Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” .....                     Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! .....                     Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... .....                     Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür .....                     Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri .....                     Nəsimidə HAKİMİ-MÜTLƏQ... .....                     Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub .....                     Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu .....                     Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib .....                     Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi .....                     Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib .....                     Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək .....                     Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: .....                     Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: .....                     "Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" .....                     Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub .....                     Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” .....                     “Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” .....                     Ukraynadan Rusiyaya irimiqyaslı hücum: .....                     Sənəd təsdiqlənsə də... .....                     Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi .....                     Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... .....                     Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı .....                     Avropada kabus ssenari: .....                     Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... .....                     KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... .....                     Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib .....                     Gülnarə Kərimovadan müsadirə edilən pullar... .....                     Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... .....                     “44 günlük müharibədə Bakıya kömək edənlər…” .....                     Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB .....                     Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək .....                     Masallıda “TORPAQ TERRORU” .....                     Kəndlinin tək gəlir yeri də əlindən alınır .....                     Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib .....                     Bərdədə başçı vətəndaşa qarşı... .....                     İcra başçısının buradan XƏBƏRİ VARMI? .....                     Ağsuda kəndlilər ÇƏTİN DURUMDA .....                     "Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" .....                     5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” .....                 

“Azərbaycan iqtidarını mitinqlərlə qorxutmaq mümkün deyil” - deputat
Tarix: 3-04-2018, 08:47 | Çap et
“Azərbaycan iqtidarını mitinqlərlə qorxutmaq mümkün deyil”
Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi Milli Şura və Müsavat artıq iki etiraz mitinqi keçirib. Martın 10-u və 31-də keçirilən bu aksiyalardan hakimiyyətin çəkinib-çəkinmədiyi barədə birmənalı fikir yoxdur.

Doğrudur, iqtidara yaxın mətbu orqanlar bu aksiyalara sərt tənqidi ruhdan yazılar həsr edir. Bu da daha çox hakimiyyətin aksiyalardan ehtiyat etməsi kimi qələmə verilir. İqtidar rəsmiləri isə Milli Şura və Müsavatın aksiyalarının əhəmiyyətsiz olduğunu qeyd edirlər. Müxalif düşərgənin də bu məsələyə münasibəti birmənalı deyil.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bu mitinqlərdən qətiyyən çəkinmədiklərini söylədi: “Aksiyaları təşkil edənlərin özləri də yaxşı bilirlər ki, bunlar varlıqlarını yada salmaq üçündür. Bunların sosial bazaları o qədər zəifdir ki, insanların yaddaşlarından çıxırlar. Görürlər, Azərbaycanda prezident seçkiləri ilə bağlı mühit çox demokratik, şəffafdır, kifayət qədər şəxs namizədliyini irəli sürüb, onlara geniş imkanlar yaradılıb, onlar da kənarda qaldıqlarını görüb, özlərini yada salmaq istəyirlər. Əgər sizlər var idinizsə, o zaman namizədliyinizi irəli sürərdiniz. Qrant almaq, müxalifət imici qazanmaq üçün meydana çıxırsınız. Bu cür vəziyyətdə onların aksiyaları niyə bizi narahat etməlidir? Əgər bunların güclü sosial bazaları olsaydı, seçkilərə qatılsaydılar, onları dəstəkləyənlərin sayı barmaq hesabı deyil, bir qədər çox olsaydı, o zaman haradasa düşünmək olardı ki, bəlkə bunlar bizə rəqibdir. Onlar iqtidar üçün heç mininci sırada dayanan rəqib deyillər. 31 mart faciə günümüzdür, bu gündə mitinq keçirməyin yeri yox idi. Onlar qəsdən mitinq gününü 31 marta saldılar ki, iqtidar dediklərimi nəzərə alıb onlara icazə verməsin. Onlar da desinlər ki, sərbəst toplaşmaq hüququmuz pozuldu. Bütün bunların hamısı oyunbazlıqdır. Bu cür oyunlarla Azərbaycan iqtidarını qorxutmaq mümkün deyil. Çünki hakimiyyəti bütün xalq dəstəkləyir.

Bu günlərdə keçirilən sorğular da göstərdi ki, iqtidarın, Yeni Azərbaycan Partiyasının nümayəndəsi hamıdan çox səs toplayacaq. Mənim özüm də YAP tərəfindən bu görüşlərdə iştirak edirəm, insanlarla birbaşa təmasdayam. Hamı yetkinliklə səsini kimə verəcəyini müəyyənləşdirib. Buna görə heç kimdən, heç bir qüvvədən çəkinmirik. İqtidara yaxın mətbuat orqanlarında o mitinqlər barədə yazıların dərc olunmasına gəlincə, deyə bilərəm ki, bizim mətbuatda o mitinqlərlə bağlı yazılara heç bir yer verilmir. Amma informasiyanın biri də odur ki, ”Məhsul" stadionunda icazəli mitinq keçirilir. Hər bir mətbuat orqanı da sərbəstdir, istəsə o barədə yazılar verə bilər. Hər halda, o aksiyalar barədə müsbət nəsə demək mümkün deyil. Əvvəla, matəm günündə mitinq keçirilib, digər tərəfdən nə gücləri var ki, onların işindən bəh-bəhlə danışılsın? Dedikləri də insanların düşüncələrindən tam uzaq olan, 90-cı illərdən gələn sözlərdir. Bir var, qısa xəbər verəsən, biri də var ki, informasiya təqdim edəsən. İnformasiya verəndə isə istər-istəməz jurnalistin özünün də o məsələyə münasibəti həmin yazıda görünür. Münasibət də odur ki, bu mitinq deyil, şoudur".

AMİP katibi Əli Orucov yer aldıqları düşərgənin bir kəsiminin keçirdiyi bu aksiyaların hakimiyyət üçün təhlükəli olmadığını düşünür: “İqtidar islahatları kimdənsə, hansısa düşərgədən çəkinməsinə görə aparmamalıdır. Bunu dövlətin möhkəmləndirilməsinə və inkişafına görə həyata keçirməlidir. Məncə, ağıllı iqtidarlar inkişafa mane olan halları müəyyən edib qısa zaman kəsiyində aradan qaldıra bilirsə, həmin iqtidarların ömürləri uzun, xalqdan aldıqları dəstək də güclü olur. Bunun əksi isə hakimiyyətləri zəiflədir, onu və dövləti təhlükəli nəticələrə sürükləyir. Müxalifətin keçirdiyi aksiyalar təhlükəli deyil. Çünki son zamanlar keçirilən mitinqlər bir daha sübut etdi ki, protest çoxluq kütləvi aksiyalara həvəs göstərmir. Bunun müəyyən səbəbləri var. Müxalifətin vitrinində demək olar xalqa təqdim edəcək heç nə yoxdur, nə alternativ proqram və layihələr, nə müasir idarəçilik, nə demokratik yanaşma, nə də kadrlar. Müxalifət bir sıra sahələrdə iqtidardan geri qalır. Üstün cəhətlərdən isə yerində və ağıllı istifadə edə bilmirlər. Ona görə də hakimiyyət müxalifət düşərgəsindən deyil, hakimiyyətdaxili müxalifət və mübarizədən çəkinir. Hakimiyyətdaxili müxalifət və getdikcə şiddətlənən mübarizə daha təhlükəli və təsirlidir. Hakimiyyət bir tərəfdən idarəçilikdə islahatlara getməyin zəruriliyini anlayır, digər tərəfdən isə bu islahatlarla mühafizəkarlar tərəfindən törədilən ciddi əngəlləri aradan qaldırmağa, qısa zaman kəsiyində maneələri dəf etməyə risk etmir. Azərbaycan kimi ölkələrdə illərlə vəzifədə olan və şəbəkələşən, geniş inzibatı, iqtisadi və maliyyə resurslarına malik oliqarx məmurların maraqlarına toxunan hansısa islahatlar aparmaq və köklü dəyişikliklər etmək asan məsələ deyil. Bu, hətta o dərəcədə risklidir ki, hakimiyyətin varlığına belə ciddi təhdid yarada bilər. Bu baxımdan da hesab edirəm ki, hakimiyyət iki yoldan birini seçməlidir: seçkilərdən sonra ya mütərəqqi hakimiyyətdaxili və cəmiyyətin, o cümlədən demokratik düşərgənin dəstəyinə güvənib geniş və kardinal islahatlara, dəyişikliklərə getməlidir, ya da inkişafa və tərəqqiyə mane olan indiki oliqarx məmurlarla yoluna davam etməlidir. İqtidar siyasətini dəyişməsə, qarşıdakı illər onun üçün çox çətin və təlatümlü olacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının dəstəklədiyi layihə Hörmüz boğazında “ilişib” - ARAŞDIRMA
Bu gün, 17:09
Dövlət rüsumu 50, "Kristal"ın qiyməti 500 manat! – şirkət “kupça” satır?
Bu gün, 16:55
Azercell ilə korporativ əməkdaşlığın acı təcrübəsi... - "Biznesimizin 10 günlük iflici..."
Bu gün, 16:52
Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını bağlamağı düşünmür - Rəsmi Moskva
Bu gün, 16:49
Deputat ailəsinin Qubadakı qanunsuz obyektləri - İLGİNC FAKTLAR...
Bu gün, 16:45
Nəsimidə HAKİMİ-MÜTLƏQ... - az qala ƏNƏLHƏQQ...
Bu gün, 16:39
Bakı Musiqi Kollecinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 16:30
Oqtay Şirəliyevin xəstəxanasına yeni baş həkim təyin olundu - BUNDAN SONRA...
Bu gün, 16:27
Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib - Qaluzin BELƏ DEYİR...
Bu gün, 16:22
Rövşən Nəcəfin qohumu olduğunu deyib, SOCAR-a aid torpağı satmaq istədi - TƏFƏRRÜAT
Bu gün, 16:16
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
Bu gün, 16:08
Azərbaycan Ukraynanın bərpasında iştirak edəcək - AKTUAL
Bu gün, 16:03
Rusiya Zaporojyeyə son sutkada 1000-ə yaxın zərbə endirib: - 4 nəfər ölüb, 28 yaralı var
Bu gün, 10:28
Aqşin Yeniseydən dinlə bağlı qalmaqallı sözlər: - “Diplomlu neandertallar...”
Bu gün, 10:25
"Vətəndaşa hörmət qoymursuzsa, çörək qədər dəyərli suya hörmət qoyun" - ETİRAZ VAR...
Bu gün, 10:19
Qoşqar Təhməzli “VATA” MMC-ni qalib seçərkən nələrə göz yumub - İLGİNC FAKTLAR
Bu gün, 10:10
Ögey qardaşını öldürən şəxs: “İtin hücumu nəticəsində bıçaq yerə düşdü və mən...” – TƏFƏRRÜAT
Bu gün, 09:59
“Körfəzdə ‘3+3’ formatına bənzər platforma Yaxın Şərqin taleyini dəyişə bilər” - ŞƏRH
Bu gün, 09:56
Ukraynadan Rusiyaya irimiqyaslı hücum: - Moskva və daha yeddi vilayət bombrdman edildi
Bu gün, 09:53
Sənəd təsdiqlənsə də... - Proses Moldovanın özünün mövqeyinə zidd gedəcək
Bu gün, 09:52
Putin Ukraynanın zərbələrinə görə yaranan yanacaq çatışmazlığını etiraf etdi - KİV
Bu gün, 09:49
Naxçvanda nə haqq var, nə ədalət: Vasif Talıbovun kəsdiyi baş... - Sahibkar illərdir ki...
Bu gün, 09:21
Məhkəmə həmyerlisini döyən şəxsin cəzasını ağırlaşdırdı - QƏRAR
Bu gün, 08:48
Avropada kabus ssenari: - Rusiya hücum etsə, ABŞ...
Bu gün, 08:05
Avropa məhkəməsindən eşidilən təhlükəli ÇƏKİC SƏSİ... - NƏ ETMƏLİ?
Bu gün, 07:50
KTMT Ukrayna Belarus gərginliyinə necə reaksiya verəcək... - Görünəni odur ki...
Bu gün, 07:41
Yeni rəhbərlik TƏBİB-də TOTAL TƏMİZLƏMƏYƏ start verib - "106 baş həkimin istefa ərizəsi alınıb"
Bu gün, 07:29
Gülnarə Kərimovadan müsadirə edilən pullar... - Görün, nəyə xərcləndi...
Bu gün, 07:23
Azərbaycanın Türkiyə və İsraillə olan münasibətləri... - AKTUAL
Bu gün, 07:18
“44 günlük müharibədə Bakıya kömək edənlər…” – İrəvandan gələn açıqlama şok edir
Bu gün, 07:04
Elektron məhkəmə sistemi rəsmən İFLAS EDİB - "...və Sistem çökdü..."
Bu gün, 07:02
Latviya və Ukrayna Rusiya sərhədində birgə dron istehsal edəcək
Bu gün, 06:54
Masallıda “TORPAQ TERRORU” Eynulla və Soltan cütlüyünün qanunsuzluqlarına kim arxa durur?
Bu gün, 06:53
Kəndlinin tək gəlir yeri də əlindən alınır - AXI NİYƏ?..
Bu gün, 06:41
Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti uğursuzluğa görə istefa verib
Bu gün, 06:35
Bərdədə başçı vətəndaşa qarşı... - İDARƏETMƏ BÖHRANI
Bu gün, 06:18
İcra başçısının buradan XƏBƏRİ VARMI? - BU NƏDİ BELƏ?
Bu gün, 06:13
Ağsuda kəndlilər ÇƏTİN DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:02
"Əgər həyatınızda əlavə problem istəyirsinizsə, istirahət evi alın" - Xalq artisti
Bu gün, 05:56
5.3 milonluq restoranın sahibi: “Qardaşlarım məni məhv etməyə çalışırlar” - TƏFƏRRÜAT
Bu gün, 05:51
Trampın oğulları Qazaxıstanda volfram yataqları layihəsində pay alıblar - NYT
Bu gün, 05:45
“5 il 9 ay cəza çox qanunsuz və ədalətsizdir” - Tanınmış hüquqşünas
Dünən, 20:05
Kreml iqtisadi savaşın "düymə"sinə basmaq üzrədir: - Rusiya Ermənistanın "nəfəs"ini kəsmək niyyətindədir
Dünən, 20:00
Əli Xameneini necə xilas etməyə çalışıblar - onun iqamətgahı ilə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:07
Moskva erməniləri HƏDƏLƏDİ - "...ağır nəticələrə səbəb olacaq"
Dünən, 16:02
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur - FOTO
Dünən, 15:56
Uşaqlara işgəncə verən ana və sevgilisinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:53
Şirkət nümayəndəsi vəfat edib - “Şahşərab”ın səhmdarları toplanır
Dünən, 14:22
Azərbaycan vətəndaşları böyrəklərini satmağa necə məcbur ediliblər? - QANLI BİZNESİN QARANLIQ TƏRƏFİ
Dünən, 14:13
İsrail ABŞ-ın xüsusi müttəfiqi statusunu itirir - "Politico"
Dünən, 14:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru