"Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                     Gürcüstan yenə işıqsız qaldı .....                 

"Vətəndaş və iqtisadçı kimi bu məsələ qüruruma çox toxunur" - ETİRAZ
Tarix: 3-06-2021, 08:23 | Çap et
"Vətəndaş və iqtisadçı kimi bu məsələ qüruruma çox toxunur"
Azərbaycan nefti son 18 ayda ən yüksək həddə yüksəlib. “Azeri Light” markalı neftin bir barelinin qiyməti neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar olmuşdu. Məlum olduğu kimi Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) iyul ayı üçün hasilatın artırılması qərarını qüvvədə saxlayıblar. Azərbaycan da bu qərarla razılaşdığını bəyan edib və xam neft hasilatını artıracağını bildirib.

Gündəmdə müzakirəyə səbəb olan önəmli xəbərlərdən biri də ölkəmizdə benzinin qiymətinin bahalaşması ilə bağlıdır. 2014-cü ilin aprelin 1-dən ölkəmizə idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə bildirib ki, ölkə daxilində benzin növlərinin qiymətinin artımı birbaşa olaraq dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır. Onun sözlərinə görə, hər iki benzin növü ölkəyə idxal olunur. Yəni bu benzin növləri ölkə daxilində istehsal olunmadığı üçün onların qiyməti beynəlxalq bazarda olan qiymətlərdən asılı hala düşür.

Neftin qiyməti və benzinin bahalaşması ilə bağlı “Şərq”in suallarını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neft-qaz sektorunda cərəyan edən proseslərə aydınlıq gətirib...

- İlham müəllim, neftin bir barelinin qiymətinin 70 dolları ötməsini necə şərh edərdəniz?

- Azərbaycanın gündəlik xam neft hasilat kvotası 610 min bareldir. OPEC+ çərçivəsində 610 min barel neft hasil edə bilərik. Bura kondensat həcmləri daxil deyil. Çünki kondensat həcmləri çox kəskin olaraq dəyişə bilir. Cari ilin əvvəlində ən yüksək 150 min barel kondensat hasil etmişik. Ən aşağı həcmi isə apreldə olub – 108 min barelədək düşüb. Bu da ondan qaynaqlanır ki, “Şahdəniz 1” layihəsi çərçivəsində aprelin 16-da Türkiyəyə ixrac müvəqqəti olaraq dayandırılıb. Müqavilə yenilənəndən sonra neft hasilatı artacaq. Ümumilikdə təqribən 630 min barel karbohidrogen hasil edilib. Daxili tələbatı, yəni gündəlik 120 min bareli nəzərə alsaq, deməli, 510 min barrel gündəlik ixrac həcmlərimiz var. Neftin qiymətinin 70 dolların üzərində olması bizə əlavə dividendlər gətirir. Çünki builki dövlət büdcəsində neftin bir bareli 40 dollardan götürülüb. Neftin qiymətinin gündəlik 1 dollar civarında dəyişməsi, daha doğrusu, artması Azərbaycana əlavə 500 min dollar qazanc əldə etmək imkanı yaradır.

- Neftin qiymətinin tədricən artacağı, heç vaxt aşağı enməyəcəyi deyilir. Bu cür iqtisadi proqnozların əsası varmı?

- Bundan sonra neftin qiymətinin kəskin ucuzlaşması praktiki olaraq mümkün deyil. Artıq ölkələr arasında əlaqələr açılıb, pandemiyanın yaratdığı məhdudiyyətlər aradan qalxmaqdadır. Yanacaqdan istifadəyə olan tələbatın artması enerjiyə olan ehtiyacın çoxalması deməkdir. Bu da neft-qaz məhsullarının daha çox emalı və satılması anlamına gəlir. Dünyanın müxtəlif bölgələrində iqtisadi fəallığın artması da enerjiyə tələbatı çoxaldır. OPEC rəhbərinin sözlərinə istinad etsək, ilin ikinci yarısının əvvəlində 2 milyon barel neftə tələbat yaranacaq. İranın neft bazarına əlavə həcmlər çıxarmasına baxmayaraq, neft bazarında qiymət enməsi müşahidə edilməyəcək. Orta hesabla neftin qiymətini may ayında 67 dollarla başa vurduq. Ötən ilin may ayında isə neftin orta ixrac qiyməti 33 dollar idi. Yəni bir il ərzində neftin qiyməti 2 dəfə artıb. Bu onun nəticəsidir ki, OPEC-in bazarın tənzimlənməsi ilə bağlı formatı düzgündür. Xatırladım ki, təşkilatın önəmli üzvlərindən biri də Azərbaycandır. Fikrimcə, qarşıdakı dönəmdə neft bazarında təlatümlər gözləmək yersizdir. İndiki şərait həm istehsalçının, həm də istehlakçının maraqlarına cavab verir.

- Neftin qiymətində ciddi artım müşahidə olunarsa, dövlət büdcəsində nəzərdə tutulan “40 dollar” həddi yenidən müzakirə oluna bilərmi? Buna ehtiyac görürsüzmü?

- Bu məsələ hökumətin ixtiyarındadır. İlin birinci yarısının sonunda elan edə bilər ki, neftin orta ixrac qiyməti neçə faiz 40 dollar həddini üstələyib. Azərbaycanın cari il üçün büdcə kəsiri kifayət qədər böyük oldu. 3 milyard manatdan artıq büdcə kəsiri müstəqillik dövründə bir ilk idi. Neftin qiymətində müşahidə olunan artım imkan verir ki, xarici və daxili borclanmaya əl atmadan büdcə kəsiri aradan qaldırılsın. Bu amil işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma işlərini həyata keçirmək üçün hökumətin manevr imkanlarını da artırır.

- Benzinin qiymətinin bahalaşması da ictimaiyyətdə narazılığa səbəb olub. Sizcə, yanacaqdakı artımın səbəbləri nədir?

- Benzin məsələsində Dövlət Neft Şirkətinə subsidiya ayrılmır. Şirkət subsidiya almadığı üçün beynəlxalq bazarda qiymət dəyişikliyinə uyğunlaşmaq məcburiyyətində qalır. Dünya bazarında neft məhsulları bahalaşırsa, avtomatik olaraq ölkəmizə idxal olunan benzinin qiyməti artır. Ona görə də bu məsələdə Dövlət Neft Şirkətinin əsaslandırması başadüşüləndir. Məsələn, pandemiyadan əvvəl Aİ-95-in bir litrinin qiyməti 1,5 manat idi, daha sonra, pandemiya dövründə hətta 1,2 və 1,1 manata düşmüşdü. Çünki dünya bazarında neft məhsulları ucuzlaşdığına görə ölkə daxilindəki qiymətlərə də təsir göstərmişdi. Bu ilin aprel və may aylarında isə neft məhsullarında bahalaşma müşahidə olunur.

- Niyə neft ölkəsində benzin istehsal olunmur? Nəvaxtadək yanacaq ehtiyacı xarici bazarlardan təmin olunacaq?

- Bu çox mənfi cəhətdir. Azərbaycan 7 il 3 aydır ki, benzin idxal edir. Mənim nəyimə lazımdır ki, Məmmədhəsən kişi 2 yüz il əvvəl “lopatkanı” yerə vurub, neft fontan edib?! Ya da 1846-cı ildə sənaye üsulu ilə qazılmış ilk neft quyusunu qazmışıq. Oldu keçdi, a kişi. Bizə indiki dövr lazımdır. İranı nəzərə almasaq, Xəzəryanı ölkələr içərisində ən keyfiyyətsiz benzini Bakı Neft Emalı zavodu istehsal edir. Rusiya, Belarus, Gürcüstan, hətta İran və Türkmənistan belə illər öncə “Avro-5” standartlarına uyğun benzin istehsal edirlər. Biz də onlardan idxal edirik. Niyə özümüz istehsal etmirik? Ən keyfiyyətli neft bizdədir. Vətəndaş və iqtisadçı kimi bu məsələ qüruruma çox toxunur. Zənn edin ki, kimsə özünə yaxşı, hər cür şəraiti olan, müasir əşyalarla təmin edilmiş bağ evi tikdirir. Bunun əvəzində sən ona deyirsən ki, “Mənim bağım olanda sənin yox idi”. Keçmişlə öyünməyi bir kənara qoymaq lazımdır. Ümidimiz Heydər Əliyev adına zavodun “Avro-5” standartında yanacaq istehsalına başlamasına bağlıdır. Maşınlar “euro” standarta uyğun yanacaq tələb edir. Əfsuslar olsun ki, bizdə onun istehsalı hələ də yoxdur”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
İcbari Tibbi Sığortanı biznesə çeviriblər - BU NƏDİ BELƏ?
Dünən, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru