyanın çıxışlarının yayımlanması isə onu göstərir ki, bəzi müsəlman dövlətlərində dini təəssübkeşlik və din qardaşlığı yalnız sözdə qalıb. Məsələ burasındadır ki, bu addım yalnız Səudiyyə Ərəbistanı tərəfindən atılmayıb. Bu gün Ermənistanla istər siyasi və diplomatik səviyyədə, istərsə də digər səviyyələrdə əlaqələr quran müsəlman dövlətlərinin sayı daha çoxdur. Bu dövlətlər arasında Birləşmiş Ərəb Əmirliyi, İordaniya və digər müsəlman dövlətləri də var”.

Politoloq əlavə edib ki, ərəb ölkələrinin atdıqları bu addımlar, əlbəttə ki, həm Azərbaycan, həm də Türkiyə tərəfindən təəssüf hissi və narahatlıqla qarşılanmaqdadır:

“2019-cu ilin aprel ayında Türkiyə və Azərbaycana qarşı din qardaşlığına sığmayan addım ataraq Birləşmiş Ərəb Əmirlikləri Qondarma Erməni Soyqırımını tədricən tanımağa başlayacağını rəsmi şəkildə bildirdi və Abu Dabi Əmirliyi 2019-cu ilin aprel ayında qondarma soyqırımı tanıdı. Bir müddət sonra isə Birləşmiş Ərəb Əmirliklərinin liderləri Şeyx Xəlifə bin Zayed Əl Nahyan əli azərbaycanlı və eyni zamanda müsəlman qanına batmış Ermənistanı 21 sentyabr 2020-ci ildə Müstəqillik Günü münasibətilə təbrik etdi. Bu isə Azərbaycan-Birləşmiş Ərəb Əmirliyi əlaqələrinə mənfi təsir göstərmiş oldu. Birləşmiş Ərəb Əmirliyinin Ermənistan sevdası bununla da kifayətlənmədi və yayılan məlumatlara əsasən II Qarabağ savaşı dövründə Ermənistana Birləşmiş Ərəb Əmirliyi tərəfindən hərbi texnika ilə də yardım göstərildiyi deyilir. Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşı dövründə Ermənistan Prezidenti Armen Sarkisyan iki dəfə Birləşmiş Ərəb Əmirliyinə səfər edib. Bu səfərin məqsədinin tərəflər arasında siyasi, iqtisadi və hərbi sahədə əlaqələrin gücləndirilməsi olduğu bildirilir”.
Siyasi analitik bildirib ki, Ermənistanla əlaqələri inkişaf etdirən digər müsəlman dövlətlərindən biri də İordaniyadır: “Tərəflər arasında uzunmüddətli əlaqələrə toxunmadan onu qeyd etmək olar ki, son iki ildə Ermənistan Prezidenti Armen Sarkisyan İordaniyaya iki dəfə səfər edib. Sarkisyanın İordaniyalı həmkarı II Abdullah ilə bir görüşü 2019-cu il aprel ayında Ermənistan prezidentinin İordaniyaya səfəri zamanı baş tutub, ikinci görüş isə II Qarabağ savaşından sonra, yəni 2020-ci ilin noyabr ayında Ermənistan prezidentinin İordaniyaya səfəri ilə gerçəkləşdi. İordaniyanın isə Ermənistana belə qucaq açması artıq bəzi müsəlman dövlətləri üçün dini inancın o dərəcədə əhəmiyyətli olmadığını və öz xarici siyasətlərinin prioritet olduğunu deməyə əsas verir. İran-Ermənistan əlaqələrinə gəlincə isə burada vəziyyət hər kəsə gün kimi aydındır. Yəni İran və Ermənistan arasında siyasi, iqtisadi, mədəni və hərbi sahədə mövcud olan əlaqələr nə İran-Azərbaycan, nə də İran-Türkiyə arasında mövcud deyil. II Qarabağ savaşından sonra İran və Ermənistan, eyni zamanda İran və Azərbaycan arasında baş verən hadisələrə nəzər saldıqda vəziyyətin nədən ibarət olduğunu aydın şəkildə görmək mümkündür. Nəhayət, bütün bu baş verənləri nəzərə alaraq onu qeyd etmək mümkündür ki, Qarabağda əli müsəlman qanına batmış, 60-dan artıq məscidi dağıtmış, islami dəyərləri tapdalamış Ermənistanla özlərini müsəlman dövlətləri adlandıranların belə isti münasibətlər qurması onu göstərir ki, müasir dövrdə həmin dövlətlər üçün vacib olan dövlət maraqlarıdır.
Məhz bunları nəzərə alaraq dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həmin müsəlman dövlətlərinə çağırışlar edilib, hətta müəyyən mənada Ermənistanla münasibətlərdən çəkinməsi məqsədi ilə etirazlar da edilib”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı şəhəri yenə yuyuldu - FOTO
Bu gün, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Bu gün, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Bu gün, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Bu gün, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Bu gün, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Bu gün, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Bu gün, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Bu gün, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Bu gün, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Bu gün, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Bu gün, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Bu gün, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Bu gün, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Bu gün, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Bu gün, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Bu gün, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Bu gün, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Bu gün, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Bu gün, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Bu gün, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Bu gün, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Bu gün, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Bu gün, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Bu gün, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Bu gün, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Bu gün, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Bu gün, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Bu gün, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Bu gün, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Bu gün, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Bu gün, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Bu gün, 07:37
Diplomlar risk altındadır? - Akkreditasiyadan keçməyən universitetlə bağlı vacib detallar
Bu gün, 07:24
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru