"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                 

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir” - deputat
Tarix: 13-11-2020, 09:32 | Çap et
“Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir”
Milli Məclisin deputatı Cavid Osmanovun Pravda.az-a müsahibəsi:

- Hazırda müharibə başa çatıb. Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi cəmiyyətə hansı ab-havanı gətirdi?

- İlk növbədə başda Prezident İlham Əliyev olmaqla, xalqımızı təbrik edirəm. Bu, Azərbaycanın tarixi və şanlı qələbəsidir. Son 500 ildə ilk dəfədir ki, işğal altında olan torpaqlarımız azad edilir. Təbii ki, bunun əsasında Ali Baş Komandan İlham Əliyevin 17 il ərzində qurduğu güclü iqtisadiyyat, ordu quruculuğu, ictimai-siyasi sabitlik dayanır. Azərbaycan xalqı Prezidentinə inanır, güvənir. Bu müharibə Azərbaycan xalqının milli qürurunu, mənliyini özünə qaytardı. 30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi, erməni vandalları bizim hisslərimizə toxunurdular. Nəticədə düşmən layiqli cavabını aldı. Artıq Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. 44 gün ərzində Azərbaycanın rəşadətli ordusu misilsiz qələbə çaldı, düşmənin “məğlubedilməz ordu” mifini darmadağın etdi. Ordumuz düşmənin başından elə vurdu ki, hələ də özünə gələ bilmir. Ən önəmli məqamlardan biri də odur ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənəddə Naxçıvanla kommunikasiyanın yaradılması əksini tapıb.

- İmzalanan bəyanat günlərdir ki, müzakirə olunur. Rusiya sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsindən narahat olanlar var. Sizcə, Rusiya sülhməramlıları Qarabağa niyə gəldi?

- Bəyanatın bəndlərinə baxsaq, görərik ki, hər biri ölkəmizin xeyrinədir. Sənəddə bildirilir ki, Ermənistan nəzarət etdiyi Kəlbəcər rayonunu 15 noyabradək, Ağdamı 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarır. Bu ərazilər döyüşsüz itkisiz Azərbaycana qaytarılır. Xankəndi, Xocalı və Xocavənddə də Azərbaycan qanunları işləyəcək, orada bayrağımız dalğanacaq. Doğrudur ki, insanları Rusiya sülhməramlılarının bölgəyə gəlişi narahat edir. Sülhməramlıların iştirakı vacibdir. Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi kimisə narahat etməməlidir. Bu, Rusiyanın hərbi bazasının yaradılması deyil. Bu qüvvələrin məqsədi sırf sülhü bərqərar etməkdir. Göründüyü kimi, sülhməramlıların sayı çox deyil, belə ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. İnsanlar elə başa düşməsin ki, 1990-cı illərdir, zaman dəyişib, ölkəmiz güclənib. Rusiya ilə Azərbaycan yaxın tərəfdaşdırlar, mehriban qonşudurlar. Hər kəs gördü ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytrallıq nümayiş etdirdi. Qeyd etdi ki, döyüşlər Azərbaycanın ərazisində gedir, müdaxilə etmək etmək haqqımız yoxdur. İnsanlar əmin olsunlar ki, narahatlığa əsas yoxdur. İşğala qədər orada yaşayan ermənilər ölkəmizin qanunlarına tabe olmaqla qalacaqlar. Sülhməramlı qüvvələr həm ermənilərin, həm də azərbaycanlıların təhlükəsizliyini təmin edəcək. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir. Müddətin bitməsinə 6 ay qalmış hazırki müddəanın tətbiqinə xitam verilməsi ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddəti növbəti 5 il üçün uzadılır. Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar. Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Qurum Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq. Təəssüf edirəm ki, şanlı qələbəmizə anti-milli qüvvələr kölgə salmağa çalışırlar. Onlar Azərbaycan xalqının bir nömrəli düşmənləridir. Həmin şəxslər milli birliyə zərbə vururlar. İnsanlar onları tamamilə təcrid ediblər.

- Birgə yaşayışla bağlı fikirləriniz maraqlıdır, mümkün olacaqmı?

- Müharibədən sonrakı prosesin ən çətin dövrü budur. Nəzərə alın ki, 30 il müddətində qan tökülüb, düşmən münasibətdə olmuşuq. Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində xüsusi vurğulayıb ki, işğala qədər orada yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, bundan sonra da onların yaşayışı üçün nə lazımdırsa, ediləcək. Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayırlar. Ölkədə 30 mindən artıq erməni var, onlarla bağlı hər hansı problem yaşanmayıb. Yəni biz birgəyaşayışa hazırıq. Amma Ermənistan isə monoetnik dövlətdir. Ona görə də bir qədər çətin olacaq. Burada əsas məsələ ərazi bütövlüyümüzün bərpa olunmasıdır, bu, qələbədir. Sentyabrın 27-dək bəzi güzəştlərə hazır idik, amma hazırda diktə edən tərəfik. Bu uğurun əsasında Prezident İlham Əliyevin qətiyyətli olması dayanır. Ermənilərin abır-həyaları olsaydı, o ərazilərə gəlməzdi, amma gələcəklər də, yaşayacaqlar da...

- Naxçıvan dəhlizinin Azərbaycan üçün önəmi nədən ibarətdir? İddia edirlər ki, dəhliz Ermənistana daha çox sərf edir, qismən blokadan çıxır…

- Bu, yanlış fikirdir. Dəhlizin önəmi Azərbaycanla Naxçıvanı quru yolla birləşdirir. Ermənilər ağılsızlıq edəcəklərsə, o dəhlizdən də məhrum olacaqlar. Ermənilər “dəmir yumruğu” yaddan çıxarmayacaqlar. Ağılla hərəkət etsələr, digər ölkələr kimi bölgənin iqtisadi potensialından istifadə edərlər. Ermənilər Azərbaycan torpaqlarını işğalda saxlamaqla öz iqtisadiyyatlarını məhv etdilər, özlərini dilənçi gününə saldılar. İnkişaf etmək istəyirlərsə, sülh şəraitində yaşamalıdırlar.

- Ermənistan bundan sonra hansı davranışı sərgiləcək, sizcə? Hər hansı təxribat meyilləri ola bilərmi?

- Ermənistanın hazırki vəziyyəti Azərbaycanın 1990-cı illərdəki vəziyyətinə bənzəyir. Ölkədə hakimiyyətsizlik, xaos hökm sürür. Ermənistanda böhran daha da dərinləşib. Düşmənimiz məkrlidir, namərddir. Terror təşkilatlarının çoxu elə Ermənistanda formalaşıb. Bütün bunları nəzərə alaraq, diqqətli olmalıyıq, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin tövsiyələrinə əməl etməliyik. Ermənilərdən hər şey gözləmək olar. Düşmənin məkrli olduğunu heç zaman unutmamalıyıq. Azərbaycan yaxın gələcəkdə daha güclü dövlətə çevriləcək. Prezidentin qurduğu strategiya ölkəmizi önə aparır.

- Bəzi siyasətçilər Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması təklifi ilə çıxış edirlər. Sizcə, bu mümkündür?

- Türkiyə ilə Azərbaycanın dostluğu, qardaşlığı dünyaya nümunədir. İkinci belə nümunə yoxdur. Azərbaycan və Türkiyə həmsərhəddirlər, hansısa ölkəyə təhdid olarsa, bir-birilərinə dəstək verirlər. Türkiyənin hərbi bazaları öz ərazisində, Azərbaycanın da hərbi bazaları öz ərazisindədir. İstənilən məsələdə Türkiyə Azərbaycanı, Azərbaycan da Türkiyəni dəstəkləyir.

- Fransanın mövqeyini necə qiymətləndirirsiniz?

- Azərbaycan qələbə çaldıqdan sonra Fransa Xarici İşlər Nazirliyi qərəzli bəyanat yaydı. Fransa döyüşlər başlayandan Ermənistana açıq dəstək verirdi. Fransa unudur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindəndir, mandatı var. Onlar insan haqları məsələsinə də toxunublar. İlk növbədə Fransanın özündə insan haqlarının tapdanmasını görməlidirlər. “Sarı jiletli”lərin aksiyaları hər kəsin yadındadır, onlarla insan qətlə yetirildi. TF1 telekanalı cəbhədən reportaj hazırladığına görə təhdid edilirdi. Amma buna qarşı Fransanın hansısa rəsmisi etiraz etmədi. Azərbaycan xalqının hüquqları ermənilər tərəfindən 30 ildir, tapdanır. Biz bu məsələdə Fransanın heç bir bəyanatını görməmişik. Ermənistan terrorçu dövlətdir, Fransa da Ermənistanı dəstəkləyirsə, deməli, beynəlxalq terrorizmə dəstək verir. Biz bundan təəssüflənirik. Bütün bunlar bizə mane ola bilməz, artıq qələbə çalmışıq. Fransa rəhbərliyi bilməlidir ki, Qarabağ Azərbaycandır!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru