Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                     "Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." .....                     Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! .....                     Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü .....                     MTN generalı azadlığa çıxdı .....                 

“Yaxın günlərdə Şuşada və Xankəndində də Azərbaycan bayrağını asacağıq” - deputat
Tarix: 31-10-2020, 09:13 | Çap et
“Yaxın günlərdə Şuşada və Xankəndində də Azərbaycan bayrağını asacağıq”
Azərbaycan Ordusunun Qarabağda zəfər yürüşü davam edir. Düşmən Azərbaycan ərazilərindən qovulur və məğlubiyyətinin əvəzini şəhərlərimizi, mülki vətəndaşlarımızı raket atəşinə tutmaqla çıxmağa çalışır. Eyni zamanda, Azərbaycanı dayandırmaq üçün sülh çağırışları eşidilir. Ancaq ermənilər də, nəhayət, başa düşüblər ki, Azərbaycan dayanmayacaq və beynəlxalq hüququn tələblərinə uyğun olaraq, öz ərazi bütövlüyünü tam bərpa edəcək.

“AzPolitika.info” Qarabağ cəbhəsindəki durum və münaqişə ətrafındakı siyasi proseslərlə bağlı millət vəkili Vahid Əhmədovla söhbətləşib.

- Vahid müəllim, Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi üçün apardığı anti-terror əməliyyatları davam edir. Hazırda cəbhədə müşahidə olunan vəziyyəti necə qiymətləndirirsiniz?

- Əvvəlcə xatırladım ki, biz oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümünü qeyd etdik. Mən bu münasibətlə Türk millətini təbrik edirəm.

Artıq ikinci aya keçir ki, Azərbaycan Ordusu 30 ildir işğal altında olan ərazilərimizi azad edir, ölüm-dirim savaşı aparır. Həm Azərbaycan Ordusu, həm də Ali Baş Komandan çox böyük qətiyyət nümayiş etdirir. Faktiki olaraq, ərazilərimizin bir hissəsini işğaldan azad etmişik. Qələbə gününə çox qalmayıb. Yaxın günlərdə Şuşa və Xankəndində də Azərbaycan bayrağını asacağıq! Həm hərbi, həm də siyasi arenada Azərbaycan böyük uğurlar əldə edib.

Azərbaycan dövlət başçısı xarici mediaya verdiyi müsahibələrdə çox ciddi məqamlara toxundu, xalqımızın ürəyindən keçənləri dilə gətirdi, əhalimizlə sıx təmasda oldu, lazım olan informasiyaları həm xalqımıza, həm də xarici auditoriyaya çatdırdı. Dünya da anladı ki, Azərbaycan sülhsevər dövlətdir. Cəbhədə 3 dəfə humanitar atəşkəs elan olundu, amma hər üçündə də düşmən bunu pozdu. Gəncədə və Bərdədə mülki əhalimizə qarşı məlum hücumlar oldu, çoxlu sayda dinc vətəndaşımız öldü və yaralandı. Dövlət başçısı dünyaya sübut etdi ki, Azərbaycan sivil, sülhpərvər dövlətdir, müharibə etmək istəmir, amma ermənilərin hərəkətləri bizi hərbi addımlar atmağa məcbur edib. Onlar vaxtında torpaqları boşaltsaydılar, ərazi bütövlüyümüz təmin edilsəydi, bu gün müşahidə edilən vəziyyət ortaya çıxmazdı.

Azərbaycan əsgəri, xalqımız, hər kəs Ali Baş Komandanın ətrafında sıx birləşib. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökumət təşkilatları bəyanat verərək Ali Baş Komandanı dəstəklədiklərini elan ediblər. Azərbaycan indi vahid orqanizmdir, yekdil qüvvə kimi fəaliyyət göstərir. Hesab edirəm ki, Azərbaycan müharbəni faktiki olaraq udub.

Bu münaqişənin həllinə görə öz üzərinə məsuliyyət götürən dövlətlərə gəlincə, cənab Prezidentin çıxışında dediyi kimi, Minsk Qrupunun həmsədrləri həmişə Ermənistana kömək edib, onun mənafelərinə xidmət ediblər. Bir tərəfdən “atəşkəs” deyirlər, bir tərəfdən də erməniyə silah verirlər. Bu halda hansı vasitəçilikdən, ədalətdən söhbət gedə bilər?

- Daha konkret danışsaq, Ermənistana silah-sursat ötürülməsi kimlərin marağındadır və nəyə xidmət edir?

- Mən Rusiyadan Ermənistana silah-sursat ötürülməsini çox pis qiymətləndirirəm. İş o yerə çatdı ki, hər zaman çox təmkinli davranan və diplomatik normalara riayət edən Azərbaycanın dövlət başçısı bu məsələləri açıb ortaya qoydu. Hər kəsə məlumdur ki, Rusiyanın Ermənistanda - Gümrüdə hərbi bazası, 5 minə yaxın hərbi qulluqçusu var. Oradan Ermənistana, Ermənistandan isə Dağlıq Qarabağdakı separatçılara silah-sursat ötürülür. Bu, qəbuledilməzdir və vasitəçilik funksiyası yerinə yetirən ölkənin missiyasına uyğun olmayan bir addımdır. Əslində, biz öncədən də bilirdik ki, Fransa və digər ölkələr Ermənistana yardım edir, dəstək göstərir.

Mən bu məsələdə həmsədr ölkələrdən Amerikanın mövqeyini daha ədalətli sayıram. ABŞ bu məsələyə o qədər də qarışmadı, hətta prezident Tramp bir dəfə qeyd etdi ki, üçüncü dövlətlərin bu prosesə qarışması arzuedilən deyil.

- Siz indiki mərhələdə danışıqlar prosesinin bərpasına, hansısa razılıq əldə edilməsi məsələsinə necə yanaşırsınız?

- Mən anlayıram ki, müharibənin sonunda sülh danışıqları olacaq. Amma bu, o zaman olacaq ki, biz ərazi bütövlüyümüzü tam təmin edəcəyik. Bundan sonra danışıqlar ola bilər. Ərazimiz son metrə qədər nankorlardan azad edildikdən sonra bu məsələ gündəmə gələ bilər.

Amma cənab Prezidentin dediyi kimi, artıq status-kvo mövcud deyil. Bunu Azərbaycan pozub, düz də edib. 30 il danışıqlar aparan Minsk Qrupu hər hansı bir nəticəyə gələ bilməyib. Azərbaycan Ordusu isə 32-33 günə bəlli nəticələr əldə edə bilib.

- Hazırda keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində də döyüşlər gedir. Sizcə, muxtariyyət məsələsi gündəmdə qala bilərmi?

- Mən Qarabağda erməni toplumuna hər hansı bir muxtariyyət verilməsinin tərəfdarı deyiləm. Onlara ümumiyyətlə muxtariyyət düşmür. Əgər, uzun illər Azərbaycan xalqının, əsgərinin qanına susayırlarsa, əgər cəbhə xəttindən uzaqda yerləşən Gəncədə, Tərtərdə, Bərdədə günahsız mülki insanlar bombalanırsa, körpə uşaqlar qətlə yetirilirsə, hansı muxtariyyətdən söhbət gedə bilər? Onlara heç bir muxtariyyət verilə bilməz. Azərbaycanda onlarla etnik qruplar yaşayır. Onlar bizim vətəndaşlarımızdır və normal da yaşayırlar. Kim bizim ölkədə yaşamaq istəyirsə, bizim qanunlara uyğun yaşasın, bunu arzu etməyənlər Azərbaycana lazım olmayanlardır. Bir sözlə, mən qəti olaraq muxtariyyətin əleyhinəyəm.

- Bəzən iddia edilir ki, Azərbaycan Ordusunun Xankəndinə daxil olması “beynəlxalq rezonans”a səbəb ola bilər. Bunu nə dərəcədə ciddiyyə almaq olar?

- Nə beynəlxalq rezonans? Bunların hamısı bizim qanuni ərazilərimizdir. Biz öz ərazimizdə anti-terror əməliyyatı keçiririk. Hazırda Dağlıq Qarabağda olanların 90 faizi terrorçular, narkomanlar, cinayətkarlardır. Onların bir çoxu Suriya, Livan və digər ölkələrdən gətiriliblər. Orada hansı mülki əhalidən söhbət gedə bilər, mən belə iddiaları anlamır və qəbul etmirəm. Xankəndi, Kəlbəcər, Şuşa, Laçın bizim əsas məsələlərimizdir. Cənab Prezident də açıq elan etdi ki, Şuşasız bu işlər yarımçıq olar. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, tarixi mərkəzlərindən biridir. Azərbaycanın orada qədim və əhəmiyyətli tarixi abidələri var. Bunların hamısı Azərbaycan torpağıdır və sabah da bizim torpaqlarımız olacaq. Bu, birmənalıdır.

- Vahid müəllim, necə düşünürsünüz, müharibə uzun müddət davam edəcək, yoxsa ordumuz yaxın vaxtda öz şərəfli missiyasını başa çatdıracaq?

- Mən inanmıram ki, müharibə uzun müddət davam etsin. Təəssüflər olsun ki, hər gün bizi sülhə dəvət edən ATƏT-in Minsk Qrupu Ermənistana qarşı təzyiq rıçaqlarını işə salmır. Bu, qəbuledilməzdir. Azərbaycana mənəvi dəstək verən, siyasi dəstəyini hər gün təkrarlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə açıq dedi ki, Azərbaycana qarşı hədələr olarsa, bizi qarşılarında görəcəklər. Artıq dünya düzəni dəyişib. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir və bunu hərb meydanında nümayiş etdirir. Xalqımız israrlıdır və birmənalı olaraq Ali Baş Komandanı dəstəkləyir. Biz sona qədər gedəcəyik və torpaqlarımızı azad edəcəyik.

- Sizcə, Rusiya hansısa mərhələdə prosesə müdaxilə edə bilərmi?

- Rusiyanın müdaxiləsi necə, nəyin əsasında ola bilər? Açığını deyim ki, rus eksperlər də bəzən belə mövzulara toxunur. İki gün əvvəl Jirinovski də sərsəmlədi. Ancaq Rusiya müdaxilə edə bilməz, çünki biz Ermənistan ərazisində müharibə aparmırıq. Azərbaycan öz ərazisində Vətən Müharibəsi aparır, torpaqlarını işğalçılardan azad edir. Biz hələ Ermənistan ərazisinə raket atmamışıq, amma atmaq hüququmuz var. Çünki Gəncə, Mingəçevir, Bərdə raket atəşinə məruz qalıb, dinc insanlar həlak olub. Özü də Gəncə və Mingəçevir məhz Ermənistan ərazisindən atəşə tutulub. Lakin cənab Prezident humanistlik nümayiş etdirərək belə addımlara getmir. Biz yalnız öz torpaqlarımızda olan hərbi hədəflərə zərbələr endiririk. Odur ki, Rusiyanın prosesə müdaxiləsi qeyri-mümkündür. Amma belə bir ssenari baş verərsə, bu, çox ciddi problem yarada bilər. Bu zaman bizə yaxın olan dövlətlər də prosesə müdaxilə edə bilər.

- Sizcə, resurs və imkanları bəlli olan Ermənistan Ordumuz qarşısında nə qədər tab gətirə bilər?

- Bu gün döyüş meydanında Ermənistan təxminən 2,5 milyard dollar dəyərində texnika itirib. Hansı kənd, qəsəbə, şəhər alınıbsa, orada texnikanı qoyub qaçıblar. Yüzlərlə tank məhv edilib, 60-dan çoxunu qənimət kimi əldə etmişik. Digər silah-sursat, texnika, SU-25 qırıcıları məhv edilib. Bunlar Su-25-i haradan alırlar, bəyəm onların pulu var? Hamısını onlara müftə veriblər. Bunu hər kəs bilir. Onların bu saat 8 milyard dollar xarici borcu var, istehsalat sıfır səviyyəsindədir, əhalisi acdır. Bəli, oliqarxları, diasporası var, yardım edirlər. Lakin müharibə aparmaq yardımla başa gələcək kampaniya deyil. Onlar artıq tükəniblər. Həm silah, həm ərzaq, həm də canlı qüvvə baxımından. Onların ən yaxşı variantı təslim olmaq, ağ bayraq qaldırmaq və geri çəkilməkdir. Əks təqdirdə cənab Prezidentin dediyi kimi, orada son əsgər qalana kimi hamısını məhv edəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
“Aztelekom” və “Azercell”də idarəetmədə nə baş verir? – Departament müavini niyə işdən çıxarılıb?
Bu gün, 09:17
"Azərbaycan Nəşriyyatı"nın zərəri 6 % çox artıb
Bu gün, 09:14
ABŞ Venesuelaya zəlzələnin nəticələrinin aradan qaldırılmasında kömək edəcək - Tramp
Bu gün, 08:59
Budaqov kəsmir... BUDAYIR! - "Amma obyekt tikəndə yaşıl ağacları elə kəsirlər ki..."
Bu gün, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru