Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                     Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi .....                     Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? .....                     NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" .....                 

İqtidar müxalifətə görə referenduma gedə bilər - siyasi palitrada dirçəliş
Tarix: 23-04-2021, 08:54 | Çap et
İqtidar müxalifətə görə referenduma gedə bilər
Son illər hakimiyyətin müxalifətlə bağlı atdığı addımlara birinin də əlavə olunacağı gözlənilir. “Yeni Müsavat”ın məlumatına görə, bu parlament seçkilərində proporsional, yəni partiya siyahısı ilə seçkiyə qatılmaq sisteminin bərpası ola bilər. Cənubi Qafqazda həm Gürcüstan, həm Ermənistan proporsional seçki sisteminin tətbiqinə qərar veriblər. Bu mənada yalnız Azərbaycanda majoritar seçki sistemi qalır ki, hakimiyyətin bu yöndə addımlar atmasına zərurət yaranır.

İqtidar proporsional seçki sisteminin bərpası ilə partiyaların cəmiyyətdə rolunu artıra bilər, ölkənin siyasi palitrasında durğunluğu aradan qaldıra bilər, o cümlədən müxalifətin qanunverici orqanda daha geniş təmsilçiliyinə şərait yarada bilər. Aydındır ki, seçki sisteminin tətbiqi konstitusiyaya düzəlişləri tələb edir. Bu isə asan məsələ deyil, referendum keçirilməli, səsvermə olmalıdır. Bunun isə pandemiya dövründə tezliklə reallaşacağı bir qədər çətin görünür.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı “Turan”a deyib ki, seçki qanunvericiliyində islahatlar zəruridir. F.Ağamalının sözlərinə görə, son vaxtlar Azərbaycanda proporsional seçki sisteminin tətbiqinə də artıq diqqət yetirilir: “Bu məsələ cəmiyyətdə son vaxtlar müzakirəyə çıxarılıb. Məncə, təkcə proporsional deyil, qarışıq sistemin Azərbaycanda tətbiqi daha məqsədəuyğun olardı”.

F.Ağamalının sözlərinə görə, proporsional seçki sistemi ölkə Prezidentinin bu gün aparmış olduğu islahatlarda xüsusi yer alan siyasi islahatlara adekvatdır: “Son parlament seçkilərindən sonra cənab Prezident siyasi partiyaların siyasi proseslərdə yeri və rolunu artırmaq üçün yeni konfiqurasiyasının müəllifi kimi çıxış etdi. Təkcə Yeni Azərbaycan Partiyası deyil, parlamentdə təmsil olunan partiyalar parlamentin rəhbərliyində təmsil olundular. Bunun davamı olaraq proporsional sistemin majoritarla bərabər tətbiq olunması faydalı olardı və siyasi partiyaların yeni konfiqurasiyada yerini möhkəmləndirərdi”.

Deputat vurğulayıb ki, ayrı-ayrı ekspertlər parlamentdə millət vəkillərinin sayının artırılmasını da önə çəkirlər, buna da baxmaq olar. Bu təklifi siyasət adamları necə qiymətləndirirlər? Proporsional seçki sistemi qayıda bilərmi? İndiki vəziyyətdə referendum keçirilməsi mümkündürmü və hakimiyyətə qarışıq seçki sistemi lazımdırmı?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, həmişə qarışıq seçki sisteminin tətbiqinin tərəfdarı olub. Partiya sədri hesab edir ki, 125 deputatdan yarısı proporsional, yarısı majoritar qaydada seçilə bilər: “Bu, həm də partiyaların cəmiyyətdə rolunu artıracaq. Ancaq əvvəlcə referendum keçirilməldir və konstitusiyada müvafiq maddə olmalıdır. İndiki şəraitdə hazırlıq görülməlidir, gələcəkdə referendum keçirilməlidir”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə xatırlatdı ki, 2002-ci ildə keçirilən referendumla proporsional seçki sistemi ləğv edilib və siyasi təşkilatlara ciddi zərbə dəyib: “Bununla bağlı dəfələrlə çağırışlarımız olub. Sonuncu belə təklifi ötən ilin yazında hakimiyyətə təqdim etmişik, eyni zamanda bir neçə partiya olaraq siyasi islahatlar paketini vermişik. Ona görə ölkədə normal seçki mühitinin formalaşması, partiyalaşma institutunun inkişafı üçün proporsional seçki bərpa edilməlidir. Hazırkı majoritar sistem partiyaların gücünü göstərmir, adekvat deyil. Həmçinin demokratik mühitə ciddi zərbədir. Buna təkcə müxalifətin təklifi kimi baxılmalı deyil, Azərbaycan dövlətinin inkişafı üçün nəzər yetirilməlidir və hakimiyyət referenduma getməklə proporsional seçki sisteminə qayıtmalıdır”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə hesab edir ki, ölkədə siyasi institutların normal fəaliyyəti üçün seçki sistemində islahat olmalıdır: “Parlamentdə proporsional sistemlə seçilən deputatlar olmalıdır. Proporsional seçki sistemi ləğv edildikdən sonra ölkənin siyasi təşkilatları dərnək səviyyəsinə enməyə başladı, insanların partiyalara marağı azaldı, seçkilər saxtalaşdırıldı, nəticədə mirələmovlar parlamentdə yer aldılar. Ona görə proporsional sistem qayıtmalıdır”.

BAP sədrinin fikrincə, bu zaman təşkilatların sayı da azalacaq: “Uğur qazanmayanda ya sıradan çıxacaq, ya başqasına birləşəcək. Hakimiyyətə isə nisbi majoritar sistem sərf edir. Çünki bu qaydada istədiyi adamları Milli Məclisə rahat keçirə bilir. Biz isə arzu edərdik ki, seçki sistemində islahatlar aparılsın”.

Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin üzvü Xəzər Teyyublu qeyd etdi ki, Azərbaycan siyasi sistemində proporsional qaydada son seçki 2000-ci ildə olub: “Bunun üzərindən 21 il keçir və siyasi arenada nələr baş verdiyinə baxın. Ölkədə 60-dan çox partiya qeydiyyatdan keçsə də, onların fəaliyyətinə məhdudiyyətlər ucbatından heç bir normal iş görə bilmirlər. Ona görə bu sistemin bərpası mütləqdir, hakimiyyət referenduma getməlidir”.

X.Teyyublunun sözlərinə görə, 125 deputat yerinin ən azı 50 faizi proporsional sistemlə seçilə bilər: “Bu da partiyaların aktivliyinə, insanların siyasi düşüncələrinin genişlənməsinə səbəb ola bilər. Bundan əlavə, ölkənin siyasi mədəniyyətinin inkişafına böyük töhfə verə bilər”.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Məşhur həbsxana rəisi vəfat etdi
Dünən, 10:45
Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər... - BU NƏDİ BELƏ?
Dünən, 10:42
Bu ölkə Türkiyədən KAAN almaq istəyir – Afina təşvişdə
Dünən, 10:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru