Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                 

“Hazırda kritik günləri, bəlkə də saatları yaşayırıq” - Sülhəddin Əkbər
Tarix: 6-11-2020, 08:58 | Çap et
 “Hazırda kritik günləri, bəlkə də saatları yaşayırıq”
Qarabağda gedən Vətən müharibəsinin möhtəşəm 40 gününü geridə qoyduq. Hər anı, hər saniyəsi bir tarix, bir dastan, hər günü bir başqa həyəcan olan bu savaşın yaşatdığı qələbələr, sevinc göz yaşları bəzən bir yuxu kimi gəlir. Lakin 27 illik işğala son qoymaqda olan bu 40 günü bizə yaşadan Azərbaycanın cəsarətli oğullarının döyüş meydanındakı qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və peşəkar, yorulmaz, mobil komandasının diplomatik siyasətidir. O nöqteyi-nəzərdən bu möhtəşəm 40 günün memarlarının həyata keçirdiyi şərəfli mübarizə müasir dünya tarixinə yazılmaqdadır.

Ordumuzun hər gün daha da irəliləməsi, düşmənin 40 gün ərzində aldığı sarsıdıcı zərbələrdən taqətini tamamilə itirməsi, Ermənistanın rəhbərliyinin istər hüquqi, istərsə siyasi baxımdan məğlub vəziyyətə düşməsi bizi böyük qələbəyə yaxınlaşdırır. Geridə qalan bir ay 10 günə nəzər salanda da aydın şəkildə görmək olur ki, Azərbaycan Qarabağın işğaldan azad edilməsi istiqamətində möcüzəvi nəticələr əldə edib.

Düşmənin 1992-1993-cü illərdə, yəni iki ildən çox müddətdə, hələ kənar qüvvələrin dəstəyi sayəsində çox çətinliklə işğal etdiyi torpaqlarımızın bir qismini indi cəmi ay yarıma azad etməyə müvəffəq olmuşuq. Bu, Ordumuzun gücündən, qüdrətindən, tərəflərin hansının haqlı və əzmkar, istəkli olmasından irəli gəlir. Odur ki, sentyabrın 27-dən bu yana artıq 4 rayon - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 200-dək kəndimiz düşmən tapdağından azad olunub, ermənilərin hərbi texnikası əsasən məhv edilib, bir hissəsi qənimət götürülüb.

Paralel olaraq siyasət meydanında Azərbaycan tərəfi Ermənistanın belini qırıb. Təbii ki, burada Prezident İlham Əliyevin apardığı xarici siyasətin əhəmiyyətli təsirlərini vurğulamaq lazımdır. Dünyanın əksər ölkələri, həmçinin qonşu dövlətlər Azərbaycanın haqlı və beynəlxalq konvensiyalara uyğun apardığı müharibəni dəstəkləyir, heç bir bəhanə tapa bilmirlər. Prezident İlham Əliyevin də dediyi kimi, Ordumuz BMT-nin həyata keçirməli olduğu qətnamələri icra edir və artıq 2 qətnamə reallaşıb. Baxmayaraq ki, oktyabrın 10-da, sonra 18-də və 23-də humanitar atəşkəsə riayət edilməsi barədə razılıq əldə olunub. Lakin düşmən anlaşmaya bir saat belə əməl etməyib. Ermənilər nəinki atəşkəsi pozublar, hətta cəbhədən uzaq olan Gəncə və Bərdəni raketlə vuraraq dinc insanları, uşaqları öldürüblər. Biz isə işğalçı güclərə döyüş poliqonunda cavab veririk, xain terrorun qisasını alırıq, separatçı rejimin bütün qaniçən generallarını məhv etməklə gücümüzü nümayiş etdiririk. Təsadüfi deyil ki, Vətən müharibəsinin 40 gününün tamamında qondarma respublikanın “hökuməti” İrəvana köçməli olub, Laçın yolunu bağlamağa məcbur qalıblar.

Ali Baş Komandan isə 27 sentyabrdan verdiyi bəyanatın arxasında dayanmaqdadır - Ermənistan rəhbərliyi torpaqların boşaldılması barədə cədvəli təqdim etsin, günü bu gün hərbi əməliyyatları dayandırmağa hazırıq.

Vətən müharibəsinin 40 gününü bizimlə dəyərləndirən deputat Vahid Əhmədov bildirdi ki, görülən işlər həddən artıq böyükdür. V.Əhmədovun sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi altında şəhərlər, kəndlər, qəsəbələr azad edilib və yekun qələbəyə çox qalmayıb.

Deputatın fikrincə, çətinliklərin olması mümkündür, lakin Ordumuz tezliklə Laçın dəhlizi, Kəlbəcər yolu, Şuşa və Xankədini də işğaldan azad edəcək. “Bu 40 gündə əməliyyatların uğurla aparılmasında Ali Baş Komandan İlham Əliyevin xarici telekanallara verdiyi müsahibələrin böyük rolu oldu. Ali Baş Komandan bütün çıxışlarında qeyd etdi ki, işğalçı güclər bütün işğal edilmiş torpaqlardan çıxmalıdır, bu proses axıra qədər gedəcək və israrlı mövqeyini dünyaya nümayiş etdirdi. Eyni zamanda dövlət başçısı hər şeyi xalqla bölüşdü, dünyaya və cəmiyyətə ciddi mesajlar verdi” -, deyə V.Əhmədov möhtəşəm 40 günü belə qiymətləndirir.

Deputatın sözlərinə görə, Ermənistana kömək edən bəzi ölkələr var idi ki, Prezidentin açıqlamaları onları çəkinməyə vadar etdi: “İlham Əliyev yüksək səviyyəli lider olduğunu dünyaya bir daha nümayiş etdirdi. O baxımdan qələbələrimizdə onun müsahibələri rol oynadı. Bu, Vətən müharibəsidir və qısa müddətdə antiterror əməliyyatlarını uğurla başa çatdıracağıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin, igid əsgərlərimizi qorusun”.

V.Əhmədov qeyd etdi ki, bu 40 gün ərzində Azərbaycana siyasi-mənəvi dəstəyi verən ölkələri də unutmaq olmaz: “Birinci növbədə Türkiyəni söyləməliyik. Qardaş ölkənin prezidenti hörmətli Ərdoğan, xarici işlərt naziri Çavuşoğlu, müdafiə naziri Akar və bütün türk xalqı yanımızdadır. Eyni zamanda Pakistan xalqı və baş naziri İmran Xan da bizim haqq işimizə dəstək verir və bu da bizi ruhlandırır. Bütün bunlar Prezidentin apardığı xarici siyasətin nəticələridir”.

Deputat bununla belə, ölkə rəhbərinin üç dəfə humanistlik edərək atəşkəsə getdiyini, amma ermənilərin əməl etmədiyini xatırlatdı. “Ermənistan hər üç humanitar atəşkəs razılaşmasını pozdu, mülki əhalini hədəfə aldı, Gəncə, Bərdə, Mingəçevir bombalandı. Bu, onların vəhşi xislətidir. Başa düşürlər ki, müharibəni uduzurlar, oan görə sivil əhaliyə bombalar yağdırırlar. Ən əsası son hadisələr göstərir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistanın dövlət kimi bölgədə qalması sual altına düşəcək. Regionda ciddi hadisələr baş verir, qonşu ölkələrin münasibətlərində yeni baxışlar var və Ermənistanın həm iqtisadi, həm siyasi vəziyyətinin ağırlaşması onun dövlət kimi varlığını sual altına qoyacaq” -, deyə deputat bildirib.

Deputat Asim Mollazadə də qeyd etdi ki, Azərbaycan Silahlı Qüvvələri cəsarətli hərbçilərimiz və müasir hərbi texnologiyalarla öz torpaqlarını azad etməkdədir: “Bu gün Ordumuz beynəlxalq təşkilatların funksiyalarını öz üzərinə götürüb, BMT qətnamələrinin bir neçəsi icra olunub. Həmçinin Minsk Qrupunun Ermənistanı sülhə məcbur etməsi üçün böyük uğurlar qazanılıb”.

A.Mollazadə hesab edir ki, Ali Baş Komandanın Ordunun idarə olunmasında, xarici siyasətdə, dünyaya həqiqətləri çatdırmaqda göstərdiyi fəaliyyət xüsusi qeyd olunmalıdır. Deputat inanır ki, hərbi əməliyyatlar tezliklə Azərbaycanın qələbəsi ilə yekunlaşacaq və işğal edilmiş bütün ərazilərimiz azad olunacaq.

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər qəzetimizə bildirdi ki, 40 gün sonra müharibə həlledici mərhələyə daxil olub. Onun sözlərinə görə, bütün proseslər bundan sonra nələr baş verəcəyindən asılıdır. S.Əkbərin fikrincə, hazırda kritik günləri, bəlkə də saatları yaşayırıq: “Ordumuz artıq Laçın dəhlizinə və Şuşaya dayanıb, əməliyyatlar bu istiqamətdə gedir. Bu kritik dönəmi uğurla başa vursaq, ermənilər üçün sınma anı ola bilər”.

Qeyd edək ki, ukraynalı bloger Mixail Onufriyenko Azərbaycan Ordusunun üstünlüyünü vurğulayıb: “40 minlik Ermənistan ordusu havada, canlı qüvvədə və texnikada üstünlüyə malik olan Azərbaycanın 250 minlik Ordusuna qarşı döyüşür. Hərbi əməliyyatlar eyni templə davam edərsə, erməni əsgərləri bitəcək və Azərbaycan axır ki, Qarabağı alacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru