BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                     Erməni nazir Əlixanova yazdı .....                 

"Mənim o zaman da onlara iradım o idi ki..." - AKTUAL
Tarix: 3-11-2020, 08:20 | Çap et
"Mənim o zaman da onlara iradım o idi ki..."
Məlum olduğu kimi, Azərbaycan hökumətinin dəvətindən sonra bölgəyə gələrək vəziyyəti yerində izləyən “Amnesty International” və “Human Rights Watch” təşkilatları Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi. Təşkilatların yaydıqları açıqlamalarda klaster silahlardan istifadəni qadağan edən konvensiyaya istinad edilərək bildirildi ki, Ermənistan silahlı qüvvələrinin bu qadağanı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər yaralanıb. Eyni zamanda bu təşkilatların mütəxəssisləri şəhərə erməni qüvvələri tərəfindən atılan raketin markası, texniki göstəriciləri barədə detallı məlumatlar verdilər.

Onu da qeyd edək ki, bu, Azərbaycanın haqq savaşının və Ermənistanın terrorist mahiyyətinin dünyaya çatdırılması üçün mühüm hadisə olsa da, bəyanatda əksini tapmayan xeyli həqiqətlər də var. “Yeni Müsavat” olaraq bu təşkilatlarla mütəmadi əlaqədə olan QHT rəhbərləri ilə “Amnesty International” və “Human Rights Watch”un son fəaliyyətini dəyərləndirməyə çalışdıq.

Novella Cəfəroğlu: “Daha yaxşı olardı ki, artıq Qarabağ məsələsini qaldırsınlar, Qarabağın işğalı, milyonlarla insanın haqlarının pozulması haqqında danışsınlar”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, beynəlxalq təşkilatların bu məsələyə reaksiyası hər zaman tələb edilirdi: “Mən hələ bu bəyanat verilməmişdən öncə də, müsahibələrimdə demişdim ki, niyə Ermənistan bizim mülki əhalimizi öldürəndə ”Amnesty İnternational" və “Human Rights Watch” insan haqları məsələsini “yadından çıxarır”. Bu təşkilatlar hansısa siyasi səbəbdən həbs olan adamın işini qabardır, Azərbaycanı anti-demokratik dövlət kimi göstərirdilər. Ancaq bu məsələdə səslərini çıxarmırdılar. Sonradan gəlib özləri də gördülər ki, artıq Azərbaycanda Ermənistanın raket hücumları nəticəsində sivil insanlar öldürülür, insan haqları pozulur. Mənim o zaman da onlara iradım o idi ki, 1 milyon insanın öz torpağından qovulması insan haqları məsələsi deyilmi? Bir dəfə də olsun Ermənistan tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulması məsələsi qaldırılmırdı. Bu gün isə bu məsələni qaldırıblar ki, sivil insanlara atəş açılıb. Həm də elə bir silahlarla bu həyata keçirilib ki, həmin silahlardan istifadə bütün dünyada qadağan edilib. Ancaq daha yaxşı olardı ki, artıq Qarabağ məsələsini qaldırsınlar və bu haqda danışsınlar. Qarabağın işğalı, milyonlarla insanın haqlarının pozulması haqqında danışmalıdırlar. Hazırda 1 milyona yaxın məcburi köçkün var. Onlar böyük bir qətnamə qəbul etməlidirlər. Niyə bütün dünyaya car çəkmirlər ki, bu insanlar öz torpaqlarına qayıtmalıdırlar".

N.Cəfəroğlunun sözlərinə görə, bu təşkilatların bəyan etmədiyi bir çox faktlar da var ki, birbaşa insan hüquqlarının, humanitar hüququn pozulmasıdır: “Minnətdarıq ki, onlar Gəncədə və Bərdədə, digər bölgələrdə sivil insanların öldürülməsi ilə bağlı faktları açıqladılar, məsələ qaldırdılar. Bəs Qarabağa köçməyi, məcburi köçkünlərin öz torpaqlarına getməsini niyə qaldırmırlar? Niyə məsələ qaldırmırlar ki, həmin torpaqları hazırda cavanlarımızın şəhid olması hesabına alırıq. Bu qədər gənclərimizi itiririk. Bu, insan haqları deyilmi? Bəyanat versinlər ki, Azərbaycan torpaqları zorakılıq yolu ilə işğal edilib, hazırda Azərbaycana qarşı terroristlər döyüşür. Bu da onların səlahiyyətinə düşür”.

