Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                     41 min manatlıq borc mübahisəsi qanla bitdi: .....                     Azərbaycan nefti 76 dollara ticarət olunur .....                     Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! .....                     İtinin itməsində ustanı günahlandırdı: .....                     Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi .....                     “Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? .....                     "Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb .....                     ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək .....                     Budaqov kəsmir... BUDAYIR! .....                     Brüsselin dərin legitimlik böhranı ondadır ki... .....                     Paşinyandan ağrılı HƏMLƏ .....                     Polşa Aİ yolunda maneəyə çevrilir... .....                 

“Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar” - Qulamhüseyn Əlibəyli
Tarix: 11-11-2020, 08:26 | Çap et
“Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar”
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 45 günlük Vətən müharibəsinin sonunda noyabrın 10-da gecə saatlarında xalqımıza etdiyi qələbə müraciətində öz siyasi rəqiblərini də unutmadı. Dövlət başçısı bu günlər ərzində hakimiyyətin yanında dayanan, milli həmrəylik nümayiş etdirən ölkə müxalifətinin bu mövqeyinin vacibliyindən söz açdı, pozitiv yöndə danışdı, rəqib düşərgəyə birlik mesajları da göndərdi.

İ.Əliyevin qələbə nitqinin bu hissəsini təqdim edirik: “Mən bu gün bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır-dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. ”İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır" fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi-yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Fəxr edirik, xalqımızla ordumuzla".

AĞ Partiya başqanı Tural Abbaslı iqtidar-müxalifət münasibətlərinin gələcəyindən ümidlidir: “Həqiqətən 45 günlük müharibə dönəmində Azərbaycan siyasi səhnəsi, elitası tam şəkildə vahid mövqedən çıxış etdi. Heç bir halda fərqli mövqe sərgilənmədi. Bir sözlə, vəziyyətdən sui-istifadə cəhdləri olmadı. Müxalifət birmənalı şəkildə Ordunun, iqtidarın və Ali Baş Komandanın yanında olduğunu sərgilədi. Hətta bəzi hallarda razı qalınmayan məqamlar olsa da, bu məsələ qabardılmadı. Vahid mövqedən çıxış edilməsi üçün müxalifət əlindən gələni etdi. Bu nüansın Prezident tərəfindən qeyd edilməsi önəmlidir. Düşünürəm ki, Vətən müharibəsi iqtidarla müxalifətin münasibətlərini yeni mərhələyə çıxardı. Müharibəyə qədər olan münasibətlər sistemi dəyişməli, daha sivil, daha demokratik çərçivələrə yönəlməli, iqtidar və müxalifət əl-ələ getməlidir. İndi bunun necə olacağını zaman göstərəcək. Bu bir çox hallarda münasibətlərin yenidən formalaşması iqtidardan və şəxsən Prezidentdən asılı olacaq. Ümid edirəm ki, yeni dönəm başlayacaq. Bu dönəmin daha gözəl, daha pozitiv olacağına inamım yüksəkdir. Nəhayət ki, Azərbaycan normal siyasi münasibətlər sisteminə qədəm qoyacaq. Düşmənçilikdən rəqabətə keçid dönəmi başlayacaq. Dövlət idarəçiliyində nəhayət müxalifət də protokola qəbul olunacaq”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Prezidentin dediklərini son bir ildə başlayan proseslərin davamı kimi qəbul edir: “Hesab edirəm ki, son bir il ərzində Prezident Administrasiyasında dəyişikliklər baş verəndən, siyasi partiyalarla əlaqələr şöbəsi yaradılandan sonra Ədalət Vəliyevin təşəbbüsü ilə doğrudan da siyasi partiyalarla isti münasibətlər formalaşmağa başladı. Dövlət siyasi partiyalarla əməkdaşlıq etmək niyyətində olduğunu bəyan etdi və siyasi partiyaların da böyük hissəsi bunu qəbul etdi. İndi formalaşan milli həmrəyliyin əsası əslində o vaxtdan qoyulmuşdu. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə iqtidar-müxalifət söhbəti olmadığı kimi bundan sonra ölkəmizin gələcəyi ilə əlaqədar məsələlərdə nə qədər ki, bu problem həll olunmayıb, milli məsələlərdə bir dəyişiklik olmayacaq. Bundan sonra da siyasi partiyalar Prezidentin torpaqlarımızın işğaldan azad edilməsi planını dəstəkləyəcək. Məsələlərə bu yöndə yanaşmaq lazımdır. Əgər siyasi partiyalar Prezidenti, Ali Baş Komandanı bu məsələlərdə dəstəkləyirsə, onlara yönəlik bu cür münasibət sərgilənməsini təbii hesab edirəm. Bəli, İlham Əliyev cənabları çox düzgün vurğuladı, siyasi partiyaların mövqeyini çox düzgün qiymətləndirdi. Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar. Gələcəkdə azad edilmiş ərazilərimizin bərpası işləri başa çatandan, o cümlədən siyasi islahatlar prosesi sürətlə davam edəndən sonra münasibətlər daha da yaxşılaşacaq. Gələcəkdə cəmiyyətdə qarışıqlı anlaşma, bir-birinin mövqeyinə hörmətlə yanaşma münasibətləri formalaşacaq. Buna çox ümid edirəm. Bunun da Azərbaycan dövlətinin inkişafı üçün çox mühüm əhəmiyyəti olacaq”.

VİP sədri Əli Əliyev: “Bu məsələni pozitiv hal kimi qəbul edirəm. Ümumiyyətlə, bu hal Azərbaycan siyasi praktikasının son illəri üçün xarakterik deyil. Bu bir yenilikdir. Ölkə müxalifəti bu proseslərin gedişində yetkinlik nümayiş etdirərək iqtidara, müharibə edən, cavabdehlik daşıyan tərəfə tam dəstək verdi. Ancaq mənə elə gəlir ki. bu dəstək və sayğı qarışıqlı olmalıdır. Məsələn, hesab edirəm ki, gecə imzalanan sənədi partiyalarla, sabahkı iqtidarla müzakirə etmək zərurəti var idi. Düşünürəm ki, Prezidentin ifadə etdiyi fikir Azərbaycan müxalifətinin əlli partiyasının göstərdiyi nümunəyə görə idi. Müxalifətin mövqeyi həm də cəmiyyətin bütövlüyünü ifadə etdi. Prezident bunu qeyd edərək, olan faktın altını cızdı. Sənədlə bağlı ümumi məsləhətləşmələrin aparılmasının ümumi işimizə ancaq xeyri olardı”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Paşinyandan ağrılı HƏMLƏ – Sıra daşnaklara ÇATDI
Bu gün, 08:22
Polşa Aİ yolunda maneəyə çevrilir... - KİV
Bu gün, 07:42
Hakimlərin ELEKTRON MƏHKƏMƏ fırıldağı... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 07:26
Azər Məmmədovdan yeni İXTİSAR DALĞASI - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:18
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib - FOTO
Bu gün, 07:10
Krım üçün 100 il sonra gələn təhlükə... - TƏFƏRRÜAT
Bu gün, 07:03
İcra başçısının səyyar görüşündə gərgin anlar - “Bu, narkomandır”
Bu gün, 07:01
Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?
Bu gün, 06:56
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru