AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                 

"Media əslində mühüm vasitədir və onun missiyası çox önəmlidir"
Tarix: 5-04-2018, 08:58 | Çap et
"Media əslində mühüm vasitədir və onun missiyası çox  önəmlidir"
Aprelin 11-i Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Kütləvi informasiya vasitələrinin seçkilərdə rolu qanunlara yanaşı, medianın beynəlxalq standartlarına və etikasına əsaslanmalıdır. Bu barədə bir çox beynəlxalq təşkilatların çağırışlarında da ifadə edildiyi kimi, kütləvi informasiya vasitələri istənilən ölkədə seçki dövründəki fəaliyyətlərin ədalətli və şəffaf şəkildə göstərilməsi, vətəndaşların öz gələcəklərini müəyyən etdiyi əhəmiyyətli zaman kəsiyində əhatəli məlumatlar ala bilməsi üçün mühüm funksionallığa malikdir.

Maraqlıdır, seçki kampaniyası başlayandan bu günə kimi Azərbaycan mediasının fəaliyyəti necə olub?

Media eksperti Ələsgər Məmmədli Modern.az saytına açıqlamasında deyib ki, seçki prosesində medianın fəaliyyətini daha dəqiq qiymətləndirmək üçün hökmən monitorinq metodologiyasından istifadə olunmalıdır:

“Təbii ki, mən monitorinq aparmadığım üçün detallı danışa bilməyəcəm. Buna baxmayaraq bu istiqamətdə ümumi, olmazsa-olmaz şərtlər var. Birinci növbədə seçkilər zamanı media üzərinə düşən əsas vəzifə həmin prosesdə vətəndaşları maksimum maarifləndirmək və doğru seçim etməsinə yardım etməkdir. İkinci önəmli məqam vətəndaşların informasiya təminatı tam verilməlidir. Yəni vətəndaşlar seçkilərdə kimlərin iştirak etdiyini, prosesin necə davam etdiyini bilməlidir. Təbii ki, medianın üzərinə düşən ən önəmli öhdəlik Seçki Məcəlləsinin 77-88-ci maddələri arasında göstərilib. Bu, bütün tərəflərə bərabər yanaşılmasıdır. Çünki media özü tərəf deyil, sadəcə tərəfdar yarışı əks etdirən aynadır. Lakin bizdə seçkilər yalnız Seçki Məcəlləsinə görə İctimai TV və radio yayımlarında ödənişsiz müzakirə edilə bilir. 168 saatlıq yayım ərzində cəmi 3 saat. Bu, hətta 2 faiz belə efir vaxtı demək deyil. Digər tərəfdən media reklam qiymətləri müəyyən edib Mərkəzi Seçki Komissiyasına göndərib. Məsələn, “Xəzər” televiziyasının praym taymında 1 dəqiqəlik qiymət 7000 manatdan çoxdur. Bu cür astronomik rəqəmlərin qoyulmasının tərcüməsi əslində “mənə toxunmayın, reklam verən deyiləm” deməkdir. Çünki normalda fikirlərini cəmiyyətə çatdırmaq üçün inanmıram ki, hansısa namizəd 10 dəqiqəlik yayıma 70 min manat versin”.

Ekspert qeyd edib ki, hazırda hətta elektron medianın mümkün qədər seçki ilə bağlı proseslərdən tamamən uzaq qalması və seçki yoxmuş kimi davranması müşahidə edilir:

“Maşın sürdüyüm üçün gündəlik radio dinləyirəm. Eyni zamanda televiziya xəbər və proqramlarını da mümkün qədər ekspert kimi izləyirəm. Sanki mediaya əmr verilib ki, seçkilərdən danışılmasın və ya məlumat verilməsin. Yalnız sosial media üzərindən bəzi işlər görülür. Bu da maarifləndirici olmayan, daha çox mizah, satira xarakterli işlərdir. Seçkilər ancaq bu çərçivədə müzakirə olunur. Əlbəttə, bu, bir ölkənin, xüsusilə demokratik idarəli və bu standartı davam etdirmək istəyən bir ölkənin öz gələcəyinə nə qədər biganə olmasının nümunəsidir. Media əslində mühüm vasitədir və onun missiyası çox önəmlidir. Məsələ tək özlərinin pul qazanması üçün deyil, eyni zamanda yaşadıqları dövlətin demokratikliyi çərçivəsində qiymətləndirilməlidir. Buna uyğun davranmaq məcburidir, amma təəssüf ki, buna nə nəzarət , nə də ictimai tələb var”.

Media eksperti Zeynal Məmmədli deyib ki, Azərbaycan mediası cəmiyyətə adekvat hərəkət edir:

“Yəni cəmiyyət necə passivdirsə, mediamız da elədir. Sanki seçki dönəmini yaşamırıq. Müxtəlif kəsimlərin davranışlarını izləyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, bizdə seçki prosesi olduğu hiss olunmur. Cəmiyyətdə də buna təpki yoxdur. Media buna uyğun davranır. Azərbaycan mediasında plüralizm oturuşmayıb. Sanki alternativ media özünə bəraət qazandırır. Yəni hazırda Azərbaycana yaraşmayan situasiyanın şahidi oluruq”.

Müsahibimiz deyib ki, seçki təcrübəmizin olmadığı 1918-ci illərlə indiki zamanı müqayisə edəndə kəskin fərqlər olduğunu görərik:

“Həmin dövrdə “Azərbaycan” qəzetində bütün kəsimlərin baxışları öz əksini tapırdı. Amma indiki rəsmi qəzetlərə baxın. Ümumiyyətlə indi çap mediası öz ruhunu itirib. Saytlar da əhalinin hansı hissəsini əhatə edə bilər ki? Təəssüf ki, bu qədər seçkiyə layiq olmadığımız bir dövrü yaşamamışıq. Hətta sovet dövründə medianın fəallığı nəzərə çarpır, bunun sayəsində seçki atmosferi yayılırdı. Fikir verin, prezidentliyə namizədlərin komandaları ilə bağlı əhalidə heç bir məlumat yoxdur. Məsələ orasındadır ki, əhali də buna maraq göstərmir və normal olaraq media da bu istiqamətdə hər hansı addım atmır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru