Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? .....                     Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər .....                     Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib .....                     BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! .....                     Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq .....                     BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq .....                     Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? .....                     Şimal-qərb küləyi əsəcək .....                     Paşinyan Putin, Japarov və Tokayevə: .....                     Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi .....                     Azərbaycanlı müəllim qapalı məhkəmədən .....                     Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: .....                     "O gecə Eldar Mahmudov da evinə getmir..." .....                     Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar .....                     "Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına .....                     "14 gündür hər gün yazıram... yola verirlər...." .....                     “Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs .....                     Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! .....                     Moskvanı Tramp bombaladıb? .....                     Türkiyə millisi son oyuna çıxır .....                     Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib .....                     İran gələcək münaqişənin toxumunu səpir .....                     SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri .....                     Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı .....                     “AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb .....                     İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub .....                     İrəvanda qondarma rejimin "bayrağı" söküldü .....                     "Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı .....                     "Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı .....                     “Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” .....                     Krım... .....                     Ermənistan KTMT ilə bağlı qərarını verməlidir .....                     Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır .....                     Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB .....                     Bakıda daş karxanasında .....                     FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! .....                     Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? .....                     Rusiyadan İrəvana yeni təhdidlər .....                     “Qarabağ”dan 2.7 milyonluq transfer .....                 

“Əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək” - deputat
Tarix: 22-10-2020, 09:15 | Çap et
“Əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək”
Qəhrəman Ordumuzun işğal altındakı ərazilərimizi azadetmə əməliyyatı davam edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb. Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub.

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib. “Report” “Novosti Armeniya” istinadən xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb. Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə Ermənistan tərəfinə 1500 hərbçinin meyitini təhvil verib. Ordu.az “Aysor.am”a istinadən xəbər verir ki, meyit kisələri məhkəmə-tibbi ekspertizası bürosuna təqdim edilib. Bu fakt bir daha onu göstərir ki, Ermənistanın döyüşlərdə verdiyi itkilərin sayı bu ölkənin rəsmi açıqladığı rəqəmlərdən çoxdur.

Xatırladaq ki, Azərbaycan və Ermənistan meyitlərin, əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəslə bağlı razılığa gəlib.

Moskva və Parisin vasitəçiliyi əsasında humanitar atəşkəslə bağlı razılığa gəlinməsinə baxmayaraq, işğalçı Ermənistan alçaq əməllərindən əl çəkmir. Nikol Paşinyan danışıqlara hazır olduğunu iddia etsə də, onun əməlləri bunun əksini deməyə əsas verir. Üstəlik, Qarabağdakı terrorçular da danışıq adı altında yarana biləcək fasilədən istifadə edib toparlanmağa çalışırlar.

Azərbaycan Ordusunun sarsıdıcı zərbələrindən sonra çaşqın vəziyyətə düşən Qarabağdakı terrorçu rejimin üzdəniraq liderləri iki gündür ki, Ermənistanda görüşlər keçirir, vəziyyətdən çıxış yolları arayırlar. “Yeni Müsavat” bununla bağlı erməni mediasına istinadən xəbər verir. Bako Saakyan və Arkadiya Qukasyanın İrəvanda döymədikləri qapı qalmayıb. Keçmiş prezident Levon Ter-Petrosyan və baş nazir Nikol Paşinyanla görüşün ardınca onlar Qarabağ klanının təmsilçisi Robert Köçəryanla bir araya gəliblər. Görüş cinayətkar eks-prezidentin ofisində baş tutub. Ofis rəhbəri Viktopr Soqomonyan deyib ki, görüş təklifi Saakyan və Qukasyandan gəlib. Onlar Qarabağdakı vəziyyəti müzakirə ediblər, ancaq mediaya əlavə məlumat açıqlanmayıb.

***

Oktyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. ABŞ-da Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü də planlaşdırılır. ABŞ görüşündən əvvəl C.Bayramov və Z.Mnatsakanyan Rusiya paytaxtına dəvət olunub.

Oktyabrın 21-də Moskvada işçi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

APA-nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, oktyabrın 21-də keçirilən görüşdə Dağlıq Qarabağ münaqişə bölgəsində atəşkəsə dair əvvəl əldə olunmuş razılaşmaların yerinə yetirilməsi ilə bağlı təxirəsalınmaz məsələlər və nizamlanma üçün dayanıqlı şərtlərin yaradılması müzakirə olunub.

Qeyd edək ki, S. Lavrovla Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında da oktyabrın 20-də Moskvada analoji görüş keçirilib.

Görünür, Azərbaycan Ordusunun bir-birinin ardınca işğaldakı ərazilərimizi azad etməsi böyük gücləri, aparıcı paytaxtları narahat edib. Davamlı şəkildə atəşkəsə əməl olunması barədə çağırış edənlər nədənsə işğalçı və terrorçu Ermənistana sanksiyalar tətbiq etmək haqda düşünmək belə istəmirlər. Belə olan təqdirdə haqlı olaraq narahatlıqlar ortaya çıxır ki, bu kimi danışıqlar təşəbbüsü Azərbaycanın “əl-qolunu bağlamaq”, işğala son qoyulması istiqamətində əks-hücum əməliyyatlarını dayandırmaq məqsədi güdə bilərmi? Doğrudur, Azərbaycan Prezidenti qəti mövqe ifadə edib və torpaqlarımızın işğalına qarşı əməliyyatların davam etdiriləcəyini bəyan edib və bildirib ki, heç bir qüvvə Azərbaycanı öz yolundan saxlaya bilməz. Amma ölkəmizə qarşı təzyiqlərin olduğu barədə vaxtaşırı rəsmi səviyyələrdə belə açıqlamalar verilir. Bu mənada hər kəsi düşündürən budur, hərbi əməliyyatlar Laçın, Şuşa, Kəlbəcər, Xankəndinin azadlığınadək davam etdiriləcəkmi?

Bu suallara cavab olaraq diqqətə çatdıraq ki, Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində prinsipial mövqeyini səsləndirərkən Azərbaycanın ürəyi olan Şuşaya xüsusi yer ayırmışdı. Sitat: “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Dövlət başçısı deyib ki, bundan əvvəlki dövrdə danışıqlar masasında bir çox məsələlər var idi. “Bəzi təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan bu beş rayonu alsın, bununla kifayətlənsin. Qalanlar da qalsın, yəni hər şeyi siz almaq istəyirsiniz, belə şey olmur, kompromis olmalıdır və sair. Ancaq mən heç vaxt buna getməmişəm. Beş rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən vaxta saxlayıb, məsələni bitmiş hesab etmək heç cür düzgün olmazdı. Ona görə müxtəlif mərhələlərdə vasitəçilər və bəzi beynəlxalq təşkilatlar təəccüb edirdilər ki, nə üçün İlham Əliyev buna razılaşmır. Axı ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan indi görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma mənim mövqeyim hər zaman belə olub ki, Şuşasız bizim işimiz yarımçıq olar”, - deyə dövlət başçısı vurğulayıb. Dövlət başçısı bildirib ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur: “Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”.

Dövlət başçımızın konkret mövqeyi bəllidir: ermənilər bütün torpaqlarımızı azad edəcəyi halda döyüşlər dayana bilər. Digər yandan isə Ordumuzun gücü bütün dünyanı heyrətləndirir, üstəlik, xalqımız bu prosesdə dövlətimizin dəstəkləyir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev xarici işlər nazirinin Vaşinqtona səfərindən gözləntilərdən bəhs edərkən deyib ki, atəşin dayandırılması üçün Azərbaycana ciddi təzyiq göstəriləcəyini düşünmür: “Ola bilsin ki, Lavrovun 5+2 prinsipi əsasında tənzimləmə planından kənara çıxmamaq tələb olunsun. Yəni 5 rayonu azad edin və dayanın. Qalan məsələlər danışıqlar yolu ilə həll olunsun. Bu isə bizi qətiyyən qane etmir. Prezident də söylədi ki, Şuşa işğaldan azad olunmasa bu problemin yarımçıq həlli olardı. Bundan başqa, Qarabağın zirvəsi və qüruru olan Kəlbəcəri, o cümlədən soyqırım qurbanlarının narahat ruhunu sakitləşdirmək və şad etmək üçün Xocalını döyüşlə azad etməliyik. Strateji əhəmiyyəti ilə yanaşı, bu bizim borcumuz və bir millət olaraq şərəf məsələmizdir. Beləliklə, 5 rayondan əlavə Kəlbəcəri, Şuşanı və Xocalını döyüşlə aldıqdan sonra xarici təzyiqlər çox güclü olarsa və bu müharibənin başqa dövlətlərin də qatılmasıyla daha geniş miqyas almasına yol aça bilərsə, atəşin dayandırılmasına razılaşıb digər məsələləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində danışıqlar yolu ilə həll edə bilərik. Əlbəttə, bu mənim minimum etməli olduqlarımıza dair mövqeyimdir və əminəm ki, Ali Baş Komandan torpaqlarımızın azadlığı üçün mümkün olan hər şeyi və daha artığını edəcək”. ABŞ-ın Azərbaycan hücumlarını dayandırmayacağı təqdirdə sanksiya tətbiq etmək ehtimalına gəldikdə, Q.Həsənquliyev bildirib ki, bu, bizi ciddi narahat etməməlidir: “Böyük dövlətlərin dünyanın nizamını pozması və istədikləri halda beynəlxalq hüquqa tüpürmələri adi haldır. Onlar bir dəfə işğalçıya kömək məqsədilə 1992-ci ildə bunu ediblər. Torpaqlarımızın azadlığı üçün öncə qeyd etdiyim minimal məqsədlərə çatmayana qədər hər cür təzyiqlərə və çətinliklərə hazır olmalıyıq, çünki biz işğala qarşı və milli qürurumuz üçün vuruşuruq”.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, işğalçı ölkə öz davranışları ilə etimadsızlıq mühiti yaradıb. Odur ki, cəzasını almalı, Şuşa, Laçın, Kəlbəcər, Xankəndi daxil olmaqla, bütün ərazilərin işğalından əl çəkməlidir. Yalnız bundan sonra baza prinsipləri ətrafında masada danışmaq olar: “Ermənistan tərəfi oktyabrin 10-da Rusiyanın vasitəçiliyinin köməyi ilə atəşkəs rejimininin bərpasını xahiş etdi. Rəsmi Bakı humanitar missiya üçün buna razılıq verdi. Amma İrəvan bunu 90-ci illərdə olduğu kimi hücum olaraq dəyərləndirdi və əks-hücuma keçdi. Nəticədə birinci atəşkəs rejimini pozdular. Demək, İrəvan bu atəşkəsdən meyitlərin götürülməsini deyil, əks-hücumla yeni mövqeləri ələ keçirməyi planlayıb. Nəticə bu oldu ki, Azərbaycan daha da işğalçıları ərazilərdən təmizləyir. Göründüyü kimi, Ermənistanın atəşkəs çağırışı öz avantürist planlarına əsaslanır. İkinci atəşkəs razılaşması da onlar tərəfdən sabotaj edildi. Çünki Ermənistan heç bir danışıqlarda maraqlı deyil. Əgər atəşkəs və danışıqlarda maraqlı olsaydılar, hücum etməzdilər və bu proseslər başlamazdı”.

M.Əsədullazadə qeyd etdi ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında mümkün danışıqlarda maraqlı deyil və İrəvanın hər hansı bir razılaşma bəndinə mane olur: “Çünki burada ilkin şərt Qarabağın ”müstəqilliyi" və Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsidir. Bunu da Azərbaycan heç vaxt qəbul edə bilməz. Bu münaqişənin diplomatik müstəvidə həlli mümkün deyil, yeganə çıxış yolu hərbi yoldur. Humanitar atəşkəsin tətbiq olunmasını Ermənistan yalvarışla istəmişdi, amma az sonra razılaşmanı pozdu. Azərbaycan erməni cəsədlərinin digər ərazidən düşmənə verə bilər. Çünki Azərbaycan ilk atəşi dayandıran kimi, ermənilər əks-hücuma keçib itirilmiş mövqeləri qaytarmağa cəhd edirlər. Ona görə ki, Ermənistan heç bir danışıq prosesində maraqlı deyil. Ermənistanın hücum strategiyası fiaskoya uğrayacaq və Moskvanın planları həyata keçməyəcək".

Politoloq əlavə etdi ki, Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın Moskvaya növbəti səfəri əsasən, bu ayın 23-dəVaşinqtonda ABŞ dövlət katibi M.Pompeonun vasitəçiliyi ilə Azərbaycan XİN rəhbər ilə birgə görüşdən əvvəl S. Lavrovdan təlimatlar almaq məqsədı daşıyırdı: “Bu illər ərzində Qərbdə aparılan Qarabağ danışıqları fonunda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən əvvəl, erməni nazir Moskvaya dəvət edilir və təlimatlandırılırdı. Rusiya narahatdır ki, Vaşinqtonda Ermənistan qoşunlarının çıxarılması və baza sənədlərinin qəbulu reallaşa bilər. Tərəfləri bir masada anlaşmaya gətirə bilməyən Moskva, Vaşinqtondakı müzakirələrin formatından tam arxayın olmaq istəyir. Ona görə də Lavrov-Mnatsakanyan görüşü əvvəlki qaydada deyil, tərəflər bir-birilərinin mövqeyini dəqiqləşdirmək üçün görüşür. Çünki iki tərəf arasında etimad mühiti əvvəlki qaydada deyil. İrəvan demək olar ki, Moskvadan əlini üzüb. Sadəcə, hazırda Mehri dəhlizini qorumaq üçün Rusiyanın çağırışlarına gedir və onun istəklərini qəbul etməyə məcburdur. Sergey Lavrovla Z.Mnatsakanyan görüşü Qarabağ məsələsində həlledici deyil”. Ekspert hesab edir ki, Moskva və Vaşinqton görüşləri Azərbaycanın hərbi əməliyyatlarının qarşısının alınması üçün ciddi bir proses deyil: “Azərbaycan Ordusunun qısa müddətdə Ermənistan qoşunlarını mühasirəyə alması reallaşa bilər. Ermənistan növbəti dəfə Moskvadan yardım istəyəcək. Azərbaycanın qısa müddətdə hərbi əməliyyatları bitirməsi mütləqdir. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da Vaşinqton görüşündən əvvəl Moskvaya dəvət edildi. Tərəflərə növbəti atəşkəs çağırısı ediləcək. Moskva çalışır ki, Vaşinqton görüşü qabağı əhəmiyyətli bir prosesə imza atsın. Amma bunu birtərəfli etdiyi üçün ciddi bir dönüş gözlənilmir. XİN rəhbərlərinin görüşü diplomatik danışıqlar olaraq ciddi bir razılıq olmayacaq. Atəşkəs üçün ilk növbədə ordu rəhbərliyi, yaxud ali baş komandanlar bir araya gəlir və ciddi danışıqlar aparılır. Hazırda uğurlu hərbi əməliyyatlar çərçivəsində bu kimi təmaslar Azərbaycan üçün diplomatik müstəvidə öz sözünü demək üçün bir platformadır. Rusiya əvvəlki mövqeyində qalacaq. S.Lavrov Ermənistanın maraqlarına uyğun bir plan ortaya qoyacaq və Moskva görüşü də uğursuz olacaq”.

Azərbaycan xalqı Ali Baş Komandanına və Ordusuna inanır. 30 ilə yaxındır mənasız, status-kvonun saxlanmasına xidmət edən danışıqlardan qurtulmağın alternativsiz yolu olan hərbi əməliyyatların davam etdirilməsini, Böyük Vətən müharibəsini israrla müdafiə etməkdədir.

Yazı çapa hazırlanarkən şimal və cənub cəbhəsində gərgin döyüşlər davam edirdi. Allah Ordumuza yar olsun!
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Bakının İrəvana şərtlərini niyə görməzdən gəlir? - ŞƏRH
Bu gün, 13:31
Kılıçdaroğlunun CHP-nin başına gətirilməsindən sonra ilk dəfə görüşdülər
Bu gün, 13:27
Türkiyədə Almaniyaya aid “Patriot” HHM sistemi yerləşdirilib - MN
Bu gün, 13:24
BU NƏDİ BELƏ: Aşağıda ixtisarlar gedir... Mərkəzi ofisdə daha bir qurum YARADILDI! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 13:20
Ermənistan hökumətinin tərkibində dəyişiklik olmayacaq - Paşinyan
Bu gün, 13:10
BDU-nun məzun gecəsi son anda ləğv edildi: 46 min manatlıq dələduzluq - BU NƏDİ BELƏ?
Bu gün, 13:05
Yevlaxda 69 yaşlı kişi həmkəndlisini niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 13:00
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Paşinyan Putin, Japarov və Tokayevə: - Belə qərar olar?
Bu gün, 12:52
Gəncə Beynalxalq Hava Limanının direktoru təqaüdə göndərildi - ƏMR
Bu gün, 12:52
Azərbaycanlı müəllim qapalı məhkəmədən İMTİNA ETDİ
Bu gün, 12:50
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: - Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Bu gün, 12:49
"O gecə Eldar Mahmudov da evinə getmir..." - Pərviz Həşimli azadlığa çıxan Elçin Quliyevdən yazdı…
Bu gün, 12:44
Novxanıda yarğanlar, Buzovnada "şlaqbaum"lar – çimərliklərdə nə baş verir?
Bu gün, 12:28
"Sea Breeze"dəki "Port d’Azur" layihəsini tikən şirkətin hesabına HƏBS QOYULDU
Bu gün, 12:25
"14 gündür hər gün yazıram... yola verirlər...." - GİLEY
Bu gün, 12:17
“Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur" deyən nazirə CAVAB: - "Nazir dövlətlə vətəndaş arasında UÇURUM YARADIR!"
Bu gün, 12:10
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxs şikayətini geri götürdü
Bu gün, 12:05
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Bu gün, 12:04
Moskvanı Tramp bombaladıb? - “Financial Times”
Bu gün, 12:02
Türkiyə millisi son oyuna çıxır - Baş məşqçi dəstək istədi
Bu gün, 11:56
Belarusdan Azərbaycana 42 ton ətdən hazırlanan un gətirilib
Bu gün, 11:52
İran gələcək münaqişənin toxumunu səpir - Qarqaş
Bu gün, 11:51
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Bu gün, 11:47
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı - Saffari yazır...
Bu gün, 11:45
“AFB Bank”ın filial müdiri 12 min “otkat” alıb - TƏFƏRRÜAT
Bu gün, 11:35
İçməli suyun məmur bağlarına və villalara yönləndirilməsi sakinləri susuz qoyub - ETİRAZ VAR...
Bu gün, 11:27
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bu gün, 11:25
"Arzum" ləqəbli tiktokerin məhkəməsi təxirə salındı
Bu gün, 11:20
"Rent a car"dan götürdüyü maşını narkotik çəkib sürdü, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:05
“Xüsusi karantin rejiminin müddətinin uzadılması təhlükəsizliklə bağlıdır” - deputat
Bu gün, 10:58
Krım... - Kreml üçün strateji yük
Bu gün, 10:54
Ermənistan KTMT ilə bağlı qərarını verməlidir - Vasilyevdən ÇAĞIRIŞ
Bu gün, 10:52
Gömrük Komitəsi vəzifəli şəxslərinə 181 min manatlıq geyim alır - DETALLAR
Bu gün, 10:49
Unicapital-ın Baş direktoru AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin sədri TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 10:45
Bakıda daş karxanasında ÖLÜM
Bu gün, 10:41
FHN Qaz İxrac İdarəsinin FƏALİYYƏTİNİ YOXLAMALIDIR! - İLGİNC FAKTLAR...
Bu gün, 10:37
Paşinyan yeni seçkilərə hazırlaşır: Kimləri neytrallaşdıracaq? - Görünəni odur ki...
Bu gün, 10:23
Rusiyadan İrəvana yeni təhdidlər - NƏ BAŞ VERİR?
Bu gün, 10:21
“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır
Bu gün, 10:13
"Müraciətlərimin cavabsız qalmayacağına inanıram..." - Mehriban Xanlarova
Bu gün, 10:12
Moskvanın 5 milyardlıq sərvəti Paşinyanın hədəfindədir! - Ermənistan KİV
Bu gün, 10:08
Keçmiş kürəkənini bel ilə döyərək ağır xəsarətlər yetirdi, 7 min manat xərcə düşdü – MƏHKƏMƏ
Bu gün, 10:05
MTN generalı azadlığa çıxdı - həbs müddətini günə-gün başa vurub
Bu gün, 10:03
Erməni nazir Əlixanova yazdı – “Xahiş edirəm, gəlməyimə icazə verin”
Bu gün, 10:02
41 min manatlıq borc mübahisəsi qanla bitdi: - Həmkəndlisini çayxana qarşısında ağır yaraladı
Bu gün, 09:44
Azərbaycan nefti 76 dollara ticarət olunur
Bu gün, 09:43
Təkcə yeməkxanaların icarəsindən aylıq 80 MİN MANAT! - YE Kİ YEYƏSƏN...
Bu gün, 09:42
İtinin itməsində ustanı günahlandırdı: - “Qapını açıq qoyub, iti Maştağada görüblər, hələ də axtarıram”
Bu gün, 09:21
Qız üstündə yaranan mübahisə: məktəbli özündən 7 yaş böyük olan şəxsə ağır xəsarət yetirdi - TƏFƏRRÜAT
Bu gün, 09:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru