Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                 

"Qarabağda Azərbaycan, Türkiyə və İsraillə birgə PUA istehsalı müəssisəsinin yaradılması ilə bağlı təkliflər var" - deputat
Tarix: 13-11-2020, 08:19 | Çap et
"Qarabağda Azərbaycan, Türkiyə və İsraillə birgə PUA istehsalı müəssisəsinin yaradılması ilə bağlı təkliflər var"
Ermənistanın işğal etdiyi ərazilərimizin azad olunması 2021-ci ildən başlayaraq dövlət xərclərinin kəskin artımını şərtləndirəcək. Həm azad olunan ərazilərin bərpası, həm orduya əlavə cəlb olunan heyətin təminatı, həm də hərbi əməliyyatlar ciddi xərclər tələb edir.

Məlumdur ki, Prezident İlham Əliyevin tapşırığı əsasında artıq müxtəlif nazirliklər ərazilərin bərpası, iqtisadiyyatın inkişafına dair vahid plan üzərində işləməyə başlayıblar. Eyni zamanda azad olunan ərazilərdə elektrik enerjisi, qaz, su təchizatı sisteminin yaradılması istiqamətində işlərə başlanıb.

Azərbaycan hökumətinin Qarabağın iqtisadi-mədəni inkişafına dair ciddi planları var. Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Orucun dediyinə görə, işğaldan azad edilmiş ərazilərlə bağlı yeni yaradıcı yanaşmalar mövcuddur: “Bu istiqamətdə bir sıra təkliflər var. Bunlar Milli Konservatoriyanın Şuşaya köçürülməsi, burada Məclisi-Üns Natəvan divanının təşkil edilməsi, Qarabağda Silikon Vadisində mövcud olan yüksək texnologiyaların, startapların qurulması, Xankəndində ox, kaman kimi bədii kompozisiyaların yaradılmasıdır”.

Bununla yanaşı, Qarabağda Dövlət Universitetinin, Azad İqtisadi Zonanın yaradılması, “Qarabağı yenidən quraq”, “Min ağ dam” adlı layihələrin həyata keçirilməsi, Qarabağda son 100 il ərzində qəhrəmanlıq göstərmiş şəxslərin büstlərinin yaradılması, işğaldan azad edilmiş zirvələrdə azadlıq məşəllərinin yaradılması ilə bağlı təkliflər də var: “Xankəndində Beynəlxalq Transplantasiya Mərkəzinin yaradılması, Xocalıdan Kahramanmaraşa və Təbrizə aviareysin açılması, Kəlbəcər Qış-Turizm Mərkəzinin yaradılması, Qarabağda Azərbaycan, Türkiyə və İsraillə birgə PUA istehsalı müəssisəsinin yaradılması ilə bağlı təkliflər var”.

Göründüyü kimi, ölkə rəhbərliyinin azad olunan torpaqların dirçəldilməsi ilə bağlı çoxsaylı və geniş planları var. Bu planların icrası isə böyükhəcmli vəsait qoyuluşları tələb edir. Aydın məsələdir ki, qısamüddətli dövrdə - müvafiq infrastruktur olmadan ərazidəki bərpa işlərinə xarici investisiya cəlb etmək mümkün olmayacaq. Bu baxımdan, ən azı yaxın 1-2 il ərzində xərclərin böyük qismi Azərbaycanın özü tərəfindən qarşılanacaq. Bu isə 2021-ci ilin dövlət büdcəsinin sentyabrda açıqlanan ilkin parametrlərinin kəskin dəyişəcəyindən xəbər verir.

Qeyd edək ki, ilkin parametrlərdə gələn il üçün dövlət büdcəsi gəlirlərinin 24 milyard 327 milyon manat, xərclərinin isə 25 milyard 847 milyon 500 min manat olacağı proqnozlaşdırılırdı. Gəlirlərin 57,3 faizi və ya 13 milyard 950 milyon manatının neft sektorunun, 42,7 faizi və ya 10 milyard 377 milyon manatının qeyri-neft sektorundan əldə olunacağı planlaşdırılırdı. Neft sektoru üzrə büdcə gəlirlərinin 87,5 faizini və ya 12 milyard 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini və ya 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəkdi. 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirlərinin ən azı gələn ilin birinci yarısında da davam edəcəyi gözləniləndir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən Azərbaycanda yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 30,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az sənaye məhsulu istehsal edilib.

Məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,1 faiz azalması hesabına baş verib. Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,5 faiz artıb.

Sənaye istehsalı ilə bərabər, Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarında da azalma var. Qurumun açıqladığı məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 3 milyard 269 milyon 642,3 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz azdır.

Hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 9,2 faiz azalaraq 825 milyon 697,3 min manat təşkil edib. ƏDV üzrə daxilolmalar isə 7,4 faiz azalaraq 2 milyard 298 milyon 322,1 min manata bərabər olub. Aksizlər üzrə cari ilin 10 ayı ərzində daxilolmalar 46,9 faiz azalaraq 115 milyon 277,1 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 30 milyon 345,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 17,1 faiz azdır.

Bu ilin oktyabr ayında Komitənin xətti ilə dövlət büdcəsinə 314 milyon 407,0 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 20,4 faiz az, bu ilin sentyabr ayı ilə müqayisədə isə 1,4 faiz çoxdur.

İqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Azərbaycanın gələnilki dövlət büdcəsinin parametrlərində dəyişiklik olunacağı realdır: “Bildiyiniz kimi, 2021-ci ilin dövlət büdcəsinin layihəsinin hökumətdə işlənməsi demək olar ki, başa çatmışdı, layihənin Milli Məclisə göndərilməsi qərara alınmışdı. Lakin Azərbaycanda Vətən müharibəsi başlandı və Milli Məclisdə müzakirələr yubandı. Büdcə layihəsində hər hansı dəyişiklik olunsa belə, düşünürəm ki, onun icrasında problemlər yaranmayacaq. Əvvəla, düşünmürəm ki, büdcədə neftin baza qiyməti 35 dollardan yüksək götürülsün, çünki bu, ən optimal yanaşmadır. Büdcə bu qiymət parametrləri üzrə hesablanarsa, onun icrasında ciddi bir çətinlik olmayacaq. Çünki neft bazarında vəziyyət kifayət qədər ümidvericidir. Bir tərəfdən, OPEK+ ölkələri hasilatın mövcud azaldılma səviyyəsini saxlamaq istiqamətində müzakirələr aparırlar. Razılaşmanın iki aparıcı tərəfi - Rusiya və Səudiyyə Ərəbistanı bu məsələdə birgə hərəkət edirlər hər ikisi hasilatın indiki azalma səviyyəsinin saxlanmasına tərəfdardır. İkinci tərəfdən, koronavirus infeksiyasına qarşı effektiv peyvəndin əldə olunması istiqamətində ciddi uğurlar əldə olunmaqdadır. Bu isə pandemiyanın dünya iqtisadiyyatında yenidən qapanmaya gətirməsi ehtimalını daha da azaldır. Dünya iqtisadiyyatında yenidən qapanma olmasa, neftə tələbat da tədricən artacaq və bu da bazarda qiymətlərin kəskin ucuzlaşmasının qarşısını alacaq”.

Ekspertə görə, torpaqların işğaldan azad olunması Azərbaycanda tamamilə fərqli reallıqlar formalaşdırıb: “Qarşımızda azad olunan ərazilərin bərpası kimi mühüm vəzifə var. Bu baxımdan, dövlət büdcəsinin xərc parametrlərində dəyişikliklərin olunması kifayət qədər realdır. Ona görə də hökumətin büdcə layihəsinə yenidən baxması, o cümlədən Dövlət Neft Fondundan büdcəyə transfertin həcminin artırılması gözləniləndir. Hətta ola bilər ki, fonddan transferti artırmadan, büdcənin bəzi xərclərinin ixtisarı ilə yaranacaq yeni xərcləri qarşılamaq mümkün olsun. Bütün bunlar o demək deyil ki, gələn il dövlət büdcəsinin icrasında hansısa çətinlik, problem yaranacaq”.

P.Heydərovun fikrincə, hökumət işğaldan azad olunan ərazilərdə infrastrukturun bərpası üçün yetərincə maliyyə vəsaiti cəlb edə biləcək: “Yəqin ki, bununla bağlı xüsusi dövlət proqramı işlənəcək. Proqramın icrası həm öz vəsaitlərimiz, həm də cəlb olunacaq kreditlər və investisiyalar hesabına təmin ediləcək. Ərazilərin bərpasından əlavə, hökumət qarşısında döyüşlər zamanı şəhid olan, yaralanan vətəndaşlarımızın sosial-iqtisadi təminatı vəzifəsi də durur. Mən deyərdim ki, ölkə rəhbərliyi bu məsələni özünün əsas prioritetlərindən biri kimi qəbul edib. Hesab edirəm ki, bununla bağlı da dövlət tərəfindən ayrıca proqram hazırlanmalıdır. Bütün bu işləri yerinə yetirmək üçün dövlət büdcəsinin icrasında problemlərin olmasını gözləmirəm. Baxmayaraq ki, koronavirus pandemiyası iqtisadiyyatın 5 faizə yaxın kiçilməsinə, gəlirlərin azalmasına gətirib çıxarıb, üstəlik, 44 günlük müharibə ciddi xərclər hesabına başa gəlib, 2021-ci ilin dövlət büdcəsi ilə bağlı hansısa təlaşa lüzum görmürəm”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru