Azərbaycanda 10 milyonluq şirkət .....                     Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı .....                     “NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... .....                     Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ .....                     “Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq .....                     Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi .....                     Saxta iş elanları: Qurbana çevrilməyin .....                     Praqmatizm və “kağız müharibəsi” .....                     Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı .....                     Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? .....                     “Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb .....                     Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır .....                     Pezeşkiandan ABŞ-a mesaj: .....                     Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: .....                     TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır .....                     Güney Qafqazda Rusiya - NATO toqquşması .....                     Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... .....                     Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi .....                     SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə .....                     Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı .....                     Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... .....                     “XAN” .....                     “İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib .....                     “Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? .....                     AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək .....                     Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib .....                     "Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı .....                     “Mado”da müştəriyə "tarakanlı" şorba verdilər .....                     "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? .....                     İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... .....                     Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir .....                     "Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ .....                     Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur .....                     ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT .....                     Nə Türkiyə... Nə də İsrail... .....                     Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI .....                     "DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." .....                     SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? .....                     Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... .....                 

“Onun fikirlərində həqiqətlər var” - Reaksiyalar
Tarix: 29-06-2018, 08:58 | Çap et
“Onun fikirlərində həqiqətlər var”
AŞ PA-nın yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun qeyri-hökumət təşkilatları barədə səsləndirdiyi bəzi fikirlər geniş müzakirələrə səbəb olub. Deputat bildirib ki, bəzi qeyri-hökumət təşkilatları müəyyən şəxslərin əlində oyuncağa çevrilib. Sitat: “Biz fərqindəyik ki, hətta QHT-lər bəzən o qədər aktivdirlər ki, insanlar onlara hökumətin özündən çox inanır.

Bəzi QHT-lər, xüsusilə də xaricdən maliyyələşənlər, hökuməti və ölkədəki mentaliteti dəyişmək istəyirlər. Onlar bəzi şəxslərin əlində oyuncağa çevrilib. Bunu Macarıstanda, Azərbaycanda görmək olar. Unutmamalıdırlar ki, xalq onlara inanır və onlar insanlar qarşısında məsuliyyət daşıyırlar. Bu problem Avropanın özündə də var. Böyük Britaniyada, Almaniyada da bunu görmək mümkündür”.

Dilarə Əliyeva adına qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Azərbaycanda xaricdən maliyyələşən QHT-lərin qalmadığını söylədi: “Xaricdən gələn qrantların qarşısı alınandan sonra QHT-lər maliyyələşə bilmirlər. Faktiki mövcud vəziyyət belədir. Hər kəsə məlumdur ki, son illərdə bizlər xidməti müqavilə ilə hissə-hissə qrantlar alırıq. Hesab edirəm ki, QHT-ləri bu günə qoymaq düzgün deyil. Çünki QHT-lər Azərbaycanın bütün bölgələrində işləyirdilər. Hökumətin qanunlarının hər birini xalqa çatdırırdılar. Bunun müqabilində QHT-ləri bu vəziyyətə salmaq doğru deyildi. QHT nə Amerikanın, nə də digər dairələrin təsiri altına düşməməlidir. Bəzən olur ki, hökumətin qərarlarından ucqar yerlərdə yaşayanların xəbəri olmur. Onu biz həmin yerlərə çatdırırıq. Hazırda mövcud olub, Azərbaycan əleyhinə fəaliyyət göstərən QHT-lərin olduğunu düşünmürəm. Çox güman ki, Səməd Seyidov Azərbaycandan gedib xaricdə fəaliyyət göstərən QHT-ləri nəzərdə tutub. Ölkə daxilində QHT-ləri çox sıxanda, onların düz danışmaqlarının qarşısı alınanda bu sahə inkişaf etməyəcək və nəticədə də xaricdəki qeyri-hökumət təşkilatları önə keçəcək. Nələrisə dəyişmək lazımdır. Əks halda, bu şəkildə davam edə bilməz. İstənilən halda xaricdən Azərbaycan əleyhinə fəaliyyət göstərməyin heç bir adı yoxdur. Ölkəmizdə tənqid səsləndirən, nəyin düzgün olub-olmadığını dilə gətirən QHT-lər az deyil. Bunun da olması normaldır. Amma xaricdən maliyyələşən QHT yoxdur”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bunları dedi: “Səməd Seyidovun nə dediyini ən yaxşı onun özü bilir. Amma onun fikirlərində həqiqətlər var ki, xaricdən qeyri-leqal yollarla maliyyələşən qurumlar var. Onlar daha çox Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmağa üstünlük verirlər. Əslində siyasi fəaliyyətlə siyasi partiyalar məşğul olmalıdır. Siyasi partiyalar və vətəndaş cəmiyyətinin fərqli missiyaları var. Bəzi QHT-lər və onların nümayəndələri Azərbaycanda var ki, məqsədləri hökuməti tənqid etmək deyil, hakimiyyəti dəyişməkdir. Hətta bəzi hallarda ölkəyə elə bir dəyərlər gətirmək istəyirlər ki, həmin dəyərlərin Azərbaycanda kökü ola bilməz. Bu dəyərlər bütövlükdə Azərbaycan xalqının baxışlarına ziddir. Amma xaricdən müəyyən qrantlar alan QHT-lərin hamısını ittiham etmək olmaz. Çünki elə qurumlar var ki, səmərəli şəkildə fəaliyyət göstərir, islahatlara dəstək xarakterli layihələr həyata keçirir, müsbət xarakterli proqramlar hazırlayırlar. Elə də QHT-lər var ki, ölkə kənarında olan mərkəzlərin sifarişlərini həyata keçirir, ölkədə daxili gərginliyin baş verməsinə cəhdlər edirlər.

Eyni zamanda çoxsaylı hüquq müdafiəçiləri ölkəmizdə var ki, insanların hüquqlarının qorunması istiqamətində müsbət işlər görürlər. Lakin elə də hüquq müdafiəçiləri var ki, insan hüquq və azadlıqları adı altında gizlənərək, yalançı siyahılar hazırlayıb, bu yolla qrantlar əldə etməyə çalışırlar. Konkret sifarişlər icra edənlər də var. Milli maraqlara zidd fəaliyyət göstərirlər. Amma QHT-lərin tam əksəriyyəti hazırda dövlət və millət maraqlarından çıxış edir, bu şəkildə fəaliyyət aparır, bütün sahələrdə islahatların dərinləşməsinə öz töhfələrini verirlər. Hazırda QHT-lər və hökumət arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Ona görə QHT-ləri bölmək lazımdır, Azərbaycan dəyərlərinə zidd fəaliyyət göstərənlər və dövlət dəyərlərini öndə tutanlar. Təəssüflər olsun ki, Azərbaycan torpaqlarını işğal edən ermənilərin QHT-ləri ilə də əməkdaşlıq edən təşkilatlar var, onların maliyyə vəsaitlərindən istifadə etmək üçün bu yola belə gedirlər. Dünyanın hər yerində bu cür hallar olub, gələcəkdə də olacaq. Vətəndaş cəmiyyətində müəyyən çətinliklər var ki, bu da müzakirə edilir və artıq bu istiqamətdə müəyyən irəliləyişlər var”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 10 milyonluq şirkət – LƏĞV EDİLİR
Bu gün, 12:56
Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı
Bu gün, 12:47
“NEMETSKİ” SABİQLƏR: Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda... - FOTO
Bu gün, 12:37
Xalq artisti GÖZLƏMƏ MÖVQEYİNDƏ - "Sponsor tapılsa, bu arzum reallaşacaq"
Bu gün, 12:32
“Mars Overseas Baku LTD” MMC-də özbaşınalıq - işçi narazıdır
Bu gün, 12:16
Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən bloqerin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 12:06
Saxta iş elanları: Qurbana çevrilməyin - DİQQƏT
Bu gün, 12:02
Praqmatizm və “kağız müharibəsi” – Leyen Bakıya nə üçün gəlir?
Bu gün, 11:59
Millət vəkilinin evindən qızıl alt paltarı tapıldı - Foto
Bu gün, 11:58
Pensiya ala bilmədən ölən kişilərin sayı son 26 ildə necə dəyişib? - SİYAHI
Bu gün, 11:55
“Kaspian Speşialist Servises” şirkətinin gəlirləri və mənfəəti azalıb
Bu gün, 11:53
Dövlət qurumu dərmanları qiymətindən baha satan “Zeytun Pharmaceuticals”dan qan torbaları alır – 1,5 MİLYON MANATLIQ
Bu gün, 11:50
Pezeşkiandan ABŞ-a mesaj: - Anlaşma ikitərəfli bir yoldur
Bu gün, 11:45
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: - Bu il tətil üçün hara getməli?
Bu gün, 11:41
TƏBİB sədrinin işdən çıxarmaq istədiyi direktor könüllü ərizə yazmır - İLGİNC
Bu gün, 11:33
Güney Qafqazda Rusiya - NATO toqquşması – Növbəti XƏBƏRDARLIQ
Bu gün, 11:30
Aqil Nəzərlinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKTLAR...
Bu gün, 11:25
Naxçıvan “dərəbəy”inin Qurbanəli bəyliyi - REPLİKA
Bu gün, 11:09
SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC ifadə
Bu gün, 11:04
Naxçıvanda yerli hakimiyyətin 300 MİNLİK ŞOUSU... - İTTİHAM VAR...
Bu gün, 10:56
"TikTok"dakı mübahisəyə görə qətl törədən gənclə bağlı QƏRAR
Bu gün, 10:45
Qağaməli Seyfullayevin ABSURD KADR SİYASƏTİ... - ƏSLİNDƏ İSƏ...
Bu gün, 10:32
“XAN” ZƏRƏRDƏDİR!
Bu gün, 10:20
“İnno Kapital İnvestisiya Şirkəti”nə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:19
“Bank Respublika”nın rəhbərliyi nə qədər qazanır? - RƏQƏMLƏR
Bu gün, 10:17
AzTV Afaq Bəşirqızına 10,5 min, Zülfiyyə Qurbanovaya isə 12,5 min manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:13
Bu il Azərbaycana ABŞ-dən 5 ədəd kater gətirilib – 282 min dollara
Bu gün, 10:08
"Qurani-Kərim"i təhqir edən komediyaçıya cinayət işi açıldı - Ərdoğanı da ələ salmışdı...
Bu gün, 10:03
“Mado”da müştəriyə "tarakanlı" şorba verdilər - FOTO
Bu gün, 09:49
"Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
Bu gün, 09:41
İsrail bu yolla dost qazana və dostu qoruya bilməz... - FAKT BUDUR!
Bu gün, 08:30
Mədəniyyət Nazirliyi QARA PİARI maliyyələşdirir - İTTİHAM VAR...
Bu gün, 08:25
"Gold Residence" şirkətinin icraçı direktoruna CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 08:21
Ukraynadakı döyüş meydanında rus əsgərləri 20-35 dəqiqədən bir həlak olur - əcnəbi KİV
Bu gün, 08:17
ŞƏHİD QARDAŞINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT – “Hər gün ağır sınaqlarla üz-üzə qalırıq...”
Bu gün, 08:14
Nə Türkiyə... Nə də İsrail... - AKTUAL
Bu gün, 08:11
Xaçmaz səhiyyəsində VƏZİFƏ DAVASI - İLGİNC İDDİALAR
Bu gün, 08:07
"DSMF-yə müraciət etsək də, pensiyasını düzəldə bilmirik..." - GİLEY
Bu gün, 08:02
SOCAR-da rəhbər şəxslər niyə imtahana cəlb olunmur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:32
Paşinyan İsrail üçün MALZƏMƏ olmaq istəmədi... - İt əl çəkib, motal əl çəkmir...
Bu gün, 07:25
TƏBİB-dəki budama: Sahil Babayev ab-havası... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:21
Rafiq Ədilov kimə belə güvənir ki... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 07:15
ABB yenə də problem yaradır... - dünya bank sisteminə çıxışımız burdandırsa...
Bu gün, 07:02
Həmişəki Yaponiyadır... - Bir də Vinisius...
Bu gün, 06:53
Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi
Bu gün, 06:50
İrəvan üçün NƏFƏSLİK... - İNCƏLƏMƏ
Bu gün, 06:45
Rəsmi Bakının hələ ümidi var... - GƏLİŞMƏ
Bu gün, 06:41
Qaluzinin dilindən çıxan HƏDƏLƏR... - NƏ ETMƏLİ?
Bu gün, 06:37
İsrail bundan sonra Bakıya ümid edə bilərmi?.. - ŞƏRH
Bu gün, 06:34
KAPİTAL BANK-ın BİRMARKET tələsi... - BU NƏDİ BELƏ?
Bu gün, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru