ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                     "Vurulan pilot" .....                     BVF-yə ən çox borcu olan ölkələr .....                     Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı .....                     Azərbaycanı İrəvanda o təmsil edəcək .....                     Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi .....                     Azərbaycanda hamı qaza görə növbədədir .....                     Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi .....                     Bakı Slavyan Universitetində binalarının təmirinə .....                     Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Bakıda klassik musiqi konserti .....                     Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: .....                     "Niyə insanların şikayətlərinə baxmırsınız?!" .....                     Türkiyənin vitse-prezidenti İrəvandadır .....                     Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     "Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" .....                     ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... .....                     FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı .....                     Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... .....                     ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir .....                     Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: .....                     11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN .....                     “İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     Keçmiş nazir və universitet rəhbəri cərimələndi .....                     Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb .....                     “Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? .....                     İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq .....                     Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə .....                     Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... .....                     Su var, bəs ədalətli bölgü olacaqmı? .....                     Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir .....                 

"Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır" - Seçki-2018
Tarix: 1-03-2018, 08:47 | Çap et
"Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır"
11 apreldə keçiriləcək növbədənkənar prezident seçkisində iştirak etmək üçün namizədliyi irəli sürülmüş şəxslərin qeydə alınmasına görə lazım olan seçici imzalarının və digər seçki sənədlərinin MSK-ya təqdim edilməsinə ayrılan müddət martın 12-də başa çatacaq. MSK indiyədək 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyünü təsdiqləyib və onlara imza vərəqələri verilib. Həmin şəxslərdən 40 mindən yuxarı imzanı ən tez toplayan hakim Yeni Azərbaycan Partiyası oldu. YAP-ın namizədi MSK tərəfindən fevralın 27-də rəsmən qeydə alınıb. İddiaçılar sırasında daha biri-namizədliyini müstəqil qaydada irəli sürən deputat Zahid Oruc fevralın 28-də imzatoplama kampaniyasını yekunlaşdırıb və imzaları, digər sənədləri MSK-ya təqdim edilib.

Zahid Orucun Seçki Qərargahından “Yeni Müsavat”a verilən xəbərə görə, millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə Zahid Oruca yaxın olan insanlar, eyni zamanda onun daşıdığı siyasi kursa sadiq adamlar və könüllü şəxslər hesabına 67 dairədən 44624 imza toplanıb, digər sənədlər, yəni gəlir və əmlak deklarasiyası ilə birgə MSK-ya təqdim olunub.

Seçki Qərargahından həmçinin bildiriblər ki, imzalara 5 gün ərzində rəsmi qiymət veriləcək.

Digər iddiaçılar isə hələ ki imzatoplama kampaniyasını davam etdirirlər. AĞ Partiyanın sədri Tural Abbaslının namizədliyi üçün imzatoplama kampaniyası davam edir. T.Abbaslının verdiyi məlumata görə, illərdir seçkilərin nəticələrinin heç nəyi dəyişmədiyini düşünən insanlar təbii ki, bu prosesə çox maraqsız yanaşırlar: “Bir çox vətəndaşlarımız isə ümumiyyətlə, seçkilərə inanmadıqları üçün heç imza belə vermək istəmirlər. Bu da təbii olaraq bizim işimizi daha da çətinləşdirir.

Hələ nəzərə alsaq ki, bu günə qədər seçkilərdə müxtəlif fikirlərə sahib seçicilərə yerli hakimiyyət orqanları tərəfindən bu və ya digər formada təzyiqlər olunub və bunun nəticəsi kimi də bu gün seçicilər özlərini qorumaq üçün imza belə verməkdən çəkinirlər, o zaman işlərin nə qədər əziyyətli olduğunu təsəvvür etmək olar.

Ancaq biz nikbinik. Mən əminəm ki, biz AĞ Partiya olaraq qanunla nəzərdə tutulmuş müddətdə lazımi sayda imzanı toplayıb MSK-ya təhvil verəcəyik. Artıq ondan sonrakı mərhələ bizdən asılı deyil, təəssüf ki. Hər halda, bu mərhələdə bizim kimi yeni partiyanın iştirakını artıq uğur saymaq olar".

Vətəndaş və İnkişaf Partiyasının namizədi Əli Əliyev bildirdi ki, imzatoplama kampaniyası rayonlarda və Bakı ətrafında davam edir: “Düzdür, hazırda yekun haqqında danışmaq olmaz. Proses ayın 25-dən başlayıb. Yəqin ki, bu həftə müəyyən mənzərə olacaq. İmzalar toplandıqca Mərkəzi Qərargaha çatdırılmasına çalışırıq. Digər tərəfdən, hələ yerlərdən məlumat almamışıq. Bu istiqamətdə yeganə çətinlik odur ki, zaman kəsimi dardır”.

ADP-nin namizədi Sərdar Cəlaloğlu isə imzatoplama kampaniyasını cəmi dörd gündür başlayıb: “Bildiyiniz kimi, bir neçə gün bundan öncə sənədlərimi MSK-ya təqdim etdim. Bu baxımdan imzatoplama kampaniyasına az müddətdir başlamışıq. Hələ də kampaniya davam edir. Lakin 40 min imzanı toplamaq həddindən artıq çətindir. Keçən seçkilərə də bilirsiniz, gec qatılmışdıq. Sadəcə, imzatoplama kampaniyasına çox adam cəlb edə bilsək, demək olar ki, çətin olmaz. Haradasa 200 nəfərin bu kampaniyada iştirakını təmin etsək, imzaları təxminən 2-3 günə toplamaq mümkündür. Sadəcə, problem daha çox adamın prosesə cəlb edilməsidir”.

BAXCP-nin namizədi Qüdrət Həsənquliyev üçün imzatoplama kampaniyası da sona yaxınlaşmaqdadır. Bu barədə namizədin seçki qərargahından məlumat verilib.

Azərbaycan Liberal Demokrat Partiyasının namizədi Fuad Əliyev isə bildirib ki, 20 mindən yuxarı imza toplanıb, proses davam edir.

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev indiyədək topladıqları imzaların 25 minə çatdığını deyib. Kampaniya davam etdirilir.

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev isə imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrə olduqlarını bildirib.

Cəbhəçilər təşəbbüs qrupunun namizədi Razi Nurullayev məlumat verdi ki, imzatoplama kampaniyası rahat gedir, lakin xalqın imza verməyə növbəyə dayandığını da demək olmaz: “Xalqda inamsızlığın da, stressin də, sevincin də, kədərin də, hətta qorxunun da olduğunu görürük. Əlimizdən gələni edirik ki, imzaları tez bir zamanda toplaya bilək. Daha çox könüllü cəlb etmək üçün çox çalışdıq və məncə, Azərbaycanın siyasi reallığı üçün kifayət qədər də uğurlu seçki qərargahı qura bildik”.

“Bəzi müxalifətçilər qeydiyyata alınacağı halda bütün müxalifətin Sərdar Cəlaloğlunu dəstəkləməsinin məqsədəuyğun olduğunu bəyan etməkdədirlər. Sizdən hansısa mərhələdə belə bir addım gölzənilirmi? Yoxsa Sərdar Cəlaloğlunun və digər müxalifətçilərin Sizi dəstəkləməsini daha məqbul sayırsınız?” suallarına Razi Nurullayev belə cavab verdi: “Bizim müxalifətçilikdə öz davamlı yolumuz var. Ənənəvi müxalifətin 30 illik siyasi mübarizəsi uğursuzluğa düçar olub. Onların siyasi taktika və strategiyaları işləməyib. Biz indi fərqli yol seçmişik. Bu yol ən azından Türkiyə siyasi modelinin oturuşmasına çalışmaq və nail olmaqdır. Siyasətçilər bir-birinə qan düşməni kimi yox, rəqib kimi baxsınlar. Qalib gəldiyimiz halda, cəmiyyətdə bunu tətbiq edəcəyik. Qalib olmasaq belə, siyasi ab-havanı dəyişə biləcəyik və xalqa daha çox xeyrimiz dəyəcək. Xalq görəcək ki, bizim apardığımız siyasət nəticəsində onun səsi daha yaxşı eşidilir və onun ehtiyaclarına daha önəmlə yanaşılır.

Bütün namizədlərə, biz də içində olmaqla uğurlar diləyirəm. Siyasi partiyaların kimi müdafiə edib-etməməsi öz işləridir. Mən əvvəlki illər ərzində çox çalışmışam, hətta hər bir partiya sədrinə məktub da göndərmişəm ki, seçkiyə hazırlaşaq və bir namizəd də müəyyən edək. Cavab olmayıb, hərəkətlilik olmayıb. İndi seçki mərhələsində belə şeyləri müzakirə etmək məsuliyyətsizlikdir. Biz indi imzatoplama mərhələsindəyik və inşallah, seçki davranışımızı da MSK-nın verəcəyi qərardan sonra açıqlayacağıq. Bu məsələdə özünü təkzib də var. Necə yəni seçkini boykot edirəm, amma filan namizədi dəstəkləyirəm. Özlərini gülünc günə qoymasınlar. Sərdar Cəlaloğlu gözəl insandır, dəyərli siyasətçidir, uğurları bol olsun. Ağıllı adamlarıq və bir-birimizə də hörmətimiz var, özümüz də nəyin məqbul olub-olmamasını müzakirə də bilərik".

Bu arada Azərbaycanda vahid seçici siyahısı açıqlanıb. MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 5 milyon 192 min 42 şəxs var.

Onun sözlərinə görə, 2018-ci il üzrə daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsinin cari il martın 3-nə qədər başa çatdırılması qərara alınıb.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Kiyev Türkiyəyə görə Afinaya “yox” dedi: - Plan iflasa uğradı
Bu gün, 10:56
"Niyə insanların şikayətlərinə baxmırsınız?!" - NARAZILIQ VAR...
Bu gün, 10:46
Türkiyənin vitse-prezidenti İrəvandadır
Bu gün, 10:37
Azərbaycan nümayəndə heyəti Ermənistana səfər edəcək - “Azatutyun”
Bu gün, 10:36
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:34
"Demokratiyanın dəfn mərasiminə xoş gəlmisiniz" - İrəvanda etiraz
Bu gün, 10:32
ETSN-nin ŞÜBHƏLİ ORTAQLIĞI... - BU NƏDİ BELƏ?
Bu gün, 10:23
FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür
Bu gün, 10:21
Daha bir SAXTA HƏKİM İŞ BAŞINDA... - DİQQƏT... təhlükə VAR!
Bu gün, 10:17
ŞOK: Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir
Bu gün, 10:14
Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: - "Onlar bizə nümunədir"
Bu gün, 10:09
11-ci sinifdən kollec və peşə məktəblərinə qəbul olanlara hərbi möhlət VERİLSİN – Deputatlardan TƏKLİF
Bu gün, 10:04
“İnternet adamı biyabır edir, qocayam, neynirəm belə ad gününü?” - Xalq artistinin 95 yaşlı qızı
Bu gün, 10:01
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - “Əvvəl onun dizinə zərbə vuraraq uzaqlaşdırmaq istədim...”
Bu gün, 09:59
Keçmiş nazir və universitet rəhbəri cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 09:54
Rusiya Ermənistan-Aİ yaxınlaşmasından qıcıqlanıb - BBC
Bu gün, 09:52
“Kontakt Home” veteran anasına hədə-qorxu gəlib? - ÖZBAŞINALIQ!
Bu gün, 09:41
İlham Əliyev bu gün İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq
Bu gün, 09:38
Həmkəndlisini bacısına görə xüsusi amansızlıqla öldürmək istəyənə AĞIR CƏZA
Bu gün, 09:34
Vasif Talıbovun qohumu keçmiş sədrin YOLUNU GEDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:22
Su var, bəs ədalətli bölgü olacaqmı? - Naxçıvanda fermerlər narahatdır...
Bu gün, 09:12
Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir - ADB prezidenti
Bu gün, 09:08
Anasına 13 bıçaq zərbəsi vuran şəxs: - “Onun tək yaşamasını qəbul etmirdim, davranışları xoşuma gəlmirdi”
Bu gün, 08:10
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Bu gün, 08:07
Azərbaycanda maaşlar bu qayda ilə veriləcək – Yeni risk var
Bu gün, 08:06
"Bunlar bizim bazar üçün alışılan göstəricilər deyil" - rea
Bu gün, 07:48
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru