Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                 

İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı - Reaksiya
Tarix: 27-11-2020, 08:33 | Çap et
İki müxalifət partiyası birgə etiraz bəyanatını imzalamadı
Fransa senatının səs çoxluğu ilə hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa çağıran qərarına Azərbaycanın müxalifət partiyaları da sərt mövqe bildirib.

Qeyd edək ki, bu məsələ hələ Senatda müzakirəyə çıxarılan zaman artıq bir sıra partiyalar, o cümlədən Azərbaycan Xalq Partiyası etiraz bəyanat ilə çıxış etmişdi. Daha sonra isə ölkədə fəaliyyət göstərən 50-yə yaxın siyasi partiya birgə bəyanat yaydılar. Müsavat və AXCP isə bu dəfə də birgə bəyanata imza atmaqdan kənarda qaldı. Yalnız bir gün sonra AXCP sosial şəbəkədə Milli Şuranın qətnaməyə etiraz bəyanatını yaydı. Müsavat Partiyası isə hələlik susqun mövqedədir.

Ağ Partiya lideri Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bu, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq, beynəlxalq hüquqa tüpürmək və ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu münaqişədə artıq tərəfsiz olmadığını açıq-aşkar, həyasızcasına nümayiş etdirmək deməkdir. Eyni zamanda bu, BMT-nin qəbul etdiyi 4 qətnaməyə zidd qərardır, hansı ki, həmin qətnamələrin qəbul edilməsində Fransa da səs vermişdi”.

Partiya lideri qeyd edib ki, bir bəyanatla kifayətlənmək olmaz, Fransaya qarşı daha sərt addımlar atılmalıdır: “Təbii ki, düşünmürəm ki, bir bəyanatla kifayətlənməliyik. Burada əsasən rəsmi dövlət qurumları tərəfindən addımlar atılmalıdır. Bu baxımdan dövlət ilk olaraq Fransa ilə humanitar layihələri dondurmalı, Azərbaycanın Fransadakı səfirini müvəqqəti də olsa, ən azından məsləhətləşmə xarakteri olaraq geri çağırmalı, Fransanın Azərbaycandakı səfirinə nota verməli, Senatın addımı ilə bağlı açıqlama tələb olunmalı, eyni zamanda adekvat addım olaraq Fransanı bir neçə, o cümlədən Afrika ölkələrində soyqırım törətməsinə siyasi qiymət verilməsi ilə bağlı müvafiq qanun layihələri üzərində işləməyə hazırlaşmalıdır ki, adekvat cavab verilsin”.

Tural Abbaslı onu da vurğuladı ki, indiki vəziyyətdə Azərbaycanın həm iqtidarı, həm də müxalifəti Fransaya qarşı etiraz tədbirlərində həmrəylik nümayiş etdirməlidir: “Hazırda pandemiyadır, yoluxmanın ən pik həddini yaşayırıq. Belə bir halda kütləvi aksiyaların keçirilməsi məqsədəuyğun deyil. Lakin belə bir aksiyalar keçirilsə belə, mən bunun iqtidarlı-müxalifətli birgə keçirilməsinin tərəfdarıyam. Çünki bu artıq ümummilli məsələdir. Yəni bütün partiyalar birgə etirazını bildirməlidir ki, beləliklə Azərbaycan cəmiyyətinin elitasının bu məsələdə həmrəyliyi görünsün, bilinsin”.

Ağ Partiya lideri bəyanata qoşulmayan partiyalar haqqında da mövqeyini bildirib: “Sözün düzü, mən bu məsələnin texniki tərəflərindən məlumatsızam. Yəni mənə məlum deyil ki, onların da bu bəyanatda iştirak etmələri üçün təklif olunub, ya yox. Bildiyiniz kimi, təşəbbüskar kimi adətən YAP və yaxud hökumət çıxış edir. İndi təşəbbüskar təşkilatlar onlara da müraciət edibmi, bunu deyə bilmərəm. Əgər onlara da təklif olunubsa və adıçəkilən partiyalar imtina edibsə, bu başqa yanaşma, yox, əgər təklif edilməyibsə, ona görə də həmin partiyaların imzası yoxdursa, bu da başqa yanaşma tələb edir. İstənilən halda, heç bir partiya Fransa senatının bu addımını təqdir edə bilməz. Əgər təqdir edən varsa, bunun da bir adı var - vətən xaini”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də qeyd etdi ki, Fransa senatının məlum qətnaməsi şübhəsiz ki, tövsiyə xarakteri daşısa da bunun özü çox pis addımdır və davamı ola bilər: “Bu, faktiki olaraq ATƏT-in Minsk Qrupunun üzvü olan ölkənin ali qurumu tərəfindən qəbul edilmiş qətnamədir. Ona görə də çox ciddi narahatlıq törədir. Faktiki olaraq Fransa ATƏT-in Minsk Qrupunun üzvü kimi tərəf nümayiş etdirir, yəni Ermənistanın tərəfini saxlayır, bitərəf mövqedən çıxış etmir. Təəssüflər olsun ki, Fransa rəhbərliyində olan şəxslər, eləcə də bu ölkənin prezidenti də Vətən müharibəsi zamanı da tərəf nümayiş etdirdi və ermənilərin mövqeyini əks etdirən bəyanatlarla çıxış etdi. Şübhəsiz ki, bu, Fransada erməni lobbisinin seçkilərə təsiri və Fransa rəhbərliyinə təsiri ilə bağlıdır. Amma bütövlükdə bu məsələ Fransanın demokratik imicinə və Fransa-Azərbaycan münasibətlərinə çox böyük zərbədir. Məlum olduğu kimi, Fransa və Azərbaycan arasında iqtisadi bağlılıqlar var. 50-yə yaxın Fransa şirkəti Azərbaycanda investisiya qoyub, müxtəlif sahələr üzrə fəaliyyət göstərir, gəlir götürür. Həmçinin Azərbaycan Fransada bir sıra abidələrə, kilsələrə yatırımlar edib, xeyriyyə işləri görüb. Təəssüflər olsun ki, Fransa senatının bu addımı bütün bu işlərin üzərindən xətt çəkmiş olur. Beləliklə, Fransa senatının bu addımı tərəfimizdən şiddətlə qınanılır. Məlum olduğu kimi, ölkəmizin 50-yə yaxın partiyası bu addıma qarşı birgə etiraz bəyanatı imzalayıb. Artıq bizim partiyanın ayrıca etiraz bəyanatı hazırlanır və biz bunu ictimaiyyətə açıqlayacağıq.
//“Yeni Müsavat”//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru