“Onlarla normal danışanda başa düşmürlər, zəkaları və səviyyələri çatmır, yenə də ”dəmir yumruq" görəcəklər" - Akif Nağı
Tarix: 27-04-2021, 10:31 | Çap et
 Qarabağda ermənilərin istehkam qurub, müharibəyə hazırlaşdıqlarına dair iddialar yayılıb. Xüsusilə Ağdərədə bu istiqamətdə fəallaşmaları müşahidə edilir. Bəs Azərbaycan bu hazırlığı sonadək gözləyəcəkmi, yoxsa nə qədər gec deyil, qarşısını hərbi yolla almalıdırmı?
Prezident dəfələrlə deyib ki, ermənilər revanş eşqinə düşsələr, başlarının üstündə Azərbaycanın dəmir yumruğunu görəcəklər. Dəmir yumruğun işə düşməsi artıq an məsələsidirmi?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, ermənilərə son illər ərzində dəfələrlə xəbərdarlıqlar edilmişdi: “Dəfələrlə deyildi ki, işğal etdikləri torpaqlarımızdan rədd olub çıxın. Amma onları sözlə başa salmaq çətindir, onlarla normal danışanda başa düşmürlər, zəkaları və səviyyələri çatmır. Ona görə də keçən il Azərbaycan ”dəmir yumruğu" işə salmalı oldu. Biz torpaqlarımızı işğaldan azad etmişik, bunu ermənilər nə qədər tez başa düşsələr, mənasız xülyalardan əl çəksələr, bir o qədər öz xeyirlərinə olacaq. Amma bunlar hələ də başa düşmürlər.
Azərbaycanın azad etdiyi halal torpaqlarını ermənilər özlərininki hesab edir, guya “geri qaytarmaq” haqda düşünürlər. Haqq, hüquq bizim tərəfimizdədir, üstəlik, güc də bizim tərəfimizdədir. Ötən illərin təcrübəsi göstərir ki, ermənilərin ağılla və məntiqlə hərəkət edəcəyinə ümidlər əbəsdir. Bu qafası boşlar ancaq “yumruq məntiqi”ni başa düşürlər. Ona görə də Azərbaycan ləngimədən yerdə qalan ərazilərini də hərbi yolla, indiki şəraitdə antiterror əməliyyatı ilə öz nəzarətinə qaytarmalıdır. Erməniləri kimin müdafiə etməsinin, arxalarında kimin dayanmasının heç bir əhəmiyyəti yoxdur. Biz bu eybəcər topluma özünə gəlməsi, qüvvə toplaması, istehkam qurması və digər bəd əməllər törətməsinə vaxt və imkan verməməli, təcili hərəkətə keçməliyik. Ermənilərin özlərini aparması, hazırlıq işləri görməsi, 10 noyabr bəyanatından kənara çıxması bizim ləngimədən tədbirlər görməmiz üçün tam əsas verir".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Rusiyanın sülhməramlı qüvvələrinin məsuliyyət zonasında erməni silahlı birləşmələri ilk növbədə məlum 10 noyabr birgə bəyannaməsinə uyğun olaraq ərazidən çıxarılmalıdir: “Amma Rusiya buna getmir və əsas tərəf də məhz Kremldir. Ağdərə istiqamətində separatçı qüvvələrin səngər qazması və istehkam yaratması isə artıq əndazəni aşmaqdır. Məqsəd bu istehkamları gücləndirib gələcək perspektivdə Azərbaycana təzyiq etməkdir. Hesab edirəm ki, bu fəaliyyət ilk növbədə burada hərbi əməliyyatları gündəmə gətirir. Rusiya burada separatçı qüvvələri körükləyir və dəstək verir, bu istiqamətdə onların fəaliyyətinə şərait yaradır. Məhz bu baş verənləri Azərbaycanla növbəti müharibəyə hazırlıq kimi də dəyərləndirmək olar. Düşünürəm ki, Azərbaycan bu məsələyə seyrçi qalmayacaq. Prezident İlham Əliyev məhz verdiyi mesajlarda revanşizm baş qaldıracaqsa ciddi hərbi varianta əl atacağını qeyd edib. Erməni separatizmi baş qaldıracağı təqdirdə Azərbaycan antiterror və separatizmə qarşı əməliyyatları başlayacaq. Çünki bu gedişlə proseslər Azərbaycanın antiterror əməliyyatlarını yaxınlaşdırır. Rusiya tərəfi konkret şəkildə prosesi körükləyir və separatçıları Azərbaycana qarşı qaldırır. Ona görə də Azərbaycan konkret addımlar atacaq. Azərbaycanın bu istiqamətdə atacağı addımın separatçıların sonunu gətirəcəyi şübhəsizdir”. “Yeni Müsavat”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37 |
|
|
|
| • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32 |
|
|
|
| • İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
| • NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21 |
|
|
|
| • Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17 |
|
|
|
| • ““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10 |
|
|
|
| • İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09 |
|
|
|
| • "Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07 |
|
|
|
| • Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04 |
|
|
|
| • Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01 |
|
|
|
| • Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47 |
|
|
|
| • Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45 |
|
|
|
| • Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42 |
|
|
|
| • Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32 |
|
|
|
|