QHT rəhbərinin sözlərinə görə, növbəti mərhələdə Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv işləmək vacibdir: “Bu müddət ərzində həm də onu gördük ki, Avropa ittifaqı dövlətləri bizə qarşı çox laqeyd, qərəzli münasibət bəslədilər. Ən çox da Fransa qərəzli də yox, düşmən mövqeyində dayandı və ermənilərin tərəfini tutdu. Biz Avropa dövlətləri ilə daha çox çalışmalıyıq. Qərb donor təşkilatları ölkəmizə gələndə biz onlarla bu sahədə çox faydalı işləyirdik, onları qaçqınlarımızın yaşadığı ərazilərə aparırdı, öz gözləri ilə görürdülər ki, hansı vəziyyətdə yaşayırlar. Daha sonra gedib bu haqda yazırdılar. Onların hamısının ölkədən çıxarılması bizim işimizə də təsir etdi. В«National Democratic İnstituteВ»un (NDI) Azərbaycan bölməsi Ermənistan və Gürcüstan bölməsindən də daha güclü işləyirdi. Bizim hökumətə də normal münasibətləri var idi. NDI rəhbəri Madlen Olbrayt Azərbaycana gələndə bizim prezidentlə də görüşmüşdü. O zaman Amerikada Milli Demokratiya İnstitutunda elə adamlar var idi ki, onlarla işləmək mümkün idi. Biz istəsək də, istəməsək də bu mühitdə yaşayırıq. Müharibədə bizə qarşı olan laqeydliyin bir səbəbi də o idi ki, o institutların heç biri illərdir Azərbaycana gəlib getmir. Vətəndaş cəmiyyəti olaraq bizim o dövlətlərlə, beynəlxalq təşkilatlarla əlaqələrimiz kəsildi. Tədricən bu əlaqələri bərpa etməliyik”..

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də “Yeni Müsavat”a açıqlamasında sözügedən təşkilatların budəfəki fəaliyyəti ilə bağlı pozitiv fikirlər səsləndirdi: “Çox təəssüf ki, onlar ilkin olaraq Dağlıq Qarabağda, işğal olunmuş ərazilərdə olmuşdular, mən bilmirəm ki, kimin dəvəti ilə getmişdilər. O zaman da öz bəyanatlarını verdilər, lakin əks tərəfin, yəni bizim mövqeyimizi aydınlaşdırmamışdılar. İstənilən hesabat hazırlananda əks tərəfin də mövqeyi orada öz ifadəsini tapmalıdır. Eyni zamanda bütün beynəlxalq KİV-də Azərbaycanın da tamamilə döyüş bölgəsindən kənar olan, dinc yaşayış məskənlərinin, şəhərlərin raketlərlə atəşə tutulması haqqında məlumatlar gedirdi. Həmin təşkilatlar bu məsələyə də dərhal öz münasibətlərini bildirməli idilər. Son nəticədə əsas odur ki, onlar Azərbaycan tərəfindən dəvət olundular, prosesə başladılar və əsas etibarilə bir obyektiv rəy ortaya qoydular. Təsdiq etdilər ki, Ermənistan tərəfindən beynəlxalq müharibə qaydalarının və humanitar hüququn pozulması ilə qadağan edilmiş silahlardan, kasetli bombalardan istifadə olunub. Bu obyektiv bir nəticədir”.

Ə.Nuriyev hesab edir ki, bu proses daha geniş miqyasda davam etməlidir: “Humanitar atəşkəsin pozulması ilə bağlı erməni tərəfinin atdığı addımlar da müharibə qaydalarının pozulması deməkdir. Mülki obyektlərin atəşə tutulması, qeyri-legitim hədəflərə Ermənistan silahlı qüvvələrinin hücum etməsi diqqətə alınmalıdır. Həmçinin işğal olunmuş ərazilərdə ermənilər tərəfindən qanunsuz olaraq məskunlaşmanın aparılması ilə bağlı Ermənistan tərəfindən atılan addımlar - bunlar da beynəlxalq hüququn pozulması ilə bağlı olan məsələdir. Həmin ərazilərdə torpaqlar yandırılıb, bütün mülkiyyət məhv edilib, Azərbaycan ərazisinin yeraltı sərvətləri qanunsuz istismar edilib. Bu məsələlərə də gələcəkdə münasibət bildirilməlidir. Ermənistan tərəfdə muzdluların iştirakı, başqa bir ölkənin silahlı qüvvələrinin onların tərəfində tam iştirakı baş verir. Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhəboyu savaşda iştirakı da müharibə qaydalarının pozulmasıdır, müharibə cinayətləridir. ”Amnesty İnternational" və “Human Rights Watch”la bu məsələdə əməkdaşlıq etmək çox vacibdir. Vətəndaş cəmiyyəti olaraq bzim də yaxından əməkdaşlığımız çox vacib məsələdir. Həmçinin dövlət platforması çərçivəsində Gəncənin atəşə tutulması ilə bağlı biz də bəyanatlarımızı “Amnesty İnternational”a və bir çox beynəlxalq təşkilatlara göndərmişdik. Qadağan olunmuş fosfor maddələrindən istifadə edilməsi, Azərbaycan ərazisinin ekoloji fəlakət həddinə çatdırılması ilə bağlı məsələlər beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyasının, Haaqa Konvensiyasının pozulması deməkdir. Mədəni sərvətlərin məhv edilməsi, Zəngilanda Azərbaycan məscidində donuz saxlanılması, yaşamaq hüququndan tutmuş mülkiyyət hüququnun məhv edilməsinə qədər azərbaycanlıların bütün hüquqları pozulub. Ümid etmək istəyirik ki, digər insan hüquqları təşkilatları da məsələyə daha obyektiv yanaşmağa başlayacaqlar. Çünki hər şey göz qabağındadır. Biz media da, hökumət qurumları da, vətəndaş cəmiyyəti də beynəlxalq qurumlarla yaxından əməkdaşlığı genişləndirməliyik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Brüsselin dərin legitimlik böhranı ondadır ki... - İNCƏLƏMƏ
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru