FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                     Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... .....                     Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib .....                     Krım üçün 100 il sonra gələn təhlükə... .....                     İcra başçısının səyyar görüşündə gərgin anlar .....                     Turist yoxdur, amma turizm inkişaf edir... .....                     Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                 

"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz" - deputat
Tarix: 24-11-2020, 09:58 | Çap et
"Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz"
Rusiya xarici işlər naziri Sergey Lavrovun və müdafiə naziri Sergey Şoyqunun əvvəlcə İrəvana, daha sonra Bakıya səfəri iki rakursdan dəyərləndirilə bilər.

“Yeni Müsavat” bildirir ki, iki nazirin Ermənistana gedişi bəlkə də strateji vidalaşma görüşü idi. Yəni Lavrovla Şoyqu “əlvida” deməyə getmişdilər.

Elə XİN rəhbərinin Ermənistanın baş naziri Nikol Paşinyana “Biz Putinin qərarı ilə buradayıq” deməsi də son dərəcə eyham xarakterli ifadəydi.

Lakin Rusiyadan eyni tərkibin Bakıya gəlişi, prezident İlham Əliyevlə görüşü, burada səsləndirilən fikirlər, bəyanatlar isə tam fərqliydi.

Lavrov Azərbaycana isti sözlər ünvanladı, sabaha ümid verən açıqlamalarla çıxış etdi. Bu fikirlər əslində Putinin mesajları kimi başa düşülür.

Çünki ertəsi gün Putinin “Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın ayrılmaz hissəsidir” açıqlaması Lavrovla Şoyqunun İrəvan və Bakı səfərlərinin şifrələrini açdı, Kreml rəhbərinin bizə və Ermənistana münasibətini ifadə etdi.

Paşinyanın Lavrovla görüşündə Rusiya bayrağının olmaması da xüsusi diqqət çəkirdi. Deyilə bilər ki, protokola görə XİN başçısını qəbul edərkən qarşı tərəfin dövlət bayrağı olmaya bilər. Ancaq rəsmi açıqlamada Rusiya məsələni heç də gözardı etmədiyinə işarə vurmuşdu.

Bakıda isə Lavrov bizi qane edən məsələləri açıqladı. O, həm də Türkiyə reallığına toxundu və qeyd etdi ki, Ankara regionda faktordur:

“Özü də təkcə bu regionda yox, Türkiyə bizim bir çox istiqamətdə tərəfdaşımızdır”.

Yeri gəlmişkən, Türkiyə hərbçiləri Qarabağda yaradılacaq Türkiyə-Rusiya müşahidə mərkəzində 1 il müddətinə fəaliyyət göstərəcək.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Türkiyə tərəfi qarşıdakı günlərdə əməliyyat üsulları üzərində, harada və necə olacağı, kimin nə iş görəcəyi ilə bağlı danışıqlara yekun vurulmasını gözləyir:

“Türk əsgəri orada olacaq. Biz onsuz da varıq. Azərbaycanla olan çox xüsusi münasibətlərimizə görə hərbi təlim və əməkdaşlıq müqavilələrimizin tarixi keçmişə söykənir.

Bu mənada biz oradayıq. Qanun layihəsi də Türkiyə Böyük Millət Məclisində qəbul edildi. Müşahidə mərkəzi çərçivəsində orada olmağa davam edəcəyik".

Rusiya XİN başçısı onu da əlavə etmişdi ki, 10 noyabr razılaşmasını şübhə altına almaq cəhdləri var, lakin bu cəhdlər baş tutmayacaq.

Bəs bu görüşlərdən sonra bizi narahat edən məsələlər qaldımı? Rusiya tərəfdən hər hansı nigaranlığımız varmı?

Deputat “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın geniştərkibli nümayəndə heyəti həm Ermənistanda, həm Azərbaycanda oldu. Onun fikrincə, Bakıda Prezident İlham Əliyevlə məzmunlu bir görüş baş tutdu və İrəvandakı danışıqlarla müqayisə etməyə dəyməz.

E.Nəsirov hesab edir ki, Lavrov İrəvanda məğlub dövlətin rəhbəri ilə görüşürdü:

“Bu görüşdə üçtərəfli bəyanatın imperetasiyası müzakirə edilirdi. Paşinyanın nəzərinə çatdırıldı ki, sənədin hər hansı bəndindən yayınmaq olmaz.

Çünki daha əvvəl də Putin demişdi ki, razılaşmanın hansısa müddəasına riayət etməmək Ermənistan üçün intihara bərabər olar. Məsələ bu dərəcədə kəskin qoyulmuşdu.

Ondan əsas tələb bu idi ki, razılaşmanın bütün bəndlərinə əməl olunmalıdır, kənara çıxmağa yol verilməməlidir".

Deputatın sözlərinə görə, Bakıdakı görüş isə pozitiv ruhda keçdi, Rusiya-Azərbaycan arasında strateji əməkdaşlığın genişləndirilməsi müzakirə olundu:

“Cənab İlham Əliyev üçtərəfli bəyanatın həyata keçirilməsinə toxundu, regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi barədə danışıqlar apardı. Prezident onu da xüsusi vurğuladı ki, razılaşmanın əldə olunmasında Vladimir Putinin böyük rolu olub. Ölkə başçısı bunu yüksək qiymətləndirdi.

Eyni zamanda Türkiyənin bölgədəki roluna toxundu, regionda tərəfdaşlıq mühitinin formalaşması cəhətdən Ankaranın təsirləri böyükdür.

Ona görə də imzalanmış sənəd həm də Türkiyə-Rusiya arasında regionda yeni əməkdaşlıq formatı yaradır, bundan sonrakı proseslər üçün istiqamət verir.

Lavrov da çıxışında bildirdi ki, İlham Əliyev regionda sülhün təmin olunması üçün ciddi addımlar atır, hər iki icmanın birgə, yanaşı yaşamasında təminatı üçün ciddi işlər həyata keçirir, bəyanatlar verir.

Rusiyalı nazir həmsədrlərin prosesə gec qoşulmasına da toxundu. Çünki bir çoxları öz geosiyasi maraqlarını həyata keçirmək istəyirdi, regionda sülh ikinci planda idi.

Lakin Rusiya və Azərbaycan siyasi rəhbərliyinin bu istiqamətdə birgə addımları müsbət nəticəsini verdi.

Prezident də xatırlatdı ki, Putinin “Dağlıq Qarabağ münaqişəsi sözünü bir daha eşitməyəcəyi” ifadəsini dəstəkləyir.

Ümumiyyətlə, bu görüş bir daha göstərdi ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdı, fundamental məsələlərdə bir mövqedən çıxış edirlər.

Düzdür, müəyyən tərəflər 10 noyabr razılaşmasını öz maraqları üçün pozmağa çalışırdılar. Lakin nəticəsiz qaldı. Çünki ortada birgə siyasi iradə var".

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Bakı səfərində münaqişənin tənzimlənməsi ilə bərabər, bir sıra iqtisadi maraqlar kəsb edən məsələlər də müzakirə edildi:

“Əslində sülhməramlıların missiyası üçlü bəyannamə ilə çərçivəlidir. Bu baxımdan hər hansı tərəf, istər münaqişə tərəflərindən biri, istərsə də sülhməramlılar bəyannamənin razılaşmasını pozarsa, digər tərəflər də bəyannamənin bəndlərinə bağlı qalmayacaq.

Bu xüsusdan istər tam kapitulyasiya edilmiş Paşinyan hakimiyyətinin istefasına çağıran kütlənin İrəvanda mitinqləri, istər Qarabağ ermənilərinin yerləşdirilməsi, istər boşaldılacaq Kəlbəcər və Laçındakı durum və istərsə də köç edən ermənilərin ekoloji terrorlarına Azərbaycanın reaksiyası nazirləri İrəvana və Bakıya səfərə məcbur edən amillərdir".

Ekspert hesab edir ki, Türkiyə ordusunun Azərbaycana gəlişi, onların harada yerləşəcəyi və hansı müşahidə missiyasını yerinə yetirəcəkləri də müzakirə predmetlərindəndir:

“Bugünlərdə Lavrovun ”Türkiyə regionda real faktordur", Putinin “Türkiyə ilə birgə səylərimiz regionda sülhü bərqərar edəcək” kimi ifadələri qardaş Türkiyənin prosesdən kənar qalmayacağını göstərir.

Azərbaycan müstəqil dövlət olaraq, Türkiyəni bura dəvət etməklə, ümumi Qafqaz təhlükəsizlik konsepsiyasını inşa etməyə başladı".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru