Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                 

“5 il sonra türklər bizim düşmənimizdir deyən ermənini Yerevanda döyəcəklər”
Tarix: 16-11-2020, 09:12 | Çap et
“5 il sonra türklər bizim düşmənimizdir deyən ermənini Yerevanda döyəcəklər”
Ordumuzun hərbi qələbəsinin zirvə nöqtəsi olan Şuşanın azadlığından sonra, qələbə zəfərinin Ermənistanın məğlubiyyətini etiraf etdiyi bəyannamədə əksini tapması və daha sonra rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi regionun mənzərəsini dəyişir. Sülhməramlıların regiona daxil olmasını zəruri edən səbəblər birmənalı qarşılanmır və mövcud vəziyyət müxtəlif aspektlərdə dəyərləndirilir.

Bu və digər məsələlərlə bağlı Hafta.az-a müsahibə verən politoloq Zərdüşt Əlizadə müqayisələrlə maraqlı nüanslara toxunub.

- Zərdüşt müəllim, bu gün Qarabağın, Azərbaycanın qələbə üzərindən dəyişən mənzərəsinə baxanda hazırki durumu necə dəyərləndirmək olar. Nə baş verir?

- Ermənistan siyasi rəhbərliyinin düzgün hesablanmamış siyasəti nəticəsində Ermənistan ağır duruma düşüb. Bu durum 90-cı illərin əvvəllərində Bakıda yaşanan hadisələri xatırladır. Burda da naşı, cahil, siyasətdən bixəbər olanlar qəsdən və yaxud idarə olunaraq hakimiyyətə can atırdılar. Yəni bu gün Yerevanda baş verənlər o vaxtlar da baş verirdi və nəticədə qətiyyətsiz bir prezidenti devirib hakimiyyətə gəldilər. O vaxt Elçibəy getdi Moskvaya. Yeltsin ona dedi ki, əgər Azərbaycan Gəncə dviziyasına baza statusu versə, Azərbaycan ərazisinin 0,1 faizində rus bazası yerləşsə, Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunacaq. Dahi Elçibəy, görkəmli millətçi, təmiz adam dedi ki, yox, çıxın! Və ondan sonra bizim milli jurnalistikamız təntənə ilə xəbər verdi ki, rus qoşunları bütün post-sovet məkanından əvvəl Azərbaycandan çıxdı. Yəni bəyan elədilər ki, planı artıqlaması ilə, vaxtından əvvəl yerinə yetirdik. Bundan sonra Azərbaycanın 17 faizini alıb verdilər ermənilərə. Və 27 il bu ərazilər ermənilərdə qaldı. Beləliklə 0,1 ərazi əvəzinə 17 faiz ərazi itirdik. Ötən 27 ildə bütün rayonlarımız dağıdıldı, kəndlərimiz dağıldı, 700 min adam didərgin düşdü. Bu həmin o müdrik adamın dahiyanə qərarının nəticəsi idi və onun ətrafındakı adamların naşılığı, cahilliyi. İndi onların kimliyi bəlli olub. Bilinir ki, İsgəndər Həmidov kim idi, Rəhim Qazıyev kim idi, nə idi, Pənah Hüseynov kim idi. Amma o zaman xalq onlara hədsiz inanırdı...

27 ildən sonra Azərbaycan qardaş Türkiyənin mənəvi dəstəyi ilə əməliyyat keçirdi, Azərbaycan əsgərləri rəşadətlə döyüşdülər, çoxlu şəhidlərimiz oldu və nəticədə biz noyabrın 8-də Şuşanı da azad etdik.

- 27 sentyabrdan bu günə olan geosiyasi, hərbi vəziyyəti müqayisə etsək, hansı reallıqla üz-üzə qalacağıq?

- 27 sentyabrdan bu günə olan indiki vəziyyəti müqayisə etsək görəcəyik ki, fərq çoxdur. Əvvəl Qarabağa girə bilmirdiksə, indi torpaqların 70 faizi bizdədir. Ermənistanda isə dəlixanadır. Vaxtilə necə xalq cəbhəsi parlamentə hücum eləmişdi, indi də Ermənistanda o vəziyyətdir. 17 partiyanın koalisiyası yaradılıb Paşinyanı istefaya göndərmək istəyirlər. Hamıya da bəllidir ki, bu proseslərin arxasında kimlər durur, nə durur.

Bu əsnada bu gün iki məqamı qeyd etmək istəyirəm. Birincisi, rus vertalyotu Naxçıvanla sərhəddə vurulur və Ermənistan ərazisinə düşür. Rusiya elan edir ki, vertalyot Azərbaycan ərazisindən vurulub. İndi gəl sübut elə. Yadınza salmaq istəyirəm ki, Polşa ilə sərhəddən 10 km. məsafədə Almaniya ərazisində yerləşən kiçik Qleyvits şəhərindəki radiostansiyasına Polşa ordusunun formasını geymiş almanlar hücum eləmişdi. Polşa nə qədər onun əsgərləri olmadığını desə də, Almaniya öz bildiyini elədi. İndi bu, bizim hakimiyyətə qarşı edildi. Hakimiyyət başa düşdü ki, Rusiya bununla regiona girməyə bəhanə axtarır. Ona görə də əvvəlcə üzürxaqlıq elədi və bildirildi ki, araşdırılacaq və təzminat ödəməyə hazırdılar. Ardınca, Ermənistanda Rusiya bazasından “İsgəndər” atıldı. Xoşbəxtlikdən bizim hava hücumundan müdafiə hissələri raketi düz Bakının yaxınlığında vurublar. Dəhşətli partlayış eşidildi, evlər titrədi, camaat narahat oldu... Bu bir xəbərdarlıq idi. Bundan dərhal sonra Rusiyanın sülhməramlı təklifi ortaya çıxdı. İlham Əliyev tədbirli qərar verdi və indi sülhməramlılar gəlib. Danışıqlarda ona nail olundu ki, sülhməramlıların Qarabağda qalışı 5 il müddətinə nəzərdə tutuldu. 5 ilin tamamına 6 ay qalmış etiraz verilməlidir, əgər verilməsə, mexaniki olaraq daha 5 il də davam edəcək.

Bununla demək istəyirəm ki, bu gün İlham Əliyev gerçəkçi, real siyasət aparır. O, imkanlarını, gücünü hesabladı və qərar verdi. Bəzən deyirlər ki, rus heç nə edə bilməz, Türkiyə Rusiyanın gözünü tökər. Bəli, Türkiyə öz qanuni-konvensial silahları hesabına güclüdür. Rusiyanın isə qeyri-konvensianal nüvə raket silahları da var. Niyə rus sülhməramlıları gəlir deyə, dünyanı ağır müharibəyə qərq etmək olmaz.

- Zərdüşt müəllim, sülhməramlıların Azərbaycana gəlişi Azərbaycanın suverenliyinə hansı təsirini göstərə bilər və biz bu vəziyyətdən necə zərərsiz çıxa biləcəyik?

- Əgər hər hansı bir ölkənin ərazisində xarici dövlətin qoşunları varsa, bu onun suverenliyinin məhdudlaşmasıdır. Sülhməramlıların gəlişi Azərbaycanın da suverenliyinin məhdudlaşmasıdır. Amma mən sual verirəm: məyər bundan əvvəl ermənilər 17 faiz torpaqlarımızı işğalda saxlayanda bu, suverenliyimizin məhdudlaşması deyildi?! Türk bazaları da gəlsə, bu məhdudlaşma baş verir. Lakin əgər Azərbaycan ağıllı siyasət yürütsə, sülhməramlı qoşunların törədə biləcəyi hədələrdən, təsirlərdən yayına bilər.

Məsələn, Saakaşvili bu ağlı düzgün sərgiləmədi. O, güclü qoşun hazırladı və rusların təxribatına uyub Cənubi Osetiyaya gedərək vuruldu. İndi biz bundan nəticə çıxararaq heç bir təxribata getmirik. Rusiya ilə normal münasibətləri saxlamalıyıq. Rusiya ərazisində milyondan çox azərbaycanlı yaşayır, Dağıstanda 100 min azərbaycanlı yaşayır. Rusiya bizimüçün böyük bir bazardır, şimalda böyük dövlətdir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, nüvə dövlətidir. Yəni biz bu ölkə ilə kəllə-kəlləyə gəlməyə çalışmamalıyıq. Ağıllı, müdrik dövlət siyasəti yürüdülməlidir. Bu 5 il müddətində bizim xeyli görüləcək işlərimiz var. Biz viranə qalmış rayon, şəhərlərimizi bərpa etməliyik. Qaçqınlar ora qayıtmalıdır, orda normal siyasi həyat başlamalıdır, Azərbaycan özünün daxilində də bir sıra islahatlar aparmalıdır. Məhkəmə sistemi düzəlməlidir, səmərəli yerli özünü idarə sistemi yaradılmalıdır, pullar kənd təsərrüfatına, elmə, təhsilə, sənayeyə sərf edilməli, daha da inkişaf etməliyik. Bu baş versə, dünyada nüfuzumuz artar. Bu müddət ərzində Ermənistan dövləti və xalqı ilə normal münasibətlər qurmağa çalışmalıyıq. Bunun üçün xeyli imkanlarımız var.

- Azərbaycan ordusu böyük qələbə qazandı. Bundan sonra diplomatiyamızın qələbə çalıb torpaqlarımızın tam azadlığına nail olmamız üşün bizdən nə tələb olunur?

- Qarabağ problemi de-fakto həll olunub. Ermənistanla iqtisadi əlaqələr başlayandan 5 il sonra bir erməni desə ki, türklər bizim düşmənimizdir, onu Yerevanda basıb döyəcəklər. Bu gün Türkiyədə yaşayan ermənilər deyirlər ki, biz kardeşiz, bizim heç bir müşkülümüz yoxdur, əlaqələr yaxşılaşandan sonra da bunu deyəcəklər. Azərbaycan Ermənistanla sərhədləri, kommunikasıyaları açandan sonra normal münasibətlər başlamalıdır. O ədavətə köklənmiş, millətçi təfəkkürə son qoyulmalıdır. Normal münasibətlər qurub Qarabağdakı erməniləri tərəfimizə çəkməliyik.

Onlar orda 15 gün qalacaqlar, hamısı qaçıb gedəcəklər. Rusların sülhməramlı işinə Azərbaycan çox xoş niyyətlə nəzarət eləməlidir. Çünki BMT qaydalarında deyir ki, sülhməramlıların əsas məqsədi silahlı qarşıdurmaya yol verməmək üçün sivil insanların silahsızlaşdırılmasıdır. 88-ci ildə sovetlər guya bu missiyanı yerinə yetirirdi, azərbaycanlılardan silahı yığırdı, ermənilərdə saxlayırdı. İndi biz elə eləməliyik ki, erməniləri tam silahsızlaşdırsınlar. Qarabağdakı ermənilər də bizim vətəndaşlardır.

- Bu gün torpaqlar uğrunda qələbəni böyük anlamda başa düşən insanlar sülhməramlıların gəlişi ilə xəyal qırıqlığına düşüblər. Bu barədə nələri söyləmək olar?

- Onu anlamaq lazımdır ki, bu qələbə mümkün reallıq və imkan olan dərəcədə əldə olundu. Məsələn, birinin imkanı var ki, gedib mağazadan 1 kilo qənd alsın, amma o çox şey istəyir, istəyir ki, “ferrari” alsın. Amma indi onu almağa imkanımız yoxdur. Bizim bu gün də bir tərəfimiz İran, Rusiya Türkiyədir. Münasibətlər normal olsa, sülhməramlı missiya öz işini bitirib müddətini bitirər. Artıq erməni qoşunları ərazilərdən çıxarılır. Kəlbəcərdə yaşayan erməni insan hüquqları müdafiəçisi deyir ki, ruslar azərbaycanlılardan da betərdilər, bizi qovurlar. Tezliklə qoşunları Laçından, Ağdamdan çıxaracaqlar. Bəyanata uyğun olaraq 3 rayon qaytarılacaq. İnsanlar rahat gedib-gəlsinlər deyə, Laçında 3-5 post qurulacaq. Azərbaycan torpaqları bütövlükdə təmizlənəcək. Ermənilər yaşayan rayonlara bizim ordu girməyib. Həmin yerdə təmas xətti qurulur və orada sülhməramlılar əyləşir ki, qarşdurmanın olmasına imkan verməsin. Amma bu o demək deyil ki, Azərbaycan həmin ərazilərdə özünün inzibati idarəsini qurmayacaq. Təbii ki, qurulacaq və əgər kimsə orda yaşamaq istəyəcəksə, Azərbaycan hökumətindən sülhməramlı komendantlara həmin şəxsin davranışlarına diqqət edəcəyi barədə zəmanət veriləcək. Beləliklə, bütün proseslər emossiyasız, nizamlı şəkildə həll olunarsa, missiya tez başa çatar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru