"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                     Yavaş yeni partiya quran Özələ zəng vurdu .....                     ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” .....                     İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." .....                     "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı .....                     Dövlətin milyonları necə mənimsənilir? .....                     Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib .....                     Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ .....                     Məşhur həbsxana rəisi vəfat etdi .....                     Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... .....                     Bu ölkə Türkiyədən KAAN almaq istəyir .....                     Bank sistemini bu iki adam idarə edirdi… .....                     "Air Force One" qalmaqalı böyüyür .....                     Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza .....                     Paşinyan Xudatyanı İrana göndərdi .....                     Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub .....                     Bu Nazirlikdə təlimlər keçiriləcək: .....                     Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır .....                 

“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır” - BUNUN BAŞQA ADI YOXDUR...
Tarix: 27-05-2021, 10:34 | Çap et
“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır”
İki həftədir ki, Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribat törədir, gərginlik yaradır. İlk gərginlik mayın 12-də yaşandı. Belə ki, Azərbaycan sərhədlərin delimitasiya və demarkasiyası prosesində SSRİ xəritələrinə uyğun olaraq Laçın rayonundakı Qaragöl istiqamətində mövqelərini möhkəmlətdi. Rəsmi İrəvan tərəfindən bu barədə əsassız ittihamlar səsləndi ki, guya Azərbaycan Ermənistan ərazisinə daxil olub, işğala başlayıb və s. Bundan sonra mütəmadi olaraq erməni əsgərləri Azərbaycan mövqelərinə gəlirlər, lakin Azərbaycan əsgəri tərəfindən mövqelərdən uzaqlaşdırılırlar.

Bu günlərdə isə Ermənistan hərbçiləri təxribatın miqyasını bir qədər də böyütdü. Belə ki, düşmən ölkənin əsgərləri bu dəfə silaha əl atıb, sərhədlərimizi atəşə tutublar. Hətta, sərhəddən kənarda yerləşən Şuşa şəhəri yaxınlığında da təxribat törədiblər, havaya atəş açıblar.

Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub. Məlumatda o da bildirilir ki, eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur.

Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin erməni hərbçiləri tərəfindən döyülməsi və təhqir edilməsidir. Videokadrlardan görünür ki, çoxlu erməni əsgəri 5 nəfər Azərbaycan əsgərinin qurduğu çadıra yaxınlaşır və əsgərlərimizi döyməyə başlayırlar. Bir əsgərimizin başına isə hərbi dəbilqə vurulur. Azərbaycan əsgəri onlara qarşı silah işlətmir, səbirlilik nümayiş etdirir.

Bu tip olaylar Azərbaycan ictimaiyyətində bir çağırış formalaşdırıb – ordumuz antiterror əməliyyatlarına başlamalıdır. Çünki görünür, ermənilər sülhdən, normal qonşuluq münasibətlərindən heç nə başa düşmürlər.

Gedən proseslərə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbasın reaksiyası sərtdir. Deputat AYNA-ya deyib ki, İkinci Qarabağ müharibəsində başı əzilən Ermənistan ordusunun tör-töküntülərinin dinc dayanmayacağı məlum idi:

“Erməni quldurlarının törətdikləri təxribatların arxasında sülhməramlılar dayanır”

- Ümumiyyətlə, mən əvvəl də demişdim ki, bunların təxribatı davam edəcək, mütəmadi olaraq hücum edəcəklər. Çünki mən bunların xislətini bilirəm. Sülhməramlı deyilənlər orda nəyə dayanıblar? Gör, nə qədər qudurublar ki, Şuşa yaxınlığında atəş açırlar. Havaya atəş açdı, ya bizim əsgərə atəş açdı, fərqi nədir ki?! Sülhməramlılar atəşkəsi bərpa etmək üçün orda deyillər? Niyə ermənilərin bu təxribatlarının qarşısını almırlar? İşlərinin öhdəsindən gələ bilmirlər? Gələ bilərlər, sadəcə etmirlər. Təbii ki, Qala dərəsi onlarda, 5 kilometrlik Laçın dəhlizi və ətraf kəndlər ermənilərdədir. Silah-sursatları da var. Onların silahı, təminatı haradan aldıqlarını da hamımız bilirik. Erməniyə silahı mən vermirəm ki?! İki qonşu dövlətimiz var, generalları Ermənistanda olurlar. Bugünlərdə İranın generalları İrəvana nəyə getmişdilər?! O cümlədən, Rusiyanın generalları nəyə gedirlər ora?! İndi Zəngəzurda Rusiyanın hərbi bazasının yerləşdirilməsi gündəmə gətirilir. Bunlar boşuna deyil, məqsədləri var.

- Dediniz ki, Rusiya sülhməramlıları vəzifələrinin öhdəsindən gələ bilərlər, amma təxribata əngəl olmurlar. Demək, bunda sülhməramlılar maraqlıdır...

- Əlbəttə, qarşısını ala bilərlər. Məsuliyyətsizlik etmirlər, tərəf saxlayırlar. Biz uşaq olanda dağda-aranda bir yerdə olurduq. Məsələn, Turşsuda istirahət edəndə ermənilər də ora gəlirdi. Uşaq idik, erməni uşaqları ilə aramızda dava olurdu. Erməni uşağın atası gəlirdi, uşağına hirslənib deyirdi ki, “ara, vurma - “txe”, vurma - “txe””. Hamı da deyirdi ki, görürsən, erməni atası gəlib uşağını danlayır, deyir, “vurma”. Yəni, guya bu ermənilər dava istəmirlər. Sonra başa düşdük ki, “txe” erməni dilində “vur” deməkdir. O uşağın atası “vurma” deyib, bunu bizə eşitdirirmiş, öz dilində də “vur” deyirmiş. İndi sülhməramlılar o oyunu oynayırlar. Ermənilərə deyirlər ki, “vurma – “txe””. Yəni Azərbaycana deyirlər ki, bax, biz deyirik vurma, əslində isə ermənilərə “txe” deyirlər. Bu gün də erməni quldurlarının atası sülhməramlılardır.

- Yaranan gərginlik hərbi əməliyyatların başlamasına zəmin yarada bilərmi?

- Açıq-aydın görünür ki, Ermənistan revanş etmək istəyir. İstəyirlər, lap yaxşı. Bu dəfə müharibə bir az da ağır olacaq və Ermənistan tamamilə məhv ediləcək. Çünki onların Azərbaycan Ordusuna gücü çatmaz. Arxalarında kim dayanır-dayansın, yerlə-yeksan olacaqlar. Sərhədimizi atəşə tuturlar, Şuşaya gəlirlər – niyyətləri müharibədir. Baxaq, görək, cavabımız nə olacaq. Onların güllələrinin altında oturası deyilik ki. Özü də, buna müharibə yox, antiterror əməliyyatı deməliyik. Azərbaycanın ərazilərində antiterror əməliyyatı keçirməsi bütün qanunlarla təsbit edilib. İstənilən ölkə, Azərbaycan da daxil olmaqla, ərazilərində terrorçuların təmizlənməsi istiqamətində əməliyyatlara başlaya bilər. Hələlik rəsmi, dəqiq məlumat yoxdur. Nə xəbər varsa, Müdafiə Nazirliyinin verdiyi məlumatdır. Mən dəqiq öyrənə bilərəm, amma mətbuata çıxara bilmərəm. Nazirliyin açıqladığı məlumatdan artıq məlumat yaymaq düz deyil. Mənbə bir yer olmalıdır.

- Amma ictimaiyyətdə narahatlıq var. Məsələn, erməni əsgərinin gəlib Azərbaycan əsgərini döyməsi ilə bağlı sosial şəbəkələrdə video var. Müdafiə Nazirliyindən isə video ilə bağlı hansısa açıqlama yoxdur. Belə olan halda şayiələr çoxalır...

- İctimaiyyətin narahatlığını başa düşürəm, insanlar haqlıdır. Əsgərimizə qarşı edilən hərəkət terror sayılır və bunun cavabı çox ağır olacaq. Məncə, bu, cavabsız qalmayacaq. Görünür, ermənilər bu dəfə Xankəndidən qaçacaqlar. Bu, subyektiv fikrimdir. Bilirsiniz, qalib ordunun əsgərinə qarşı bu hərəkət bağışlanmamalıdır. Qalib əsgərin 5-10 dığa tərəfindən döyülməsinin səbəbləri açıqlanmalıdır, hansı şəraitdə olduğu rəsmi bildirilməlidir. Yoxsa ki, nazirlik susur, şayiələr də artır. Nazirlik vaxtında və dəqiq məlumat verməlidir. Bu gün jurnalistlər xəbər vermək baxımından nazirliyi qabaqlayır. Biz dəfələrlə Müdafiə Nazirliyinə dedik, müraciət etdik ki, sən bizi qabaqla, biz səni yox. Dediyimiz sözlər də xətirlərinə dəyir.

- Və insanlar erməni mənbələrinə üz tuturlar...

- Mən erməni mediasının məlumatına inanmağın əleyhinəyəm. Çünki onlar olan bir hadisənin üzərinə beşini də əlavə edib yayırlar. Bu, təbiidir, çünki erməni xalqı içərisində təbliğatını aparır. Mən onların təbliğatına inanmağın və burada yaymağın tərəfdarı deyiləm. Amma özümüzünkü - Müdafiə Nazirliyi açıqlasın. Bizim nazirlik isə dünənin xəbərini bu gün, bu gününkünü də üç gündən sonra verir. Nəticədə də uduzuruq. İndi internet əsridir, informasiya anında çatdırılmayanda şayiələr yayılır, ağız deyəni qulaq eşitmir. Tənqid də edirsən, qəbul olunmur. Bir dəfə Milli Məclisdə Müdafiə Nazirliyini bir balaca tənqid etdim, incidilər, haqqımda bəyanatlar verdilər. Öz vəzifələrini yerinə yetirmək əvəzinə mənə dedilər ki, xalqı çaşdırıram. Xalqı çaşdırmaq məlumatı dəqiq, vaxtında verməməkdir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Bank sistemini bu iki adam idarə edirdi… – “Turanbank”la bağlı yeni çağırış
Dünən, 10:08
"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
Dünən, 09:53
Sanksiyaların ləğvi əvəzində 102-ci hərbi baza - ŞƏRH
Dünən, 09:48
Paşinyan Xudatyanı İrana göndərdi – Xüsusi tapşırıq
Dünən, 09:45
Azərbaycan neftinin qiyməti 103 dollara yaxın olub
Dünən, 09:44
Bu Nazirlikdə təlimlər keçiriləcək: - DİM ilə 10 min manatlıq bağlandı
Dünən, 09:22
Həbs edilən iş adamları kimlərdir: izlər Xızıya aparır - TƏFƏRRÜAT
Dünən, 09:18
Gürcüstan yenə işıqsız qaldı - TASS
Dünən, 09:16
Dünya bazarında neftin qiyməti 97 dollardan aşağı enib
Dünən, 09:14
Çin Pakistanın ABŞ ilə İran arasındakı vasitəçilik səylərini dəstəkləyir
Dünən, 08:25
Gömrüyün 1.3 milyonluq tenderi "SK Servis"ə verilir: 20 manatlıq MMC kimindir? - İLGİNC
Dünən, 08:09
Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki...
Dünən, 08:06
Avropadakı vətən xainlərini kim maliyyələşdirir? - ARAŞDIRMA
Dünən, 08:04
Avropada Rusiya qazından imtinadan sonra ABŞ-dən asılılıqla bağlı narahatlıqlar artır - NYT
Dünən, 08:00
Zakir Quliyev də KOLXOZ yolunu seçib - İTTİHAM VAR...
Dünən, 07:57
Azərbaycanlı iş adamına məxsus “Zulu Shipping” şirkəti niyə sankisiyaya tuş gəldi? – Şirkətin “kölgə donaması” ələ keçdi
Dünən, 07:43
"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA
Dünən, 07:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru