"Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                 

“Hökumət bu yanlış siyasətindən imtina etməlidir” - Partiya sədri
Tarix: 4-06-2021, 08:34 | Çap et
“Hökumət bu yanlış siyasətindən imtina etməlidir”
Türkiyədə hakim AK Partiyanın sədr müavini Numan Kurtulmuş və YAP-ın sədr müavini Tahir Budaqov arasında müqavilə imzalanıb. DHA xəbər verir ki, mərasim AK Partiya Mərkəzində baş tutub.

Numan Kurtulmuş bildirib ki, iki ölkənin hakim partiyası olaraq münasibətləri daha sistemli və qalıcı hala gətirmək üçün əməkdaşlıq protokolu imzalayıblar. “Yeni bir tarixi mərhələdə olduğumuzu bilirik. Azərbaycanın Qarabağın azad edilməsi uğrunda 44 gün davam edən, möhtəşəm qələbə əldə etdiyi müharibədə dostlarımızın yanında olduq. Türkiyə olaraq iki ayrı dövlət, amma bir millət olduğumuzu bütün dünya ictimaiyyətinə göstərdik”.

Kurtulmuş və Budaqov arasında 9 maddəlik əməkdaşlıq protokolu imzalanıb. Protokolda tərəflər arasında təcrübə və təşkilat mübadiləsi, partiya kadrlarının hazırlanması, tərəflərin üzv olduqları və ya təmsil olunduqları beynəlxalq təşkilatlarda həmrəylik və ortaq münasibət nümayiş etdirilməsi, təhsil, mədəniyyət, qadın və gənclik siyasəti, digər sahələrdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları arasında əlaqələrin qurulmasına dəstək verilməsi və hər tərəfdən bir nəfər koordinator təyin edilməsi barədə razılığa gəlinib. İyunun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın hakim partiyasının nümayəndə heyətini qəbul edib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildirlər.

İki qardaş ölkənin hakim partiyaları arasındakı bu yaxınlaşma bir sıra məsələləri gündəmə gətirməklə yanaşı, bəzi suallar da yaradıb. Suallardan biri odur ki, 20 ildir mövcud olan AK Partiya ilə YAP bu qədər uzun müddətdə əlaqələri niyə zəif inkişaf etdirib?

Müxalifətin əvvəl Türkiyə partiyaları ilə əlaqələri güclü idi. Sonralar bu əlaqələr demək olar ki, tükəndi. İndi hansı partiyanın, məsələn, iqtidar ortağı olan MHP və digərləri ilə əlaqələri, razılaşmaları var? Yeni dönəmdə əlaqələri inkişaf etdirməyi düşünürlərmi?

Bu suallara YAP və ölkə müxalifətinin cavabını aldıq.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə səslənən fikirlərlə razılaşmır: “Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında ilk günlərdən qardaşlıq və dostluq münasibətləri yaranıb. Hər ikisi öz ölkələrinin aparıcı siyasi təşkilatlarıdır, ölkələrinin milli maraqlarının qorunmasında cəmiyyəti mobilizə etməkdə maraqlıdırlar. Türkiyə və Azərbaycan əlaqələrinin gücləndirilməsinə hər iki partiya xüsusi önəm verir. Həmişə partiyalarımız arasında çox sıx əlaqələr, əməkdaşlıq münasibətləri olub. Həm partiya rəhbərliyi, həm də partiyanın ayrı-ayrı strukturları arasında geniş əməkdaşlıq münasibətləri olub. Partiyamızın son qurultayından sonra münasibətlər yeni bir mərhələyə qalxıb. Bildiyiniz kimi, partiyanın rəhbər strukturlarında dəyişikliklər olub. Sədr müavini, Mərkəzi Aparat rəhbərinin bu statusda Türkiyəyə birinci səfəridir. Bu səfər əməkdaşlığın daha da gücləndirilməsi sənədi ilə möhkəmlənir. Türkiyədə bilavasitə AKP daxilində Azərbaycanla, onun aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verirlər. Azərbaycan da bu dostluğun möhkəmləndirilməsində maraqlıdır. Hesab edirik ki, iki ölkənin aparıcı partiyalarının əməkdaşlığı ölkələrin münasibətlərinin möhkəmləndirilməsində, iki qardaş ölkə həqiqətlərinin, ümumtürk maraqlarının dünyaya yayılmasında mühüm rol oynayır”.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, hökumət bu istiqamətdə müəyyən yanlışlıqlara yol verir: “Biz siyasi partiya olaraq, təsis olunduğumuz gündən Türkiyəyə xüsusi diqqət ayıran qurumlardanıq. Müşahidə edilsə görünər ki, dönəm-dönəm bizim mövqe YAP-dan daha yaxın olub. Qardaş ölkədə cərəyan edən proseslərə daha həssaslıqla yanaşmışıq, nəinki hakim partiya. Ən nəhayət, YAP da Türkiyəyə fəaliyyətində xüsusi diqqət ayırmağa önəm verdi. Artıq bu istiqamətdə müəyyən addımlar atırlar. Biz AG Partiya olaraq, Türkiyənin AKP və MHP qurumları ilə əlaqələr qurmaq niyyətindəyik. Bizim əlaqələr zatən var. Amma təəssüflə onu qeyd etməliyəm ki, Azərbaycan hökumətinin yürütdüyü bir siyasət var. Ölkə partiyalarını seçim qarşısında qoyurlar. Ya iqtidar partiyası ilə əlaqə quracaqsan, ya da biz sizinlə əlaqələr qurmayacağıq. Bu da əsasən bizə yaxın olan Türkiyə, Ukrayna və digər ölkələrdəki partiyalarla bağlı olur. Bu istiqamətdə mesajlar ünvanlanır. Ona görə də Azərbaycanda heç bir partiyanın digər ölkələrin partiyaları ilə normal münasibətləri yoxdur. İqtidar əlindəki imkanlarla partiyaların münasibət qurmasına mane olur, eyni zamanda da, özü normal münasibət qurmur. Təsəvvür edin ki, AK Partiyanın uzun illərdir yaranıb, səhv etmirəmsə, YAP ilk dəfədir ki, bu cür görüşlər keçirir, sənəd imzalayır. İndiyə qədər dəfələrlə ölkəmizdəki siyasi partiyalardan əlaqə qurmaq istəyənlərə maneələr yaradılıb, bir növ iqtidar belə münasibətlərin qurulmasına qısqanclıqla yanaşır. Türkiyə və bir sıra ölkələrin partiyaları da görür ki, belə əlaqələr qursa, Azərbaycan rəsmiləri ilə problemlər yaşayacaq. Bu, olduqca yanlış bir siyasətdir. Ölkə daxilindəki partiyaları dövlət naminə qazandıra biləcəkləri nələrdənsə məhrum edirlər. Məsələn, Azərbaycandakı hər hansı bir siyasi partiyanın Fransadakı bir partiya ilə münasibəti, güclü əlaqələri, əməkdaşlığı olsaydı, güman etmirəm ki, bütün senatorlar Azərbaycanın əleyhinə səs verərdi, yaxud da digər ölkələrdə. Tez bir zamanda hökumət bu yanlış siyasətindən imtina etməlidir. İndi YAP səfərə gedib, lap yaxşı. Amma təşkil oluna bilərdi ki, 1-2 siyasi partiya da getsin. Azərbaycanda bəzi partiyalar var ki, beynəlxalq təşkilatların üzvüdürlər. Müsavat, AMİP kimi qurumların adını çəkə bilərik. Amma onlara da normal fəaliyyət göstərməyə imkan vermirlər, həm maddi, həm də siyasi baxımdan. Bu da ümumilikdə Azərbaycann maraqlarına ziddir”.

ADP sədri Sərdar Cəlaloğlunun fikirləri belədir: “Düşünürəm ki, Türkiyə və Azərbaycandakı siyasi partiyalar arasında əlaqələr heç zaman yüksək səviyyədə olmayıb. Bu da daha çox Türkiyə-Azərbaycan münasibətlərinin korlanmaması üçün edilib. Bu gün də görürsünüz ki, hakim partiyalar arasında bir sənəd imzalanıb. Halbuki bir neçə il əvvəl AKP ilə əməkdaşlıq üçün bu partiyanın ofisində olmuşam, təkliflərimi vermişəm. Yəni demək istəyirəm ki, partiyalar arasındakı münasibətlərdə rəsmi siyasi kurs rəhbər götürülür. Məsələn, MHP-ni götürək. Azərbaycandakı hansı siyasi qurum bu partiya ilə əməkdaşlıq edir? Sadəcə, millətçi kəsimin bəzi nümayəndələri Türkiyəyə gedəndə MHP rəhbərliyi, Dövlət Baxçalı ilə görüşürlər. Amma daimi əlaqələr yoxdur. Bu əlaqələrin yaradılmasını çox vacib hesab edirəm. Düşünürəm ki, əgər AKP-YAP arasında belə sənəd imzalanırsa, müxalif partiyaların yolu açılmış olur. Şəxsən biz bu əməkdaşlığa hazırıq. Əgər razılıq versələr, bizə fəxrdir ki, Türkiyədəki qardaş partiyalarla həm siyasi qardaşlıq yaradaq, həm də hər iki dövlətin maraqlarını birgə müdafiə edək”.

“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru