Ləğv olunan banklarla bağlı məhkəmədə .....                     Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                 

"Məktəb infrastrukturu sanki göstəriş üçün, görüntü üçün qurulub" - deputat
Tarix: 14-04-2021, 08:43 | Çap et
"Məktəb infrastrukturu sanki göstəriş üçün, görüntü üçün qurulub"
“Dərslərini yaxşı oxu, universitetə qəbul ol, böyüyəndə yüksək maaşlı işin olacaq”. Əksər vaxtlarda evdə valideynlər, məktəbdə də müəllimlər uşaqlara bu fikri təlqin edirlər. Amma dəfələrlə bu fikrin hər uşağın taleyində keçərli olmadığının şahidi olmuşuq.

Mükəmməl təhsil önəmlidir, mübahisəsiz... Amma bəzən orta məktəbi əla qiymətlərlə, universiteti “qırmızı diplom”la bitirənlərin də gələcəkdə maliyyə sıxıntıları ilə üzləşdiyini və bundan çıxış yolu tapmaqda çətinlik çəkdiyini görmüşük. Yeri gəlmişkən, dünya milyarderlərini misal göstərə bilərik ki, onların bir qismi heç də yüksək ali təhsilə malik deyil. Məsələn, onlar arasında “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Sukerberqi misal çəkmək olar. O, Harvard Universitetinə daxil olsa da, təhsilini yarımçıq qoyub və 2004-cü ildə məktəb yoldaşları və yataqxana qonşuları ilə birlikdə dünyada ən populyar sosial şəbəkə olan “Facebook”u yaradıb.

“Microsoft” şirkətinin yaradıcısı, dünya milyarderi Bill Geyts də Harvard Universitetində təhsilini buraxıb, sinif yoldaşı Pol Allenlə birgə firmasını yaradıb. Bu siyahını çoxaltmaq da olar. Amma bu faktlar bir çox sualları ortaya çıxarır. Bu şəxslərin uğur qazanmasında səbəb nə idi? Gələcəkdə hansı peşə daha uğurlu, lazımlı sayıla bilər? Təhsil sistemində daha çox nəyə üstünlük verilməlidir, valideynlər uşaqlarını hansı istiqamətdə yönləndirməlidirlər?

Yeri gəlmişkən, dünyanın tanınmış yazıçıları R.Kiosaki və Ş.Lekter ərsəyə gətirdikləri iki kitabı məhz bu mövzuya həsr ediblər. Onlar məktəblərdə ənənəvi təhsil sistemini tənqid ediblər. “Məktəbdə maliyyə elmi üzərində yox, elmi və peşəkar biliklər üzərində diqqət cəmləyirlər. Bax, buna görə bank işçiləri, mühasiblər, həkimlər və vəkillər təhsildə uğurlu olsalar da, ömür boyu maliyyə sarıdan çətinlik çəkirlər. Bizim ölkənin böyük borcları var, bu da onunla izah olunur ki, yüksək təhsilli siyasətçilər və dövlət xadimləri pul barəsində heç bir anlayışı olmadan maliyyə qərarları verirlər”- deyə, müəlliflər “Varlı ata, kasıb ata” əsərində qeyd ediblər.

Yazıçılar digər əsərdə də “Pul axını kvadrantı”nda təhsilin önəmi ilə bərabər pulun düzgün idarə olunmasını diqqətə çəkirlər.

Bəs görəsən, bizim ekspertlər mövzu barədə nə düşünür, onların övladı hansı peşəni seçib və ya seçəcək?

Mövzu ilə bağlı “Yeni Müsavat”a millət vəkili Fazil Mustafa danışıb: “Uşağın yetənəyi hansı istiqamətə formalaşa bilirsə, ora yönəlməyi doğru olar. Oğlum, məsələn, iqtisadiyyat üzrə - menecmentlik təhsili alır. Müasir dövrün ümumi standartlarına uyğun təhsil peşəsidir. Orada da, hər halda, formalaşma imkanı var. Amma mənim üçün maraqlı olan əsasən dünyagörüşün olmasıdır. İnsanın hansı peşədə olmasından asılı olmayaraq, dünyagörüşü yetkinləşməlidir, təkmilləşməlidir ki, mürəkkəb həyat proseslərindən normal nəticələrlə çıxa bilsin. Konkret peşə indiki dövrdə əslində heç önəmli də deyil. Dünyagörüşü olmayandan sonra 30-40 il eyni peşədə qalmaq imkanları müasir dövrdə mümkün deyil. Çevik, texnoloji dəyişikliklər baş verir. O baxımdan dünyagörüşü geniş, əhatəli olanda o peşənin standartlarını yuxarı qaldıra bilir”.

Millət vəkili köklü dəyişikliyə ehtiyacın olduğunu vurğulayıb: “Ümumiyyətlə, bizdə həm ali, həm də orta məktəb infrastrukturu olmayan bir sistemdir. Məsələn, fiziki tərbiyə imkanları məhduddur. İnsan yalnız zehni deyil, fiziki məşğuliyyətlə kifayətlənməlidir. Məktəb infrastrukturu sanki göstəriş üçün, görüntü üçün qurulub. Nə stadionu, nə duşu, nə üzgücülük hovuzu var. Bu cür infrastrukturu olmayan, daha qapalı bir xətlə böyümə yetişmə imkanı şagirdin, tələbənin qarşısına qoyulur. O da özünü yalnız kənarda yetkinləşdirə bilir. Kənarda da problemlər var. Məhəllə həyətlərində uşaqların sosiallaşmaq imkanları yoxdur. Stadionlar yox, hər hansı əyləncə infrastrukturu yox. Biz azərbaycanlılar xalq olaraq yerlərdə, yaşadığımız mühitdə, həyətdə ümumi infrastruktur qurmağa maraqlı deyilik. Biz bütövlükdə qapalı həyat yaşamağı sevirik. İmkanı olan feodal qəsri tikir, hasarlarını qaldırıb onun içində qapalı həyata üstünlük verir. Bu da insanın inkişafına mənfi təsir edən amillərdən biridir. Çünki hər bir kəs ünsiyyətdə kimdənsə nə isə götürmək imkanı əldə edir. Hər kəs başqaları ilə komanda oyununda bir bilgilər, əlavə qabiliyyətlər aşkar edib özü üçün mənimsəyir. Ona görə də təhsilə yalnız öyrətim metodikasında deyil, bir infrastruktur kimi baxılmalıdır. Əgər uşaq məktəbin öz avtobusu ilə dərsə getmirsə, bu qüsurdur, o avtobusda uşaqlarla müəyyən məsələləri müzakirə etmirsə, bu onun yetişməsinə təsir göstərir. Müəllimlərin özü də işlərinə sanki məcburi bir peşə kimi yanaşırlar. Müəllimin məktəbdən kənar həyatı heç kimi maraqlandırmır. Onun həyatında olan çətinliklər mütləq onun dərs keyfiyyətinə yansıyır və özünü təkmilləşdirə bilmir. Çörəkpulu üçün bütün gününü sərf edəndə müəllim özünü yetişdirə bilmir. Uşaqlara yeni bilikləri çatdırmaqda çətinlik çəkir. Ona görə də, bu kompleks bir məsələdir. Pionerlər sarayı, gənc texniklər dərnəyi, əmək profilli dərnəklərin də olmaması uşaqların daha küt yetişməsinə səbəb olur. Uşaqlıq çağlarından tədqiqatçı, ixtiraçı obrazına yaxınlaşmasına imkan vermir. Hesab edirəm ki, peşə seçimindən çox dünyagörüşü, oxuma texnikasını, hətta oturub necə dərs oxumasını belə uşağa öyrətməliyik. Mütaliə edəndə də belləri əyilir. Fiziki cəhətdən cəmiyyətimizdə uşaqlar məktəb mühitində sağlam yetişə bilmirlər. Çünki partadan tutmuş, idman infrastrukturunun olmamasına kimi hamısı buna öz təsirini göstərir. Uşağın hansı peşə seçməyi çox vaxt məcburiyyət xarakteri daşıyır. Çünki alternativlərimiz də çox deyil. Bunu artırmaq lazımdır ki, insanlar hansı peşəni seçirlərsə, seçsinlər bundan utanmasınlar. O peşədə avtoritet olmağı hədəf götürməlidirlər. Hazırda yaxşı avtomobil, soyuducu ustası çətinliklə tapılır. Hansı ustaya yaxınlaşırsansa, heç biri avtomillə bağlı konkret kitab oxumayıb. Yalnız usta yanında təcrübə ilə nə isə qazanıblar. Nəzəri bilgi olmayanda da o sahədə irəli gedə bilmirsən”.

Təhsil eksperti Kamran Əsədov də mövzu ilə bağlı fikirlərini bildirib: "Qızlarımla dərslərdən sonra dostyana söhbət edirik. Demək olar ki, həftədə bir dəfə gələcəyin ixtisasları barədə onlara dost kimi tövsiyələrimi verirəm. Amma özüm məcbur etmirəm. Onların seçimləri əsasən tibb ixtisası üzrədir. Tibb ixtisasının təbii ki, gələcəkdə irəliləyəcəyini bilirik. Gələcəyin ixtisasları baxımından texnoloji və tibbi ixtisaslar daha öndə olacaq. 2035-ci ildə dünyanın inkişaf etmiş elmi mərkəzlərində artıq orqanizmin bütün üzvləri barədə arayış rahatlıqla, printerdən çap olunaraq insanlara veriləcək. Amma bütün hallarda tibb ixtisası öz əhəmiyyətini qoruyub saxlayacaq. Mənim övladlarımın da tibb ixtisasına meylləndiklərini hiss edirəm. Amma bir ildən çoxdur ki, onlar kompüterlə dərslərdə iştirak edirlər, görürəm ki, texniki proqramlara, proqramlaşdırmaya da maraqları var. Bu da günün tələbidir. Əgər onlar gələcəkdə rəssam, incəsənət sahəsi ilə məşğul olmaq istəyəcəklərsə, mən buna mane olmayacağam. Fikrimcə, incəsənət ixtisasları, yaxud texniki ixtisaslar hər biri gələcəyin ixtisası olacaq. Amma biz deyə bilmərik ki, kənd təsərrüfatı ixtisasları əhəmiyyətini itirib, sadəcə, bizim öyrəşdiyimiz ənənəvidir. Gələcəyin çağırışlarına uyğunlaşdırılarsa, hər biri əhəmiyyətli olacaq. Təbii ki, texnoloji avadanlıq baxımdan. İndi hamı ev tikir, amma otuz, yüz il bundan əvvəl fərqli ev üslubu var idi, indi fərqlidir. Yəni bütün ixtisaslar da formatını dəyişməlidir, müasir dövrə uyğunlaşmalıdır".

Təhsil eksperti hazırda əmək bazarında peşə sahiblərinə ehtiyacın olduğunu deyib: “Amma təəssüf ki, orta məktəbləri bitirənlərin əksəriyyəti ali təhsil arxasınca qaçır. Peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır. Norveçdə dövlət hər hansı bir quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olsun. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən. Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin çox cüzi bir faizini Peşə Təhsili Fonduna yönəldir. Bu kimi stimullaşdırma mexanizmi olandan sonra isə ixtisaslı işçilərə tələbat yaranır, tələbat olandan sonra bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur.

Təəssüf ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı hesab olunur. Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil, sadəcə olaraq, vaxt itkisidir. Onlar ali təhsil alanlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha uğurlu ola bilər. Çünki ali təhsil almış şəxslər təhsili başa vurduqdan sonra hər zaman işlə təmin olunmurlar. Onların işlə təmin olunması üçün bəzən maneələr olur. Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə asanlıqla işlə təmin oluna bilirlər. Təəssüflər olsun ki, orta məktəbi bitirən gənclərə bu düzgün izah olunmur və onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsili alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. Hesab edirəm ki, gənclər daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu onların uğurlu gələcəyi üçün çox vacibdir".

K.Əsədov onu da qeyd edib ki, bu gün ölkədə fəaliyyət göstərən 100-ə yaxın peşə təhsili müəssisəsində ixtisaslı kadrlar azlıq təşkil edir: "Əmək bazarında yeni ixtisaslı kadrlara ehtiyac var. Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Bu yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac var idi. Hesab edirəm ki, atılan bu addımlar gənclərin peşə təhsilinə marağını artıracaq".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru